Dos.Nigar Qüdrət qızı İsmayılzadə
48
olmuş, o da, bu da və ya mənlik sənlik ortadan qalxmışdır, çünki Allah onu eşqin
surətində, içini və çölünü də eşqin işığında aydınlatmışdır.
Kamil insan bütövlükdə eşqlə yoğrulmuş varlığa çevrilmişdir. Bu eynilə
Məcnunun səhrada olarkən anidən qolundan axan qanı görüb təəcüblənən atasına
Məcnunun Leylanın qolundan neştərlə qan alındığını bildirmək üçün dediyi “Biz bir
ruhuz iki bədəndə” fikrinə tam uyğun gəlir. Məcnun ikiliyin ortadan qalxdığını belə
ifadə edir:
Gər mən mən isəm nəsən sən ey yar
Vər sən sən isən nəyəm mən-i zar
O halda hər şeyin sirri, gizli mənası ilahi eşqin içindədir, çünki bütün varlığa,
yaradılışa eşq bir bəhanədir. Əlvan Çələbi ilahi eşqi “Mənakıbül kudsiyyə” əsərində
belə təqdim edir:
Aşk anı şöyle kendüye almış
Kim bu aşk kendü kendü aşk olmuş
Aşk ise kanı aşıkı-muhtar
Aşık ise kanı bu aşkı-yar
Aşk u maşuk u aşık ol olmuş
Ol u bu şol ortada ölmüş
Kılmış anı Çalap musavveri-aşk
Zahirin batının münevveri-aşk (3, 272).
Qısaca bu şeirdə şair ilahi eşq dəryasına düşənin zahiri ilə batininin işıqlandığını
bildirir. Nəsr əsərindən, təsəvvüfü təzkirəsindən və əsasən də şeirlərindən göründüyü
kimi Əlvan Çələbi böyük bir mütəsəvvüf, mütəfəkkir olduğu qədər də böyük bir
təsəvvüf şairidir.
ƏDƏBİYYAT
1. A.Azmi Bilgin. Türk tasavvuf edebiyatının mahiyeti. Türkiyat Mecmuası, C
24, Bahar, 2014.
2. Aşık Paşa. Garib-name. Hazırlayan K.Yavuz. İstanbul, TDV Yayınları, 2000.
3. Erkoç Ethem. Aşık Paşa ve oğlu Elvan Çelebi, Çorum, 2006.
4. Günçen Ahmet. İlk Türkçeçilerden Kırşehirli Valiliği Yayınları, 2006.
5. Kabaklı A. Türk Edebiyatı, C.2, İstanbul, Türk Edebiyatı Vakfı Yayınları, 2002.
6. Köprülü M.Fuad. Türk Edebiyatı. Ankara, 2011.
XIV əsrin dini-təsəvvüfi ədəbiyyatın nümayəndələri – Aşıq Paşa və oğlu Əlvan Çələbi...
49
XÜLASƏ
XIV ƏSRİN DİNİ-TƏSƏVVÜFİ ƏDƏBİYYATIN NÜMAYƏNDƏLƏRİ –
AŞIQ PAŞA VƏ OĞLU ƏLVAN ÇƏLƏBİ – İSLAM MƏDƏNİYYƏTİ
KONTEKSTİNDƏ
Təsəvvüf geniş mənada İslam mədəniyyətinin bütün sahələrində təzahür
etdiyindən Türk təsəvvüfü də orijinal ədəbiyyat olaraq ümumtürk mədəniyyətini
zənginləşdirmişdir. XIV yüzilin ən böyük təsəvvüf şairi Aşıq Paşadır. Aşıq Paşa ilahi
eşq şairi olaraq ilahi eşqi həqiqi eşq adlandırmışdır. Aşıq Paşanın “Qəribnamə” adlı
əsəri ilahi eşq haqqında tutarlı mənbədir. Aşıq Paşanın oğlu Əlvan Çələbi də təkkə
ədəbiyyatının nümayəndəsidir. Əlvan Çələbiyə görə ilahi eşq təsəvvüf ədəbiyyatının
təməli, əsas fikir sistemidir.
SUMMARY
THE REPRESENTATİVES OF 14
TH
CENTURY RELİGİOUS-SUFİ
LİTERATURE İN THE CONTEXT OF İSLAMİC CULTURE ASHİG
PASHA AND HİS SON ELVAN CHALABİ
Sufism in its general meaning covers all fields of Islamic civilization. Similarly
Turkish Sufism as an original literature enriched the whole content of Turkish
civilization. The most significant Sufi poet of the 14th century is Ashiq Pasha, who as
a poet of divine love, described divine love as the real love. The work of Ashiq Pasha,
which is titled "Qaribname" is a solid source on the issue of divine love. His son Elvan
Chelebi is a representative of Sufi lodge (tekke) literature. In Elvan Chelebi's view,
divine love is the main thematic system of thought for Sufi literature.
Dos.Nigar Qüdrət qızı İsmayılzadə
50
РЕЗЮМЕ
ПРЕДСТАВИТЕЛИ РЕЛИГИОЗНО-МИСТИЧЕСКОЙ ЛИТЕРАТУРЫ –
АШУГ ПАША И ЕГО СЫН ЭЛВАН ЧЕЛЕБИ В КОНТЕКСТЕ
ИСЛАМСКОЙ КУЛЬТУРЫ
Мистика в широком смысле проявлялась во всех сферах исламской
культуры, поэтому и тюркская мистика, являясь оригинальной литературой,
обогатила
общетюркскую
культуру.
Крупнейшим
поэтом-мисти-
ком XIV столетия является Ашуг Паша. Воспевая божественную любовь, Ашуг
Паша назвал ее истинной любовью. Его произведение «Гарибнамэ» является
фундаментальным источником о божественной любви. Сын Ашуга Паши Элван
Челеби также входит в числопредставителей суфистской литературы. Согласно
Элвану
Челеби
божественная
любовь является основой мистической
литературы, главной системой ее мыслей.
Çapa tövsiyə etdi: akad.V.M.Məmmədəliyev
Təcvid elmində ləhn anlayışı və onun namazla bağlı fiqhi hökmlərə təsiri
51
TƏCVİD ELMİNDƏ LƏHN ANLAYIŞI VƏ ONUN NAMAZLA BAĞLI
FİQHİ HÖKMLƏRƏ TƏSİRİ
f.f.d. Mürsəlov Mirniyaz Mürsəl o.
BDU İlahiyyat fakültəsinin müəllimi
Açar sözlər:təcvid, tərtil, qiraət, ləhn, namaz.
Key words: tajweed, tarteel, qiraat, lahn, salah.
Ключевые слова:таджвид, тартиль, кыраат, лахн, намаз.
Qurani-Kərim hər kəsin heç bir qaydaya riayət etmədən, istədiyi kimi oxuya
biləcəyi bir kitab deyil. Mənbəyi Allah-Təala olduğu üçün müsəlmanlar bu ilahi
kəlamı oxuyarkən müəyyən qaydalara tabe olmaq məcburiyyətindədirlər. Eyni
zamanda Qurani-Kərimin ərəbcə nazil olması da onun müəyyən qaydalara riayət
edərək oxunmasını zəruri edir. Bu qaydalar toplusu təcvid adlanır. Qurani-Kərimin
təcvid qaydalarına riayət edilərək oxunması onun vəhy edilməsi ilə başlamışdır. Başqa
bir ifadə ilə Qurani-Kərim təcvid ilə nazil olmuş və onunla oxunmuşdur. Qurani-
Kərimdə onun mənasının başa düşülməsi üçün tətbiq edilən ölçülü oxunuşa təcvid ilə
eyni mənada işlədilən tərtil sözündən istifadə edilmişdir. هانلترو كداؤف هب تبثنل كلاذك
لايترت... - “...(Ya Rəsulum!) Biz onu sənin qəlbinə yaxşı təsbit etmək üçün beləcə hissə-
hissə nazil etdik və ağır-ağır oxuduq. (Quranın az-az endirilib, ağır-ağır oxunması
onun əzbərlənməsini və mənalarının anlaşılmasını asanlaşdırır).”
1
Əli ibn Əbi
Talibdən (ə.s.) tərtilin mənası soruşulduqda o, “Tərtil hərfləri təcvidlə (yəni lazımi və
arizi xüsusiyyətləri ilə) oxumaq və vəqfləri bilməkdir”
2
buyurmuşdur.
Bildiyimiz kimi namaz hər bir müsəlmana vacib buyurulan ibadətlərdəndir və bu
ibadəti icra edərkən Qurani-Kərimin müəyyən surə və ayələrinin oxunması onun
zəruri rüknlərindəndir. Belə olan halda, namaz əsnasında təcvid qaydalarına riayət
etmədən oxunan surə və ayələr onun səhihliyinə təsir göstərəcəkdir. Biz bu məqalədə
Quran oxunarkən təcvid qaydalarına riayət etmədikdə meydana gələcək xətaları
(Ləhn) və xətaların namazla bağlı fiqhi hökmlərə təsirini araşdırmağa çalışacağıq.
Ləhn (نحللا) sözünün lüğətdə bir çox mənası olsa da, burada bizi maraqlandıran
onun xəta mənasıdır.
3
Təcvid elmində Quran oxuyarkən hərflərin lazımi
xüsusiyyətlərində, hərəkələrdə və təcvid qaydalarının tətbiqi zamanı meydana gələn
xətalara ləhn deyilir.
4
1
əl-Furqan, 25/32
2
ص 209 ، ج1، رشعلاتءارقلايفرشنلا،يرزجلانبا.
3
Serdar Mutçalı, Arapça-Türkçe Sözlük, səh. 790
4
Tayyar Altıkulaç, Tecvidul-Kuran, səh. 7
Dostları ilə paylaş: |