Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə44/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   40   41   42   43   44   45   46   47   ...   156

Hədisdə isnadın əhəmiyyəti
 
 
111 
 
XÜLASƏ 
 
Hər bir elmin öz əsaslarını isbat etmək üçün müəyyən vasitələrə ehtiyacı var. 
İslam elmləri də digər sahələrdə olduğu kimi özünəməxsus ciddi elmi metodologiya 
və üsullara malikdir. 
Qur`andan sonra İslam dininin ikinci qaynağı olan hədis elmi sahəsində 
peyğəmbər sünnəsinin mühafizəsi üçün müəyyən elmi əsaslar meydana gətirilmişdir. 
İlk dövrlərdən etibarən tətbiq olunan isnad sistemi, həmin bu əsasların başında 
gəlməkdədir. 
Hədislərin səhihliyinin və doğruluğunun ortaya çıxarılması, hədisləri rəvayət 
edən ravilərin ümumi xarakteristikasının öyrənilməsi üçün isnad əvəzolunmaz bir 
elmi metoddur. İsnad məfhumu keçmişdə  və müasir dövrümüzdə bir çox cəhətdən 
araşdırılmış, bu metod haqqında yeni-yeni fikirlər irəli sürülmüşdür. Məqaləmizdə 
isnadın hədis elmindəki əhəmiyyəti vurğulanmış, İslam alimlərinin isnad haqqındakı 
fikirlərinə yer verilmiş və teorik olaraq isnadın tətbiqatından bəhs olunmuşdur. 
 
 
РЕЗЮМЕ 
 
Каждая  наука,  для  обоснования  своих  основ  нуждается  в  определенных 
научных средствах. Как и в других областях исламские науки тоже имеют свою 
уникальную научную методологию.  
Хадис является вторым источником Ислама после Корана. При ней были 
созданы определенные научные основы для защиты сунны Пророка. Система 
иснад  с  ранних  времен  всегда  находилась  на  переднем  плане  этих  научных 
методов. 
Иснад незаменимый научный метод для выявления подлинности хадисов и 
изучения  общих  характеристик  её  рассказчиков  (рави).  Концепция  иснада 
изучалась во многих отношениях в прошлом и в наше время, и в отношении ней 
были выдвинуты новые идеи. В нашей статье подчеркивается значение иснада 
в  науке  хадис,  рассматривается  мнения  исламских  ученых  об  иснаде,  и 
теоретически упоминается применение иснада к хадисам. 
 
 
 


i.f.d. Qoşqar Səlimli
 
 
112 
 
ABSTRACT 
 
Every academic activity needs certain means for proving its basic principles. 
Islamic sciences, like other academic activities, have their specific methodologies. 
Hadith scholars also have established certain scholarly principles for preserving 
the Sunna of the Prophet Muhammad, which the second source in Islam after the 
Qur`an. The system of Isnad, which was implemented from the earliest times, is the 
most important principle among them.  
The Isnad system is inevitable scholarly method for revealing the authenticity of 
hadiths and the general characteristics of those who have narrated them (rawis). The 
notion of Isnad has been studied in many ways, and many new ideas have been 
brought forward on this method. The article emphasises the importance of Isnad in 
Hadith as well as it gives information about Islamic scholars` views on Isnad and 
mentions the theoretical implementation of Isnad. 
 
 
Çapa tövsiyə etdi: dos. N.G.Abuzərov 


Ərəb dilində xüsusi şəxs adlarının yaranma üsulları
 
 
113 
 
 
ƏRƏB DİLİNDƏ XÜSUSİ ŞƏXS ADLARININ  
YARANMA ÜSULLARI  
 
f.ü.f.d. Aynur Hüseynova Zahid qızı 
BDU, Şərqşünaslıq fakültəsi 
 
 
Açar sözlər: Xüsusi adlar, insan adları, onomastika 
Key words: Own names, names of people, onomastics 
Ключевые слова: Имена собственные, имена людей, ономастика 
 
Dildə xüsusi adları tədqiq edən və öyrənən elmə onomastika deyilir. Onomastika 
maddi aləm və  cəmiyyətdəki  əşya və hadisələri adlandırma qanunauyğunluğunu, 
xüsusi adların qanunauyğun inkişafını, fəaliyyətini tədqiq edir. 
Onomastikanın iki əsas tədqiqat obyekti –xüsusi insan adları – antroponimika və 
coğrafi adları – toponimika vardır. (4, 68)  
Ərəb dilində belə bir bölgüyə demək olar ki, rast gəlinmir. Çünki ərəb dilçiləri 
istər xüsusi şəxs adlarını, istərsə də coğrafi adları eyni bir bölmədə  ملعلا مسأ(xüsusi 
isimlər) bölməsində tədqiq edirlər. 
.لينلا و قشمد و ةمطاف و دلاخك .ةنيرق لاب ،هعض و بسحب ،نيعم ىلع لدب مسا : ملعلا
 
  
.لابجلا و راحبلا و راھنلاا و لودلا و صاخشلاا و دلابلا ْامسا هنم و
 
(7,19)
  
“Xüsusi isim müəyyən, öz vəziyyətinə görə, tayı olmayan bir məfhuma işarə edir, 
məs., Xalid, Fatimə, Dəməşq və Nil. Ölkə,  şəxs, dövlət, qəbilə, çay, dəniz və dağ 
adları bu qəbildəndir.”  
Antroponimlərə insan adlarından başqa, digər canlı varlıqlıarın adları da daxildir. 
Antroponimlər fərdi və kollektiv olmaqla iki qrupa ayrılır. Şəxsi kollektivdən ayırmaq 
üçün verilən adlar fərdi, qrup halında olan adlar isə kollektiv antroponim adlanır. 
(4,68) 
Kollektiv antroponimlərə ailə, nəsil, sülalə adları daxildir. Ən qədim nəsil adıdır. 
Avropada praktiki olaraq nəsil, sülalə adı qalmamışdır. Asiya, Afrika, Avstraliya və 
Amerikada belə adlar indi də qalmaqdadır. Türk və Monqol nəsilləri barədə ilk 
məlumatı Çin mənbələrindən almaq olur. (4,68) 
Antroponimlərin vəzifəsi insanın fərdiləşməsini göstərmək, səciyyə-ləndirmək, 
ictimai vəzifəsinə, qohumluq əlaqələrinə işarə etməkdir. 
Xüsusi adlar elə söz qrupudur ki, həm bir fərd kimi, həm də müəyyən cinsin qrupu 
kimi adamı tanıdır. Belə sözlər hər xalqın özünəməxsus sözlərindən olub, orjinallığını 
göstərir. Xüsusi adlar eyni zamanda, bu və digər dildə beynəlmiləl söz qrupları 
mövqeyi də tutur. Xalqın başqa xalqlara məxsus adları bəyəndiyini, ad kimi seçdiyini 
əks etdirir, belə adlar əksərən bədii  əsərlərin dili, bəzən məişət, həyat yaxınlığı 
sayəsində bir xalqın dilindən başqasına keçir. Xüsusi adlar arasında belə alınmalar 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə