Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə100/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   96   97   98   99   100   101   102   103   ...   156

Tahir Akqubayev
  
248 
Mehrin hüquqi əsasları 
Mehrin  əsasını Quran və Sünnə  təşkil edir. İslam hüquqşünasları mehr 
haqqındakı hökmləri daha çox aşağıdakı ayə və hədislərə istinadən vermişlər. Mehrin 
əsaslandığı ayələrdən bəziləri belədir: 
Qadınlarınızın mehrlərini könül xoşluğu ilə verin!
5
 
“(Evləndiyiniz) qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş 
mehrlərini verin.
6
 
“...Onların mehrlərini qəbul olunmuş qaydada verin!...”
7
 
Bundan əlavə Bəqərə surəsinin 236-237-ci, Nisa surəsinin 20-ci, Maidə surəsinin 
5-ci ayələrində də mehrdən bəhs olunur.  
Peyğəmbər ailə qurduğu qadınlara mehr vermiş, qızlarını evləndirərkən mehr 
istəmiş, evlənən səhabələrə də bu məsələdə diqqətli olmağı tövsiyə etmişdir. Belə ki, 
Peyğəmbər həzrət Xədicə ilə evlənərkən bir qismini nəğd, diğər qismini də sonradan 
ödəmək şərtilə on iki uqiyyə və bir nəşş
8
 mehr vermişdir. Bunun iyirmi dəvə və ya 
500 dirhəm pul olduğu da bildirilir.
9
 
Bir gün Əbdürrəhman ibn Avf həzrət Peyğəmbərin yanına gələrək evləndiyini 
bildirir. Rəsulullah: “Mehr olaraq nə verdin?”, − deyə soruşur. O, bir qədər qızıl 
verdiyini bildirir. Rəsulullah: “Allah xoşbəxt eləsin. (İnsanlara) bir qoyun kəsməklə 
olsa da toy yeməyi ver”, – deyir.
10
  Həzrət  Əli də Peyğəmbərin qızı ilə evlənərkən 
dəyərli bir qalxanını mehr olaraq vermişdir.
11
 
Mehr haqqında başqa bir hədisə baxaq: Həzrət Peyğəmbər səhabələri ilə bir yerdə 
oturarkən bir qadın gələrək onunla evlənmək istədiyini bildirdi. Peyğəmbər onun 
istəyinə heç bir cavab vermədi. Oradakılardan biri həmin qadınla evlənmək istəyini 
dilə gətirdi. Peyğəmbər qadına mehr verməli olduğunu dedi. Həmin şəxs evinə gedib 
əliboş qayıtdı. Rəsulullah ona: “Dəmir üzük tapsan da gətir”, – deyərək geri yolladı. 
Həmin səhabə yenə  əliboş qayıdaraq: “Dəmir üzük də tapa bilmədim. Ancaq 
əynimdəki paltarım var. Yarısını ona verirəm”, – dedi. Bunu eşidən Peyğəmbər: 
“Sənin paltarın onun nəyinə gərəkdir? Sən geyinsən, o, paltarsız qalacaq, o geyinsə 
sən. Yaxşı, Quranı  nə  qədər bilirsən?” – dedi. Səhabə bildiyi surələri oxudu. 
Peyğəmbər də bildiyi surələri həmin qadına öyrətmək şərti ilə onları evləndirdi.
12
 
Qısacası, Həzrət Peyğəmbər mehr olmadan nikahın kəsilməsinə heç bir halda 
icazə verməmişdir. Əgər mehr vacib olmasaydı, Peyğəmbər bunu bəzən tərk edərdi.  
                                                 
5
 “Nisa” surəsi, 4/4.  
6
 “Nisa” surəsi, 4/24.  
7
 “Nisa” surəsi, 4/25. 
8
 1 nəşş 20 dirhəmə, 1 uqiyyə də 40 dirhəmə bərabərdir, yəni Peyğəmbər Xədicəyə 500 dirhəm mehr 
vermişdir. Bu, hal-hazırda 1600 qram gümüşə bərabərdir. 
9
 Hamidullah. Muhamməd. İslam Peyğəmbəri. İpəkyolu nəşriyatı. Bakı: 2013. I. s. 80. 
10
 Buxari, “Nikah”, 58; Əbu Davud, “Nikah”: 29.  
11
 Nəsai, “Nikah”, 76; Əbu Davud, “Nikah”, 24, 25. 
12
 Buxari, “Nikah”, 50; Müslim, “Nikah”, 13; Tirmizi, “Nikah”, 23 


İslam hüququnda mehr
  
249 
Mehrin hüquqi hökmü 
Malikilər xaricindəki  İslam hüquqşünaslarının fikrincə, mehr nikahın 
şərtlərindən sayılmır.
13
 Nikah zamanı mehrin bilərək ifadə edilməməsi, unudulması 
və ya tərəflərin mehrdən imtinası bu hökmü dəyişmir.
14
 Evləndiyi qadına mehr 
vermək kişiyə vacibdir. 
Əksər alimlərə görə, mehr nikahın şərti yox, nəticəsidir. Yəni evlilik nəticəsində 
(əvvəlcədən müəyyən edilsə də, edilməsə də) ortaya çıxan öhdəlikdir. Elə buna görə 
də mehr olmadan kəsilən nikah məqbuldur. Ancaq qadın mehri-misl almaq haqqına 
sahibdir. 
Maliki məzhəbinə görə isə, mehr nikahın  şərtidir. Yəni mehr olmadan kəsilən 
nikah məqbul sayılmır.
15
 
Tərəflər mehr olmadan evləndiyi və ya mehr sayılmayan mallardan (şərab, donuz, 
ölü heyvan) mehr təyin elədikləri təqdirdə  hənəfi,  şafei, hənbəli və  cəfərilərin 
əksəriyyətinə görə nikah səhihdir. Həmin mallar mehr sayılmır, ancaq qadın mehri-
misl almaq haqqına sahibdir.
16
 
 
Mehr sayılan şeylər 
Nikahdan  əvvəl və ya sonra mehr təyin etmək sünnədir. Mehr kimi ödənilən 
şeylərə  İslam hüququnda mal deyilir.
17
 Mehr olaraq verilən malların ümumi 
xüsusiyyətləri bunlardır:  
a) Mütəqəvvimlik, yəni mal maddi dəyərə malik və sahibinə aid olmalıdır.  
b) Məlum olmalıdır. 
c) İki yerə bölündüyü təqdirdə dəyəri itməməlidir. 
Qısacası, mal sayılan hər şeyi mehr olaraq vermək olar.
18
 Yəni İslamda satışı və 
istifadəsi qadağan olunmayan hər şey (daşınar və daşınmaz əmlak, zinət əşyaları və 
s.) mehr olaraq verilə bilər. İslamda qadağan olunan içki, donuz əti kimi şeylərdən 
mehr vermək olmaz. Çünki bunlar mal kateqoriyasına aid deyil. Bunlar mehr təyin 
edildiyi təqdirdə nikah mehrsiz kəsilmiş hesab olunur. Ancaq qadın mehri-misl almaq 
haqqını itirmir.
19
 
Hənəfilərə görə, müəyyən dəyərə malik hər cür mal (qızıl, gümüş, zinət əşyaları, 
nəğd pul, tərəzidə çəkilən mallar, heyvan, ərazi, parça və s.) mehr sayıla bilər. 
                                                 
13
 Köse S. e.ə. 477.  
14
 Halebi. İbrahim. Multekal-ebhur (Multeka tercümesi mevkufat). (sadələşdirən: Ahmed Davudoğlu), 
Doyuran matbaası, İstanbul: 1980. I. 492.  
15
 Döndürən. Hamdi. Dəlilləriylə ailə elmihalı. Tərcümə: Eldəniz Salmanov. İpəkyolu nəşriyyatı. Bakı: 
2011. s. 133.  
16
 Köse S. e.ə. 478.  
17
 “Nisa” surəsi, 4/24.  
18
 Şirin, Şükrü, İslam ailə hüququnda mehr. Nəşr olunmamış magistr işi. Sakarya: 1997. s. 27.  
19
 Döndürən H. e.ə. s. 133.  


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə