Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə42/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   38   39   40   41   42   43   44   45   ...   156

Hədisdə isnadın əhəmiyyəti
 
 
107 
öyrəndiyi alimlərlə uzun müddət təmas halında olan ravilərlə, bu vəsflərə sahib 
olmayan raviləri tanıyaraq bir-birindən ayıra bilmələri üçün, hədis ravilərini ciddi bir 
şəkildə araşdırmışdırlar. Nəticədə, bir hədisin iyirmi və ya daha çox rəvayət yolunu 
(isnad) təsbit etmiş və beləliklə rəvayətlərdə meydana gələ biləcək səhv və qüsurları 
aşkara çıxarmış, kəlmələrini təsbit etmiş, rəvayətləri bir-bir ələkdən keçirmişdirlər.”
15
 
 
2.  İsnadın əhəmiyyəti 
Dinin əsasını meydana gətirən nəqli elmlər tamamən, digər elmlər də əksəriyyətlə 
isnada əsaslandığına görə İslam alimləri isnadın zəruriliyi haqqında ittifaq etmiş, onu 
başda hədis olmaq üzrə elmlərin ayrılmaz bir hissəsi olaraq qəbul etmişdirlər.  
Hədis sahəsi isnad fəaliyyətinin başlaması  və isnad tədqiqatları üçün birinci 
qaynaq təşkil etməsi baxıından əhəmiyyətli olmaqla bərabər, ilk dövrlərdə digər bir 
çox elm sahəsində  sənəddən istifadə olunmuşdur. Belə ki, ilk müfəssirlər arasında 
olan Əbdürrəzzaq əs-Sənani, Əbd ibn Hümeyd, İshaq ibn Rahuyə, Əbu Bəkir ibn Əbu 
Şeybə və İbn Əbu Xatim kimi alimlərin təfsirləri tamamilə sənədə əsaslanmaqdadır. 
Təbərinin  Camiül-bəyanı bunun ən gözəl nümunəsidir.  Əbu Übeyd Qasım ibn 
Səllamın  Kitabül-qiraəti,  İbn  Əbu Davudun Kitabül-məsahifi,  Əbu Bəkir  İbnül-
Ənbarinin Kitabu izahil-vəqf vəl-ibtidası da isnada əsaslanan əsərlərdəndir. Məşhur 
həkim Əbu Bəkir ər-Razi əl-Havi də bəzi sözləri sənədləriylə birlikdə rəvayət etmiş, 
beləliklə sənəddən demək olar ki, bütün sahələrdə istifadə olunmuşdur. Əsrlər boyu 
yazılan kitabların çoxunun baş tərəfində, o əsərin hansı isnad silsiləsi ilə, hansı yolla 
və haradan alındığını göstərən bir siyahı var idi. Beləcə, bu əsərin etibarlı bir yol ilə 
gəlib gəlmədiyini anlamaq təmin olunurdu. 
İsnadla əlaqədar olan əhəmiyyətli bir mövzu da, hər hansı bir hədis və ya xəbərin 
sənədi ilə rəvayət edilməsinin, onun sağlamlığına dəlil olmayacağıdır. Bir rəvayətin 
raviləri siqa (doğrusözlü),  ədalət və  zəbt sifətlərinə sahib olmadıqca, onun sənədi 
müttəsil (qopuqsuz), şaz  və  illətdən uzaq olmadıqca onun hər hansı bir qiyməti 
yoxdur. Bütün rəvayətlər bu əsas ölçülər daxilində qiymətləndirilmiş, Kutubu-
Sittədən əvvəlki dövrdə meydana gətirilən camimüsnədmüsənnəfsünən və kitab 
növündən olan əsərlərdəki hədislər isnadlı olmasına baxmayaraq birbaşa dəlil olaraq 
qəbul edilməmiş, bu əsərlərdəki rəvayətlərin hədisləri araşdırmaq surətiylə alınacağı 
bildirilmişdir.
16
  İslam alimləri müxtəlif kitablardakı hədislərin hamısını araşdıraraq 
onların səhihlik dərəcəsini ortaya çıxaran təxric kitabları qələmə almışdırlar. 
Hədisin quruluşuna sonradan əlavə edilən isnad, hədisin səhihliyinə nəzarət etmə 
baxımından çox əhəmiyyətli bir faktordur. Eyni zamanda hədis elmində isnad 
sisteminin inkişaf etdirilməsi böyük məsuliyyət və elmi dürüstlüyün nəticəsidir. 
Çünki bu sistemin mənası  hədis mətninin rəvayət edənləri tədqiq və  tənqidə tabe 
                                                 
15
 əl-Bağdadi, Şərəfu Əshabil-Hədis, s. 40. 
16
 Qasimi, Cəmaluddin Muhamməd ibn Muhəmməd SəidQavaidut-təhdis min fünuni müstalahil-hədis
(thq: Muhəmməd Behcət əl-Baytar), Dəməşq, 1925, s. 239-243. 


i.f.d. Qoşqar Səlimli
 
 
108 
tutmaq anlamına gəlir. Bu da elmi bir davranış  və alimin özünə güvənməsinin 
əlamətidir. Bu səbəbdən isnad mədar-ı elm-i hədis (hədis elminin üzərində durduğu 
təməl) deyə tərif edilmişdir. Necə ki, Abdullah ibn Mübarək: “İsnad dindəndir. Əgər 
isnad olmasaydı, hər kəs ağlına gələni necə  gəldi rəvayət etməyə cürət edərdi.” 
demişdir.
17
 
Bütün bunlardan aydın olur ki, isnadın əhəmiyyəti iki yerdə cəmləşməkdədir: 1. 
Hədisin doğruluğunu təyin və  təsbit etmək üçün zəmin hazırlamaq. 2. Rəvayət 
özbaşınalığının qarşısını almaq. Eyni ilə  Ənvər  əl-Kəşmirinin dediyi kimi: “İsnad 
dindən olmayanın dinə girməsinin qarşısını almaq üçündür, yoxsa ki o, sənəddə 
olanların qüsurlarından dolayı dindən olduğu təsbit edilmiş xüsusları dindən 
çıxararaq atmaq üçün icad edilməmişdir.”
18
 
Süfyan  əs-Sövri də:  “İsnad möminin silahıdır. Silahı olmayan nə ilə  və necə 
savaşacaqdır?”  deyərək sənədin, sünnənin və dolayısıyla dinin qorunmasındakı 
əhəmiyyətinə diqqət çəkmişdir.
19
 
Qeyd etmək lazımdır ki, buraya qədər deyilənlər, sənədin xüsusilə rəvayətlərin 
yazılı olaraq hədis kitablarına toplanmasından  əvvəlki dövrlərdəki  əhəmiyyətini 
göstərməkdədir. Müasir dövrümüzdə  də  hədislər haqqında tədqiqat aparan elm 
adamları üçün sənəd son dərəcə mühim bir amildir. 
Lakin təəssüf ki, xüsusilə sıravi vətəndaşlar üçün hazırlanan hədis kitablarında 
isnadın qeyd olunmaması kimi asan bir üsula müraciət olunur. Bu üsul əslində İbnus-
Səkən ilə başlamış,
20
 əl-Bəğavi vasitəsi ilə də yayğınlaşmışdır. Son vaxtlar əsas hədis 
qaynaqlarının tərcümələrində  də isnad, səhabə olan ravi xaricində göstərilmir və 
bununla da, sanki sənədin əhəmiyyətsiz olduğu fikri körüklənir. Xüsusilə hədis elmini 
öyrənən tələbələr, mütləq şəkildə hədisi isnadı və mətni ilə bir yerdə, üsuluna uyğun 
şəkildə oxuyub öyrənməyə çalışmalıdırlar.  
Müxtəlif  əsərlərdə isnadsız bir şəkildə insanlara təqdim olunacaq hədislərin 
götürüldükləri qaynaqların cild, səhifə, fəsil və ya hədis nömrələrinin göstərilməsi 
vacibdir. Bu da bir mənada hədisi sənədi ilə rəvayət etmək deməkdir. Çünki hədislə 
maraqlanan hər kəs, hədisin sənədini və rical kitablarından da sənəddəki ravilərin 
halını araşdırma imkanına malikdir.  
Yuxarıda qeyd olunanlarla bərabər isnadın  əhəmiyyətinə onun növləri də  təsir 
etmişdir. İsnadın ali və nazil olmaq üzrə iki növü vardır. Ali isnad (üluvvul-isnad) bir 
hədis mətninin iki və ya daha çox isnadından, yaxud mətnləri fərqli olsa da, bir neçə 
isnaddan ilk qaynağa qədər ən az ravi ilə çatan isnada verilən addır. Bunun tam əksinə 
nazil isnad (nüzulul-isnad) deyilir. Lakin bunların da öz daxilində dərəcələri vardır. 
Bəzən bir mətnin onlarla ayrı isnadı ola bilər.  Ən üstün isnadı  təsbit etmək asan 
                                                 
17
 Müslim ibn Həccac, əl-Camius-Səhih (Müqəddimə), I-V, Qahirə, 1955, I, s. 15. 
18
 Ləknəvi, Əbul-Həsənat Muhəmməd Əbdülhayyəl-Əcvibətul-fazilə lil-əsilətil-aşərətil-kamilə (thq: A. 
Əbu Quddə), Hələb, 1964, s. 238. 
19
 Çakan İ. Lütfi, Hədis Usulü, s. 33. 
20
  Kəttani,  Əbu Abdullah Muhəmməd ibn Cəfər ibn İdris,  ər-Risalətul-müstatrafə li bəyani məşhuri 
kutubis-sünnətil-müşərrəfə, Beyrut, 2011. s. 25. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə