|
![](/i/favi32.png) Microsoft Word esh mitci doc
123
azsaylı xalqların və etnik qrupların haqlarının qorunmasında
qarant rolu oynayır və buna təminat verir.
Fikrimizcə, belə tərifi “Azərbaycan xalqı” anlayışına
vermək daha doğru olardı. Çünki, “xalq” anlayışı qeyri-etnik
mənada da (bax, səh. 150) işlədilə bilər. “Türk milləti” ifadəsi
isə birbaşa etnik məna kəsb etdiyindən onu müxtəlif etnosların
siyasi, ərazi, şüur və s. əsasında birliyi mənasında işlətmək ol-
maz. Bu, məramnamənin ziddiyyətli məqamlarındandır.
“Başlıca görüşlər” bölməsində daha sonra deyilir:
...BAB Bütöv Azərbaycan dövlətini müstəqil, demokratik,
milli, dünyəvi (laik) və sosial bir hüquq dövləti kimi görür.
Milli dövlət dedikdə ali hakimiyyətin hər hansı bir şəxsə,
xanədana, klana, partiyaya, zümrəyə və ya sinfə yox, qeyd-
şərtsiz yalnız millətə məxsus olduğu və yalnız millətin
iradəsinin üstün tutulduğu bir dövlət anlayırıq.
Dünyəvi dövlət dedikdə dinin dövlətdən ayrılmasını, dinin
və şəriətin dövlət işlərinə qarışmamasını başa düşürük. Heç bir
toplum dinsiz ola bilməz, ancaq din toplumun dövlət işlərinə
qarışmamalı, heç bir siyasətə alət olmamalı və toplum
düzəyində öz varlığını sürdürməlidir.
Sosial dövlət dedikdə sosial ədalətin gözlənilməsi, bütün
vətəndaşlar üçün fürsət bərabərliyi, milli gəlirin ədalətli
bölünməsi, hər kəs üçün iş, təhsil, səhiyyə və s. kimi sosial,
iqtisadi, mədəni imkanların yaradılması və hamının insan kimi
yaşayıb rifaha qovuşa bilməsi məqsədiylə demokratik sistemi
zədələmədən dövlətin sosial və iqtisadi həyatda müəyyən
nizamlayıcı rol oynamasının gərəkliliyini nəzərdə tuturuq.
Hüquq dövlətini yalnız hüququn hakim olduğu dövlət kimi
başa düşür, Anayasada təsbit olunmuş və Azərbaycanın qəbul
etdiyi uluslararası sənədlərə uyğun insan haqları, vətəndaş
hüquqları və azadlıqlarının qanunla qorunmasını, hakimiyyət
bölgüsünün gerçəkləşməsini və məhkəmə hakimiyyətinin
müstəqilliyini əsas götürürük.
...BAB-ın inancına görə:
124
- yaşanılan sistemlər içərisində çağdaş bir toplum üçün ən
uyğun və ideal bir düzən demokratiyadır;
- milli iradənin üstünlüyü və ali hakimiyyətin gerçəkdən
millətə məxsusluğu demokratiyasız mümkün deyil;
- çoxpartiyalı bir sistemin, açıq toplumun varlığı və
millətin azad, sərbəst səsvermə ilə öz nümayəndələrini
hakimiyyətə seçə bilməsi yalnız demokratik düzəndə müm-
kündür;
- dövlətin cümhuriyyət idarə şəkli ancaq demokratik
düzəndə öz gerçək mahiyyətini göstərə bilər;
- dövlətin millətə xidmət üçün bir vasitə sayılması daha
çox demokratik düzəndə ola bilər;
- insan haqlarının aliliyinə, vətəndaş hüquqlarının və
azadlıqlarının ən yaxşı şəkildə qorunmasına, azsaylı xalqların
öz varlıqlarını sərbəst şəkildə davam etdirmələrinə yalnız
demokratik düzən güvəniləsi təminat verə bilər və s.
BAB-ın fikrincə Bütöv Azərbaycanda demokratiya mədə-
niyyətinin bərpa edilərək oturuşub gündəlik həyat tərzinə
çevrilə bilməsi üçün çağdaş dünya təcrübəsi ilə yanaşı türk
etnosunun tarixi təcrübəsindən və demokratiya ənənəsindən də
geniş istifadə edilməlidir...
Məramnamədə aşağıdakı özəl prinsiplər qəbul olunur:
1. Hürriyyətçilik – insan haqlarının, vətəndaş hüquqları-
nın və azadlıqlarının qorunmasını, toxunulmazlığını və hüqu-
qun üstünlüyünü əsas götürür;
2. Çoxfikirlilik və xoşgörü – toplumda inanc və düşüncə
müxtəlifliyinin yanaşı mövcudluğunu, biri-birinə zidd və əks
fikirlərin yanaşı yaşamasını, çoxfikirliliyə (plüralizmə)
dözümlülüyü və ona xoşgörü (tolerantlıq) ilə yanaşılmasını
tələb edir;
3. Təsanüdçülük – sosial ədalətin, milli həmrəyliyin, birlik
və bərabərliyin mövcudluğu naminə ümumi ilə xüsusinin,
toplumla fərdin mənafeyinin ahəngdar vəhdətinə nail olmağı,
bütün vətəndaşların maddi və mənəvi inkişafına, rifaha
qovuşmasına, xoşbəxt yaşamasına yetməyi nəzərdə tutur;
125
4. İstiqlalçılıq – Bütöv Azərbaycanın dövlət müstəqilliyinin
yaranmasını, bu müstəqilliyin qorunmasını və möhkəmlənib
qüdrətlənməsini irəli sürür;
5. Millətçilik – irqçiliyi və şovinizmi rədd edib, dünya
türklüyünün ayrılmaz tərkib hissəsi olan Azərbaycan türk milli
kimliyini dərk etməyi, əlli milyonluq Azərbaycan türk millətini
ürəkdən sevməyi, onu qorumağa və yüksəltməyə çalışmağı
bildirir;
6. Vətənçilik – Bütöv Azərbaycanın milli və tarixi əra-
zilərini müqəddəs vətən saymağı, sevməyi, onun bütövlüyünün
yaranması, qorunması və gəlişməsi uğrunda fədakarlığa hazır
olmağı ifadə edir;
7. Öncüllük və yöncüllük – çağdaş dünya elminin və
texnologiyasının uğurlarına, milli mentalitetimizə, intellektual
və fiziki sərvətlərimizə söykənərək Vətənimizi siyasi, iqtisadi,
mədəni, elmi və s. sahələr üzrə dünyanın öncül və yöncül
ölkələri sırasına çıxartmağı, əhalimizi inkişaf etmiş, yüksək
savadlı, bacarıqlı, firavan və zəngin bir millətə çevirməyi, bir
sözlə Vətənimizi, Millətimizi, Dövlətimizi və İnsanımızı
yüksəltməyi hədəf alır.
Məramnamənin “Başlıca vəzifələr” bölməsində deyilir:
BAB ...hesab edir ki, Müstəqil, Bütöv Demokratik
Azərbaycanın yaranması üçün gərəkən əlverişli daxili və xarici
şərtlər yetişməkdədir. ...BAB hazırlıq dövrünün başlıca
vəzifələri kimi aşağıdakı işlərin görülməsini önəmli bilir:
1. Əlli milyonluq Azərbaycan türklüyü içərisində eyni bir
milli kimlik şüurunun biçimləndirilməsi və xalqımızın eyni
milli-siyasi ideallar ətrafında bütövləşdirilməsi...
2. Əlli milyonluq Azərbaycan türklüyü içərisində milli
təşkilatlanmanın gücləndirilməsi və kütləviləşdirilməsi...
3. Parçalanmış Azərbaycan Vətəni və bölünmüş Azərbay-
can türk milləti gerçəkliyinin dünyaya duyurulması...
4. Azərbaycanın bütün problemlərinin əlli milyonluq
xalqımızın ümummilli işinə çevrilməsi...
Dostları ilə paylaş: |
|
|