281
olsaydım, oxuyacağınız kitabın sırf ədəbi səciyyələrinə
diqqətinizi yönəldib dramaturgiyamızda
xassəcə yeni
mövzu... fabula... süjetqurma... dil... stilistika və bu kimi
«kateqoriya»ların təsir və ifadəliliyindən ətraflı danışar-
dım... Teatrşünas olsaydım, tanış olacağınız pyeslərin milli
teatr təfəkküründə yeri və əhəmiyyətini göstərib prinsipcə
yeni konflikt-münaqişə... dramatik mübarizə... psixoloji
münasibətlərin və başqa mühüm dramaturji «ele-
ment»lərin incə sistemliyindən söhbət açırdım... «Geniş
oxucu-tamaşaçı kütlənin» nümayəndəsi olsaydım, hamıya
bu sənət əsəriylə maraqlanmağı məsləhət görərdim: müəl-
lif hamımızı düşündürən... xoflandıran... ovsunlayan adi
qədər sehrli mətləblərin sirrini anlamağa çalışır, həyatla
ölümün qarşıdurmasını arzumuzla, məramımızla barışdır-
maq cəhdindədir. Fikrimcə, yer üzündə hələ heç kim bu
məqsədə yetməyib, amma cəhdin özü həm sənətçinin, həm
təmsil etdiyi mədəniyyətin yüksək səviyyəsini təsdiqləyir»
(334, 3). Bu fərqli yanaşmaları birləşdirən H.Turabov
K.Abdullanın dramaturji yaradıcılığını ümumi şəkildə sə-
ciyyələndirərək yazır ki, «yaradıcılıq təcrübəmə söykənə-
rək tam məsuliyyətlə Kamalın
dramaturji düşüncə və
üslubunu yeni əsr və minilliyin aparıcı meyli, tendensiyası
kimi qiymətnədirirəm» (334, 3-4).
Doğrudan da, K.Abdullanın «Kitabi-Dədə Qorqud»
eposunu tamamilə yeni kontekstdə yozmaq cəhdləri, əslin-
də, dünyanın tarixi zamanının ikinci minilliyini tamamla-
yıb üçüncü minilliyə başlayan çağdaş insanının fikir plüra-
lizmini (çoxfikirliliyini) inikas edir. İndi dünyada dəyərlə-
rin, obrazlı desək, «demokratik» düzümü var. Keçmiş və
bugün, təsdiq və inkar yanaşı yaşaya bilir. Bu, mahiyyətcə,
yeni düzəndir. K.Abdullanın yaradıcılığı sübut edir ki,
«Kitabi-Dədə Qorqud» bir epos kimi milli düşüncəmizi
tarixin bütün epoxalarında aktual saxlayacaq. Bu abidədə
daşınan etnopoetik dəyərlər daim müasirdir. «Dədə
282
Qorqud» mətnində məkan və zamanın polifoniyası – çox-
səslilik var. Bu mətn istənilən bədii yozumda mənalana
bilir. K.Abdulla həmin
mətni gah komediya, gah faciə, gah
postmodernist yönümdə bədiiləşdirir. Maraqlıdır ki, hər
dəfə epos mətni bizim qarşımıza orijinal «sifətdə» - yeni
məzmunda, fərqli yozumda, başqa kompozisiyada, seçilən
bədii işarələr sistemi kimi çıxa bilir. K.Abdulla yaradı-
cılığının ədəbiyyatımız qarşısında əsas xidmətlərindən biri
elə bu - «Kitabi-Dədə Qorqud» mətninin sonsuz bədii yo-
zum imkanlarını «kəşf» etməsidir.
K.Abdullanın «Casus» pyesi öz məzmununa görə
«Yarımçıq Əlyazma» ilə yaxından səsləşir. Boğazca Fat-
manın oğlunun casus kimi həbs olunması, casus əhvalatı-
nın Oğuzda necə bir faciə yarada biləcəyini qabaqcadan
hiss edən Qorqudun ona oğlunu
necə azad etdirməyin sir-
rini öyrətməsi, Boğasca Fatmanın bir-bir oğuz bəylərinə
yaxınlaşaraq oğlunun həmin bəydən olmasını söyləməsi və
beləliklə, oğuz bəylərinin «zəif damarından» tutaraq, yəni
onların hər birinin Boğazca Fatma ilə gənclikdə etdikləri
sevgi macərasından istifadə edib, bəyləri «barmağana do-
laması» və oğlunu azad etdirməsi pyesi və romanı birləşdi-
rən əsas motivləri təşkil edir. Pyes romandan qabaq yazıl-
mışdır. K.Abdullanın bu pyesi bir komediyadır və müəllif
bu əsəri ilə kifayət qədər mənalı və düşündürücü gülüş ya-
ratmağa nail olmuşdur. Romanda isə, bundan qabaq apar-
dığımız təhlillərdən gördüyümüz kimi,
pyesdən bizə mə-
lum olan «casus» əhvalatı Şah İsmayıl Xətaidən bəhs edən
«əhvalatla» mürəkkəb postmodernist yanaşma modelində
birləşdirilmişdir. «Casus» pyesində məkan-zaman oğuz
dünyasının «Kitabi-Dədə Qorqud» dövrünü əhatə edirsə,
romanda oğuz tarixinin müxtəlif dövrlərini birləşdirən
gizli bağlar ortaya qoyulmuşdur.
«Yarımçıq Əlyazma» romanındakı «casus» əhvala-
tını geniş təhlil etdiyimiz üçün «Casus» pyesindəki eyni
283
bədii-poetik məsələlərə toxunmağı və geniş danışmağı lü-
zumsuz hesab edirik. Bu pyes komediyadır, gülüş yaradıcı
mətndir. Lakin bu gülüşün altında Azərbaycan-Oğuz milli
tarixinin çox ciddi məsələlələri vardır. Həmin məsələlər
prof. T.Hacıyev tərəfindən çox geniş təhlil edilmişdir.
Professora görə, «Oğuzun - türkün yayvari tarixi gəlişində
enmə və qalxma xətləri Kamalın
bizə tədqim etdiyi casus
kodu ilə şərtlənibmiş: bu casus cilovlananda Oğuz qalxıb,
cilovdan çıxanda Oğuz müvazinətin itirib» (154, 10). Prof.
T.Hacıyev maraqlı bir məsələyə - «Dədə Qorqud» motiv-
lərinin komediya janrında bədiiləşmə imkanlarına da toxu-
nub. O yazır: «Dədə Qorqud motivləri bu günün ideyasına
daha çox faciə, yoxsa komediya şəklində uyğun gələrdi?
Casus» komediyası ikinci sualı təsdiqləyir. Komediya alı-
nıbmı? Alınıb. İnsan olmadığı kimi görünəndə, özünü in-
kar edəndə, xislətinin əleyhinə gedəndə komik vəziyyətə
düşür. Burada «Dədə Qorqud kitabı»nın Oğuz igidləri öz
qəhrəmanlıq orbitlərindən çıxıblar. Oğuz elinin bəylər
bəyi xan Qazan, dəstursuzca Bayındır xanın yağısına ba-
san, altmış min kafirə qan qusduran Qəflət Qoca oğlu Şir
Şəmsəddin, altmış erkəc dərisindən kürk eləsə, topuqlarını
örtməyən at ağızlı Aruz Qoca,
Oğuz dövlətinin quru sər-
hədini təkcə qoruyan, ceyranı at üstündə qovub əlilə tutan
igid Bəkil dastandakı ara arvadı Boğazca Fatmanın oynaş-
larıdır. Oğuzun tamam bilicisi, hər dediyi olan, qaibdən
xəbərlər verən el atası, Qalın oğuzun müdrik ağsaqqalı
Qorqud Ata, heç demə, həmin Boğazcanın oğlunun halal
atasıymış» (154, 11). Əsərin janr təbiətinə gəlincə, «pyes-
də komik şərait və komik obrazlar lazımi ədəbi-estetik
norma ilə mövcuddur. Bu, iri həcmli parodiyadır. Əsl janrı
novella-komediyadır» (154, 11).
Bütün bu deyilənlərdən sonra «Yarımçıq Əlyazma»
romanı əsasında geniş təhlil etdiyimiz «casus» əhvalatının
«Casus» pyesi ilə bağlı yenidən təhlilinə,
daha doğrusu,
284
aparılmış təhlilin təkrarlanmasına ehtiyac qalmır. Həm də
unutmaq olmaz ki, «casus» əhvalatı elə «Yarımçıq Əlyaz-
ma» romanın özündə belə müəyyən mənada komik üslub-
da təsvir olunmuşdur və biz təhlil zamanı «casus» süjeti-
nin bu tərəflərinə kifayət qədər diqqət yetirmişdik. Bu cə-
hətdən indi diqqəti «Kitabi-Dədə Qorqud» eposundakı
oğuz reallıqlarının K.Abdullanın qələmi ilə «ciddi» planda
bədiiləşdirilməsi olan «Beyrəyin taleyi» pyesinə yönəlt-
mək məqsədəuyğundur.
Bu pyesi «Yarımçıq Əlyazma» obrazı ilə birləşdirən
əsas ünsür Beyrək obrazıdır. Müəllif bu obrazı romanda
mənfi xarakter kimi təqdim etmişdirsə, «Beyrəyin taleyi»
əsərində Beyrək obrazının bədii təqdimatı «Kitabi-Dədə
Qorqud» eposunun öz obrazyaratma qəlibinin əsas kontur-
larına uyğundur. Dastanda Beyrək oğuz milli-etnik dəyər-
lərinə sadiq, oğuz bəy-igid normalarının daşıyıcısı olan
qəhrəmandır. O, sözün hər iki anlamında,
yəni həm süjet
hadisələrinin ağırlığını öz üzərinə alan «personac-qəhrə-
man», həm də bu sözün «igid», «ər», «qorxubilməz döyüş-
çü», «alp-cəngavər» mənalarında olan qəhrəmandır. K.Ab-
dulla pyesdə obrazın eposdan gələn bu keyfiyyətlərini sax-
lamaqla bərabər, süjet-obraz kompleksini «Kitabi-Dədə
Qorqud» eposunun mahiyyət (altda, gizlində qalan) pla-
nından müşahidə etdiyi ünsürlərlə zənginləşdirməklə oxu-
culara oğuz dünyasına onun görünməyən tərəflərindən
baxmaq imkanını təqdim etmişdir. Yəni K.Abdulla üçün
ifadə planı hamının görüb bildiyi «Kitabi-Dədə Qorqud»,
mahiyyət planı isə özünün adlandırdığı kimi «Gizli Dədə
Qorqud»dur. Eposdan aldığı «Beyrək» süjetini bu gizlin-
lərlə (gizli ünsürlərlə) zənginləşdirməklə «Beyrəyin (bildi-
yimiz) taleyi»ni «bilmədiyimiz taleyi» kimi təqdim etməyi
sözün hər mənasında bacarmışdır. Təsadüfi deyildir ki,
müxtəlif aktyor kollektivləri, teatr studiyaları bu əsərə
müraciət edərək onu səhnələşdirmiş, mətbuatda əsər və