Dini radikalizm və klassik İslam təhsil sistemi: Fəzlur Rəhmanın görüşləri əsasında
33
Ömər ibn Əbdüləzizin xəlifəliyi dövründə görmək mümkündür.
Ancaq o dövrdəki
ihya təşəbbüsləri daha çox siyasətlə bağlı idi. İhya hərəkatı daha geniş mənada ələ
alındıqda və xüsusilə düşüncə zəminində tədqiq edildikdə Qəzali dövrünün bağşlanğıc
nöqtəsi qəbul edilməsi daha məqsədəuyğun görünür
17
.
İslam tarixinə nəzər saldıqda Qəzali öncəsi dövrdə İslam dünyasının qarşılaşdığı iki
problemi görmək mümkündür. Bunlardan birinci tərcümə fəaliyyətləri ilə birlikdə İslam
dünyasına girib yeni fikri cərəyanların meydana gəlməsinə səbəb olan yunan
düşüncəsidir. İkincisi isə ən qısa ifadəsi ilə sufiliyin təşkilatlanmasıdır. Yəni, nəfis
tərbiyəsi kimi meydana çıxan sufilik sonrakı dövrlərdə liderlərinə imtiyazlı bilik vəd edən
xüsusi qruplaşmaya çevrilmişdir
18
. Bu problemlərin hər ikisinə ən ciddi və sistemli
yanaşma tərzini Qəzalidə görmək mümkündür. Qəzalinin ilk ihyaçı olaraq görülməsinin
səbəbi də budur. Qəzali həm kəlam elminə gətirdiyi yeniliklərlə bu sahədəki problemləri
həll etmiş, həm də sufiliklə birlikdə meydana çıxan batini elmlərə qarşı mübarizə
aparmışdır. Ancaq Fəzlur Rəhmana görə Qəzali də sufiliyin yaratdığı mühitdən öz
nəsibini almışdır. Sufilik hicri üçüncü əsrə qədər müəyyən
müridlər qrupu daxilində
mürşidləri tərəfindən istiqamət verilən xüsusi bir dini yaşama tərzi olmuşdur. Geniş xalq
kütlələrinə məlum olmayan bu yol cəmiyyət içərisində, xüsusilə, imanla bağlı fərqli
anlayışları meydana gətirmədiyi üçün problem kimi görülməmişdir. Ancaq sufilik
qapısını hər kəsə açmağa başladığı dövrdən etibarən insanlar arasında ənənəvi etiqadi
məsələlərdən azma halları meydana gəlməyə başladı. Buna baxmayaraq sufiliyin çoxsaylı
yayılma səbəbləri arasında mənsublarına Allahla birbaşa ünsiyyət
sözü verilməsi diqqəti
daha çox cəlb edir. Çünki bu vədin cazibəsi iqtisadi, ictimai və siyasi xüsusiyyət daşıyan
digər səbəblərdən daha güclü idi. Üləmanın (sufi təriqətlər xaricindəki alimlər) buna qarşı
ciddi etiraz və cəhdləri sufiliyin yayılmasının qarşısını ala bilməmişdir. Nəticədə sufilik
özünəməxsus düşüncə sistemi və yaşayış tərzi ilə formalaşmış və hətta `din içində din`
adını alacaq qədər sərhədləri aşmışdır. Başlanğıcda ali hədəflərlə yola çıxan bu hərəkat
əsrlər sonra ilk səmimi məqsədindən ayrılaraq istismarçı təşkilata çevrilmişdir. Fəzlur
Rəhmanın baxış tərzinə görə üləmanın bütün cəhdlərinə baxmayaraq İslam dünyası
VIII/XIV əsrdən etibarən sufi təriqətlərə təslim olmuşdur.
19
Qəzalidən sonra ihya hərəkatınnın ən mühüm təmsilçisi İbn Teymiyyədir. Qəzali
kimi İbn Teymiyyənin də ən çox tənqid etdiyi sahələrdən biri təsəvvüfdür. Əslində
İbn Teymiyyə də bir nəfis tərbiyəsi kimi təsəvvüfə qarşı çıxmamışdır. Onun da sərt
üslubla tənqid etdiyi nöqtə təsəvvüflə birgə meydana gələn yanlış etiqad məsələləri,
batil
inanclar, sonradan meydana gələn müxtəlif zikir ayinləri, bidətlər və xurafələr
olmuşdur. Əslində bütün bunlar sadəcə İbn Teymiyyənin deyil, ihya və islahat
tərəfdarı olan alimlərin müştərək fikridir. Dinin bütün bu sapmalardan təmizlənməsi
üçün böyük cəhd göstərən İbn Teymiyyə buna nail olmanın ilkin şərti kimi ictihadın
17
Sönmez M. İhyacılığın doğuşu ve bazı önemli temsilcileri. s.29.
18
Rahman F. İslam. s. 269.
19
Rahman F. İslam. s. 223-224.
i.f.d., dos. Mübariz Camalov
34
canlılıq qazanmasını göstərmişdir. Onun fikrinə görə geniş xalq kütlələrinin müəyyən
bir məzhəbi təqlid etmə imtiyazı olsa da alimlərin ictihadı qaçılmazdır. Bu düşüncələri
səbəbi ilə sufilərin ağır tənqidlərinə məruz qalan İbn Teymiyyə fikirləri sonrakı
dövrlərdə meydana gələn ihya hərəkatlarının, xüsusilə, vəhhabiliyin yaranmasında
böyük rol oynamışdır.
20
İbn Teymiyyənin bütün düşüncələri hər kəs tərəfindən qəbul edilməsə də sufiliklə
bağlı tənqidləri əsasən üləma tərəfindən də təsdiqlənmişdir. Bir tərəfdən reform
vurğusu digər tərəfdən ənənəvi İslamın sərt şəkildə tənqidi Məhəmməd ibn
Əbdülvəhhab tərəfindən yaradılan vəhhabi cərəyanına mənbə təşkil etmişdir.
21
Ancaq
XVIII əsrdə ihya hərəkatlarının vüsət almasıyla birlikdə meydana çıxan vəhhabilik
bəzən İbn Teymiyyədən də sərt və qatı anlayışa bürünmüşdür. Onların
ictihada
yanaşma tərzləri təqdirəlayiq görülsə də həddi aşan dərəcədə təkfirçi üslubları və şirk
anlayışının sərhədlərini genişlətmələri müsbət qarşılanmamışdır. Buna görə də
vəhhabilər özlərini sələfi əqidəyə nisbət etsələr də bəzi hallarda onların xarici
xüsusiyyətlərinin daha ağır gəldiyini düşünənlər də olmuşdur.
22
Fundamentalizm meydana çıxma səbəbləri və dini əslinə qaytarma iddiasından
yola çıxdığı üçün ilk dövrlər etibarilə müsbət qarşılanmış, hətta dinin yarandığı dövr
olan `qızıl əsr`ə həsrət arzusunu canlandırmışdır. Ancaq son dövrlərdə fundamen-
talizmin radikalizm, fanatizm, mürtəcelik, terorizm
kimi neqatif xüsusiyyətlərə
bürünməsi hansı saiqlərdən meydana gəldiyindən asılı olmayaraq onun haqqında mənfi
təsəvvür yaranmasına gətirib çıxarmışdır. Üstəlik bu təsəvvür sadəcə radikal
cərəyanlarla məhdud qalmamış, din və müqəddəs dəyər adına hər şeyə sirayət etmişdir.
Bunun nəticəsi kimi 11 sentyabr hadisələri ilə birlikdə müsəlman adı bütün dünyada
terorist damğası ilə möhürlənməyə başlamışdır. Beləliklə daha geniş və müsbət mənalı
fundamentalizm, daha dar və mənfi mənalı radikalizmlə eyni mənaya enişdir
23
.
Qərbdə müsəlman təsəvvürünün mənfiliyi sadəcə fundamentalist yaxud radikalist
anlayışa bağlı olmayıb, hər iki tərəfin şüuraltı dünyasının bunda böyük təsiri var.
Həsən Hənəfinin xülasə şəkildə qeyd etdiyi kimi, müsəlman şüuraltında
qərbin
qarşılığı Roma imperiyası, səlib yürüşləri, müasir müstəmləkələr, tək qütblü dünyadır.
Qərbli şüuraltında isə İslam təsəvvürü Roma imperiyasına sahib olma, Qüdsü işğal
etmə, İstanbula yerləşmə, Viyanadan İspaniyaya qədər Avropanı təhdid
etmə və
nəhayət son onilliklərdə İslam dünyasından qərbə köç axını ilə birlikdə qərbli
şəxsiyyətin dəyişməsidir
24
.
Radikalizmin səciyyəvi şüarı dinin əslinə qayıtmaqdır. Bu fikir ilk baxışda
cəlbedici görünür. Çünki `dinin əslinə qayıtma` müddəası saf və dəyişməmiş əsl din
20
Sönmez M. İhyacılığın doğuşu ve bazı önemli temsilcileri. s.31.
21
Voll J. Modernizm, fundamentalizm ve hermönetik / İslam ve Modernizm: Fazlur Rahman tecrübesi, s./233
22
Sönmez M. İhyacılığın doğuşu ve bazı önemli temsilcileri. s.34.
23
Öz S. Sosyolojik bir olgu
olarak dini ihya hareketleri, s. 191.
24
Hanafi H. Islam and westernization / I. Uluslararası Kutlu Doğum İlmî Toplantısı, İslam, Gelenek ve
Yenileşme = Islam, Tradition and Change, İstanbul: TDV İslam Araştırmaları Merkezi Yayınları, 1996,
s. 250;