Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə102/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   98   99   100   101   102   103   104   105   ...   156

Tahir Akqubayev
  
252 
Peyğəmbərin evləndirdiyi bir nəfər mehr təyin olunmadan qadınla yaxınlıq 
etmişdi. Həmin şəxsin Xeybərdə bir tarlası vardı. Vəfatına yaxın həmin tarlanı həyat 
yoldaşına mehr olaraq verdiyini bildirdi. Qadın həmin ərazini 100 000 dirhəmə satdı.
38
 
Hədislərdən də göründüyü kimi mehrin maksimum həddi yoxdur. İstəyən istədiyi 
qədər mehr verə bilər. 
 
Mehrin növləri 
Mehr iki növdür: 
1. Miqdarı tərəflərə görə müəyyənləşdirilən mehr (mehri-müsəmma) 
2. Miqdarı adətə görə təyin olunan mehr (mehr misl) 
 
Mehr müsəmma 
Miqdarı  tərəflərə görə müəyyənləşdirilən mehrdə nikah vaxtı  ər-arvad öz 
aralarında razılığa gəlirlər. Qarşılıqlı razlıqla müəyyən edilən və ödənilən mehrə 
mehri-müsəmma deyilir. Bu mehr də öz növbəsində  nəğd (muaccəl) və sonradan 
ödənilən (müəccəl) olaraq iki yerə bölünür.
39
 
 
Muaccəl (nəğd) mehr 
Bu miqdarı müəyyənləşdirilən mehrdir.Nikah vaxtı  və ya sonra verilə bilər. 
Nikah zamanı verilən mehr muaccəl (nəğd) mehr adlanır. Miqdar müəyyənləşdirilib 
ödəniş şəkli bildirilməsə, hamısını və ya bir hissəsini nəğd, qalanını sonra ödəmək 
mümkündür
40
.  
 
Müəccəl (sonradan ödənilən) mehr 
Evləndikdən bir müddət sonra ödənilən mehrə müəccəl mehr deyilir.
41
 Sonradan 
ödənilən mehrdə  əgər tərəflər mehrin hamısının sonradan müəyyən tarixdə 
ödəniləcəyi haqda razılığa gəliblərsə nikah və  həmin  şərt keçərlidir. Bu mehrin 
təyinində deyilən vaxt çox uzaq olmamalıdır. Məsələn, 150 il sonra mehr ödəyəcəm 
şəklində  şərt məqbul deyil.
42
 Müəccəl mehrdə “beş  və ya on il sonra”, “kişi vəfat 
elədiyi təqdirdə” mehri ödəmək barədə razılığa gəlmək mümkündür. Belə hallarda 
qadın müəyyən edilmiş vaxtdan əvvəl mehr istəyə bilməz. Miqdarı müəyyən edilən 
ancaq vaxtı təyin olunmayan mehr (əgər bu haqda adət də yoxdursa) boşanma və ya 
                                                 
(Bax: İbn Hişam, “Sirə” VI, 57) olduğunu bildirir. Hər halda bu gələn məlumatların fərqli olması nağd 
verilən pulla tikilən ev arasındakı seçimdən qaynaqlanır. 
38
 Əbu Davud, “Nikah”, 244.  
39
 Bilmən. e.ə. II. s. 118. 
40
 Erdoğan. Mehmet. Fıkıh ve hukuk terimleri sözlüğü. Ensar neşriyat. İstanbul: 2010. s. 386.  
41
 Köse S. e.ə. s. 479.  
42
 Şirin Ş. e.ə. s. 41.  


İslam hüququnda mehr
  
253 
tərəflərdən birinin vəfatı ilə nəğdə çevrilir. Boşanmanın qəti (bain) və rici (dönüşü 
mümkün) olması nəticəni dəyişmir.
43
 
 
Mehri-misl (miqdarı adətə görə təyin olunan mehr)  
Yuxarıda izah edildiyi kimi, mehr nikah əsnasında qərarlaşdırılmalıdır. Tərəflər 
arasında mehr haqqında hər hansı razılıq olmadıqda, mehrin ödənilməyəcəyi 
qərarlaşdırıldıqda və ya hər hansı  səbəbdən təyin olunan mehr etibarsız sayıldıqda 
qadının haqqı olan mehr adətlə təyin olunur. Qadınla eyni mövqedə olan qadınların 
aldığı mehr əsas götürülərək təyin olunan bu mehrə mehri-misl deyilir.
44
 
Mehri-misl bu hədisə  əsaslanır: Abdullah ibn Məsud mehr təyin olunmadan 
evlənən lakin əri ölən qadın haqqında soruşulan suala, “Peyğəmbərdən bu mövzuda 
heç nə eşitməmişəm. Ancaq öz rəyimi bildirəcəm. Əgər doğru olsa Allahdan, yanlış 
olsa məndən bilin. Həmin qadına öz qadın qohumlarına verilən qədər mehr 
verilməlidir”, - deyir. Orada olanlardan Makal ibn Sinan qalxaraq: “Rəsulullahın 
Vakiş əl Əşcaiyyə haqqında eyni hökmü verdiyinə şahidəm”, - dedi.
45
 
Mehr-mislin təyinində hansı qadınların əsas götürüləcəyi haqqında fərqli fikirlər 
var. Hənəfi məzhəbinə görə, qadının ata tərəfi əsas götürülür. Burada gözəllik, yaş, 
mal və bakirəlik kimi məsələlərdə digər qadınlarla oxşarlığa baxılır. Çünki bu 
xüsusiyyətlərin dəyişməsi ilə mehrin miqdarı da dəyişir. Müqayisə edilən qadınlar 
eyni bölgə və eyni dövrdə yaşamalıdırlar.
46
 
Malikilərə görə, özü ilə (yaradılış  və imkan olaraq) eyni olan qadınlar  əsas 
götürülə bilər. Qohum olmaq şərti yoxdur. Şafei məzhəbində,  əmsal mehr təyin 
olunarkən asabədən (ata tərəfdən) olan qadınlar, hənbəlilərə görə isə, həm ana, həm 
də ata tərəfdən olan qadınların mehri əsas götürülə bilər. Cəfərilərə görə isə, dində 
mehri-misl üçün hər hansı  məhdudiyyət qoyulmayıb. Evlənən qadının maddi 
vəziyyətini bilən bir nəfər mehri-misl təyin edə bilər. 
Nikah vaxtı mehr danışılmadığı  təqdirdə mehri-misl istəmək qadının haqqıdır. 
Həmçinin təyin olunan mehr haqqında tərəflər məlumatsız olduqda və ya mehr qeyri-
məchul maldan təyin olunduqda qadına mehri-misl verilməlidir. Ev, maşın, heyvan, 
paltar və bənzəri şeylərin mehr olaraq istənilməsi məlumatsızlıqdan qaynaqlanır. Bu 
təqdirdə mehri-misl ödənilməlidir. Çünki bunlar ümumi isimlərdir. Bu cür istəklər 
qeyri-məchuldur. Ümumi olaraq ev dedikdə onun necəliyi şəxsə görə dəyişir. Bu da 
problemə səbəb ola bilər.  
İslamda alışı və satışı qadağan olunan şeylərdən mehr təyin oldunduqda mehri-
misl ödənməlidir.  
Tərəflər arasında mehrin razılaşdırılması haqqında mübahisə  əmələ  gəldiyi 
təqdirdə mehri-misl ödənməlidir.
47
 
                                                 
43
 Mehmet Zihni, Nimeti-İslam, İstanbul, 1976. s. 641.  
44
 Cin. Halil. Ankara Universitesi Hukuk fakultesi dergisi. Ankara: 1972. 29-cu say. s. 211.  
45
 Tirmizi, “Nikah”, 43.  
46
 Feteva-i Hindiyye (Feteva-i Alemgiriyye), tərcümə: Mustafa Efe, Akçağ yayınları. II. 374-375.  
47
 Köse S. e.ə. 480-481.  


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə