Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə40/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   36   37   38   39   40   41   42   43   ...   156


Hədisdə isnadın əhəmiyyəti
 
 
103 
 
 
HƏDİSDƏ İSNADIN ƏHƏMİYYƏTİ 
 
i.f.d. Qoşqar Səlimli 
BDU İlahiyyat fakültəsi 
 
 
Açar sözlər: hədis; isnad; sənəd; ravi; rəvayət; səhih 
Key Words: hadith; isnad; sened; rawi; riwayet; sahih 
Ключевые слова: хадис; иснад; сэнэд; рави; ривайэт; сахих 
 
1.  İsnad məfhumu və onun qısa tarixçəsi 
Hədisin strukturu baxımından isnad çox böyük əhəmiyyət kəsb edir. İsnad - biri 
digərindən almaq və nəql etmək surətilə hədis rəvayət edən şəxslərin - hz. Peyğəmbərə 
qədər- sıralandığı hissədir. Bu bir mənada hədisi rəvayət edən ravilərin zəncirvari 
silsiləsidir.  İsnad eyni zamanda hədisin qaynağını da təşkil edir. İsnad hədisin 
doğruluğunu öyrənmək baxımından hədis mütəxəssisləri üçün çox mühim bir faktordur.
1
 
İsnadın  İslamdan  əvvəlki dövrlərdə  bəzi  əsərlərlə  şerlərin nəql edilməsində 
istifadə edildiyi məlum olsa da, onun ilk dəfə nə vaxt, harada və kim tərəfindən tətbiq 
olunduğu bilinmir. İsnad ancaq hədis kitablarında istifadə edildikdən sonra dinin bir 
rüknü qəbul edilərək  əhəmiyyət qazanmışdır.
2
  Səhabə dövründə, daha sonrakı 
dövrlərdə inkişaf edən şəkli ilə mövcud olan bir isnad tətbiqatı olmadığı kimi, buna 
ehtiyac da yox idi. Çünki səhabələr hz. Peyğəmbərdən eşitdikləri və gördüklərini digər 
səhabələrə və özlərindən sonrakı nəslə eyni ilə ötürdükləri üçün ədalətli qəbul edilmiş 
və hədis rəvayəti baxımından tənqid olunmamışdırlar. Buna baxmayaraq hz. Ömərin 
hədis rəvayət edən bəzi səhabələrdən, onu kimdən eşitdiklərini soruşması və o hədisi 
başqa eşidənin olub olmadığını araşdırması, hz. Əlinin hədisi rəvayət edənlərə and 
içdirməsi kimi tətbiqatların isnad anlayışının əsasını qoyduğunu deyə bilərik.
3
 
Unutmaq olmaz ki, hədislərə isnad sisteminin tətbiq edilməsi, hədisə yönəlmiş 
mənfi müdaxilələrin qarşısını almaq üçün müsəlman alimlər tərəfindən inkişaf 
etdirilərək istifadə olunmuşdur. Hz. Peyğəmbərə qədər gedib çatan sənədlərə sahib 
olmaq və bu sənədlərdəki  şəxslər haqqında hər tərəfli araşdırma aparmağa imkan 
yaradan elmi sahələri yaratmaq yalnız müsəlmanlara aid olan bir xüsusiyyətdir. 
“İsnad  əslində, yalnız bu ümmətə  məxsus olan bir xüsusiyyətdir. Başqa heç bir 
ümmətdə belə bir şey yoxdur.”
4
 
                                                 
1
 Çakan, İ. Lütfi, Anahatlarıyla Hadis, İstanbul, Ensar Neşriyat, 2002, s. 24-26. 
2
 əl-Ə`zəmi, Mustafa, İlk Devir Hadis Edebiyatı (thq: Hulusi Yavuz), İstanbuı, 1993, s. 191. 
3
 Küçük, Raşit, DİA, “İsnad” maddəsi, 2001 XXIII, s. 155. 
4
  əl-Bağdadi, Xətib  Əbu Bəkir  Əhməd ibn Əli,  Şərəfu  Əshabil-Hədis (thq: Mehmed S. Hatiboğlu), 
Ankara, 1972, s. 40. 


i.f.d. Qoşqar Səlimli
 
 
104 
Hər nə qədər bəzi avropalı şərqşünaslar, sünnəyə aid bir çox məsələdə olduğu 
kimi, isnad sistemini də daha əvvəlki ümmətlərə aid etməyə çalışsalar da buna 
müvəffəq ola bilməmişdirlər. Hətta onların bəziləri bu xüsusiyyətin yalnız 
müsəlamanlara aid olduğunu etiraf etmək məcburiyyətində qalmışdırlar.
5
 
Məhz bu səbəbdən İslam alimləri güclü sənədlər vasitəsi ilə sözləri və həyatı ən 
incə nöqtəsinə  qədər öyrənilmiş yeganə peyğəmbərin hz. Muhəmməd olduğunu 
iftixarla söyləmişdirlər. Nə yəhudilərin, nə də xristianların belə bir elmi əsasa malik 
olmadıqları elm dünyası tərəfindən də qəbul olunmuşdur. 
İsnad sisteminin rəvayət anarxiyasına qarşı yönələn  əsaslı  və elmi bir tədbir 
olduğu təkzibolunmaz bir faktdır. Bu elə bir elmi əsas idi ki, heç bir uydurmaçı və 
yalançı ondan yaxasını qurtara bilməmiş, dərhal aşkara çıxarılmışdır. 
İsnad sistemi hədisçiləri, hədisdən başqa heç bir şeyə bağlı qalmamağa, vəzifə və 
mənfəət düşüncəsindən uzaq durmağa sövq etmişdir. Sənədlərdə olan hər bir şəxs 
(ravi) –ictimai vəziyyəti nə olursa, olsun- heç bir ayrı-seçkiliyə yol verilmədən 
etibarlılıq (ədalət) və  ləyaqət (zəbt;  əhliyyət) cəhətindən araşdırılmış  və  nəticə  nə 
olursa olsun dərhal açıqlanmışdır. 
Yəhya ibn Səid  əl-Qəhtan isnad haqqında ilk araşdırma aparan alimin Şəbi 
olduğunu söyləyir. Qaynaqların bir çoxu ilk dəfə İbn Sirinin isnad mövzusunda fikir 
irəli sürdüyünü qəbul edir. İbn Sirinin İslam cəmiyyətində fitnə ortaya çıxdıqdan 
sonra isnadın araşdırılmağa başlandığını dediyi zaman, “fitnə” sözü ilə nəyi nəzərdə 
tutduğu mübahisəyə  səbəb olmuş, bunun Əməvi xəlifəsi Müaviyənin ölümü ilə 
başlayan daxili müharibələr olması ehtimalı üzərində durulmuşdur.
6
 
Hicri I (M. VII) əsrin axırlarında isnadın hərtərəfli inkişaf etdiyinə dair kifayət 
qədər qaynaq vardır.
7
 Xüsusilə fitnələrdən sonra siyasi firqələrin ortaya çıxması və 
bunların tərəfdarlarının hədis uydurmağa başlaması alimləri isnadı daha dərindən 
araşdırmağa, rəvayət qaynaqlarını tədqiq etməyə, ravilərin kimlik və şəxsiyyətlərini 
təhqiqə və tənqid üsulunu inkişaf etdirməyə sövq etdi və bununla da hədis rəvayəti 
əsnasında isnadın istifadəsi məcburi hala gətirildi. Tabiun nəslindən etibarən 
hədislərin isnadlarını, ravilərin cərh və tədilini yaxşı bilən alimləri yetişdi. İbn Əbi 
Xatimin İmam Malikdən rəvayət etdiyinə görə hədisə ilk dəfə isnad tətbiq edən şəxs 
İbn  Şihab  əz-Zöhridir. Məmər ibn Raşidin  əl-Camisinin  və  İmam Malikin əl-
Muvattasının ehtiva etdiyi hədislərin isnadındakı terminlər, ilk isnad işinin əz-Zöhri 
ilə başladığı və ya onun dövrünə təsadüf etdiyi fikrini təsdiq edir. əz-Zöhri isnadsız 
hədisləri qəbul etməmiş, Əhməd ibn Hənbəl də hədisləri ən yaxşı onun bildiyini və 
isnadları  ən mükəmməl  şəkildə onun qiymətləndirdiyini söyləmişdir.
8
  əz-Zöhridən 
sonra gələn mühəddislər isnadı və ravilər zəncirini bir-birinə bağlayan sözləri hədisin 
                                                 
5
 Çakan, a. k. ə., s. 69. 
6
 a. k. ə., s. 155. 
7
 əl-Ə`zəmi, a. k. ə., s. 192. 
8
 İbn Ədi, əl-Cürcani Əbu Əhməd ibn Ədi, əl-Kamil fid-düafair-rical (nşr: Adil Əhməd Əbdülmövcud – 
Əli M. Muəvvəz), Beyrut, 1997, I-VII, I, s. 138-139. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə