Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə41/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   37   38   39   40   41   42   43   44   ...   156

Hədisdə isnadın əhəmiyyəti
 
 
105 
səhhəti üçün şərt qoşmuşdular. Necə ki, Şöbə ibn Həccac isnadında  انربخا  və  انثدح 
sözləri olmayan hədislərin dəyərsiz olduğunu bildirmişdir.
9
 
İsnadın ilk tətbiqinin İraqda başladığı qəbul edilməkdədir. Ramhürmüzü isnadın 
Şəbinin icadı olduğunu demişdir. Buna görə Rəbi ibn Hüseym, Şəbinin yanında bir 
hədis oxuduğu zaman, Şəbi: “Bunu sənə kim rəvayət etdi?” - deyə, soruşmuş və onu 
Əmr ibn Məymunun rəvayət etdiyini öyrənmişdir. Yəhya ibn Səid bu hadisənin 
isnadın ilk araşdırılması olduğunu deyir.
10
 Məşhur tabiunlardan olan Əbul-Aliyə ər-
Riyahi bir hədisi Bəsrədə  eşitməklə kifayətlənməyib Mədinəyə gedərək onu 
Rəsulullahın (s) əshabından dinlədiklərini söyləməkdə,  Əbuz-Zinad da Mədinədə 
etibarlı 100 şəxsi gördüyünü, ancaq hədis  əhli olmadıqları  səbəbiylə onların 
rəvayətlərinin qəbul edilmədiyini bildirməkdədir. Belə ki, İmam Malik də Məscidi-
Nəbəvidə dövlət xəzinəsinin etibar ediləcəyi qədər etibarlı yetmiş  hədis ravisi ilə 
görüşdüyünü, fəqət işin əhli olmadıqları üçün onların heç birindən hədis almadığını 
ifadə etmişdir.  İlk dövrdəki isnad araşdırması ilə  əlaqədar qaynaqlarda verilən 
məlumatlar, hicri I (M. VII) əsrin ikinci yarısı ilə hicri II (M, VIII) əsrin əvvəlində 
isnadın artıq sistematik hala gəldiyini və  zəruri bir şərt kimi tətbiq olunduğunu 
göstərir. 
Bir səhabə tərəfindən rəvayət edilən hədisin tabiun nəslindən, məsələn on ravisi 
ola biləcəyi kimi, onlardan hər birinin də iyirmi və ya otuz tələbəsinin olduğu 
müşahidə edilir. Bunların hamısı eyni yerdə yaşamadıqları halda rəvayət etdikləri 
hədsilərin bir-biri ilə eyni olması və ya aralarında əhəmiyyətli olmayan fərqliliklərin 
varlığı, isnad sisteminin mükəmməlliyini və sənəddəki ravilərin nə dərəcədə etibarlı 
şəxslər olduğunu göstərir. Xüsusilə tədvin dönəmi ilə təsnif dövrünün başlanğıcında, 
hədislərin isnadlarını çox gözəl bilən və gələcəkdə müstəqil elmlərə çevriləcək hədis 
elmlərinin təməlini qoyan mütəxəssis hədisçilər yetişmişdir. Əbu Davud ət-Təyalisi 
hədisi dörd şəxsdən öyrəndiklərini deyərək İbn Şihab əz-Zöhri, Qətadə ibn Diamə, 
Ə`məş  və  Əbu  İshaq  əş-Şəbinin adlarını qeyd etmiş, bunların hər birində iki min 
hədisin mövcud olduğunu bildirmişdir.
11
 Əli ibn Mədini də araşdırmaları nəticəsində 
isnadın altı şəxsdə olduğunu demiş, Mədinədə İbn Şihab əz-Zöhri, Məkkədə Əmr ibn 
Dinar, Bəsrədə Qətadə ibn Diamə və Yəhya ibn Əbu Kəsir, Kufədə Əbu İshaq əs-
Səbii və Ə`məşin yaşadığını, bunların təsnifi həyata keçirənlərin qaynağı olduğunu 
ifadə etmiş, bu alimlərdən hədis alıb yazanların adlarını açıqlamışdır.  
İsnadda yer alan hər şəxsə  ravi deyilir. انثدح və نع kimi sözcüklərə də rəvayət 
sözcükləri adı verilir. Ravilər zəncirini (isnad) qeyd etməyə, yəni sözü Rəsulullaha (s) 
qədər çatdırmağa  isnad  deyilir. Erkən dövr hədis alimləri  sənədlə isnadı  fərqli 
mənalarda istifadə edərək, sənədin ravilərin ad və ya adlarından ibarət olduğunu, 
                                                 
9
 ər-Ramhürmüzi, Əbu Muhamməd ibn Xəllad Həsən ibn Əbdürrəhmanəl-Muhaddisul-fasıl beynər-ravi 
vəl-vai (nşr: M. Əccac əl-Xətib), Beyrut, 1971, s. 517. 
10
 a. k. ə., s. 208. 
11
 İbn Əbu Hatim, Əbu Muhəmməd Əbdürrəhman ibn Muhəmməd ibn İdris, Təqdimətul-cərh vət-tədil
Heydərabad, 1952, s. 492. 


i.f.d. Qoşqar Səlimli
 
 
106 
isnadın isə ravilərin sırayla adlarını “əxbərənə, həddəsənə, ənbəənə, ənnə, an” kimi 
xüsusi sözcüklərlə qeyd etmək mənasına gəldiyini demişdirlər. Sonrakı dövrlərdəki 
alimlər isə çox vaxt sənədlə isnadı  eyni mənada istifadə etmişdirlər. Ravilərin 
hədisləri nəql etməsinə rəvayət, rəvayət etdikləri hədisə də mərviyy deyilməkdədir.
12
 
İslam alimlərinin əksəriyyəti, isnad sistemi mövzusunda fikirlərini bildirmiş və 
müsəlmanlarla digər dinlərin mənsublarının  əsərlərini müqayisəli  şəkildə 
araşdırmışdırlar. Bunlardan bəziləri aşağıdakı kimidir: 
İslam elm aləmində məşhur olan Əndəlüslü alim İbn Hazm dinlər və məzhəblər 
tarixinə dair yazdığı  əl-Fasl fil-miləl vəl-əhva vən-nihal adlı  əsərində, mövzumuza 
böyük bir fəsil ayırmışdır. İbn Hazm burada, tarixi xəbərlərin nəqlində istifadə olunan 
metodları, xüsusilə digər dinlərlə də müqayisə edərək altı qrupa ayırmışdır. O qısaca 
olaraq belə deyir: 
“Etibarlı bir şəxsin, eyni xüsusiyyətlərə malik olan bir şəxsdən nəql edərək, 
qopuqsuz bir isnadla hz. Peyğəmbərə qədər xəbəri (hədisi) çatdırması məsələsi, digər 
dinlərin əksinə olaraq, Allahın yalnız müsəlmanlara nəsib etdiyi bir lütfdür. Başdan 
iki-üç ravini atlayaraq və ya ravinin adını çəkmədən, bilavasitə sözü ilk söyləyənə 
isnad etmək surətilə  rəvayətlər isə, yəhudi dini ədəbiyyatının  əksəriyyətində 
mövcuddur. Onlar peyğəmbərləri hz. Musa haqqındakı rəvayətlərini, heç bir zaman, 
bizim, peyğəmbərimiz hz. Muhəmmədə yaxınlaşdırdığımız qədər yaxınlaşdır-
mamışdırlar. Onlarla hz. Musa arasında otuz əsirdən çox bir məsafə vardır. Xristian 
ədəbiyyatına gəlincə isə, onlarda sadəcə olaraq boşanmanın haram, yəni qeyri-qanuni 
olmasına dair rəvayətin xaricində, bunun kimi məsələlərə rast gəlmək mümkün deyil. 
Yəhudi və xristian dini ədəbiyyatında mövcud olan ravilər silsiləsində yalançı  və 
etimada layiq olmayan bəzi şəxslərdən gələn rəvayətlər çoxdur. Hz. Peyğəmbərə ən 
yaxın olan səhabə və tabiunların vəziyyəti isə tamamən fərqlidir. Yəhudilər, heç vaxt 
bir xəbəri bir peyğəmbərin dostuna və ya yoldaşına qədər aparıb çatdırmamışdırlar.”
13
 
Əbu Xatim ər-Razi: “Allahın peyğəmbərlərinə aid olan xəbərləri - hz. Adəmi 
yaratdığı zamandan bəri- bu ümmətdən (müsəlmanlar) başqa heç bir ümmətdə, 
mühafizə edərək qoruyan etibarlı kəslər yoxdur.” - deyir.
14
 
Xətib əl-Bağdadi isə Muhəmməd ibn Xatimin bu sözlərini qeyd edir: “Allah bu 
ümmətə isnadı lütf etmişdir, və onu bununla şərəfləndirmiş  və ucaltmışdır.  İstər 
qədim, istərsə yeni heç bir millətdə isnad müəssisəsi yoxdur. Onların əllərində sadəcə 
səhifələr vardır. Allahın nazil etdiyi kitablara öz rəvayətlərini qarışdırmışdırlar. 
Allahın peyğəmbəri vasitəsi ilə göndərdiyi Tövrat və İncil isə, etimada layiq olmayan 
kimsələrin sözləriylə qarışmış, əlavə edilən ifadələri isə bir-birindən ayıracaq ölçüləri 
də yoxdur. Bu ümmət hədisi, öz dövründə doğruluq və etibarlılığı ilə tanınmış 
kimsələr vasitəsi ilə, yenə onlar kimi şəxslərdən nəql edərək, rəvayətləri ilk qaynağına 
qədər çatdırmışdır. Sonra onlar hafizəsi sağlam, qavrama qabiliyyəti yüksək və hədis 
                                                 
12
 Çakan, İ. Lütfi., Hadis Üsulu, İstanbul, İFAV yayınları, 2008, s. 29. 
13
 İbn Hazm, Əbu Muhəmməd ibn Əli ibn Əhməd ibn Səid əz-Zahiriəl-Fasl fil-miləl vəl-əhva vən-nihal
I-IV, Bağdad, trs., II, s. 81-84. 
14
 Yardım, Ali, Hadis I-II, İstanbul, Damla yayınevi, 2000, I, s. 181. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə