Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə50/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   46   47   48   49   50   51   52   53   ...   156

Müasir İran ədəbiyyatında nəsr
 
 
127 
Əsərin baş  qəhrəmanı Zari və onun həyat yoldaşı Yosifə  gəldikdə isə, onlar 
təpədən dırnağa qədər, nəcibdirlər və bu xüsusiyyət onları ilk gündən bir-birinə 
bağlayıb.” (8) 
Əhməd Mahmudun “Qonşular” romanı (1974) Iranın cənub bölgəsindəki Əhvaz 
şəhərində neft sənayesinin milliləsdirilməsi ilə ətrafında baş verən hadisələri təsvir 
edir. Hadisələr baş  qəhrəman Xalidin qarşı cinslə ilk məhrəmani təcrübəsindən 
başlayıb siyasi oyanışına qədər davam edir. Ə. Mahmud bu cür keçidi məharətlə təsvir 
etməklə romanı  şah  əsəri səviyyəsinə qaldıra bilmişdir.  Əsər  ədəbiyyatşünaslar 
tərəfindən müasir İran ədəbiyyatında ən yaxşı sosial roman hesab edilir. 
Keçən əsrin 80-ci illərində 8 il sürən Iran–Iraq müharibəsi və iqtisadi problemlər 
əhalini müəyyən qədər  ədəbi mütaliədən uzaqlaşdırdı, bir çox tanınmış yazıçıların 
emiqrasiya etməsi və ya ölkədən sürgün edilməsi ədəbiyyatda dərin bir boşluq yaratdı. 
Bu vəziyyət 1997-ci ilə  qədər davam etdi. Hatəminin dövründə islahatlar qəzet və 
jurnal nəşrində canlanma yaratdı və bu da öz növbəsində ədəbiyyatda yeni sözə təkan 
verdi. 
Gənc yazıçılar nəsli yaranmış fürsətdən istifadə etdilər. Onlardan Hüseyn 
Sənapur və Zöya Pirzad kimi yazıçılar tənqidşünasların və artıq əvvəlki illərin ədəbi 
əsərlərini qəbul etməyən oxucuların rəgbətini qazana bildilər. Qeyri –hökumət 
təşkilatları  və  ədəbi məcmuələr mükafatlar təsis etməklə  ədəbiyyatı canlandırmağa 
müvəffəq oldu. Bu mükafatların təxminən yarısı bu dövrdə yazıb-yaradan qadınlara 
verildi.Əslində, bu, Iranda görülməmiş hadisə idi.  
2005-2013-cü illər senzuranın güclənməsi və bir çox müstəqil nəşrlərin 
bağlanması ilə xarakterizə olunsa da, sonrakı illər senzuranın azalması və nəşriyyatlar 
üçün yaradılmış əlverişli şərait Iranın ədəbi mühitınə yeni bir hərəkət gətirdi. 
Sadeq Hedayət fransız dilində iki hekayə yazdığı dövrdən başlayraq, Iran 
yazıçıları dilin yaratdığı  məhdudiyyətləri aşaraq xarici ölkələrdə  də geniş oxucu 
auditoriyası arzusundadırlar. Son 30 ildə Irandan xaricə yönəlmiş miqrasiya dalğası, 
xarici ölkələrdə  ədəbi dərnəklərlə  sıx  əlaqə  və müasir Iran ədəbiyyatının 
nümunələrinin Avropa dillərinə  tərcüməsi bu ölkənin  ədəbiyyatına maraq yaratdı. 
Bütün sahələrdə olduğu kimi, incəsənətdə də geosiyasi maraqlar böyük rol oynayır. 
Bu meyllər bəzən kitabların adında belə özünü biruzə verir. Məs, 2007-ci il Iran, Iraq 
və Şimali Koreya yazıçı və şairlərinin əsərlərinin tərcüməsi “Şər oxu” ədəbiyyatı” adı 
altında nəşr olunmuşdur. 
Ikinci nəsil emiqrant ziyalılarından olan Azər Nafisi və  Mərcanə  Sətrapi kimi 
müəlliflər xarici dildə yazdıqları avtobioqrafik povestləri ilə Irandan kənarda tanına 
bilmişlər. Mərcanə  Sətrapi “bestseller”-ə çevrilmiş “Persepolis” əsərində Tehranda 
sevimli ailəsi ilə birgə uşaqlıq illəri, Vyanada ailəsindən uzaqda yeniyetməlik, Vətənə 
qayıdış və sonunda onu tərk etmək məcburiyyətində qaldığı zaman yaşadığı hadisələr 
və keçirdiyi hissləri qələmə almışdır. Azər Nafisinin 2003-cü ildə ingilis dilində 
yazdığı “Tehranda “Lolita”nı oxuyarkən” avtobioqrafik romanı 30 xarici dilə tərcümə 
edilmiş və ABŞ-da “bestseller” hesab edilmişdir. 


Rauf Əlihüseyn oğlu Quluzadə
 
 
128 
İran sərhədlərindən kənarda yaşayan farsdilli olmayan kitabsevərlər daim 
müasir Iran ədəbiyyatının nümunələri ilə tanış olmaq imkanına malikdirlər. Jurnalist 
Nima Malek Mohəmmədi ilk tanışlıq üçün “Qəribə vaxtlardır, əzizim” adlı 13-ü qadın 
olmaqla, 43 iranlı yazıçı və şairin seçilmiş əsərlərindən ibarət toplunu oxumağı təklif 
edir. Bu hekayə, povest və şerlər 1979-cu il inqilabından sonra yazılmışdır. Oxucu 
Iran və xaricdə yaşayan 3 nəsi iranlı müəllifın gözü ilə Iranı görmək imkanı əldə edir. 
Yazıçılar arasında yaşlı nəsildən Simin Daneşvər, Iraj Pezeşkzad, Əhməd Mahmud, 
Taği Modəressi, Huşəng Golşiri, Mahmud Dövlətabadı, Hadi Xorsəndi, daha gənc 
nəsildən Fərideh Xerədmənd, Şəhriyar Mandanipur, Seyyid Ebrahim Nəbavi, Moniru 
Rəvanipur və başqaları var.  
Topluda yer almış Əhməd Mahmudun “Zamin-e Sukhteh” (1982) povesti İran-
İraq müharibəsi zamanı bir İran şəhərində baş verən hadisələrdən, Esmayil Fassihin 
“Soraya komada” (1983) povesti həmin müharibə dövründə Parisə köçmüş bir qrup 
iranlıların həyatından bəhs edir. Neft kompaniyalarının birində işləyən Cəlal Paris 
xəstəxanalarının birində komada olan bacısı  qızını ziyarət etmək üçün Tehrandan 
Parisə gedir. Orada bir qrup iranlılarla tanış olur və vaxtilə sevdiyi, bir neçə dəfə 
ailə qurmuş,lakin sonunda yenə tək qalmış Leyla ilə yenidən görüşür. Cəlal özü də 
istəmədən, xoşagəlməz hadisələrin burulğanına düşür. Əsərin sonunda məlum olur 
ki, yazıçı komada olan Sorayanı həmin illərdəki Iranın rəmzi kimi təqdim edib- ətrafda 
hər kəs narahatdır, lakin xəstəni koma vəziyyətındən çıxarmaq üçün heç kim heç nə 
edə bilmir. (10) 
Şəhrnuş Parsipurun “Kişisiz qadınlar” (Zənən Bedun-e Mərdan ) povesti həm 
rəvayət, həm də polemika üslubunda yazılmışdır.  Əsər kişilərin dominant olduğu 
cəmiyyətdə müxtəlif sosial təbəqələrə aid olan ailələrdən çıxmış, fərqli taleli, lakin 
sonunda Tehran ətrafında gözlərdən uzaq bir bağda birgə yaşamağa məcbur qalan 
beş qadının həyatından danışır. Müəllif Iranda keçən əsrin ortalarında baş verən real 
tarixi hadisələr fonunda, bu qadınların utopik bir dünyada gələcək həyatını  təsvir 
edir. (11)  
Şəhrnuş Parsipurun bu əsərdə istifadə etdiyi üslub dünyaşöhrətli Latın Amerikalı 
yazıçı Qabriel Qarsiya Markesin də istifadə etdiyi mistik realizm janrıdır.
 
Povestin 
əsasında çəkilmiş eyni adlı film 2009-cu il Venesiya Film Festivalında əsas mükafat 
qazanmışdır. 
Beynəlxalq miqyasda qazanılmış bu və ya digər müvəffəqiyyətlərə baxmayaraq, 
tənqidçilər arasında bəzi Iran yazıçılarını Iranın qeyri-real,“ekzotik” təsvirinə görə 
ittiham edənlər var. Iran yazıçı və tərcüməçisi Mahmud Huseynizadə BBC-nin fars 
vebsaytinda yerləşdirilmiş son müsahibəsində demişdir:”Qərb oxucularına qadın və 
uşaqlara təcavüz, vəhşi işgəncələr, borc içində boğulan insanlar, çirkli şəhərləri olan 
orta əsrlərə məxsus Şərq barbarlığı səhnələrini təsvir edən kitablar təqdim edilir. Bu, 
heç də yaxşı əlamət deyil. Bu meyli aydın görmək üçün, Iran ədəbiyyatından ingilis, 
fransız, alman dillərinə son tərcümələri nəzərdən keçirmək kifayətdir.” (1)  
Geosiyasi maraqlar digər bir ölkə haqqında stereotipik fikir yaratmağa sövq 
etdiyi üçün, həmin ölkədə nəşr edilən ədəbi əsərlərın müəyyən parametrlərə uyğun 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə