Hədisdə isnadın əhəmiyyəti
103
HƏDİSDƏ İSNADIN ƏHƏMİYYƏTİ
i.f.d. Qoşqar Səlimli
BDU İlahiyyat fakültəsi
Açar sözlər: hədis; isnad; sənəd; ravi; rəvayət; səhih
Key Words: hadith; isnad; sened; rawi; riwayet; sahih
Ключевые слова: хадис; иснад; сэнэд; рави; ривайэт; сахих
1. İsnad məfhumu və onun qısa tarixçəsi
Hədisin strukturu baxımından isnad çox böyük əhəmiyyət kəsb edir. İsnad - biri
digərindən almaq və nəql etmək surətilə hədis rəvayət edən şəxslərin - hz. Peyğəmbərə
qədər- sıralandığı hissədir. Bu bir mənada hədisi rəvayət edən ravilərin zəncirvari
silsiləsidir. İsnad eyni zamanda hədisin qaynağını da təşkil edir. İsnad hədisin
doğruluğunu öyrənmək baxımından hədis mütəxəssisləri üçün çox mühim bir faktordur.
1
İsnadın İslamdan əvvəlki dövrlərdə bəzi əsərlərlə şerlərin nəql edilməsində
istifadə edildiyi məlum olsa da, onun ilk dəfə nə vaxt, harada
və kim tərəfindən tətbiq
olunduğu bilinmir. İsnad ancaq hədis kitablarında istifadə edildikdən sonra dinin bir
rüknü qəbul edilərək əhəmiyyət qazanmışdır.
2
Səhabə dövründə, daha sonrakı
dövrlərdə inkişaf edən şəkli ilə mövcud olan bir isnad tətbiqatı olmadığı kimi, buna
ehtiyac da yox idi. Çünki səhabələr hz. Peyğəmbərdən eşitdikləri və gördüklərini digər
səhabələrə və özlərindən sonrakı nəslə eyni ilə ötürdükləri üçün ədalətli qəbul edilmiş
və hədis rəvayəti baxımından tənqid olunmamışdırlar. Buna baxmayaraq hz. Ömərin
hədis rəvayət edən bəzi səhabələrdən, onu kimdən eşitdiklərini soruşması və o
hədisi
başqa eşidənin olub olmadığını araşdırması, hz. Əlinin hədisi rəvayət edənlərə and
içdirməsi kimi tətbiqatların isnad anlayışının əsasını qoyduğunu deyə bilərik.
3
Unutmaq olmaz ki, hədislərə isnad sisteminin tətbiq edilməsi, hədisə yönəlmiş
mənfi müdaxilələrin qarşısını almaq üçün müsəlman alimlər tərəfindən inkişaf
etdirilərək istifadə olunmuşdur. Hz. Peyğəmbərə qədər
gedib çatan sənədlərə sahib
olmaq və bu sənədlərdəki şəxslər haqqında hər tərəfli araşdırma aparmağa imkan
yaradan elmi sahələri yaratmaq yalnız müsəlmanlara aid olan bir xüsusiyyətdir.
“İsnad əslində, yalnız bu ümmətə məxsus olan bir xüsusiyyətdir. Başqa heç bir
ümmətdə belə bir şey yoxdur.”
4
1
Çakan, İ. Lütfi,
Anahatlarıyla Hadis, İstanbul, Ensar Neşriyat, 2002, s. 24-26.
2
əl-Ə`zəmi, Mustafa,
İlk Devir Hadis Edebiyatı (thq: Hulusi Yavuz), İstanbuı, 1993, s. 191.
3
Küçük, Raşit, DİA, “İsnad” maddəsi, 2001 XXIII, s. 155.
4
əl-Bağdadi, Xətib Əbu Bəkir Əhməd ibn Əli,
Şərəfu Əshabil-Hədis (thq: Mehmed S. Hatiboğlu),
Ankara, 1972, s. 40.
i.f.d. Qoşqar Səlimli
104
Hər nə qədər bəzi avropalı şərqşünaslar, sünnəyə aid bir çox məsələdə olduğu
kimi, isnad sistemini də daha əvvəlki ümmətlərə aid etməyə çalışsalar
da buna
müvəffəq ola bilməmişdirlər. Hətta onların bəziləri bu xüsusiyyətin yalnız
müsəlamanlara aid olduğunu etiraf etmək məcburiyyətində qalmışdırlar.
5
Məhz bu səbəbdən İslam alimləri güclü sənədlər vasitəsi ilə sözləri və həyatı ən
incə nöqtəsinə qədər öyrənilmiş yeganə peyğəmbərin hz. Muhəmməd olduğunu
iftixarla söyləmişdirlər. Nə yəhudilərin, nə də xristianların belə bir elmi əsasa malik
olmadıqları elm dünyası tərəfindən də qəbul olunmuşdur.
İsnad sisteminin rəvayət anarxiyasına qarşı yönələn əsaslı və elmi bir tədbir
olduğu təkzibolunmaz bir faktdır. Bu elə bir elmi əsas idi ki, heç bir uydurmaçı və
yalançı ondan yaxasını qurtara
bilməmiş, dərhal aşkara çıxarılmışdır.
İsnad sistemi hədisçiləri, hədisdən başqa heç bir şeyə bağlı qalmamağa, vəzifə və
mənfəət düşüncəsindən uzaq durmağa sövq etmişdir. Sənədlərdə olan hər bir şəxs
(
ravi) –ictimai vəziyyəti nə olursa, olsun- heç bir ayrı-seçkiliyə yol verilmədən
etibarlılıq (
ədalət) və ləyaqət (
zəbt; əhliyyət) cəhətindən araşdırılmış və nəticə nə
olursa olsun dərhal açıqlanmışdır.
Yəhya ibn Səid əl-Qəhtan isnad haqqında ilk araşdırma
aparan alimin Şəbi
olduğunu söyləyir. Qaynaqların bir çoxu ilk dəfə İbn Sirinin isnad mövzusunda fikir
irəli sürdüyünü qəbul edir. İbn Sirinin İslam cəmiyyətində fitnə ortaya çıxdıqdan
sonra isnadın araşdırılmağa başlandığını dediyi zaman, “fitnə” sözü ilə nəyi nəzərdə
tutduğu mübahisəyə səbəb olmuş, bunun Əməvi xəlifəsi Müaviyənin ölümü ilə
başlayan daxili müharibələr olması ehtimalı üzərində durulmuşdur.
6
Hicri I (M. VII) əsrin axırlarında isnadın hərtərəfli inkişaf etdiyinə dair kifayət
qədər qaynaq vardır.
7
Xüsusilə fitnələrdən sonra siyasi firqələrin ortaya çıxması və
bunların tərəfdarlarının hədis uydurmağa başlaması alimləri isnadı daha
dərindən
araşdırmağa, rəvayət qaynaqlarını tədqiq etməyə, ravilərin kimlik və şəxsiyyətlərini
təhqiqə və tənqid üsulunu inkişaf etdirməyə sövq etdi və bununla da hədis rəvayəti
əsnasında isnadın istifadəsi məcburi hala gətirildi. Tabiun nəslindən etibarən
hədislərin isnadlarını, ravilərin cərh və tədilini yaxşı bilən alimləri yetişdi. İbn Əbi
Xatimin İmam Malikdən rəvayət etdiyinə görə hədisə ilk dəfə isnad tətbiq edən şəxs
İbn Şihab əz-Zöhridir. Məmər ibn Raşidin
əl-Camisinin və İmam Malikin
əl-
Muvattasının ehtiva etdiyi hədislərin isnadındakı terminlər,
ilk isnad işinin əz-Zöhri
ilə başladığı və ya onun dövrünə təsadüf etdiyi fikrini təsdiq edir. əz-Zöhri isnadsız
hədisləri qəbul etməmiş, Əhməd ibn Hənbəl də hədisləri ən yaxşı onun bildiyini və
isnadları ən mükəmməl şəkildə onun qiymətləndirdiyini söyləmişdir.
8
əz-Zöhridən
sonra gələn mühəddislər isnadı və ravilər zəncirini bir-birinə bağlayan sözləri hədisin
5
Çakan, a. k. ə., s. 69.
6
a. k. ə., s. 155.
7
əl-Ə`zəmi, a. k. ə., s. 192.
8
İbn Ədi, əl-Cürcani Əbu Əhməd ibn Ədi,
əl-Kamil fid-düafair-rical (nşr: Adil Əhməd Əbdülmövcud –
Əli M. Muəvvəz), Beyrut, 1997, I-VII, I, s. 138-139.