102
Bu taleyə,
bu qismətə sevin sən,
Allaha da xoş gedəcək sevinsən.
Bir Yeganə gəlin köçüb evindən,
Bir Yeganə gəlin gəlir, ay bacı.
***
30.01.2002.
BU QIZ SEVDA YAŞINDADIR
Bu qız sevda yaşındadır,
Gülnən, çiçəynən oynayır.
Eşq havası başındadır,
Odnan küləynən oynayır.
Bu qızı dindirmək olmur,
Oyununa girmək olmur.
Ayağını görmək olmur,
Əlləri göynən oynayır.
Aydır, göyün üzündədir,
Göy də, ay da özündədir.
Gözü bəyin gözündədir
Guya ki, bəynən oynayır.
Özü kimi göyçəkmi var,
Sözü kimi çiçəkmi var,
Gözəllərdə ürəkmi var,
Bu qız ürəynən oynayır.
103
Bir o qızdır, bir də bizik,
Tapşırıbdı dərdə bizi.
Qurudubdu yerdə bizi,
Göydə fələynən oynayır.
***
A BƏY
Ucal məhəbbətin qızıl taxtına,
Gəlsin şirin-şirin sorağın, a bəy,
Hər yerdən gün düşsün gözəl baxtına,
Heç zaman sönməsin ocağın, a bəy.
Sevgidir qənimi bəd rüzgarın da,
Əsən küləyin də, yağan qarın da.
Ömrün keşməkeşli yoxuşlarında
Saf məhəbbət olsun yarağın, a bəy.
***
1996
104
GƏLİN
Səadət qisməti olmur hər kəsin,
Çıxırsan işıqlı yola sən, gəlin.
Əyninə geydiyin ağ paltar kimi
Ağ günlər sahibi olasan, gəlin!
Subaylıq illəri qalır arxada,
Hərdən xatırlayıb gətirin yada.
Yaşınız doxsanı, yüzü keçsə də
Qoşa addımlayın qoca dünyada!
***
1996
ALLAH ÖZÜ XEYİR VERSİN
Bu gün ev-evə qovuşur,
Allah özü xeyir versin.
Bir ev bir elə qovuşur,
Allah özü xeyir versin.
Toy ki var, elin işidir,
İndisidir, keçmişidir.
Xeyir verən o kişidir,
Vallah, özü xeyir versin.
Bu dostluğa, bu adətə,
Ünsiyyətə, ülviyyətə,
Bu saf, təmiz məhəbbətə
Allah özü xeyir versin.
***
1997
105
MÜBARƏKDİR, MÜBARƏK
Bəy gəlinə gəlin bəyə yaraşır,
Aynan günəş aydın göyə yaraşır.
Bu vətənə, bu ölkəyə yaraşır
Sevgi dolu, nəğmə dolu hər ürək,
Mübarəkdir, mübarək!
Qoy bəzəsin məclisləri xonçalar,
Çiçəklənsin arzuları qönçələr,
Məhəbbətnən ömür sürən ucalar,
Qoy var olsun bu məhəbbət, bu istək
Mübarəkdir, mübarək!
***
2000
BƏYLƏ GƏLİN OYNASIN
Qohumlar, qüvvət verin
Anaların sözünə.
Qeybindən qüvvət gələr,
Qeybindən qüdrət gələr
Qocaların dizinə.
Bəynən gəlin oynasa.
Məclisdə körpələr də
Şirin-şirin dil açar.
Anaların istəyi,
Ataların istəyi
Çiçək açar, gül açar
Bəynən gəlin oynasa.
Bu dünyanın işləri
Bəlkə də bizlik olar.
106
Ədalət
zəfər çalar,
Doğruluq, düzlük olar.
Bazar ucuzluq olar,
Bəynən gəlin oynasa.
Anaları qaldırın,
Bacıları qaldırın,
Qız evini qaldırın.
Hamının nəfəsindən
Ətri duyulsun yazın.
Bəy havası çaldırın,
Bəynən gəlin oynasın!
***
1998
AŞI VERİN MƏCLİSƏ
Ana təbiətdə hər şey gözəldir,
Çiçəyin öz yeri, daşın öz yeri.
Demə xörəklərdən kabab əzəldir,
Kababın öz yeri, aşın öz yeri.
Gəlsin xalqımızın aşı məclisə,
Gəlsin xörəklərin başı məclisə.
Aş özü işıqdır, mənim əzizim,
Onu qaranlıqda daşı məclisə.
Söz demək bizdən olsun,
Gül çöhrələr şən olsun.
Aşı verin məclisə,
Düyüsü dən-dən olsun!
***
1998
107
BALA
(Toy məclislərinin birində cavan bir oğlan “Mən çox dərin
adamam”-deyib, kəkələyə-kəkələyə toyla heç bir əlaqəsi olma-
yan cızmaqaralarını oxudu. Məzmunsuz və mənasız...
Keçib öz yerində əlyəşəndən sonra da ağlına nə gəldisə eyni
sözü təkrar edərək, təzədən mikrafona cumdu. Cızmaqaraların-
dan bir neçəsini də oxudu. Sanki mənimlə yarışmaq istəyirdi.
Yan-yörəsində “Dəliyə yel verənlər” də tapılırdı. Mən isə sakit-
cə, heç bir şey olmamış kimi, onu cavabsız qoyaraq məclisin
xətrinə öz işimi davam etdirirdim. Çarəm nə? Toyun məsuliy-
yəti mənimlə idi).
Mayan qatışıqdır, zatın qırıqdır,
Çətin ki,
sən məni duyarsan, bala.
Utanmaz -utanmaz döyüb döşünə,
Hey özün özünü öyərsən, bala.
Ariflər “ustada əyil”-deyərlər
“Lovğalıq insanı əyir”-deyərlər...
Sənə həftələrlə şeir deyərlər,
Durub gözlərini döyərsən, bala.
Göy nəzər yetirir, yer görür bizi,
Kar
eşidir bizi, kor görür bizi.
Deyəsən gözlərin tor görür bizi,
Gedib gözlərini yuyarsan, bala.
Güvənib yarımçıq istedadına,
Gəl cavab qaytarma öz ustadına.
Salarlar boynunu qoltuq altına,
Onda qabağından yeyərsən,bala .