269
Gizlətmə, sonadək söylə sözünü,
Yurdunu görmüsən, qurdun tərpənib?.. (181, 198)
Şiranə Oğuzu tərk etsə də, Oğuz elinin qız-gəlinin
belə zəlil vəziyyətə düşməsi onu ağrıdır: qızın düşüncəsin-
də oğuz mənəviyyatı oyanır. Düşmən içərisində xoş gələ-
cəyinin olmadığını bilən Şiranə var gücü ilə Burla Xatu-
nun namusunu qorumağa çalışır.
Əsərdə Burla Xatunu aparmağa gələn kafirə oğuz
qızlarının verdiyi cavablarda onun bir el anası kimi oğuz
düşüncəsində nə qədər uca və ülvi məqamda durması ifadə
olunmuşdur. Qızırca Yengə onu müqəddəs torpaqla, Çiçək
-
büllur sularla, Aynişan - yerin, göyün nəfəsi ilə (küləklə),
Səhəriyyə - parlaq günəşin şöləsi ilə müqayisə edir.
N.Xəzri Burla Xatunun tanınması ilə bağlı Oğuz das-
tanında olmayan maraqlı detaldan istifadə etmişdir. Şöklü
Məlik Qazanın öz sevgilisi Burla Xatuna toy hədiyyəsi
kimi bağışladığı daş-qaşlı kəməri məclisə gətirdib, bir-bir
oğuz qızlarının belinə bağlatdırmaq istəyir. Oğuz qadınları
ən ağır durumda belə özlərini ləyaqətlə aparıb, Burla
Xatunu mətanətlə müdafiə edirlər. Onların Burla haqqında
söylədiyi sözlərdən məlum olur ki. Salur Qazanın arvadı
olan Burla Xatun təkcə Qazının yox, elin namus sim-
voludur:
Səhəriyyə
Əl saxlayın, dayanın,
Yatmısınız, oyanın.
Bu yurdun hər daşı, qayası Xatun,
Bitən hər çiçəyin mayası Xatun,
Əgər duya bilsən, anlaya bilsən,
Onun da hər sözü, qayəsi Xatun!
270
Aynişan
Durna idi, üfüqlərdən endi Xatun,
Doğma ana torpağına endi Xatun,
Hər çiçəyin üzərində şehdi Xatun,
Bu ellərdə əsən mehdi Xatun (181, 207-208)
Oğuz qızlarının Burla Xatunu tərənnüm edən yuxarı-
dakı sözlərindən məlum olur ki, müəllif «Əfsanəli yuxu-
lar» poemasında və «Torpağa sancılan qılınc» pyesində
olduğu kimi bu əsərdə də «Ana - Vətən» ideyasını leytmo-
tiv kimi götürməkdə davam etmişdir. Burla Xatun Səhə-
riyyənin tərənnümündə yurdun daşı, qayası, çiçəyi ilə, çi-
çəyin mayası, Aynişanın tərənnümündə vətənin durnası,
birbaşa
ana torpaqla, çiçəklərin üstündəki şehlə, ellərdə
əsən mehlə eyniləşdirilir. Bütün bunlar göstərir ki, N.Xəz-
rinin yaradıcılığında ana obrazı ilə vətən obrazı qoşa tərən-
nüm olunur. Şair ananı vətəndən, vətəni isə anadan ayır-
mır. Bu cəhətdən oğuzların Burla Xatuna münasibəti on-
ların ana yurda münasibəti deməkdir. Oğuzlar üçün Burla
Xatun bilavasitə ana yurdun simvoludur. Onu ələ vermək
vətənə xəyanət etmək, onu qorumaq vətən yolunda ya
qazi, ya şəhid olmaq deməkdir.
Şöklü
Məlik əmr edir ki, Bural Xatunun kəmərini
bir-bir qızların belində yoxlasınlar. Vəziyyətin gərginləş-
diyini görən Şiranə «Burla Xatunu özüm tapacağam» de-
yib kəməri Şöklü Məlikdən alır. O, Burla Xatunu ələ ver-
mir: qayıdıb Şöklü Məliyə yalandan deyir ki, Burla Xatun
burada yoxdur. Acıqlanmış Məlik qızların asılması haq-
qında əmr verir. Ulusun sevgilisi Çiçəyin saçından tutub
sürüyürlər. Burla Xatun buna dözmür. Lakin Qısırca Yen-
gə onu dayandırır. Şair Yengənin sözlərində əsərin əsas
ideyasını səsləndirir:
271
Mənim də ağrımdır sənin bu ağrın,
Unutma, fəqət -
Vətən namusudur ana namusu! (181, 214).
Əsərdəki bu səhnələrdə biz maraqlı bir
mənzərənin
şahidi oluruq. Burla Xatunun yanındakı qızlardan hər biri
özünü Burla Xatun kimi təqdim edib təhqir olunmağa
hazırdır. Halbuki onların hər biri ismətli, namuslu, say-
seçmə oğuz qızlarıdır. Onların içərisində Salur Qazanın
gələcək gəlini Çiçək də var. Lakin bütün bunlara baxma-
yaraq, bu qızların hər biri Burla Xatunun yerinə təhqir
olunmağa hazırdır. Təbii ki, bu motiv birbaşa oğuz dasta-
nından - «Kitabi-Dədə Qorqud»dan götürülmüşdür. Bu cə-
hətdən N.Xəzri bu səhnələri işləyərkən «Salur Qazanın
evinin yağmalanması» boyunun başlıca leytmotivindən -
oğuz qızlarının özlərini Burla
Xatun kimi təqdim etməsi
xəttindən kənara çıxmamışdır. Ona görə də, belə bir sual
meydana çıxır ki, oğuz qızlarının Burla Xatunun namusu-
nun təhqir olunmaması üçün hər cür təhqirə hazır olma-
larının səbəbi nədir? Axı bu halda onların öz namusları da
təhqir olunacaqdır?
Bizcə, bu sualın cavabı oğuz xalqının sosial-mənəvi
birliyindədir. Oğuz xalqı bir bütövdür. Burla Xatun ana
vətənin namus simvoludur. Oğuzların düşüncəsinə görə,
vətənin namusunu qorumaq,
bu yolda qurban getmək,
vətənin namusunun tapdanmamasından ötrü hər cür əzab
və təhqirə dözmək alçalmaq yox, ucalmaq deməkdir.
Pyesdə bu xəttin açılmasına Şiranə obrazı yardım edir. O,
Oğuz elini tərk etmiş, namusunu, ləyaqətini düşmən ayaq-
ları altına ataraq özünü alçaltmışdır. Ancaq əsirlikdə zəlil
vəziyyətində olan oğuz qızları öz milli qürur və ləyaqətlə-
rini itirmir, düşmənə baş əymir və Burla Xatunun tanınma-
masından ötrü özlərinə ediləcək hər bir təhqiri qəbul
etməyi ucalıq sayırlar.
272
N.Xəzrinin «Burla Xatun» pyesini bu mövzudakı
əvvəlki əsərlərindən fərqləndirən
bir cəhət də əsərdə türk-
çülük ideyalarının tərənnümüdür. Şair-dramaturq pyesdə
yeri gəldikcə «türk» adından bəzən milli mənsubiyyət, bə-
zən etnik birlik simvolu kimi istifadə etmişdir. Məsələn,
Şöklü Məliyin münasibətində bu, etnik mənsubiyyəti ifadə
edir:
Get, Burla Xatunu gətir məclisə,
Qoy iki türk qızı versin səs-səsə (181, 197).
Kafirin Şöklü Məliyə gətirdiyi xəbərdə isə «türk» adı
türk dünyasının birlik simvolu kimi səslənir:
Çoban intiqama çağırıb eli,
Səsinə səs verib Türküstan əhli (181, 216).
Pyesdə qurd obrazının da milli simvol kimi hallan-
dırılması, əslində, türklüyün tərənnümünüə xidmət edir.
Oğuzların inamlar dünyasında qurdun əsas yerlərdən birini
tutması istər onların
düşmənlərinin, istərsə də özlərinin
dilində öz milli məzmununu heç bir halda dəyişmir. Şöklü
Məlik ona etiraz edən qorxubilməz oğuz qızlarına deyir:
Yenə bayquş kimi nə ulayırsız?
Ulamaq biçilmiş şux boyunuza.
Deyirlər, qurd nəsli, qurd övladısız,
Ağı dedirdərəm qurd soyunuza (181, 218).
Səhəriyyənin Şöklü Məliyə söylədiyi «Qorxu bilməz
boz qurdumun erkəyində bir kökümüz var» sözləri ilə
(181, 218) əsərdə inkişaf etdirilən türkçülük xətti bədii-
ideoloji məzmun kəsb edir. Əcdad qurdu anan oğuz qızları
ruhən coşur və Şöklü Məliyə çılğın etiraz edirlər: «Şöklü