99
bir tərəfdə kişilərdən
ibarət ərəb ordusu, o biri tərəfdə
«dişi aslanlardan» - qadınlardan ibarət ordu. Ə.Muğanlı bu
səhnə ilə amazonkaların Azərbaycanla - Muğan eli ilə bağ-
lığını da bədii cəhətdən təsdiq edir. Heç təsadüfi deyil ki,
yazıçı povestin əvvəlində S.Vurğunun bu şeirini epiqraf
kimi verir:
«Amazonka dediyimiz bu qəhrəman qadın nəsli,
Qədim Muğan çöllərində çadır qurub bahar fəsli...»
(249, 60).
Gözəl düşmən sərkərdəsi ilə vuruşub onu məğlub
edir. Lakin bu, təkcə sərkərdələrin yox, eyni zamanda
ideologiyaların vuruşu idi. Ə.Muğanlı əsərdə müxtəlif
ideologiyaları, dini-fəlsəfi görüşləri qarşı-qarşıya gətirib
onların bədii vəhdətini tapmağa çalışır.
Elə bir vəhdət ki,
elin, vətənin, ölkənin, dövlətin birliyini təmin etsin: «Gö-
zəl iki səsin, iki mərasimin arasında dayanmışdı. Bir yanda
uşaqlıqda adət elədiyi kahinlərin duası, rəqsi, o biri tərəfdə
isə ilk dəfə eşitdiyi «Allahu əkbər» sədaları. Bu vaxt keçən
bahar onların toyuna gəlmiş Bəbir yadına düşdü, onun
dediklərini xatırladı: «Babəkin xürrəmiləri heç bir dinə
boyun əymirlər. Onlar yalnız adamların qardaşlığına, dost-
luğuna, bərabərliyinə, sədaqətinə inanırlar»... Qədirin söz-
ləri səsləndi qulaqlarında: «Təsəllin qılıncın olsun, uca tut
qılıncımızın şərəfini, şöhrətini» (249, 86).
Əsərin bütün ideoloji ruhu,
milli-mənəvi qayəsi,
«mənəvi istiqaməti» ideoloji görüşlərin qarşılaşdırıldığı bu
səhnədədir. Burada:
kahinlərin duası - atəşpərəstlik ideologiyası;
«Allahu əkbər» sədaları - islam ideologiyası;
«Babəkin xürrəmilərinin heç bir dinə boyun əymə-
məsi - xürrəmilik təriqətinin ideologiyası;
100
Qədirin: «Təsəllin qılıncın olsun» sözləri - milli
vəhdət ideologiyası haqqında yazıçı konsepsiyasıdır.
Bu «konsepsiya» ilə Ə.Muğanlının «Təsəllin qılıncın
olsun, uca tut qılıncımızın şərəfini, şöhrətini» milli birlik
formulu həm də M.Rzaquluzadənin «El gücü» povestində-
ki «Cana - can, qana - qan» milli birlik formulu ilə birləşib
Azərbaycan milli mənəviyyatında Qorqud ruhunun varlı-
ğının təntənəsini əks etdirir. Heç təsadüfi deyildir ki, po-
vestdə ərəb ordusu Muğan ordusunu - Şəhriyar qalasını
fəth edə bilmir. Yazıçı bunu təbiətin hökmü kimi bədiiləş-
dirir. Sel gəlib Muğan elini - Şəhriyar qalasını su altına
alır. Lakin Muğan eli məhv olmur. Əsərin sonunda əvvəl-
də olduğu kimi müasir dövrümüz təsvir olunur. Müəllif
əlində bir vaxtlar Muğan igidlərinin döyüşdüyü paslı qı-
lıncı tiyəsi fikrə dalmışdır.
Burada
fikrimizcə, mətnaltı səviyyədə ciddi müəllif
konsepsiyası var. Ə.Muğanlı bu paslı qılıncı Azərbaycan
xalqının qanında yaşayan müstəqillik, mübarizlik, qəhrə-
manlıq ruhunun simvolu kimi əsərə daxil etmişdir. Paslı
qılınc obrazının şifrəsini yazıçı Qədirin sözlərində ifadə
etmişdir: «Təsəllin qılıncın olsun, uca tut qılıncımızın şə-
rəfini, şöhrətini». Bu, Qədirin təkcə öz sevgilisi Gözələ
vəsiyyət və nəsihəti yox, eləcə də yazıçının oxucuya ün-
vanladığı poetik manifestasiyadır.
Beləliklə, M.Rzaquluzadə və Ə.Muğanlı nəsrinin
nəzərdən keçirilməsi göstərdi ki, «Kitabi-Dədə Qorqud»
motivlərinin müasir Azərbaycan ədəbiyyatında bədiiləşmə
səviyyəsi ilk əvvəl «mənəvi istiqamətlə» bağlı olmuşdur.
Ədiblərimiz eposun milli ideyalarını antimilli
sovet cəmiy-
yətinə mənəvi ideyalar adı altında gətirməklə, əslində, mil-
li düşüncəni diri saxlamağa, ölməyə qoymamağa çalışırdı-
lar. Bunun belə olmasını «Kitabi-Dədə Qorqud» motivləri-
nin xüsusən Anarın nəsrində ifadəsi olan «milli özünütəs-
diq istiqaməti» aydın şəkildə təsdiq edir.
101
Keçən əsrin 70-ci illərindən Azərbaycan nəsrində
«Dədə Qorqud» motivləri əsasında yeni bir tendensiya da
özünü göstərməyə başlayır. Bu, eposun obraz və ideyala-
rından milli özünütəsdiq vasitəsi kimi istifadə edilməsi idi.
Həmin istiqamətin əsası görkəmli Azərbaycan yazıçısı
Anarın yaradıcılığında qoyulur. Onun 1969-1972-ci illərdə
yazdığı «Dədə Qorqud» povesti ilə «Kitabi-Dədə Qorqud»
milli ədəbi düşüncədə milli özünütəsdiq, milli oyanış və
dirçəliş qaynağı kimi tərənnüm olunur.
Milli ədəbiyyatda (nəsrdə) «Dədə Qorqud»
motivləri
əsasında yaranan bu milli özünütəsdiq istiqaməti M.Rza-
quluzadə ilə başlanan, Ə.Muğanlı ilə davam etdirilən «mə-
nəvi istiqamətin» həm davamı, həm də ondan fərqlənən
müstəqil düşüncə axarı idi. Onun yazıçı Anarla başlanması
təsadüfi deyildir. Belə ki, Anarın «Dədə Qorqud» istiqa-
mətindəki yaradıcılığı bütöv Azərbaycan ədəbiyyatında,
sözün gerçək anlamında, diqqətəlayiq hadisədir. Onun
yaradıcılığının əhəmiyyəti və roluna, tamamilə qanunauy-
ğundur ki, ulu öndər, cənab Heydər Əliyev çox böyük
qiymət vermişdir: «Kitabi-Dədə Qorqud» Azərbaycan icti-
maiyyəti, kütlə, xalq üçün tanınmalıdır. Mən bu baxımdan
Anarın xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Mənə
belə gəlir ki, biz bu gün müəyyən zaman keçəndən sonra
Anarın bu sahədəki axtarışlarına, xidmətlərinə daha da
yüksək qiymət verməliyik» (125).
Anarın yaradıcılığı milli ədəbiyyatımızın
xüsusi
səhifəsi olduğu kimi, «Kitabi-Dədə Qorqud» eposu da
Anar yaradıcılığının xüsusi səhifəsidir. Eposu «Azər-
baycan xalqının şah əsəri, Ana kitabı» adlandıran yazıçı
(45, 11) üçün «Qorqud» dastanı, əslində, sirli-sehrli bir
dünyadır: «Kitabi-Dədə Qorqud» Azərbaycan ədəbiyyatı-
nın, xalqımızın yaradıcı dühasının ən böyük və ilkin ifa-
dəsidir. «Kitabi-Dədə Qorqud» xalq həyatının ən erkən
dövrlərini saysız-hesabsız təfərrüatı, ayrıntıları, çalarları
102
ilə əks etdirən bilgilər toplusudur, bütöv bir dövrün hey-
ranedici zənginliyə malik ensiklopediyasıdır. Ən çılğın eh-
tirasların və incə hisslərin, ən xəfif duyğuların, ziddiyyətli
insan münasibətlərinin və zərif təbiət təsvirlərinin, igidli-
yin və comərdliyin, xəyanətin və satqınlığın,
məhəbbətin
və ölümün, qəzəbin və gülüşün, şadlığın və ələmin qayna-
yıb-qarışdığı bir dünyadır Dədə Qorqud dünyası» (48, 5).
Artıq ömrünün müdriklik dövrünə qədəm qoymuş
Anarın «Dədə Qorqud» yaradıcılığı, əslində, onun «Dədə
Qorqud» düşüncələrindən başlanır. Bu düşüncələr isə bir
möhtəşəm «an»la bağlıdır. Həmin «an» yazıçı Anarın
«Kitabi-Dədə Qorqud» eposu ilə ilk tanışlıq anıdır: «Xa-
nım hey. Bu ilk sözləri oxuyan gündən Dədə Qorqud dün-
yasına daxil oldum. O uzaq illərdən bəri Dədə Qorqud mə-
ni ovsunlayıb və heç vaxt bu əfsundan, sehrdən, tilsimdən
çıxa bilməyəcəm. Hər beş-altı ildən bir dastanın Azərbay-
can, türk nəşrlərini oxuyuram və hər dəfə o mənimlə mə-
nim yaşımda olan adam kimi danışır,
hər dəfə ondan indi-
yənəcən eşitmədiyim sözləri eşidirəm, hər dəfə «Kitab»da
bunacan görmədiyim, duymadığım gözəlliklər, dərinliklər,
dəyərlər tapıram.» (43, 127).
Dünya ədəbiyyatı ilə yaxından tanış olan Anarın
eposla bağlı bir müşahidəsi onun müasir Azərbaycan ədə-
biyyatındakı yerinin müəyyənləşdirilməsi baxımından əla-
mətdardır. O, müsahibələrindən birində deyir: «Mənə ən
çox təsir eləyən, təbii ki, dünya ədəbiyyatında Tolstoydu,
Dostoyevskidi, Zoşşinkodu, Trustdu.
Amma onu yüz faiz
deyə bilərəm ki, ən böyük təsir bizim ədəbiyyatda «Dədə
Qorqud» dastanı və Mirzə Cəlilin əsərləridir» (172).
Müasir ədəbiyyatda «Dədə Qorqud» motivləri məsə-
ləsinə münasibətdə Anar yaradıcılığını M.Rzaquluzadə və
Ə.Muğanlıdan fərqləndirən bir keyfiyyət də var. Bu, «Ki-
tabi-Dədə Qorqud» eposunun onun təkcə bədii yaradıcılı-
ğında deyil, eyni zamanda elmi yaradıcılığında mühüm yer