Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə43/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   39   40   41   42   43   44   45   46   ...   156

Hədisdə isnadın əhəmiyyəti
 
 
109 
olmadığından obyektivliyi təmin etmək üçün müxtəlif meyarlar ortaya qoyulmuşdur. 
Nüfuzlu mühəddislər bir hədisin bütün isnadlarını bir yerə toplayıb araşdırdıqdan 
sonra, onun səhihliyinə  qərar vermişdirlər. Hədis mətnlərinin etibarlılığına ilk 
növbədə  təsir edən ünsür isnad olduğuna görə mühəddislər və ravilər həyatları 
boyunca ali isnadı əldə etmək üçün hər cür fədakarlığa qatlanmışdırlar. Əhməd ibn 
Hənbəlin də dediyi kimi, ali isnadı araşdırmaq keçmiş alimlərin sünnəsi olmuş, başda 
səhabələr olmaq üzrə ilk nəsillər ali isnadı əldə etmək naminə, adına “rıhlə” deyilən 
və uzaq məsafələri qət edən elm uğrunda səfərlərə çıxmışdırlar. Yəhya ibn Məin ölüm 
döşəyində olduğu zaman, son arzusunun nə olduğu soruşulduqda 
 دانسا و يلاخلا تيب
يلاع
” (“Boş bir ev və ali bir isnad”) cavabını verdiyi rəvayət edilmişdir.
21
 
İsnad  ən səhih və  ən zəif olması baxımından da araşdırılmış, sənədində olan 
raviləri  ən siqa olanlarına “əsahhül-əsanid”,  ən zəif olanlarına da “övhəl-əsanid” 
deyilmişdir. Alimlərə görə  əsahhül-əsanid müxtəlif ola biləcəyi kimi, hər hansı bir 
səhabəyə və ya coğrafi məkana görə də fərqlilik göstərə bilər. Məsələn Buxarinin ən 
səhih isnadı “Malik an Nafi` an İbn Ömər”, hz. Ömərin  ən səhih isnadı “Zöhri an 
Salim an Ömər”, Məkkəlilərin ən səhih isnadı “Süfyan ibn Üyeynə an Əmr ibn Dinar 
an Ənəs ibn Malik” şəklindədir.
22
 Ən zəif ravilərdən ibarət olan ya da raviləri arasında 
çox zəif bir şəxs olan övhəl-əsanid isə zəif hədislərin ən aşağı mərtəbəsi kimi qəbul 
edilir. Məsələn, hz. Ömərə  qədər gedib çatan isnadın  ən zəifi “Muhəmməd ibn 
Abdullah an Abdullah ibn Qasım an Qasım ibn Abdullah ibn Ömər”, Məkkəlilərin ən 
zəif isnadı da “Abdullah ibn Məymun an Şihab ibn Hiraş an İbrahim ibn Yezid an 
İkrimə an İbn Abbas” şəklindədir. 
Hədislər sənəddəki ravilərin azlığına və ya çoxluğuna görə  mütəvatir  və  ahad 
(xəbəri-vahid), sənəddə qopuqluq olmamasına görə  müttəsil,  mövsul  və  müsnəd
qopuqluq olması halında  mürsəl,  münqəti,  müzəl,  müdəlləs  və  müəlləq, ravilərin 
qüsuruna görə müsəhhəfmüharrəfmüztəribməqlubmüdrəcmüəlləl (mə`lul), şaz
məhfuzmünkərməruf və mətruk qisimlərinə ayrılır.
23
  
İsnadda bir mühəddisin hədisi üsuluna uyğun olaraq başqasına ötürməsi (əda), 
hədis tələbəsinin də müəyyən söz qəliblərindən istifadə edərək hədisi ötürməsi 
(təhəmmül) çox əhəmiyyətlidir. Səkkiz əsas üsulu olan əda və təhəmmül qəliblərinin 
doğru şəkildə istifadə olunması hədislərin hansı yolla alındığını göstərir. Bu qaydalara 
tabe olmayan ravinin rəvayəti qəbul olunmur.  
İsnadın tərifi, növləri, əhəmiyyəti və quruluşu kimi məlumatlar daha çox hədis 
üsulu kitablarında, mühəddislərin bu mövzuyla əlaqədar fikir və düşüncələrini də 
hədis ricalı ilə əlaqədar əsərlərdə tapmaq mümkündür. Lakin isnadın mövzuları ilə 
əlaqədar müstəqil  əsərlər yazılmışdır. Bu əsərlərin nəşr olunanlarından bəziləri 
bunlardır:  Əbul-Qasım  İsmayıl ibn Əhməd  əs-Səmərqəndi,  Ma  ğarubə  sənəduhu 
                                                 
21
  İbnul-Mulaqqin,  Əbu Həfs Siracəddin Ömər ibn Əli ibn Əhməd,  əl-Muğni fi ülumil-hədis, (thq: 
Abdullah ibn Yusuf əl-Cüdey), İhsa, (Darul-Fəvvaz), 1992, I-II, II, s. 421. 
22
  İbnul-Mulaqqin, a. k. ə., I, s. 49-52; Süyuti, Əbülfəzl Cəlaləddin  Əbdürrəhman ibn Əbu Bəkir, 
Tədribur-ravi fi şərhi Təqribin-Nəvəvi, y.y., t. y., I-II, s. 76-88. 
23
 Kandemir, M. Yaşar, DİA, “Hadis” maddəsi, İstanbul, 1997, XV s. 36-38. 


i.f.d. Qoşqar Səlimli
 
 
110 
minəl-hədis, İbnul-Qeysərani, Məs`ələtul-`üluvv vən-nüzul fil-hədis, Cəmaləddin əl-
Bəsri, əl-İmdad bi mərifəti üluvvil-hədis üluvvil-isnad, Muhəmməd Yasin əl-Fədani, 
Tənvirul-bəsirə bi turukil-isnadiş-şəhirə, Asim ibn Abdullah əl-Qaryuti,  əl-İsnadu 
minəd-din və min xəsaisi ümməti Seyyidil-mürsəlin, Muhəmməd Əbdülbaqi əl-Ənsari, 
Nəşrul-qəvali minəl-əsanidil-əvali, Əbul-Abbas əl-Himyəri, Qurbul-isnad, İbn Həcər 
əl-Əsqəlani, Əvali Müslim, Əli ibn Mühəssin ət-Tənuxi, əl-Fəvaidul-əvalil-müərrəxə 
minəs-sihah vəl-ğəraib, Qasım ibn Qutluboğa,  Əvalil-Leys ibn Səid, Nəcm 
Əbdürrəhman Xaləf,  Ulumul-isnad minəs-Sünənil-kübra, Mahmud ət-Tənnah
Üsulut-təxric vəd-dirasətil-əsanid,  Əbdülfəttah  Əbu  Ğuddə,  əl-İsnadu minəd-din
Muhəmməd ibn Əli əş-Şövqani, İthaful-əkabir bi isnadid-dəfatir
 
 
BİBLİOGRAFİYA 
 
əl-Bağdadi, Xətib  Əbu Bəkir  Əhməd ibn Əli,  Şərəfu  Əshabil-Hədis (thq: 
Mehmed S. Hatiboğlu), Ankara, 197 
Çakan, İ. Lütfi, Anahatlarıyla Hadis, İstanbul, Ensar Neşriyat, 2002 
Çakan, İ. Lütfi., Hadis Üsulu, İstanbul, İFAV yayınları, 2008 
əl-Ə`zəmi, Mustafa, İlk Devir Hadis Edebiyatı (thq: Hulusi Yavuz), İstanbuı, 
1993 
İbn  Əbu Hatim, Əbu Muhəmməd  Əbdürrəhman ibn Muhəmməd ibn İdris, 
Təqdimətul-cərh vət-tədil, Heydərabad, 1952 
İbn Ədi, əl-Cürcani Əbu Əhməd ibn Ədi, əl-Kamil fid-duafair-rical (nşr: Adil 
Əhməd Əbdülmövcud – Əli M. Muəvvəz), Beyrut, 1997, I-VII 
İbn Hazm, Əbu Muhəmməd ibn Əli ibn Əhməd ibn Səid əz-Zahiri, əl-Fasl fil-
miləl vəl-əhva vən-nihal, I-IV, Bağdad, trs 
İbnul-Mulaqqin,  Əbu Həfs Siracəddin Ömər ibn Əli ibn Əhməd,  əl-Muğni fi 
ülumil-hədis, (thq: Abdullah ibn Yusuf əl-Cüdey), İhsa, (Darul-Fəvvaz), 1992, I-II 
Kandemir, M. Yaşar, DİA, “Hadis” maddəsi, İstanbul, 1997, XV 
Kəttani, Əbu Abdullah Muhəmməd ibn Cəfər ibn İdris, ər-Risalətul-müstatrafə li 
bəyani məşhuri kutubis-sünnətil-müşərrəfə, Beyrut, 2011. 
Küçük, Raşit, DİA, “İsnad” maddəsi, 2001, XXIII 
Qasimi, Cəmaluddin Muhamməd ibn Muhəmməd Səid,  Qavaidut-təhdis min 
fünuni müstalahil-hədis, (thq: Muhəmməd Behcət əl-Baytar), Dəməşq, 1925 
Ləknəvi,  Əbul-Həsənat Muhəmməd  Əbdülhayy,  əl-Əcvibətul-fazilə lil-əsilətil-
aşərətil-kamilə (thq: A. Əbu Quddə), Hələb, 1964 
Müslim ibn Həccac, əl-Camius-Səhih (Müqəddimə), I-V, Qahirə, 1955 
ər-Ramhürmüzi,  Əbu Muhamməd ibn Xəllad Həsən ibn Əbdürrəhman,  əl-
Muhaddisul-fasıl beynər-ravi vəl-vai (nşr: M. Əccac əl-Xətib), Beyrut, 1971 
Süyuti, Əbülfəzl Cəlaləddin Əbdürrəhman ibn Əbu Bəkir, Tədribur-ravi fi şərhi 
Təqribin-Nəvəvi, y.y., t. y., I-II 
Yardım, Ali, Hadis I-II, İstanbul, Damla yayınevi, 2000 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə