İslam hüququnda mehr
257
arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak
hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ər-arvadın
mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Həmin
məcəllənin 39-cu maddəsində isə müqavilənin nikahın bağlanmasının dövlət
qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxt bağlana biləcəyi bildirilir.
Müqavilə yazılı formada bağlanır və notarial qaydada təsdiq olunur. Ər-arvadın
razılığı ilə istənilən vaxt dəyişdirilə və pozula bilər.
65
Bu müqavilə boşanma olduğu
təqdirdə tərəflərin hüquqlarını qorumaq məqsədi daşıyır. Boşanma olduğu təqdirdə
əgər nikah müqaviləsi yoxdursa, evlilik dövründə qazanılan əmlak ortadan bölünür.
Ancaq müqavilə ilə bu və bənzəri xüsusları tənzimləmək mümkündür.
Mehrin hikməti
Mehrin bir çox hikmətləri var. Mehr İslamın qadına verdiyi dəyərin ifadəsidir.
Sadəcə qadının haqqı olan mehr onun yaşayışını asanlaşdırmaq məqsədi daşıyır.
Qadın özünə mehr olaraq verilən malı istədiyi kimi xərcləyə bilər.
İqtisadi cəhətdən qadına kömək sayılan mehr, evliliyin və qadının müəyyən
düşüncələrə alət edilməsinin qarşısını da alır. Kişi mehr ödəməklə qadınla malı üçün
evlənmədiyini sübut edir. Boşanan qadın özünə verilən mehrlə maddi ehtiyaclarını
təmin edə bilər.
Mehrin miqdarını təyin etmək səlahiyyəti qadına verilmişdir. Ancaq cəmiyyət
tərəfindən qəbul edilən bəzi özəlliklər bu miqdarın təyinində əhəmiyyətlidir. Yəni
mehrinin çox olmasını istəyən qadın daha çox əxlaqi məziyyətlərə sahib olmaq
istəyəcəkdir ki, bu da cəmiyyətin inkişafı deməkdir.
Mehrin hikmətlərindən biri də, boşanmaları azaltmaqdır. Kişi qadını boşadığı
təqdirdə mehrin hamısını ödəməlidir. Üstəlik yenidən evlənəcəyi qadına mehr
verməlidir. Bu da kişinin istədiyi vaxt qadını boşamasının qarşısını alır. Nəticədə ailə
və uşaqların haqqı qorunmuş olur.
Mehr – evlilik sığortası
Ailə qurmaq insanın fitri ehtiyacıdır. Ailəni qorumaq üçün müəyyən tövsiyələr
edilmiş, evliliyinin ömür boyu davam etməsi istənilmişdir. Tərəflərin haqq və
öhdəlikləri Quran və Sünnədə bildirilmişdir. Nəslərdə evlənən qadına mehr verməyin
vacibliyinə toxunulmuşdur. Cəmiyyəti qorumaq üçün ailəni qorumaq lazımdır.
Azərbaycan Respublikasının Konstitusiyasında da “cəmiyyətin əsas özəyi kimi ailə
dövlətin xüsusi himayəsindədir.”
66
Nikahın müəyyən şərtləri var. Bu şərtlər pozulmasın deyə müəyyən tədbirlər
görülməlidir. Tərəflərin haqlarının bərabər şəkildə qorunması hüquqla tənzimlənir.
65
http://www.e-qanun.az/code/10
66
http://www.president.az/azerbaijan/constitution
Tahir Akqubayev
258
Mehr də ailə birliyini və davamlılığını qoruyan əqddir. Yəni mehr ilk dövrlərdə
ailəni qoruyan ictimai təminat sayılırdı. Bu gün Çində və bir çox ölkələrdə tətbiq
olunan evlilik sığortası ilə İslam hüququndakı mehr arasında oxşarlıqlar mövcuddur.
2011-ci ildə Çində iki milyon 900 min insan boşanmışdır. Bunu görən sığorta
şirkətləri “evlilik sığortası”nın tətbiqinə başlamışdır.
67
İslam hüququndakı mehr də kişini boşanma hüququndan sui-istifadə etməkdən
çəkindirir. Qadın boşanmaq istədikdə aldığı mehri geri qaytarır və ya mehr haqqından
məhrum qalır. Burada əsas məqsəd ailəni qorumaqdır. Ailəni qorumaq üçün görülən
bütün tədbirlər təqdirəlayiqdir.
Nəticə
Mehr müxtəlif xalqlarda fərqli başa düşülmüşdür. Mehri bəzən alış-verişlə
müqayisə etmişlər. Tərəflərin qarşılıqlı mənfəətini axtarmışlar. Halbuki mehr cinsi
faydalanma və ya nişanda verilən hədiyyələrlə qarışdırılmamalıdır. Bu cür səhv
müqayisələr yanlış nəticələr doğurmuşdur. Bu da mehrin mahiyyətini düzgün
anlamamaqdan qaynaqlanır.
İslamdakı mehri qadının özünü “satması” kimi izah edənlər var. Halbuki İslamda
evlilik satış, mehr də satışın qarşılığı deyildir. İslamda ailə cəmiyyətin əsasıdır. Bu
səbəbdən cəmiyyətin nüvəsi sayılan ailə sağlam təməllər üzərində qurulmalıdır. Qadın
nikahda tərəfdaş və söz sahibidir. İnsan öz-özünü sata bilməz. Qadın kişinin mülkü
sayılmır. Mülkü olmadığı üçün ondan istifadədən də söhbət gedə bilməz. Əgər mehr
kişinin qadından faydalanmağının əvəzi olsaydı, onda qadının da kişidən
faydalanmağının əvəzi olmalı idi. Çünki qadın da kişi kimi evlilikdən və kişidən
faydalanır. Əgər mehr satışın əvəzi sayılsaydı cinsi əlaqədən əvvəl boşanma olanda
mehrin yarısının ödənilməsi məcburi olmazdı. Bu da onu göstərir ki, kişi qadından
faydalanmasa belə mehrin yarısını ödəməlidir. Deməli, nikah alış-veriş əqdi deyil,
ictimai prinsiplərə əsaslanan razılıq müqaviləsidir.
İslamda boşanma haqqı kişiyə verilmişdir. Kişi qadını ancaq mehrini ödəyərək
boşaya bilər. Qadınların da müəyyən boşanma haqları var. Ancaq boşanma tələb
edərsə mehr haqqından məhrum olur.
Boşama səlahiyyəti kişiyə, mehr haqqı da qadına verilmişdir. Bir mənada
tərəzinin iki gözü kimi bir tərəfə boşama, digərinə də mehr haqqı verilərək tarazlıq
qorunmuşdur. Kişi qadını boşamaq haqqından sui-istifadə edə bilər. Mehr məhz bu
cür sui-istifadənin qarşısını almaq, zəif tərəfin haqqını qorumaq mahiyyətindədir.
Mehr qadının xeyrinə ayrı-seçkilik kimi görünsə də, nəticədə ailəni qoruyur. Bundan
əlavə mehr, boşanma və ərin ölümü kimi hallarda qadının maddi təminatına dəstək
olur.
Boşanma Allahın sevmədiyi əməldir. Bu gün boşanmaların sayı artmaqda davam
edir. Bu da cəmiyyət üçün təhlükə sayılır. Boşanmalarda ən çox zərər qadın və
67
http://www.sabah.com.tr/yazarlar/donat/2012/12/11/evlilik-sigortasi
Dostları ilə paylaş: |