Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə48/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   44   45   46   47   48   49   50   51   ...   156

Ərəb dilində xüsusi şəxs adlarının yaranma üsulları
 
 
121 
 
XÜLASƏ 
 
Məqalənin birinci hissəsində ümumi dilçilikdə xüsusi adların növləri barədə 
məlumat verilir. Daha sonra isə xüsusi şəxsi adların ərəb dilində mövcud olan növləri 
haqqında danışılır, onların yaranma üsulları araşdırılır. 
 
 
РЕЗЮМЕ 
 
Первая  часть  статьи  дает  информацию  о  типах  и  оособенностях  имен 
собственных  в  общем  языкознании.  После  этого  рассматриваются  виды 
собственных  имен,  называющих  человека,  которые  существуют  в  арабском 
языке и исследуются методы их образования. 
 
 
SUMMARY 
 
The first part of the article gives information about types and peculiarities of 
proper names in general linguistics. After this, we consider the types of proper names 
existing in the Arabic language and calling the persons and study the methods of their 
formation. 
 



Müasir İran ədəbiyyatında nəsr
 
 
123 
 
 
MÜASİR İRAN ƏDƏBİYYATINDA NƏSR 
  
Rauf Əlihüseyn oğlu Quluzadə  
 BDU Ilahiyyat 
 
 
Açar sözlər: Müasir Iran ədəbiyyatı, nəsr, povest və roman 
Keywords: Modern Iranian literature, prose, fiction and non-fiction novels 
Ключевые слова: современная литература Ирана, проза, повесть и роман 
 
 Müasir  Iran  ədəbiyyatının yaşı  təxminən yüz ilə yaxındır. Iranın müasir 
ədəbiyyat erasının başlanmasında iki əsas amili mütləq qeyd etməliyik. Bunlardan 
birincisi, dövrün Qərb ədəbi meylləri ilə yaxından tanışlıq, ikincisi isə, ölkədə yeni 
sözə və ideyalara şərait yaradan siyası atmosfer idi. 
 Parlamentin qurulması və çoxlu miqdarda qəzet və jurnalların çap edilməsi ilə 
nəticələnən Iran Konstitusiya Inqilabı (1905-1907) ilk müasir yazıçılar nəslinin 
yaranmasına təkan verdi. Elə həmin dövrdə Iran dövlətinin vəsaiti hesabına Avropa 
universitetlərində  təhsil aldıqdan sonra vətənə qayıdan ilk iranlı  məzunlar Qərb 
ədəbiyyatı və fəlsəfə nümunələrinin tərcüməsi ilə ədəbiyyata yeni meyllər gətirdilər.  
 Müasir  nəsrin yaranma tarixini 1922-ci ildən, Məhəmməd  Əli Camalzadənin 
“Yek-i bud, yek-i nəbud”, (Biri vardı, biri yoxdu) hekayələr məcmusundan 
hesablamaq lazımdır. O dövrə qədər Fars ədəbiyyatı tarixində realistik hekayə janrı 
mövcud deyildi.  
 “Yek-i bud, yek-i nəbud” böyük rezonansa, daha doğrusu, konservativ düşüncəli 
vətəndaşların qəzəbinə səbəb oldu.Bu,əsərin müasir nəzm forması ilə deyil, daha çox, 
satirik dildə cəmiyyətin nöqsanlarının tənqidi ilə əlaqədar idi. Giriş sözündə, müəllif 
nəsrin üstün cəhətlərini sadalamış  və onun poeziya ilə  bərabər, milli ədəbiyyatın 
formalaşmasında böyük rolu olduğunu vurğulamışdır.  
 Müasir Iran ədəbiyyatının ən görkəmlı nümyəndəsi hesab olunan Sadeq Hedayət 
öz yaradıcılığında Camalzadənin ənənələrini davam etdirmiş və hekayələrində sadə 
insanların gündəlik həyatını və ziyalılarının təzadlı xaotik həyat tərzini təsvir etmişdir. 
Ədəbiyyatşünasların dediyinə görə, heç bir digər yazıçı S.Hedayət qədər həmvətənləri 
tərəfindən tanınıb sevilməmişdir. O, Kafka və Çexovun əsərlərinin fars dilinə ilk 
tərcüməçisi və Kafkanın hekayələrinın fars dilində  nəşrinə geniş  təqdimatın 
müəllifidir. Çoxlu miqdarda milli dram, satirik, realist və sürrealist əsərlər yazmasına 
baxmayaraq, oxucular onu ən çox “Kor bayquş”  əsərinin müəllifi kimi tanıyırlar. 
1937-ci ildə işıq üzü görmüş “Kor bayquş” povesti dünya miqyasında tanınmış və bir 
çox xarici dillərə tərcümə olunmuşdur.  
 Sürrealist-melanxolik “Kor bayquş”  əsəri fars dilində yazılmış ilk müasir 
povestdir-o, həmin dövrün qapalı cəmiyyəti və Konstitusional Inqilabın ideyalarına 


Rauf Əlihüseyn oğlu Quluzadə
 
 
124 
həsr olunmuşdur. Əsərdə hadisələri nəql edən cəmiyyət ilə öz arasında dərin uçurumu 
görən intellektualdır. (2) 
Kitab dəfələrlə Iran senzurasının  əlindən keçmişdir. Bir insanın tənhalığından 
bəhs edən povestdəki müxtəlif simvol və obrazlar labirinti, sosial şərhlər, ədəbi və 
dini mətnlərə istinadlar və insanın müxtəlif ruh halının təsviri uzun illər boyu tənqidi 
interpretsiyalara səbəb olmuşdur.  
 Bir müddət müəllifin tərəfdarı olduğu Iran Komunist Partiyası (Tudeh) əsərdəki 
əhval-ruhiyyəni 1925-1941-ci illər arası Reza şah istibdadı ilə əlaqələndirirdi. Lakin 
“S.Hidayət-Iran yazıçısının həyat və  əfsanəsi” kitabının müəllifi H. Kətouzianın 
fikrinə görə, yazıçı şah rejiminə qarşı olsa da, onun əsərindəki insanın tənhalığı və 
cəmiyyətdən təcridinin izahı daha geniş, universal miqyasdadır. “Kor bayquş” 
povestini çox zaman Sadeq Hidayətın sevdiyi Frans Kafkanın əsərləri ilə müqayisə 
edirlər. Iranlı yazıçının bu povesti həm də portuqal yazıçı və mütəfəkkiri Fernando 
Pessoanın “Narahtlıq” əsərini xatırladır. (3) 
 Əsər bu cümlə ilə başlayır “Elə yaralar var ki, tənhalıq zamanı beyni afta xorası 
kimi yeyib dağıdır...” və səhifədən səhifəyə adladıqca, biz bu tənhalığı rəvayətçinin 
“qəbir daşı kimi minlərlə qədim tikililərin xarabalıqları üzərində dayanmış” evində, 
“lənətlənmiş  əyri-üyrü ağac mənzərəsi”  əhatəsində yerləşən “heç bir canlının 
yaşamayacağı” “kül rəngli evlərdə”, “acgözlüklə pul və  şəhvət axtarışında olan 
kütlə”dən təcrid olunmasında izləyirik. 
 Qəhrəman tənhalıq məngənəsində ikən hər yerdə xəyali bir qız peyda olmağa 
başlayır. Rəvayətçi onu qələm qutusu üzərində  çəkmişdir. O, qızın obrazını  qədim 
əntiq qab üzərindəki badamvarı çərçivədə görmüşdü və ona vurulmuşdu. Lakin bu 
qızın “ikili təbiəti” var: o, gah rəvayətçinin hiyləğər anası, gah da vəfasız həyat yoldaşı 
sifətində peyda olur. (3) 
 Müxtəlif dövrlərdə mövcud olan hakim irticaçı rejimlərin təqibinə  məruz 
qalmamaq üçün, şair və yazıçılar alleqoriyadan, əsər qəhrəmanlarının sərsəm halda 
həqiqətləri oxucuya çatdırmaq kimi ədəbi üsullardan bu povestdə  də geniş istifadə 
olunmuşdur.  
 S.Hedayət povesti Bombeydə yaşayarkən yazmışdır.  Əsər 1937-ci il 
Hindistanda, 1941-ci il Iranda, 1957-ci ildə isə ABŞ-da çap edilmişdir. Yazıçı 1951-
ci il Parisdə intiharla həyatına son vermişdir.  
1941-1953-cü illər Iranın Ikinci Dünya müharibəsi dövründə müttəfiq qüvvələr 
tərəfindən işğalı  və Iran mərkəzi hökumətinin zəifləməsi fonunda siyasi həyatda 
canlanma və müstəqil nəşrlərin miqdarının artması ilə xarakterizə olunur. 1941-1947–
ci illər Iranda 500 qəzet və məcmuə çap edilirdi. Iran Yazıçılarının Ilk Konqresi elə 
həmin dövrdə, 1946-cı ildə təsis edilmişdir. O zamanın tanınmış yazıçılarından Sadeq 
Çubək, Bozorq Ələvi, Cəlal Əl -Əhməd və Ebrahim Qolestanın adını çəkmək olar. 
Onların yaradıcılığını digərlərinkindən fərqləndirən  ən  əsas cəhət yazılarında 
cəmiyyətin sosial və siyasi aspektlərini dərindən analiz etmək idi. Bu yazıçılar 
Faulkner, Heminquey və Steinbeck kimi Qərb yazıçılarının əsərlərində istifadə olunan 
ədəbi üsullar və yeniliklərdən geniş istifadə edirdilər.  


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə