245
obrazının dastandakı qəhrəmanlıq «yükü»
tam əsas verir-
di. Yəni Ə.Dəmirçizadənin də Qaraca Çobanı pyesin əsas
qəhrəmanlarından birinə çevirməsinin əsasında Qaraca
Çobanın «Kitabi-Dədə Qorqud» dastanındakı həqiqi qəh-
rəmanlıqları dururdu.
Üçüncü pərdədə aznavurlar Salur Qazanın sürüsünü
Qaraca Çobandan xoşluqla ala bilməyib, onun üzərinə hü-
cuma keçirlər. Ə.Dəmirçizadə bu döyüşün təsvirində das-
tandan fərqli mühüm bir obraz əlavə etmişdir. Bu, çobanın
qızı Gülçindir. Gülçin müəllifin pyesdə əsas dəyər verdiyi
surətlərdən biridir. O, Uruzun sevgilisidir və Oğuz elinin
əbədiliyi, birliyi və sarsılmazlığının bütün gələcəyi Uruz
və Gülçin obrazlarının sevgisində simvollaşdırılmışdır.
Gülçin atası ilə bərabər döyüşə girir: «Qaraca Çobanın
nərəsinə iki qardaşı və bir qızı səs
verərək hərəsi bir təpə-
nin arxasında yerləşirlər və keçidə doğru yuxarıdan daş
yuvarlayırlar» (98, 26).
Döyüşdən sonra Salur Qazan gəlib çıxır. Çobandan
vəziyyəti öyrənir. Pyesdə dastandan fərqli olaraq Qaraca
Çoban öz ağasını el-obanı başlı-başına buraxıb, eyş-işrət
etməkdə qınayır:
Ay ağa ölmüşdün, Gəzirdin harda!?
Eldən uzaq yerdə, hansı diyarda!?
Xəbərdar edəydin, diyəydin bizə,
Yadı buraxmazdıq biz elimizə.
Öz gözümüz kimi güdərdik yurdu,
Buraxmazdıq yurda hər quşu-qurdu.
Oturmuşuq, olub sənə arxayın,
Nə bilək ki, elimizdə var xain.
Nə bilək ki, qayğusuzsan, ay Qazan,
Qayğusuzluq oldu bu yurdu pozan (98, 31).
246
Qaraca Çobanın bu sözlərində eposun öz məzmunu
ilə təsdiq olunan böyük həqiqət vardır. Yada salaq ki, boy-
da Salur Qazanın Oğuz elinin bütün igidləri ilə ova çıx-
maq istəməsi onun dayısı, Daş Oğuzun başçısı, təcrübəli
və qoca döyüşçü Alp Aruzu möhkəm narahat edir. O,
sanki Oğuz elinin namərd və müxənnət düşmənlərinin
bundan sui-istifadə edə biləcəyini qabaqcadan hiss edərək
soruşur: «Ağam Qazan, sası dinlü Gürcüstan ağzında out-
rarsan, ordun üstinə kimi qorsan?» Qazan aydır: «Üç yüz
igidlən oğlum Uruz mənim evim üstinə tursun», - dedi»
(202, 42). Hadisələrin sonrakı mənfi nəticələri göstərir ki,
Salur Qazan evinin üstünə az miqdarda döyüşçü (300 igid)
və onların üstünə də heç bir döyüş təcrübəsi olmayan bir
yeniyetməni (Uruzu) başçı qoymaqda haqsız imiş. Əslin-
də, eposda Alp Aruzun narahatlığı, Qaraca Çobanla Salur
Qazanın dialoqunda ifadə olunan narahatlıq Salur Qazanın
məsuliyyətsizliyinə edilən etirazın süjetdəki izləridir.
Müəllif-ozan bu etirazı süjetin zahiri qatında
çox qabart-
mamış, sətirlatı şəkildə ifadə etmişdir. Eposun mətnini də-
rindən bilən Ə.Dəmirçizadə bu motivin alt qatında, yaxud
K.Abdullanın terminindən istifadə etsək, «mahiyyət pla-
nında» yatan etiraz ideyasını inkişaf etdirərək pyesdə Qa-
raca Çobanın Salur Qazana qınağı şəklində ifadə etmişdir.
Ə.Dəmirçizadə pyesdə Salur Qazan-Qaraca Çoban
xəttini geniş və ətraflı təsvir etmiş, onların «yoldaşlıqları-
nı» bədii cəhətdən zənginləşdirmişdir. Məsələn, eposda
Salur Qazan ovda olarkən narahat yuxu görür və bunu
bəylərə danışır. Ancaq pyesdə o, öz yuxusunu Qaraca Ço-
bana danışır. Ə.Dəmirçizadə bu
yolla oğuz cəmiyyətinin
iki nümayəndəsinin - oğuz sərkərdəsi ilə oğuz çobanının
qarşılıqlı etimadının nümunəsində Azərbaycan-oğuz xalqı-
nın birliyi və vəhdətini tərənnüm etmişdir. Üçüncü pərdə-
nin sonunda Salur Qazan əvvəlcə özü ilə döyüşə aparmaq
istəmədiyi üçün ağaca bağladığı Qaraca Çobanın qollarını
açır və onlar birgə döyüşə yollanırlar. Çobanın qızı Gülçin
onların arxasınca baxıb deyir:
247
Odur, birləşərək çobanla ağa,
Gedirlər yağıdan qisas almağa.
Biri mənim atam, dağlar çobanı,
Biri qayın atam, ellərin xanı (98, 40).
Dördüncü pərdə Salur Qazanın evini talan etmiş
yağıların kef məclisinin təsviri ilə başlanır. Onlar Salur
Qazanın arvadı Burla xatına şərab paylatmaq istəyirlər.
Lakin buna nail olmurlar. Məlik Uruzun ətindən kabab
çəkdirib qızlara yedirtmək istəyir ki, bu üsulla Qazanın
arvadını tanıya bilsin. Ə.Dəmirçizadə ana
ilə oğulun dia-
loqunu yüksək bədii dillə, emosional boyalardan istifadə
etməklə təsvir etmişdir. O, Uruzun dili ilə Azərbaycan
milli mənəviyyatı üçün xarakterik olan keyfiyyətləri tərən-
nüm etmişdir. Məsələn, Uruz anasına deyir:
Aman, ana, rüsvay etmə Oğuzu,
Əmanətidir, təmiz saxla namusu.
Aman ana, xain olma atama,
Xan atamın namusunu tapdama (98, 48-49).
Göründüyü kimi, Uruz əvvəlcə Oğuz elinin, sonra
atasının adını çəkir. Bu cəhətdən onun anasına söylədiyi
sözlər bizə Azərbaycan-oğuz
düşüncəsində milli mentali-
tetin mühüm dəyəri olan namus məsələsinin quruluşunu
anlamağa imkan verir. Pyesdə oğuzların mentalitet dəyəri
kimi tərənnüm olunan «namus» eyni zamanda bu gün
Azərbaycan xalqının əsas milli mentalitet dəyərlərindən
biridir. Bu cəhətdən Uruzun sözlərində namusun necə
mənalandırılması xüsusi əhəmiyyət kəsb edir. Məlum olur
ki, oğuzlarda namus məsələsi cəmiyyət-fərd düzümünə
əsaslanır. Yəni öncə cəmiyyətin - kollektivin, sonra
fərdin
mənafeyi əsas götürülür. Başqa sözlə, qadın-ana namusu
təkcə bir insanın şəxsi ləyaqət məsələsi yox, ilk növbədə
248
cəmiyyətin namus-qeyrət məsələsidir. Ona görə də Uruz
kafirlərin anasına şərab paylatdıracaqları halda ilk növ-
bədə Oğuzun rüsvay olacağından, daha sonra isə atasının
şərəfinin tapdalanacağından qorxur. Ə.Dəmirçizadə belə
bir cəhəti düzgün şəkildə qoymuşdur ki, oğuz fərdi öz
mənafe və xoşbəxtliyini Oğuz xalqının
mənafe və xoş-
bəxtliyində görür. Cəmiyyətlə şəxsiyyətin, xalqla fərdin
birliyi və vəhdəti «Kitabi-Dədə Qorqud» eposunun əsas
ideyasıdır. Müəllif pyesdə bu vəhdəti - oğuz insanı ilə
Oğuz xalqının ayrılmazlığını dolğun şəkildə təcəssüm et-
dirmişdir. O, eposun əsas ideyasına sadiq qalaraq oğuz
bəylərinin Salur Qazanın köməyinə gəlməsini yüksək coş-
qu ilə tərənnüm etmişdir. Bəylər Qazana yetdikcə ona söz-
lə də dəstək verirlər. İlk yetişən Qaragünənin sözləri bu
baxımdan oğuz igidlərinin mənəviyyat «kodeksini» ifadə
edir: «Sağ tərəfdən əlində süyürmə qılınc Qazan hücum
edir. Bunların arxasınca sağdan-soldan
nərə vurub qəhrə-
manlar bir-bir gəlirlər.
Qaragünə:
Sən dönmədin, fəlakəti hiss etdik biz,
Çal qılıncın, ağam Qazan! Çal, yetdik biz!
And içmişik yurd adına, xan adına!
Ki hamumuz yurd uğrunda qıyır cana!
(98, 58).
Sonda oğuz igidləri qələbə çalırlar. Gülçin də döyüş-
də iştirak edir. Oğuzun ağır günündə Oğuz elinin bütün
fərdləri, sosial statusundan asılı olmayaraq hamı bir araya
gəlir və birləşərək düşmən üzərində qələb çalırlar. Ə.Də-
mirçizadə Oğuz elinin başçısı Salur Qazanın oğlu Uruzla
çoban qızı Gülçinin biri-birinə sevgi və qovuşmalarının
nümunəsində Oğuz xalqının sarsılmazlığının əsas düsturu-
nun milli birlikdə olduğunu göstərməyə nail olur. Doğ-
rudan da, eposun əsas ideyası və ana xətti milli birlikdir.