43
Ekoloji bazarın seqmentlənməsi (bölünməsi) iki əsas istiqamətdə həyata keçirilə bilər:
məhsul növləri üzrə və alıcı qrupları üzrə. Ekoloji bazarın strukturunda təklif olunan malların
növlərindən asılı olaraq seqmentləri aşağıdakı hissələrə ayırmaq olar:
— Xammal seqmenti;
— Təbiəti mühafizə seqmenti;
— Enerji seqmenti;
— Gigiyenik seqment;
— Texnoloji seqmenti;
Xammal seqmenti çərçivəsində ekoloji bazarda ayrı-ayrı xammal resursları (faydalı
qazıntılar, su, meşə, və s.) üzrə tələb və təkliflər formalaşır.
Ekoloji bazarda təbiəti mühafizə seqmenti bilavasitə təbiəti mühafizə üzrə əmtəə və xidmət
mübadiləsi sahələrini əhatə edir.
Enerji seqmenti bütün enerji növlərinin satışı üzrə xarakterikdir.
Ekoloji bazarın gigiyenik seqmenti insanların həyatı və sağlamlığını ətraf mühitin mənfi
təsirindən mühafizə edən müdafiə vasitələrinin və ekoloji cəhətdən təmiz məhsulların satışını
özündə birləşdirir.
Texnoloji seqment yeni enerji və resurs qoruyucu, həcminin tullantıları emal edən
texnologiyalar və resurs potensialının bərpası üzrə problemlərin həllini özündə cəmləşdirir.
Ekoloji bazarda alıcıları 2 əsas hissəyə bölmək olar. Birinci hissəyə fiziki şəxsləri (yəni
ə
halini), ikinci hissəyə hüquqi şəxslər (yəni kommersiya və qeyri kommersiya təşkilatları,
birlikləri, həmcinin dövlət hakimiyyəti orqanları) aid edilir.
Marketinq, idarəetmənin spesifik funksiyası kimi, planlaşdırmanın təşkili, idarəetmənin
informasiya təminatı və kommunikasiya kimi funksiyaları yerinə yetirir.
Marketinqin əsas məqsədlərindən biri də müəssisənin uzunmüddətli strateji məqsədi kimi
onun planauyğun və proporsional inkişaf imkanlarının təmin olunmasıdır.
Marketinqin idarəetmə üzrə qərar qəbul etməsi üçün əsas informasiya mənbəyi xarici mühit
hesab edilir.
Marketinqdə kommunikativ funksiya müəssisənin xarici və daxili mühitə fəal təsirinin təmin
olunmasıdır. Buna görədə o, satışın formalaşması və stimullaşması ilə üzvü surətdə bağlıdır.
46. Ekoloji sığorta, onun növləri və formaları
Dünya təcrübəsində ekoloji sığorta dedikdə, yüksək ekoloji risk mənbəyi olan
obyektlərin ətraf mühitin qəfil, ehtiyatsızlıqdan (qəza nəticəsində) çirkləndirilməsi
nəticəsində üçüncü şəxslərə zərər vurulmasına görə məsuliyyətinin sığortası və bununla da,
çirkləndirmənin qarşısının alınmasının iqtisadi stimullaşdırılmasıdır. Ekoloji sığortanın
məqsədi vurulmuş ekoloji-iqtisadi zərərin mümkün tam kompensasiyasıdır.
Ekoloji sığortanın aşağıdakı növləri fərqləndirilir: şəxsi sığorta, əmlak sığortası və
ekoloji məsuliyyətin sığortalanması. Şəxsi sığorta və əmlak sığortası vətəndaşlar üçün əhəmiy-
yətlidir. Ekoloji məsuliyyətin sığortasında ayrı-ayrı vətəndaşlar iştirak etmirlər, lakin şübhəsiz ki,
ekoloji-iqtisadi zərərin əvəzinin ödənilməsinə əlavə maliyyə qarantiyaları verməklə onların
maraqlarına toxunur. Zərərin ödənilməsinə görə məsuliyyətin sığortası sığorta müqaviləsinə
uyğun olaraq sığortaçının öz öhdəsinə götürdüyü mümkün itkilərin əvəzinin ödənilməsi və ətraf
təbii mühitin çirkləndirilməsinin qarşısının alınması üçün sığortalılar tərəfindən ödənilən sığorta
haqları hesabına xüsusi pul fondunun (ehtiyatların) formalaşdırılmasını nəzərdə tutur. Ekoloji
sığorta çirkləndirmənin nəticələrinin aradan qaldırılması üçün xərclərin əvəzinin ödənilməsini,
zərərli təsirə məruz qalmış üçüncü şəxslərə vurulmuş birbaşa əmlak zərərinin əvəzinin
ödənilməsini nəzərdə tutur.
Ekoloji sığorta könüllü və icbari formalarda həyata keçirilə bilər. Könüllü sığorta
sığortalı (təsərrüfat subyekti) ilə sığortaçı (sığorta şirkəti) arasında bağlanan müqavilə əsasında
44
həyata keçirilə bilər. Onun həyata keçirilməsi şərtləri və qaydası sığorta haqqında
qanunvericiliklə müəyyən edilir, konkret şərtləri isə sığorta müqaviləsi ilə müəyyən edilir.
Qanuna uyğun olaraq həyata keçirilən sığorta isə icbaridir. Onun növləri, həyata keçirilməsi
şə
rtləri və qaydası xüsusi normativ aktlarla müəyyən edilir. cbari sığorta qanunvericilik
qaydasında ekoloji təhlükəli obyektlərin siyahısına daxil edilmiş müəssisələrə aid edilir.
Lakin ekoloji sığorta ilə bağlı məsələlər qanunvericilikdə öz ətraflı həllini tapmamışdır.
Ola bilsin ki, əvvəlcə ayrı-ayrı ərazilərdə könüllü ekoloji sığortanın tətbiq edilməsi məsələsini
qoymaq və müvafiq eksperimentləri aparmaq lazımdır. Bunun üçün isə bütün istehsalat
obyektlərinin məlumat bazası yaradılmalı və ekoloji təhlükə səviyyəsinə görə onların təsnifatı
aparılmalıdır. Qəza zamanı çirklənmə nəticəsində vurulan iqtisadi ziyan göstəricilərinə görə
müəssisələri üç qrupa bölürlər:
•
Xüsusi təhlükəli − “A qrupu”na (qəza ehtimalı 0,09 olan müəssisələr) daxil olan
müəssisələr icbari sığorta kateqoriyasına düşürlər;
•
Təhlükəli − “B qrupu”na (qəza ehtimalı 0,085 olan müəssisələr) daxil olan müəssisələr
regional təbii mühafizə orqanlarının qərarına uyğun icbari sığortaya məruz qala bilərlər;
•
Az təhlükəli − “V qrupu”na (qəza ehtimalı 0,059 olan müəssisələr) daxil olan müəssisələr
ekoloji qəza risklərini könüllü əsaslarla sığortalayırlar.
. cbari ekoloji sığorta üçüncü şəxslərə vurulmuş zərərin mütləq əvəzinin ödənilməsinə
kömək edir və ətraf mühitin qəza nəticəsində çirkləndirilməsinin büdcə vəsaitləri cəlb edilmədən
qarşısının alınmasını və onun neytrallaşdırılması üzrə fəaliyyətini iqtisadi cəhətdən
stimullaşdırır. Təbii ki, təbiəti mühafizə təyinatlı sığorta fondları sisteminin yaradılması onların
real iqtisadi imkanlarına yönələn çoxmərhələli proses olmalıdır. Ekoloji sığorta ekoloji təhlükəli
istehsalatlar üçün xüsusilə sərfəlidir, çünki sığorta müqaviləsinə uyğun olaraq xərclərin əsas
hissəsini sığortaçı rolunda çıxış edən ekoloji sığorta fondu daşıdığı üçün, son nəticədə ekoloji
təhlükəli istehsalatların qəza nəticəsində vurulan zərərin kompensasiya olunmasına çəkdiyi
xərcləri azaldır.
47. Ekoloji sığ orta sisteminin təş kilati metodiki tə minatı tə dbirlə ri
Ekoloji sığorta sisteminin təşkilati-metodiki təminatı üçün aşağıdakı tədbirlərin
görülməsi zəruridir:
•
Sistemin tətbiq ediləcəyi obyekt və regionların seçilməsi. Dünya təcrübəsindən
göründüyü kimi, ekoloji sığortanın obyektləri, ilk növbədə, kimya, neft və neft emalı sənayesi
müəssisələri, boru kəməri nəqliyyatı və dəmiryol nəqliyyatı obyektləri olmalıdır.
•
Avadanlığın köhnəlməsi, təbiəti mühafizə obyektlərinin vəziyyəti, ətraf mühitə yaylım
atılmaların (axıdılmaların) mümkün həcmi və tərkibi, qəzanın nəticələrinin mümkün təsir zo-
nasında olan resipiyentlərin xüsusiyyətləri (əhalinin sayı, təbiət obyektlərinin, kənd təsərrüfatı
torpaqlarının, sosial infrastrukturun xüsusiyyətləri və s.) nəzərə alınmaqla, yüksək təhlükə
mənbələrinin ekoloji risk dərəcəsinə görə təsnifatı aparılmaqla inventarizasiyasının təmin
edilməsi;
•
cbari və könüllü sığorta olunmalı olan sığorta obyektlərinin siyahısının hazırlanması. Bu
siyahıya daxil edilmiş icbari sığortanın obyektləri ətraf mühitin limitdən artıq çirkləndirilməsi,
bərk və ya maye tullantıların qorunduğu yerdən sızmalar, anbar və ya nəqliyyat sistemlərində baş
verən qəzalar nəticəsində zərərli maddələrin sızması və ya daşması, təmizləyici qurğularda və
toz-qaztutan qurğularda qəzalar kimi qəzalar və ya təbii fəlakətlər nəticəsində baş vermiş
hadisələr olmalıdır;
•
Sığorta hadisəsi baş verdikdə sığortaçı (sığorta fondu) tərəfindən üçüncü
şə
xslərin xeyrinə ödənilən mükafat və məbləğlərin dərəcələrinin təyin edilməsi.
Üçüncü şəxslərə dəyən zərərin əvəzində edilən ödənişlərin növlərinin və həcmlərinin müəyyən
edilməsi də ekoloji sığorta üçün vacib məsələlərdən biridir. Xarici ölkələrdə, üçüncü şəxslərin
çirkləndirilmiş ərazilərin (akvatoriyaların) təmizlənməsinə, zərər çəkən şəxslərin sağlamlığının
bərpasına və dağıdılmış ekoloji sistemlərin bərpasına, əhalinin evakuasiyasına çəkdiyi xərclərin
və sair xərclərin əvəzi ödənilir. Müvafiq sığorta hadisələri baş verdikdə çəkilən kompensasiya
45
xarakterli xərclərin normativlərinin, habelə sığorta hadisələrinin miqyasları, qəzanın təqsirkarının
xərcləri və sair nəzərə alınmaqla edilən endirimlərin (franşizaların) nümunəvi qaydalarının da
işlənib hazırlanması zəruridir. Bütün hallarda, qəza nəticəsində təqsirkarın qarşılaşdığı bütün
zərər sığortalanmalı deyil, çünki bu müəssisənin ekoloji riskin azaldılmasına marağını zəiflədir.
48. Azə rbaycanda ə traf mühitin çirklə ndirə n mə nbə ylə r və maddə lə r
Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi məsələləri son 40 il
ə
rzində daha da kəskinləşmişdir.Lakin son 100-150 ildə, xüsusən də XX əsr
ə
rzində sənayenin, nəqliyyat və kənd təsərrüfatının inkişafı Azərbaycanın sosial-
iqtisadi tərəqqisinə və xalqın mədəni yüksəlişinə səbəb olsa da, Respublikanın təbii
şə
raitində əsaslı dəyişikliklər üçün zəmin yaratmışdır. Yeraltı və yerüstü
sərvətlərdən intensiv şəkildə istifadə olunması, iri sənaye müəssisələrinin inşa
edilməsi, su anbarlarının tikilməsi, kanalların və kollektor-drenaj şəbəkələrinin
salınması, energetika və rabitənin inkişafı, dağ rayonlarına avtomobil yollarının
çəkilməsi, düzən və dağətəyi ərazilərdə meşələrin qırılması hesabına yaşayış
məntəqələrinin, əkin və biçənək sahələrinin genişləndirilməsi ətraf mühitə və onun
ayrı-ayrı komponentlərinə, hava, su, torpaq örtüyünə və təbii biosenozlara
antropogen təzyiqləri dəfələrlə artırmışdır. Xəzər dənizi səviyyəsinin dəyişkənliyi,
ozon təbəqəsi ilə bağlı problemlər, qlobal iqlim dəyişmələri, atmosferdə parnik və
ozondağıdıcı qazların artması, digər iri miqyaslı proseslərlə əlaqədar olsa da,
onların Azərbaycanda törədiyi fəsadlar nəzərə çarpacaq dərəcədə artmışdır.
XX əsrdə Respublika əhalisinin artması da bəzi ekoloji problemlər
yaratmışdır və təbii ekosistemlərə antropogen amillərin güclənməsi ilə
nəticələnmişdir. Respublikamızda atmosfer hövzəsini çirkləndirən mənbələr lokal
ə
razilərdə (Bakı, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir) cəmləşsə də bu
məntəqələrin coğrafi mövqeyi və tullantılarının böyük həcmi ilə əlaqədar olaraq
çirklənmənin təsiri Respublika ərazisinin 50-60%-də bu və ya digər dərəcədə
müşahidə edilir.
Təkcə avtomobil mühərriklərindən atmosferə atılan çirkləndiricilərin illik
həcmi 750 min tonu keçmişdir. Respublikamızın hava hövzəsinə 2013-cu ildə 1,2
min ton müxtəlif tərkibli tullantılar atılmışdır. Həmin tullantıların 215 min tonu
stasionar mənbələrdən, 992 min tonu isə avtomobil nəqliyyatı tullantılarının
payına düşmüşdür.Qeyd edildiyi kimi, Respublikamızın hava hövzəsinə atılan
46
tullantıların 77,5%-i avtomobil nəqliyyatı tullantılarının payına düşür. Belə ki,
avtomobil nəqliyyatı tullantılarının 68%-i Bakı şəhərinin, 6,1%-i Gəncə şəhərinin,
1,1%-i Mingəçevir şəhərinin, 1,2%-i Sumqayıtın və 0,8%-i Şirvan şəhərinin payına
düşür.
49. Azə rbaycanda su resurslarından istifadə nin ekoloji problemlə ri və
mühafizə si
Respublikamızın ərazisi məhdud su ehtiyatlarına malikdir. Bunun başlıca səbəbi
ilk növbədə əlverişsiz təbii şəraitdir.Nəzərə almaq lazımdır ki, bərpa olunan su
ehtiyatının yalnız 30%-i respublikanın daxili su axarlarının hesabına formalaşır və
ilin quraq və sululuğundan asılı olaraq 5,4-10,3 milyard m
3
arasında dəyişilir.
Respublikamızda 2013-cu ildə təbii su mənbələrindən götürülən suyun
həcmi 11,6 milyard m
3
təşkil etmişdir. Hər kvadrat kilometr ərazidə bir nəfərə
düşən su ehtiyatlarının həcminə görə Azərbaycan MDB ölkələrindən 1,8-2,0 dəfə,
Gürcüstandan 7,0-8,0 dəfə, Ermənistandan isə 1,5-2,2 dəfə geri qalır.
Su ehtiyatları respublikamızın fiziki-coğrafi əraziləri üzrə qeyri-bərabər
paylanmışdır. Su ehtiyatları ilə yaxşı təmin olunmuş ərazilərə Böyük Qafqazın
ş
imal-şərq və cənub hissələri, Lənkəran zonası, zəif təmin olunmuş ərazilərə isə
Kür-Araz ovalığı, Ceyrançöl-Acınohur, Abşeron-Qobustan və Naxçıvan MR-nın
ə
razisi aid edilir. Respublikamızın su ehtiyatının 5,1 km
3
-i yeraltı suların payına
düşür. Yeraltı suların 31%-i Qusar maili düzənliyi, 18,5%-i Mil-Qarabağ zonası,
13,3%-i isə Qanıx-Əyriçay vadisində toplanmışdır. Digər ərazilərimizdə isə yeraltı
suların 22%-i cəmlənmişdir.
Məlumdur ki, respublikamızın su ehtiyatının 70%-ə qədəri tranzit çayların
payına düşür. Kür, Araz, Samur, Qanıx, Qabırrı, Oxçu, Arpaçay və s. kimi çaylar
Gürcüstan, Ermənistan, Dağıstan ərazilərində ciddi çirklənməyə məruz qalırlar.
Respublikamızın suya olan təlabatının ödənilməsində Kür, Araz və b. çayların
mühüm əhəmiyyəti vardır. Kür çayının su balansının 74%-dən çoxu respublikadan
kənarda formalaşır və onun ekoloji vəziyyəti də qonşu dövlətlərdən asılıdır. Kür
çayı hövzəsinə Gürcüstan ərazisində orta hesabla 3,0 milyard m
3
kommunal-məişət
və Tbilisi, Rustavi, Qardabani və s. şəhərlərin sənaye çirkab suları axıdılır. Kür
çayının çirklənməsi respublikamızın ərazisində də davam edir. Hər gün Kürə
47
respublika ərazisində 200 min m
3
çirkab suları axıdılır. Nəticədə Kür suyunda
misin orta miqdarı yol verilən qatılıq həddindən 4,5-10,0 dəfə, neft məhsullarının
miqdarı 1,5-2,2 dəfə, fenolun orta qatılığı 4,0-4,5 dəfə yüksəkdir.
50. Azə rbaycanda torpaq resurslarından istifadə nin ekoloji iqtisadi aspektlə ri
Azərbaycan Respublikası torpaq ehtiyatları ilə zəif təmin olunmuş ölkələr
siyahısına daxildir. Respublikamızda torpaqlardan səmərəli istifadə, onların
mühafizəsi, münbitliyinin bərpası və nəticədə torpaqların təkrar istehsal
dövriyyəsinə qaytarılması qarşıda duran əsas vəzifələrdəndir.
Respublikamızın torpaq fondu 8,6 mln ha-dır. Torpaq ehtiyatlarının 4,7 mln
ha-ı kənd təsərrüfatına yararlı, o cümlədən 1,4 mln ha-ı suvarılan torpaqlardır.
Torpaq fondunun 37,4%-i istifadə olunmayan, yəni şoranlaşmış, bataqlıqlaşmış,
eroziyaya uğramış və s.torpaqlardır. Yararlı torpaqların 33%-i əkin, 9,2%-i çoxillik
bitkilər, 50,0%-i otlaqlardan və biçənəklərdən ibarətdir. Torpaq fondunun 1/3
hissəsi kənd təsərrüfatı işləri üçün yararsız hesab edilir.Hazırda torpaq fondunun
0,86 mln. ha-ı texnogen pozulmuş torpaqlara aid edilir.
Respublikamızın torpaq fondunun sıradan çıxmasının başlca səbəbləri
eroziya, şorlaşma, texnogen dəyişikliklər və pozuntular, çirklənmə, torpaq qatının
kimyəvi tərkibinin dəyişməsi və s. proseslərdir.
Respublikamızın ərazisində külək və su mənşəli eroziyalar, torpaq
sürüşmələri geniş şəkildə yayılmışdır. Son illərin göstəricilərinə görə respublikada
eroziyaya uğramış torpaq sahəsi 3685 min ha və ya ərazimizin 42,5%-ni təşkil edir.
Torpaq sürüşməsi nəticəsində isə nəinki torpaq qatı korlanır, hətta kənd
təsərrüfatı, sənaye və mülki obyektlərə də böyük zərər vurulur. Dağlıq ərazilərdə
eroziya proseslərinin artmasının başlıca səbəbi heyvandarlığın inkişafı, meşələrin
sistemsiz şəkildə kütləvi qırılması və sıldırım yamaclarla onların daşınmasıdır.
Bunun nəticəsində dağ yamacları çılpaqlaşır və yerüstü axar suların miqdarı artır.
Lənkəran-Astara zonasının dağətəyi yamaclarında bitki örtüyünün məhv
edilməsi eroziya proseslərini kəskin surətdə artırmışdır. Zonanın 63,5 min ha
ə
razisindən 22%-i orta və zəif, 10%-dən çoxu güclü eroziyaya məruz qalmış, 30%-
dən çox münbit torpaq örtüyü tamamilə yuyulmuşdur.Ümumiyyətlə, eroziya
48
proseslərinin ilbəil artması torpaqdan istifadənin aşağı səviyyədə olması, bütün
dağlıq və dağətəyi təsərrüfatlarda torpaqlardan istifadə də eroziya proseslərinin
təhlükəsi və hər bir sahənin relyef şəraitinin nəzərə alınması ilə bilavasitə
bağlıdır.Eroziya prosesləri demək olar ki, meşəsiz olan Naxçıvan MR üçün daha
xarakterikdir. Naxçvan MR torpağın 19,9%-i zəif, 24%-i orta, 32%-i isə güclü
(şiddətli) eroziyaya uğramış və nəticədə 402 min ha torpaq sahəsi bu və ya başqa
dərəcədə öz münbit qatını itirmişdir.
Dostları ilə paylaş: |