89
Bu xəbəri eşidən,
Bilən gəlir dəfninə
“Tövrət” gəlir dəfninə,
“İncil” gəlir dəfninə,
“Quran” gəlir dəfninə...
Məsləhət eyləyən kim,
Məşvərət eyləyən kim.
Müsəlman məzarlığı
Tapmaq vəd eyləyən kim.
Biri deyir işini
Çox salmayaq çətinə,
Biri deyir nəşini
Hazırlayaq vətənə...
Qovrulur için-için,
Alışır Nina xanım.
Eşit, ay keşiş qağa,
Dayan, ay molla qardaş.
Danışır Nina xanım:
Biz birləşib bir evin
Yükünü daşımışıq.
Əsrin dörddə birini
Birlikdə yaşamışıq.
Yaxşı gündə, pis gündə
Həmişə bir olmuşuq.
Biz həmürək olmuşuq,
Biz həmfikir olmuşuq...
Ey müsəlman qardaşlar,
Xeyir ola, yoxsa siz
Bizi öləndən sonra
Ayırmaq istəyirsiz?!
Yox –yox, bu mümkün deyil
Biz öləndən sonra da
Bir yerdə olmalıyıq.
90
Harda mərhəmət ölsə,
Harda ədalət ölsə,
Harda məhəbbət ölsə,
Biz orda olmalıyıq.
Təzədən yer üzünə
Orda doğulmalıyıq!..
Ömrün ahıl çağında
Əfv edirik biz onu.
Xristian torpağında,
Rus məzarlığında
Dəfn edirik biz onu.
Bu necə can sevdası?
Hansı məzhəbə sığar
Bu xristian sevdası,
Bu müsəlman sevdası?
Rusiya torpağında
Bir Şeyx-Sənan sevdası...
Nina xanım hamıya
Ad verir, ünvan verir
Hər gələnə- gedənə
Qəbrini nişan verir.
Bir otaqda “Pominka”,
Birində ehsan verir.
Bir müsəlman önündə
Dinlər imtahan verir.
Baş sağlığı verməkçün
Nina İvanovnaya
Şəhər axışır bura.
Öz mövcud dinləriynən,
Mövcud məzhəb,təriqət,
Mövcud ayinləriynən
92
5
Səma da, günəş də ,torpaq da birdir,
Dilimiz ayrıdır, dilimiz ayrı.
Düzünə qalanda, Allah da birdir,
Bəs niyə ayrıdır dinimiz ayrı?
Beyinə od vuran, qəlbə çat salan
Qəzəb nəyə gərək, kin nəyə gərək!
Xalqlar arasına təxribat salan
Məzhəb nəyə gərək, din nəyə gərək!
Ümidlə döyünsün ürəklərimiz,
Zülmətin də sonu nur olmalıdır.
Bir günəş altında isinirik biz,
Bu dünya birləşib bir olmalıdır!...
Şimşəklər göylərin bağrını dəlib,
Gah yağış ələnib, gah çisəkləyib.
Bəlkə eynilikdən acığı gəlib,
Tanrı da sevməyib yeknəsəkliyi.
Hamar yaranmayıb yolu bəşərin,
Həyatın mənası bəlkə bundadır.
Yaxşıynan yamanın, xeyirnən şərin,
Gecəynən gündüzün qovğasındadır...
6
Sən ey bizi xəlq eyləyən,
Sənə səcdə qılmalıyıq.
Aya salavat çevirib,
Günə səcdə qılmalıyıq.
93
Dillərdə söz- söhbət olan,
Sevgi olan, heyrət olan,
Damarlarda qeyrət olan
Qana səcdə qılmalıyıq.
Köksü daşı dəlib-deşən
Gövdəsi göynən əlləşən,
Sünbüllərdən yerə düşən
Dənə səcdə qılmalıyıq.
Yoxdurmu dini- imanı,
Yandırır insan insanı.
Kim xilas etsə dünyanı
Ona səcdə qılmalıyıq.
Sayəsi insanlıq olan,
Mayası insanlıq olan,
Qayəsi insanlıq olan
Yolu tolirantlıq olan
Dinə səcdə qılmalıyıq!
7
Oxu, ucalsın səsin,
Sükut olma, ey Vətən.
Olursansa günəş ol,
Bulud olma, ey Vətən.
Qoy dolaşsın adın da
Göyün yeddi qatında.
Şimşəklərin altında
Palıd olma, ey Vətən.