Tahir Akqubayev
254
Mehri təyin etmək səlahiyyəti kişiyə verilər və kişi artıqmalası ilə mehr təyin
edərsə, mehri-mislə ehtiyac qalmır. Çünki verilən hökm qadının lehinədir. Az olduğu
təqdirdə bu mehr qadının razılığı ilə qəbul oluna bilər. Əgər bu səlahiyyət üçüncü
şəxsə verilibsə təyin elədiyi miqdar mehri-misl qədərdisə məqbuldur. Mehri-misldən
çoxdursa kişinin, azdırsa qadının razılığı ilə qəbul olunmalıdır. Heç biri olmadıqda
mehr-misl ödənməlidir.
48
Qadının mehr istəmək səlahiyyəti
Arada hər hansı razılıq olubsa qadın muaccəl (nəğd) mehri ala bilər. Ancaq
sonradan veriləcək mehri-müəccəli aşağıdakı şərtlərdən sonra tələb edə bilər:
Cinsi yaxınlıq
Nikahdan sonra kişi və qadın bir-birinə halaldır. Qadın əri ilə ilk cinsi yaxınlıqdan
sonra, (boşanma olduğu təqdirdə) mehrin hamısını tələb etmək hüququ əldə edir. Əgər
mehr nəğd olaraq razılaşdırılıbsa kişi bunu ödəməlidir. Ödəmədiyi təqdirdə qadın
münasibətdən imtina edə bilər. Müddət təyin edilən mehri isə ancaq vaxtı çatanda
istəyə bilər.
49
Mehr təyin olunmayıbsa boşanma olduğu təqdirdə qadın mehri-misl
almalıdır.
50
Tərəflərdən birinin vəfatı
Tərəflərdən biri öz əcəli ilə vəfat elədiyi təqdirdə qadın mehr almaq hüququna
malikdir. Cinsi yaxınlıq və səhih xəlvət olsa da, olmasa da hökm eynidir. Çünki
ölümlə nikah əqdi sona çatır. Nikah sayəsində mehr kişinin üzərinə borc kimi vacib
olur. Ölüm insanı borcdan xilas etmir. Həmin borc kişinin mirasından ödənməlidir.
Nikah isə ömürlük sözləşmədir. Ölümlə bu sözləşmə sona çatır. Ancaq sözləşmənin
şərtləri yerinə yetirilməlidir.
51
Tərəflərdən biri öldürüldükdə, kişi intihar etdikdə və ya qadını öldürdükdə də
hökm eynidir. Ancaq qadın intihar etdikdə və ya ərini öldürdükdə nəzərdə tutulan
mehrin ödənilməsi ilə bağlı fərqli fikirlər var. Qadın intihar etdikdə dörd məzhəbə
görə mehr haqqı olduğu kimi qalır. Yəni mehr almaq hüququnu itirmir. Qadın ərini
öldürdükdə Hənəfi məzhəbinə görə mehr almaq haqqına sahibdir. Digər məzhəblərə
görə isə, mehr istəyə bilməz.
52
Tərəflərdən hər ikisi vəfat etdiyi təqdirdə isə, müəyyən
olunan miqdar varislərə ödənilir, müəyyən olunmayıbsa ödənilmir.
53
48
Şirin Ş. e.ə. s. 50.
49
Döndürən, e.ə. s. 137.
50
Köse S. e.ə. s. 482.
51
Şirin Ş. e.ə. s. 54.
52
Bilmən. e.ə. II, s. 128.
53
Şirin Ş. e.ə. s. 54.
İslam hüququnda mehr
255
Kişi cinsi yaxınlıqdan əvvəl ölərsə, malikilərə görə qadına mehr verilmir. Hənbəli
və Hənəfilərə görə isə, qadın mehri-misl almalıdır ki, qəbul olunan da elə bu fikirdir.
Çünki mehr təyin edilmədiyi təqdirdə belə qadının mehri-misl almaq haqqı var.
54
Səhih xəlvət
Səhih xəlvət nikahdan sonra ər-arvadın təkbaşına bir yerdə qalmasına deyilir.
Onların təkbaşına qalmasına mane olan hallar da olmamalıdır. Yəni onların yanında
üçüncü şəxs, cinsi əlaqəyə mane olan hər hansı hal olmamalıdır. Xəstəlik, aybaşı, fərz
oruc, həcc üçün ehramda olmaq da ər-arvad arasında cinsi münasibətə mane olan
hallardan sayılır.
55
Əgər ər-arvad yuxarıda sayılan maneələrlə birgə təkbaşına qalsalar bu fasid
xəlvət sayılır. Məsələn, toydan əvvəl avtomobil qəzasında yaralanan ərinə xidmət
etmək üçün qadının xəstəxanada əri ilə təkbaşına qalması fasid xəlvətdir. Bu təqdirdə
qadın mehr almaq hüququ əldə etmir. Səhih xəlvətdə qadının cinsi əlaqədə olması
şərti yoxdur.
56
Səhih xəlvətdən sonra ər-arvad boşandığı təqdirdə, qadın mehrin
hamısını almaq hüququna malikdir. Mehr danışılmayıbsa mehri-misl almalıdır. Səhih
xəlvətdən sonra boşanan qadın iddət gözləməlidir. Bu müddətdə dolanışıq haqqından
faydalana bilər. Malikilərə görə, evlənən qadın ər evində onunla cinsi əlaqədə
olmadan bir il qalarsa mehr almaq hüququ əldə edir. Şafeilərə görə, bununla qadına
mehr düşmür. Hənbəli və hənəfilərə görə isə, əgər səhih xəlvət olubsa qadın mehr ala
bilər.
57
Xülasə məzhəblərə görə, kişi aşağıdakı hallarda mehrin hamısını verməlidir:
Hənəfi məzhəbi: cinsi əlaqə, səhih xəlvət, tərəflərdən birinin ölümü.
Maliki məzhəbi: cinsi əlaqə, tərəflərdən birinin ölümü, qadının nikahdan sonra ər
evində bir il əlaqədə olmadan qalması
Şafei məzhəbi: cinsi əlaqə, tərəflərdən birinin vəfatı
Hənbəli məzhəbi: cinsi əlaqə, tərəflərdən birinin vəfatı, ölümcül xəstəlik anından
boşama, şəhvətlə baxmaq və ya öpmək.
58
Mehrin yarısının ödənməli olduğu hallar
Bəzi vəziyyətlərdə qadın mehrin hamısını yox, yarısını tələb edə bilər. Nikahdan
sonra cinsi əlaqə və səhih xəlvət olmadan kişi qadını boşadığı təqdirdə razılşadırılan
mehrin yarısını qadına verməlidir. Beş məzhəb bu xüsusda həmrəydir.
59
Əgər mehrin
hamısı nəğd ödənilibsə qadın aldığının yarısını ərinə qaytarmaq məcburiyyətindədir.
60
Əgər mehr sayılan malda hər hansı çoxalma olubsa bunlar qadına aiddir.
54
Cin H. e.ə. s. 229.
55
Köse S. e.ə. s. 481.
56
Döndürən. e.ə. s. 138.
57
Cin H. e.ə. s. 228.
58
Şirin Ş. e.ə. s. 59.
59
Köse S. e.ə. s. 482.
60
Bax: “Bəqərə” surəsi, 2/237.
Tahir Akqubayev
256
Mehrin verilmədiyi hallar
Fasid nikahdan sonra kişi qadını cinsi əlaqədən əvvəl boşayarsa qadına mehr
verilmir. Məhkəmənin boşaması və ya qarşılıqlı razılığın olması hökmü dəyişmir.
Nikahdan sonra cinsi əlaqə və səhih xəlvət olmadan qadının etirazı ilə ayrılıq baş
verərsə qadın mehr haqqını itirir. Qadın müsəlmanlıqdan çıxarsa, nikah qadın
tərəfindən pozulmuş sayılır. Bu təqdirdə qadın mehrdən məhrum olur.
61
Dövlət hüququnda nikah və ailə
Ailə quran şəxslər nikah şəhadətnaməsi almaq üçün dövlətə müraciət edirlər. Bu
da nikahın məsuliyyətli iş olduğunu göstərir. Azrəbaycan Respublikasının
Konstitusiyasında hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq
hüququnun olduğu bildirilir. Həmçinin nikah könüllü razılıq əsasında bağlanılır. Heç
kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir.
62
Ailə məcəlləsindəki bəzi maddələrin mehrlə oxşar cəhətləri var. Belə ki, Ailə
məcəlləsinin 34-cü maddəsində, “nikaha daxil olanadək onlara məxsus olan əmlak,
habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz
əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti (ər-arvadın
hər birinin əmlakı)”, - olduğu bildirilir. Həmçinin, “zinət əşyaları istisna olmaqla,
fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti
hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsus” olduğu
nəzərə çatdırılır.
63
.
Bundan əlavə, evlənərkən oğlan tərəfin qız tərəfə verdiyi qızıl və dəyərli əşyalar
bağışlama sayılır. Boşanma olduğu təqdirdə məhkəmənin qərarı ilə qadına verilir.
Mülki məcəllənin 666-cı maddəsində bildirilir: “Bağışlama müqaviləsi sağ ikən
bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini
bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan
tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə
alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə
şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.”
64
Yenə həmin məcəllənin 225-ci maddəsində isə bildirilir ki, “Nikaha girənədək ər-
arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə
hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir”.
Ailə məcəlləsinə görə, ər-arvad öz aralarında nikah müqaviləsi bağlaya bilərlər.
Buna evlənmə sazişi də demək olar. Nikah müqaviləsində tərəflərin bir-birinin
gəlirlərində iştirak üsulları, ailə xərclərində iştirak qaydası ilə bağlı öhdəlikləri, ər-
arvadın əmlakının hüquqi rejimi müyyənləşdirilir. Nikah müqaviləsi həm də ər-
arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ailə
məcəlləsinin 38-ci maddəsinə görə, nikah müqaviləsi nikaha daxil olan şəxslər
61
Cin H. e.ə. s. 232.
62
http://www.president.az/azerbaijan/constitution
63
http://www.e-qanun.az/code/10
64
http://www.e-qanun.az/code/8
Dostları ilə paylaş: |