51
işini gördü: epos tarixi yaddaşdan da arxaik yaddaşa endi.
Arxaik yaddaş hər bir xalq
üçün onun düşüncəsinin gene-
tik simvolikası, arxetipik energetikası deməkdir. Bu, milli
yaddaşın enerji qaynağıdır. Həmin qaynaq aramsız şəkildə
müasir milli-ədəbi, etnik-bədii düşüncəni qidalandırmaqda
davam edir. Mədəniyyətin daşıyıcıları əsrlər boyu bu ener-
ji ilə yaşayır, lakin onun konkret ünvanını, mənbəyini bil-
mirlər. «Kitabi-Dədə Qorqud»un tapılması Azərbaycan
milli düşüncəsində sanki bir şok effekti yaratdı. Nəyə gö-
rə? Çünki «Kitabi-Dədə Qorqud» ulu öndər H.Əliyevin
bəyan etdiyi kimi, «Azərbaycan xalqının tarixinin, etnik
yaddaşının, arxaik təfəkkürünün güzgüsü», «nitqimizin,
dilimizin, mənəviyyatımızın, ruhumuzun nəğməsi» idi
(126, 9). Xalq bu dastanın «güzgüsündə»
özünün bolşe-
viklərin təqdim etdiyindən tamamilə fərqli, əsil milli si-
masını gördü, bu dastanın epoxaların dərinliyindən gələn
«səsində» bolşeviklərin azərbaycanlıların milli ruhuna ta-
mamilə yad olan «proletar» himnindən fərqli olub, xalqın
milli ruhunu coşduran doğma «nəğməni» eşitdi. Azərbay-
can ziyalıları milli düşüncənin energetik qaynağına birbaşa
qoşulmaq imkanı əldə etdi.
Eposun Azərbaycanda çap
olunması ilə milli şüurun coşqun oyanışı, dirçəlişi başlan-
dı. Azərbaycan xalqı «Kitabi-Dədə Qorqud» dastanında
qorunub qalmış millilik sxemləri, milli birlik formulları,
etnik vəhdətin düsturları əsasında yenidən təşkil olunmağa
başladı. Ədəbiyyat bu milli coşquda misilsiz rol oynadı.
Bu milli quruculuq prosesi idi. Lakin tezliklə ona qarşı
antimilli quruculuq prosesinə təkan verildi. «Kitabi-Dədə
Qorqud»un Azərbaycan cəmiyyətində oynadığı rol 1920-
ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin var-
lığına son verərək vətənimizi sovet-sosialist adı altında
rus-erməni işğalına məruz qoymuş rus sovet imperiyasının
ideoloji maraqları ilə daban-dabana zidd idi. Bolşeviklər
Azərbaycana qədəm qoyduqları gündən mahiyyətini «rus-
52
laşdırma» təşkil edən Azərbaycan sovet xalqının yaradıl-
masına başladılar. Bu, böyük rus imperiyasının «sovet»
donunda yenidən qurulmasının ideoloji mahiyyətini təşkil
edirdi. «Kitabi-Dədə Qorqud» bütün ideologiyası ilə rus-
sovet imperiyasının ideologiyasının əksinə idi. Bütün bu
milli və antimilli quruculuq prosesləri
isə bu və ya digər
şəkildə müasir Azərbaycan ədəbiyyatında öz əksini tapır,
izini qoyur, onun inkişafına fərqli məzmun və formada
təsir edirdi. «Dədə Qorqud» eposunun Azərbaycan ədəbiy-
yatının inkişafındakı rolunu eposun Azərbaycana «gəlişi»
və onun «təqibi» boyunca araşdırmadan Azərbaycan sovet
ədəbiyyatının bədii üslubunu başa düşmək mümkün deyil-
dir. Çünki milli repressiyalar nə qədər qanlı xarakter alsa
da, millilik, milli düşüncə Azərbaycan ədəbiyyatını heç
vaxt tərk etməmişdir. Yazıçı və şairlərimizin milli duy-
ğuları bu repressiyaların təsiri altında cürbəcür simvolik
məzmun və forma kəsb etmişdir.
Həmin simvolizm Azər-
baycan sovet ədəbiyyatının bütöv XX əsri əhatə edən ta-
rixi boyunca davam etmişdir. Bu simvolizm öz başlanğı-
cını, əslində, «Kitabi-Dədə Qorqud»un Azərbaycana «gə-
lişi» ilə yaranan milli coşqudan və onun antimilli əsaslarla
təqibindən götürür. XX əsrin 60-cı illərindən başlayaraq
Azərbaycan (o cümlədən bütün sovet cəmiyyətində) müəy-
yən ideoloji yumşalma baş versə də, əslində, imperiya öz
siyasətindən əl çəkmədi: onu formaca dəyişdirdi. Bu da
ədəbiyyatımızda «Dədə Qorqud» simvolizminin bütün XX
əsr boyunca yaşamasını şərtləndirdi.
«Kitabi-Dədə Qorqud» elm aləminə 1815-ci ildən
bəlli olmuşdur. Alman şərqşünası H.F.Dits
Drezden ki-
tabxanasında «Dədə Qorqud» dastanlarını aşkara çıxarmış,
«Basatın Təpəgözü öldürdüyü boy»u alman dilinə çevirə-
rək «Odissey»in nağıl səciyyəli təkgözlü Siklopun kor edil-
məsi süjetinin yeni variantı kimi nəşr etdirmişdir (354, 6).
53
Dastanın iki əsas əlyazma nüsxəsi məlumdur. Epo-
sun ilk dəfə məlum olan və elmə «Drezden nüsxəsi» adı
altında daxil olmuş mətni Drezdendə Kral kitabxanasında
aşkar edilən 154 səhifəlik əsərdir. Berlində 37 səhifəlik
başqa bir əlyazma da tapılmışdır. «Berlin nüsxəsi» kimi
tanınan bu abidə, əslində, Drezden nüsxəsindən köçürmə-
dir. İkinci tapılmış və «Vatikan nüsxəsi» adlandırılmış
nüsxə 109 səhifədir. «Drezden nüsxəsi» açıq-aşkar Azər-
baycan dilində yazılmışdır. Vatikan nüsxəsi isə cəmi altı
boydan ibarət olub, XVI əsr türkcəsinə daha yaxındır»
(354, 6).
Alman şərqşünası Teodor Neoldoke 1859-cu ildə
həmin dastanların surətini çıxarıb
alman dilinə çevirərək
çap etdirmək istəyir, lakin qarşıya çıxan çətinliklərə görə
işi başa çatdırmır, topladığı materialları o vaxt Almani-
yada təhsil alan V.V.Bartolda verir (1892). V.V.Bartold
1922-ci ildə bütün boyları rus dilində çapa hazırlayır. La-
kin onun sağlığında dastanlar işıq üzü görmür; əsəri ilk də-
fə Azərbaycan alimləri H.Araslı və M.Təhmasib 1950-ci
ildə Bakıda çap etdirirlər (bax:376-Y.İ.). Həmin əsər V.M.Jir-
munski və A.N.Kononov tərəfindən çapa hazırlanır və rus
dilində yenidən (bax: 384 - Y.İ.) nəşr edilir (354, 6).
Dastan Azərbaycanda ilk dəfə nəşr olunmamışdan
qabaq o, Azərbaycan ziyalılarına artıq
türk nəşrlərindən
bəlli idi. Türkiyədə bu dastanlar üzərində nəşr və tədqiq işi
1916-cı ildən başlanır (354, 9). Türk dili və ədəbiyyatı
mütəxəssisi Kilisli Müəllim Rifətin 1916-cı ildə ərəb əlif-
bası ilə çap etdirdiyi «Kitabi-Dədə Qorqud» eposu türk ic-
timaiyyəti tərəfindən çox böyük maraq və coşqu ilə qar-
şılanır (bax: 362). Türkiyə ilə bağlı olan (orada təhsil alan,
yaxud işləyən) Azərbaycan ziyalıları eposun bu nəşri ilə
tanış olub, ona elmi maraq göstərirlər. Ədəbiyyat tarixçisi
İ.Hikmət dastanın «Dirsə xan oğlu Buğacın boyunu bəyan
edər» hissəsini özünün 1928-ci ildə çapdan çıxmış «Azər-
54
baycan ədəbiyyatı tarixi»nin
birinci cildinə müntəxəbat
materialı kimi daxil edir (bax: 103).
«Kitabi-Dədə Qorqud»un ilk azərbaycanlı tədqiqat-
çısı, qorqudşünaslığımızın əsasını qoyan alim kimi rep-
ressiya dövründə canı və elmi haqqı əlindən alınmış, lakin
sonradan tədqiqatçılar tərəfindən haqqı özünə qaytarılmış
Ə.Abid (bax: 113; 316; 317; 138; 237) Türkiyədə təhsil
aldığı və işlədiyi dövrlərdə abidə ilə tanış olmuş, 1926-cı
ildən başlayaraq «Kitabi-Dədə Qorqud»a dair silsilə məqa-
lələr yazmış və mətbuatda çap etdirməklə (137, 143) Azər-
baycan milli ziyalılarında - tədqiqatçılarda, yazıçı və şair-
lərdə eposa marağın yaranmasında böyük rol oynamışdır.
Maraqlıdır ki, eposun Azərbaycanda ilk nəşri H.Araslı
tərəfindən Azərbaycanda stalinizm repressiyasının qanlı
ölüm maşınının var gücü ilə işlədiyi bir vaxtda - 1939-cu
ildə həyata keçirilir (bax:198). Daha sonra M.H.Təhmasib
dastandan müəyyən hissələri 1941-43-cü illərdə çap etdirir
(bax: 58; 96).
Sonra «Kitabi-Dədə Qorqud» eposunun özünün, təd-
qiqatçılarının və ona müraciət etmiş yazıçı və şairlərin rep-
ressiyası başlanır. Nəhayət, 1956-cı ildə stalinizm dövrü-
nün başa çatması ilə eposun sürəkli nəşri və tədqiqi baş-
lanır. Həmin dövrdən başlayaraq dastanın çapı ilə bağlı
böyük işlər görülür: dərsliklərə salınır,
qəzet və jurnallarda
parçalar şəklində çap olunur, o cümlədən H.Araslı, S.Əli-
zadə və Ş.Cəmşidov, V.V.Bartold tərəfindən hazırlanmış
fundamental nəşrləri (o cümlədən Drezden və Vatikan
nüsxələrinin faksimileləri) işıq üzü görür (bax: 199; 200;
201; 202; 203; 204; 205; 206; 207; 385).
Lakin «milli varlığımızın mötəbər qaynağı» (H.Əli-
yev) olan «Kitabi-Dədə Qorqud» eposu da «XX əsrin tari-
xində... misli görünməmiş təqiblərə məruz qaldı. Hətta
onu öyrənməyə, tədqiq etməyə cəhd göstərənlərin taleyi də
acınacaqlı olub. Azərbaycanda «Kitabi-Dədə Qorqud»un