Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə101/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   97   98   99   100   101   102   103   104   ...   156

Tahir Akqubayev
  
250 
Hənbəli və  Şafei məzhəblərində ortaq mallar (birgə yaşadıqları ev, istifadə 
etdikləri əşyalar və s.) mehr sayılır. Maliki məzhəbində isə sayılmır.
20
 
Hənəfi məzhəbində bu məsələnin təfərrüatlı izahı verilmişdir. Belə ki, hənəfilərə 
görə daşınar və daşınmaz əmlakdan əldə olunan mənfəət mehr sayıla bilər. Çünki bu 
mənfəətlər nikah əqdində və digər əqdlərdə zəruri mallardan sayılır. Yəni onlarla eyni 
hökmə malikdir.
21
 Kişi evdə birgə yaşamaq və minikdən istifadə etmək haqqını qadına 
mehr olaraq təklif edə bilər. 
Kişinin evlənəcəyi qadına Qurani-Kərim oxumasının və ya bir sıra dini hökmləri 
öyrətməsinin mehr sayılıb-sayılmaması müctəhidlər arasında müzakirə edilmişdir. İlk 
Hənəfi müctəhidləri buna etiraz etsələr də, sonrakı dövr hənəfi fəqihləri Quran təlimi 
və digər dini xidmətlərin mehr sayılması yönündə fitva vermişlər. Onlara görə, 
dərzilik kimi əl əməyi tələb edən və pul müqabilində öyrədilən peşələr mehr sayıla 
bilər. Cəfərilər də eyni fikirdədir.
22
 Həzrət Peyğəmbərin yuxarıdakı bir kişini bildiyi 
Quran surələrini gələcək həyat yoldaşına öyrətməsi müqabilində  həmin qadınla 
evləndirməsi hədisini dəlil gətirmişlər.
23
  İlk Hənəfi müctəhidləri bu hədisi izah 
edərkən bu cür nikahın yalnız Həzrət Peyğəmbərə  məxsus bir davranış olduğunu 
söyləmişlər.
24
 
Müsəlman kişinin evləndiyi qadın Əhli-kitabdan (yəhudi və xristian) olarsa mehr 
almaq haqqına malikdir. Yəni kişi ona mehr verməlidir. Əgər mehr vermədən ölərsə 
kişinin mirasından yoldaşına mehr verilməlidir.
25
 
 
Mehrin miqdarı 
İslam hüququnda mehrin minimum və maksimum miqdarı haqqında müxtəlif 
fikirlər irəli sürülmüşdür. Mehr üçün təyin olunmuş minimum hədd varmı və varsa nə 
qədərdir? Və ya maksimum nə qədər mehr vermək olar?  
Mehrin minimum həddi ilə  əlaqədar müctəhidlər arasında fikir ayrılıqları var. 
Hənəfilərə görə, mehrin ən aşağı həddi on dirhəm gümüş
26
 (təxminən dörd qram 22 
əyar qızıl pul) və ya bunun dəyəri qədərdir.
27
 Onlar "oğurluq edən  şəxsə  cəzanın 
verilməsi üçün oğurlanan malın dəyəri  ən azı 1 dinar olmalıdır" hökmünü dəlil 
gətirirlər. Bu da Peyğəmbərin dövründəki on dirhəm gümüş pula bərabər idi.
28
 
                                                 
20
 Bilmən, Ömer Nasuhi, Hukuki islamiyye ve istilahatı fıkhıyye kamusu, Bilmen yayınevi. İstanbul: 1968. 
II, 121-124. 
21
 Bilmən. e.ə., II. s. 115.  
22
 Köse S. e.ə. 478.  
23
 Bax: Buxari, “Nikah”, 14, 35, 44; Müslim, “Nikah”, 76.  
24
 Köse S. e.ə. 479.  
25
 Bilmən, e.ə. II, 115. 
26
 Rəsulullahın dövründə bu pula iki qurbanlıq qoyun düşürdü. (Bax: Köse S. e.ə. 477. ) 
27
 Karaman. Hayreddin. Anahatlarıyla islam hukuku-2. Ensar neşriyat. İstanbul: Tarixsiz. s. 96.  
28
 Döndürən H. e. ə. s. 134. 


İslam hüququnda mehr
  
251 
Maliki məzhəbində mehrin minimum həddi yarım qızıl dinar və ya üç gümüş 
dirhəm qəbul edilmişdir. Bu pulu eyni dəyərdə başqa malla da əvəzləmək 
mümkündür.
29
 
Cəfəri, Şafei və Hənbəlilər hədislərdə hər hansı məbləğin göstərilmədiyini
30
 əsas 
gətirərək mehr üçün minimum həddin olmadığını bildirirlər.
31
 Onlara görə mal sayılan 
hər şey mehr kimi verilə bilər. Bir şərtlə ki, həmin mal iki yerə bölündükdə mal olmaq 
xüsusiyyətini itirməsin. Əgər dəyərini itirirsə, həmin malı mehr kimi vermək olmaz.
32
 
Nəticə etibarilə, mehrin ən aşağı miqdarı haqqında qəti hökm verilməmişdir. Əsas 
məsələ  tərəflərin öz ixtiyarına buraxılmışdır. Ancaq tərəflər mehrin hikmətlərini 
yerinə yetirmək üçün öz aralarında müəyyən razılığa gəlməlidirlər. 
Mehrin maksimum həddi üçün hər hansı  məhdudiyyət qoyulmamışdır. Bütün 
məzhəblərə görə, mehrin maksimum həddi yoxdur.
33
 Belə ki, həzrət Ömər bir gün 
xütbədə qadınlara 400 dirhəmdən çox mehr verilməsinin xəta olacağını, Allah Rəsulu 
və əshabının 400 dirhəm civarında mehr verdiyini danışır. Bu vaxt qüreyşli bir qadın 
həzrət Ömərə söylədiyinin yanlış olduğunu bildirir və “Əgər bir arvadın yerinə başqa 
bir arvad almaq istəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, 
ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş 
görməklə gerimi alacaqsınız?!”
34
ayəsini xatırladır. Bu yerdə  həzrət Ömər  ədalətlə 
hərəkət edib: “Bir qadın doğru dedi, bir kişi yanıldı”
35
, başqa rəvayətdə isə: “Bütün 
insanlar Ömərdən biliklidir!” – deyir və minbərə çıxıb sözlərini geri götürür. Xalqa 
mehrin miqdarını təyin etmək məsələsində sərbəstlik verir. 
Həzrət Aişə  Rəsulullahın zövcələrinə on iki uqiyyə  və  nəşş mehr verdiyini 
bildirəndən sonra nəşşin uqiyyənin yarısı və ümumi məbləğin 500 dirhəm olduğunu 
bildirir.
36
 
Həzrət Peyğəmbər Aişə ilə nişanlananda ona dörd yüz dirhəm mehr verməyə 
boyun olmuşdur
37

                                                 
29
 Bilmən, e.ə. II. s. 117. 
30
 Mehrin aşağı həddinin olmadığını göstərən hədislərdən ikisi belədir: 
“Kişi qadına mehr olaraq iki ovuc ərzaq verərsə, qadın kişiyə halaldır.” (Əbu Davud, “Nikah”, 242.) 
“Bəni Fəzara qəbiləsindən bir qadın bir cüt nəleyini mehr olaraq qəbul eləmək şərtilə evləndi. Rəsulullah 
ona: “Bir cüt nəleyini mehr kimi qəbul etməklə evlənməyə razısan?” – deyə soruşanda, o: “Bəli”, – dedi” 
(Tirmizi, “Nikah”, 21.) 
31
 Köse S. e.ə. 477.  
32
 Bilmən, e.ə. II. s. 117. 
33
 Köse S. e.ə. 477.  
34
 “Nisa” surəsi, 4/20.  
35
 İbn Macə, “Nikah”, 17; Nəsai, “Nikah”, 117.  
36
 Müslim, “Nikah”, 215.  
37
 Bax: Nəsai, “Nikah”, 66 (3350); Əhməd ibn Hənbəl, “Müsnəd”, VI, 427 (27448). Həzrət Aişənin mehri 
haqqında fərqli məlumatlar var. Bəziləri onun 50 dirhəm dəyərində bir ev olduğunu (Bax: İbn Macə, 
“Nikah” 17; Təbərani, “əl-Mücəmül-əsvat” I, 146; İbn Sad, “Müsnəd”, I, 301; Müslim, “Nikah” 78 
(1426); Hakim, “Müstədrək” IV, 5; İbn Sad, VIII, 59, 161), bəziləri isə bu məbləğin dörd yüz dirhəm 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə