Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə45/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   41   42   43   44   45   46   47   48   ...   156

f.ü.f.d. Aynur Hüseynova Zahid qızı
 
 
114 
həm də xalqların müəyyən dövrlərdə olmuş yaxınlığının göstəricisidir. Bütün dünya 
xalqlarının hər bir dilində adlar, ata adları, soy adları, coğrafi adlar xüsusi adları, 
xüsusi söz sinfini təşkil edir.  
Xüsusi şəxs adları xalqların siyasi, ictimai, iqtisadi, mədəni həyatı, dini baxışları, 
ailə, vətəndaşlıq, adamların ictimai vəziyyəti, estetik zövqü, ləyaqətinə dövrün hüquq 
normaları ilə bağlı şəkildə yaranıb yayılır, bəziləri qısa, bəziləri isə uzunömürlü olur. 
Çünki dilin lüğət tərkibi kimi, antroponimiyasının tərkibi də dinamikdir. Xüsusi adlar 
cəmiyyətdə baş verən sosial, iqtisadı, siyasi dəyişikliklərini təsirinə  məruz qalır, 
onların bir qismi həmin dəyişikliklərlə əlaqədar olaraq aradan çıxır, əvəzində isə yeni 
adlar yaranır.  
Xüsusi şəxs adlarına qısaca tərif versək, onları aşağıdakı kimi xarakterizə etmək 
olar. 
Şüura və nitqə malik olan, cəhd və  hərəkətlərini tənzim edə bilən, müstəqil 
fəaliyyət göstərən canlını-insanı adlandıran isimlər şəxs adları qrupuna daxildir. 
Müasir ərəb ədəbi dilində xüsusi şəxs adları ملعلا ءامسأ adlanır.  
Qrammatik müəyyənlikdə olub-olmamalarına baxmayaraq, xüsusi isimlərin 
(adların) hamısı özlüyündə müəyyən hesab edilir. 
Ümumi mənaları baxımından xüsusi şəxs adları  aşağıdakı kimi qruplaşdırıla 
bilər. (3, 182) 
I.Əsil adı bildirən ad “isim”  (مسإ)
 
və ya “ aləm” (ملع) ; II.Künyə
 
ةينك 
III.Nəsəb
 
بسن  ; IV.Nisbə
 
ةبسن  ; V.Ləqəb  بقل
 
 
Əsl adı bildirən adlar və yaxud xüsusi adlar  (ملع)
 qrammatik 
nöqteyi-nəzərdən iki 
qrupa bölünür.  
Birinci qrupa hazırlıqsız, bədahətən, birdən-birə düzəldilmiş adlar daxildir. 
Bunlara ərəb dilində (لجت رم) deyirlər. Bunlar hər hansı insana, heyvana və şəhərə 
aid olan adlardır. Məslən:  
 
داعس
 - 
qız adı; سعقف - ərəb qəbiləsinin adı 
 İkinci qrupa isə  لوقنم
 (yəni verilən) deyilir. Bu qrupa daxil olan xüsusi adlar 
ümumilərdən düzəldilmişdir. Bunlar da öz növbəsində  aşağıdakı qruplara bölünür. 
Bitki, heyvan, həşərat, quş və ev əşyalarının adlarından ibarət xüsusi adlar. Məsələn: 
ةحمق (buğda dənəsi); نوتيز (zeytun); بايذ (canavarlar);
 
برقع
 
(əqrəb);
 
 لازغ (çeyran); بلعث 
(tülkü); باقع(qartal); بارغ(alaqarğa); رقص (şahin) 
Bu adlara, əsasən, bədəvilərdə rast gəlmək olar.  
Sifətlərin və feili sifətin məlum və  məchul növlərini substantivləşdirmə
isimləşdirmə yolu ilə düzəldilmiş xüsusi adlar. Məsələn: 
دمحم (təriflənmiş); فراع (bilən); ديعس (xoşbəxt); نسح (yaxşı); 
دماح (tərifləyən); لداع (insaflı, ədalətli); دومحم (tərifə layiq); ةنيمأ (etibarlı) 
Feillərdən düzəldilmiş xüsusi adları da yaranmasına görə bir neçə qrupa ayırmaq 
olar. 
Adların müəyyən hissəsi feilin indiki zamanından əmələ gəlmişdir. Məsələn: 
ديزي (böyük olmaq, artmaq, çoxalmaq) feli  ْديِزَي kimi tələffüz olunur. 


Ərəb dilində xüsusi şəxs adlarının yaranma üsulları
 
 
115 
بلغت (qalib gəlirsən) feli tələffüzdə   ْبِلْغَت
 olur. 
Bu 
ərəb gəbiləsinin adıdır. Bəzən, 
xüsusilə dialektdə   ْبُلْغَت
 kimi 
işlədilir (6, 211) 
سيمت (qürurla, təntənə ilə yerimək) tələffüzdə   ْسيِمَت
 
olur. Bu da ərəblərdə qadın 
adını bildirir. (6, 211) 
Feilin əmr formasından düzəldilmiş xüsusi adlar. Məsələn: 
ملاس
 (barışmaq) feilindən  ملاس
 adı düzəlir. 
حماس (yumşaqlıq göstərmək) felindən حماس adı düzəlir. 
Feilin keçmiş zamanından düzəldilmiş xüsusi adlar. Məsələn: 
رمش
 (qollarını çirmələmək, yığışdırmaq feili dialektdə رمش kimi tələffüz edilir. Bu 
ada İraqda və Suriyada rast gəlmək olar. Bu adı daşıyan çox böyük bir qəbilə vardır. 
Həmin qəbilə Suriyanın şərq hissəsini və İraqın şimal-qərb hissəsini əhatə edir. 
داج (səxavətli, əliaçıq olmaq) feili də dialektdə   ْداَج
 kimi 
tələffüz edilir. 
Əhatəsində olduğumuz varlıqdan və çiçək adlarından düzəldilmiş xüsusi adlar. 
Bu cür adlarla qızlar adlanırlar. 
جسفنب (bənövşə); ناحير(reyhan); سجرن (nərgiz); مجن (ulduz); ةرھز (Zöhrə);  
ةميغ (bulud); رمق (qəmər); رطم (yağış); سمش (günəş) 
Bəzi adlar ədatlardan düzəldilmişdir. Məsələn:  
Ancaq bir ədatdan düzəldilənlər:  ﱠنإ و  ﱠبَر
 
 
İki ədatdan düzəldilənlər:  امنإ و اَمﱠبُر
 
 
Önlük qoşma və ismindən düzəldilmiş xüsusi adlar. Məsələn: 
ءانھب
 /xoşbəxtliklə, şadlıqla/ xüsusi adı ڊ ön qoşamsı və  ءانھ
 /xoşbəxtlik/ isimdən 
düzəldilmişdir 
Lakin adını çəkdiyimiz  ءانھب ،امنإ ،امبر ،نإ ،بر
 
adlar dilin lüğət tərkibindən çıxmış 
və arxaik sözlər sırasına daxil olmuşlar. 
Müvafiq xüsusi isimlərdən fərqləndirmək üçün bəzi adlara artikl artırılır. Bu 
artikl ancaq müqəddəs və yaxud böyük şəxslərə verilir. Məsələn: 
نسحلا Əl-Həsən;  نيسحلا
 
Əl-Hüseyn; ثراحلا Əl-Haris; 
ا
ديزيل  Əl-Yəzid 
Sosial-siyasi anlayış  və milli-azadlıq hərakatının təsiri nəticəsində yaranmış 
xüsusi adlar: Məsələn: 
لاضن
 /mübarizə/; ةروث /inqilab/; ةيرح /azadlıq/; رفظ /zəfər/ 
Leksiki nəzəri baxımından xüsusi şəxs adları iki qrupa bölünürlər. Sadə  və 
mürəkkəb adlar. 
Müasir ərəb ədəbi dilində sadə adlar  درفم ملع
 adlanırlar. Sadə adlar ancaq bir leksik 
vahiddən ibarətdir. Məsələn: 
ديعس /xoşbəxt/; حلاص /yaxşı, əmin, ədalətli/;  ةميلح
 /arzu, 
istək/ 
Ərəb xalqları arasında belə bir inam yaranmışdır ki, əgər onlar öz uşaqlarına 
Allahın adlarından (`əsməul-husnə) hər hansı birini qoysalar, onda onların uşaqları 
ağıllı-kamallı və sağlam, güçül olarlar. Onlardan bir neçəsini nəzərdən keçirək. 
ديحو /vahid, tək/; لداع /adalətili, haqlı/; ميظع/böyük, ulu/; فراع /arif, bilən/  
Dini müqəddəslərə xas olan adlar geniş yayılmışdır. Məsələn: 
Əli يلع ; Həsən
 
نسح
 ; 
Hüseyn 
  نيسح ; Ömər رمع
 ; 
Həmran  
نارمح 
İslamın müqəddəs şəhərlərinin adlarına uyğun gələn adlar. Məsələn: 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə