Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə24/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   20   21   22   23   24   25   26   27   ...   89

 95 
başlayar: «Muğanda kiçik bir çay var. Savalandan gəlir
qədim Xırmandalı  kəndinin içindən keçib Mahmud çala-
sına tökülür. Balharıdır o çayın adı (bu çayın hazırda rəsmi 
adı Bolqarçaydır - Y.İ.).  Əgər çay yuxarı getsəniz, onun 
sahilində dikdir bir yer görəcəksiniz: yastı, böyük təpəni 
xatırladır. Deyirlər, bura torpaq altında batıb qalmış  qə-
dim, lap qədim bir şəhərin xarabalığıdır. Onun qoynunda 
səhifəsi açılmamış sirli, əfsanəli bir dastan yatır - ellərimi-
zin hünər dastanı, qeyrət dastanı. Şəhriyar deyirlər bu ye-
rin adına. Şəhriyarın bir mənası da baş şəhər, paytaxt de-
məkdir. Onun əsl adını, yaşını neçə alimdən soruşdum, 
dürüst cavab ala bilmədim» (249, 60).  
Əslində, yazıçı  «Şəhriyar  əfsanəsi» povestini özü 
dediyi kimi, məhz «əfsanəli bir dastan» - «hünər dastanı», 
«qeyrət dastanı» kimi düşünmüş və gerçəkləşdirmişdir. 
İki «boydan» ibarət olan povestin təhkiyəsi qədim 
Muğan düzündə, Balharı çayının sahilində olan Xırman-
dalı obasının təsviri ilə başlayır: «Zaman o zaman idi ki, 
Odlar yurdunun qız-gəlini çadranın nə olduğunu bilmirdi» 
(249, 62). İnsanlar Zərdüştün kəlamlarından həyat fəlsə-
fəsi götürür, Dədə Qorqudun eşqi ilə yaşayırdılar. 
Əsərin qəhrəmanı üç igiddir: bəbir kimi güclü qəhrə-
man Bəbir, hünərli igid, sazlı-sözlü nəğməkar Qədir və 
alagözlü Gözəl. Uşaqlıqdan bir yerdə böyüyən bu gənclər 
biri-birini dost kimi sevirlər. Zamanla onların arasında eşq 
yaranır. Gözəlin bir qız kimi onlardan birinə - Qədirə eşqi 
olsa da, hisslərini gizlədir: qəlblərini qırmır. Hər ikisi üçün 
dəvə yunundan kaftan - köynək toxuyur. Bu, eposla bağlı 
ciddi etnoqarfik detaldır və yazıçı onu xüsusi məqsədlə 
əsərə daxil edir. Belə ki, povestdə Avesta və Dədə Qorqud 
ənənələri daim üzvi şəkildə birləşdirilir. Məsələn, yazıçı-
nın təsvirində bu üç dostun səfərdən qayıtması zərdüştilik 
görüşləri ilə bağlı Günəşlə vida mərasiminə  təsadüf edir: 
«Onlar obaya çatanda Günəş qüruba enirdi. Üfüqdəki 
 96
Əhrimən hökmlü qara buludlar qanlı  ağzını açmış qara 
əcdaha kimi Hörmüz övladı qızıl saçlı Günəşi udurdu. Yer 
üzünə ürək üşüdən soyuqlar enirdi. Oba tonqalın başında 
Günəşlə vida mərasimini yenicə bitirmişdi» (249, 64). 
Bunun ardınca kaftan-köynək detalını  əsərə daxil 
edən Ə.Muğanlı həyatla mərasimi, gerçəkliklə ritualı biri-
birinə qovuşdurur. Günəşlə vida mərasim hadisəsi olduğu 
kimi, kaftan-köynək də,  əslində, mərasimlə bağlıdır. Bu 
detal oğuz eposunda toy mərasimi ilə bağlı ünsürdür. Ona 
görə ki, «Kitabi-Dədə Qorqud»da «subay oğlanlar nişanla-
nana qədər ağ köynək geyirlər. Nişanlanmış oğlan isə qır-
mızı  rəngli qaftan-köynək geyir. Və bunu onun nişanlısı 
toxuyub göndərir» (6, 82). Digər tərəfdən, toyda gəlinin 
bəyə köynək göndərməsi Azərbaycanın qədim toy adət-
lərindəndir (244, 22). Əsərdə müəllifin Avesta-Zərdüştilik 
görüşləri ilə bağlı Günəşlə vida mərasimini arxaik oğuz-
türk adəti ilə bir poetik məkan-zaman xronotopu aspektin-
də təsvir etməsi onun bütün bu mədəniyyətləri bədii sözün 
gücü ilə birləşdirmək istəyindən doğur. 
Povestdə  gənclərin münasibətinə, o cümlədən elin 
birliyinə bir kahin mane olur. Bu, bir atəşpərəst kahindir. 
İşi-peşəsi hiylə işlədib, yalan danışmaqla insanları yoldan 
azdırmaq olan bu obrazın simasında «Kitabi-Dədə Qor-
qud»dakı Yalançı  oğlu Yalıncığı müşahidə etmək olur. 
Əsərdə deyilir: «Kahin elə bil yerdən peyda oldu, adamla-
rın arasından çıxdı. Qara geyimli, pırtlaşıq saqqallı, arıq. 
Bədheybət. Hiylə yağırdı gözlərindən. Onun peşəsi oba-
oba, şəhər-şəhər gəzmək atəşgaha qurban yığmaq, ziyarətə 
adam çağırmaq idi» (249, 66). 
Kahin ilk baxışda «Kitabi-Dədə Qorqud»dakı Ya-
lıncı  oğlu Yalıncığa bənzəmir. Lakin Ə.Muğanlı obrazlar 
arasında bədii təhkiyənin çox alt qatlarında «körpü» qur-
muşdur. Yalıncıq öz yalan və hiylələri ilə Oğuz elinin icti-
mai birliyini, sosial nizamını pozduğu kimi, kahin də 


 97 
əsərdə öz yalan və hiylələri ilə el-obanın mənəvi-milli 
əsaslarını dağıdır. Onun Gözəllə gənclər arasında oynadığı 
rol da Yalıncığın roluna bənzəyir. 
Hər ikisi Gözəli sevən Bəbir və Qədir biri-birlərinin 
məhəbbtinə qıymırlar. Bəbir elə edir ki, Gözəl öz dostuna 
- Qədirə qismət olur. Özü isə el-obanı tərk edib Savalana 
gedir və Babək Xürrəmiyə qoşulur. Gənclərin toyu olur. 
Toy qədim oğuz adətincə olur: «Toyun qırxıncı günü idi. 
El adətincə, el atası evlənənlərə xeyir-dua verməliydi. Qə-
dir oxunu atmalı, oxun sancıldığı yerdə  gərdək qurmalı 
idi» (249, 75) 
Povestdə tarixlə epos, gerçəkliklə  əfsanə, o cümlə-
dən tarixi şəxsiyyət Babəklə  əfsanəvi  şəxsiyyət Dədə 
Qorqud vahid poetik məkanın üzvi elementləri kimi biri-
birinə qovuşdurulmuşdur. Toyun 40-cı günü Savalanda 
Babəkin yanında ərəb ordusuna qarşı döyüşən Bəbir Dədə 
Qorqudla  əziz dostlarının məclisinə  gəlir: «Toz çəkildi. 
Gələn qafilənin önündə nurani bir qoca göründü, çiynində 
sazı. Tanıdılar. Gələn nəğməkarlar nəğməkarı, ustadlar 
ustadı Dədə Qorqudun özü idi» (249, 75). 
Maraqlıdır ki, iki boydan ibarət düşünülmüş bu po-
vestdə birinci boyun sonu eposda olduğu kimi, toyla, Dədə 
Qorqudun oğuznaməsi ilə başa çatır: «Məclisə Dədə Qor-
qud gəldi. Sazını dilləndirdi, boy boyladı, soy söylədi
mərd igidlər  şəninə, vəfalı dostlar eşqinə bir oğuznamə 
dedi... Toyun axırında Qədir yayını  çəkdi, oxunu atdı, 
oxunun sancıldığı yerdə gərdək qurdu...» (249, 76). 
Əsərdə diqqəti cəlb edən mühüm bir məsələ povestin 
süjet-kompozisiya quruluşudur. Yazıçı burada çox mürək-
kəb poetik kombinasiya qurmuş, «Dədə Qorqud» ənənələ-
ri  ilə Avesta görüşlərini biri-birinə birləşdirmişdir. Deyil-
diyi kimi, əsər iki hissədən ibarətdir və bu hissələri müəllif 
«boy» adlandırmışdır. Bu, aydındır ki, «Dədə Qorqud» 
ənənəsi ilə bağlıdır. Boylarının sayının 2 olması da oğuz 
 98
ənənəsi ilə bağlana bilir: oğuz elinin 2 tayfa birliyindən (İç 
Oğuz və Daş Oğuz) ibarət olması, yaxud 24 oğuz tayfası-
nın 12-12 olmaqla 2 yerə bölünməsi və s. Lakin, fikrimiz-
cə, iki boy burada Avesta görüşləri ilə bağlıdır. Daha doğ-
rusu, burada «Dədə Qorqud» ənənəsi ilə Avesta görüşləri 
birləşdirilmişdir. 
İki boyun biri elin şad günlərini, o birisi isə  qəmli, 
yaslı günlərini təsvir edir. Başqa sözlə, boylardan birincisi 
toyla, ikincisi vayla - yasla bitir. Birinin sonunda toy olur: 
Şəhriyar eli xeyir tapır. O birində isə yas olur - el şər tapır. 
Beləliklə, Ə.Muğanlı bu iki boyun simasında Avesta-Zər-
düştilik görüşlərindən gələn Xeyir-Şər fəlsəfəsinin vəhdə-
tini yaratmışdır. Xeyir və  Şərin vəhdəti atəşpərəstlikdə 
dünyanın birliyinin əsasını  təşkil edir. Ə.Muğanlı bunu 
əsərə gətirməklə Azərbaycan tarixinin müxtəlif dövrlərinin 
dini-fəlsəfi görüşlərinin bədii vəhdətini yaratmağa nail 
olur. 
İkinci boy bəd xəbərlə başlayır.  Ərəb ordusu Azər-
baycanı işğal edir. Muğan elinin bütün igidləri ərəb qoşu-
nu ilə vuruşmağa yola düşürlər. Yazıçı burada da «Dədə 
Qorqud» motivlərini tarixi gerçəkliklə qovuşdurur:  
«El bir oldu, güc bir oldu. Yel kimi, sel kimi üz tut-
dular Savalan elinə, Bəzz qalasına... 
- Çal qılıncın. İgid Babək, yetdik! - deyə» (249, 81). 
«Kitabi-Dədə Qorqud»da daha çox Salur Qazanla 
bağlı bu döyüş nidasının («Çal qılıncın, ağam Qazan, yet-
dim») Babəkə aid edilməsinin altında yazıçının bədii niy-
yəti aydın görünür: o, epik şəxsiyyət Salur Qazanla tarixi 
şəxsiyyət Babəki bir obrazda qovuşdurur. 
Eposdakı Yalıncığın povestdəki «xələfi» olan kahin 
düşmən qoşununa xəbər aparır ki, Muğan elinin igidlərinin 
hamısı Savalana - Babəkə köməyə gediblər. Muğan – baş-
sızdır. Ərəb ordusu Muğana gəlir. Gözəl xəbər tutub, elin 
bütün qadınlarını döyüşə qaldırır.  İki qoşun üz-üzə  gəlir: 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə