Microsoft Word etraf muhit cavab az doc



Yüklə 480,9 Kb.
Pdf görüntüsü
səhifə20/20
tarix26.10.2017
ölçüsü480,9 Kb.
#6598
1   ...   12   13   14   15   16   17   18   19   20

 

43 


 

Ekoloji  bazarın  seqmentlənməsi  (bölünməsi)  iki  əsas  istiqamətdə  həyata  keçirilə  bilər: 

məhsul  növləri  üzrə  və  alıcı  qrupları  üzrə.  Ekoloji  bazarın  strukturunda  təklif  olunan  malların 

növlərindən asılı olaraq seqmentləri aşağıdakı hissələrə ayırmaq olar: 

— Xammal seqmenti; 

— Təbiəti mühafizə seqmenti; 

— Enerji seqmenti; 

— Gigiyenik seqment; 

— Texnoloji seqmenti; 

Xammal  seqmenti  çərçivəsində  ekoloji  bazarda  ayrı-ayrı  xammal  resursları  (faydalı 

qazıntılar, su, meşə, və s.) üzrə tələb və təkliflər formalaşır. 

Ekoloji bazarda təbiəti mühafizə seqmenti bilavasitə təbiəti mühafizə üzrə əmtəə və xidmət 

mübadiləsi sahələrini əhatə edir. 

Enerji seqmenti bütün enerji növlərinin satışı üzrə xarakterikdir. 

Ekoloji  bazarın  gigiyenik  seqmenti  insanların  həyatı  və  sağlamlığını  ətraf  mühitin  mənfi 

təsirindən  mühafizə  edən  müdafiə  vasitələrinin  və  ekoloji  cəhətdən  təmiz  məhsulların  satışını 

özündə birləşdirir. 

Texnoloji  seqment  yeni  enerji  və  resurs  qoruyucu,  həcminin  tullantıları  emal  edən 

texnologiyalar və resurs potensialının bərpası üzrə problemlərin həllini özündə cəmləşdirir. 

Ekoloji  bazarda  alıcıları  2  əsas  hissəyə  bölmək  olar.  Birinci  hissəyə  fiziki  şəxsləri  (yəni 

ə

halini),  ikinci  hissəyə  hüquqi  şəxslər  (yəni  kommersiya  və  qeyri  kommersiya  təşkilatları, 



birlikləri, həmcinin dövlət hakimiyyəti orqanları) aid edilir. 

Marketinq,  idarəetmənin  spesifik  funksiyası  kimi,  planlaşdırmanın  təşkili,  idarəetmənin 

informasiya təminatı və kommunikasiya kimi funksiyaları yerinə yetirir. 

Marketinqin  əsas  məqsədlərindən  biri  də  müəssisənin  uzunmüddətli  strateji  məqsədi  kimi 

onun planauyğun və proporsional inkişaf imkanlarının təmin olunmasıdır. 

Marketinqin idarəetmə üzrə qərar qəbul etməsi üçün əsas informasiya mənbəyi xarici mühit 

hesab edilir. 

Marketinqdə kommunikativ funksiya müəssisənin xarici və daxili mühitə fəal təsirinin təmin 

olunmasıdır. Buna görədə o, satışın formalaşması və stimullaşması ilə üzvü surətdə bağlıdır. 

 

 

46. Ekoloji sığorta, onun növləri və formaları 

Dünya  təcrübəsində  ekoloji  sığorta  dedikdə,  yüksək  ekoloji  risk  mənbəyi  olan 

obyektlərin  ətraf  mühitin  qəfil,  ehtiyatsızlıqdan  (qəza  nəticəsində)  çirkləndirilməsi 

nəticəsində üçüncü şəxslərə zərər vurulmasına görə məsuliyyətinin sığortası və bununla da, 

çirkləndirmənin  qarşısının  alınmasının  iqtisadi  stimullaşdırılmasıdır.  Ekoloji  sığortanın 

məqsədi vurulmuş ekoloji-iqtisadi zərərin mümkün tam kompensasiyasıdır. 

Ekoloji  sığortanın  aşağıdakı  növləri  fərqləndirilir:  şəxsi  sığorta,  əmlak  sığortası  və 

ekoloji məsuliyyətin sığortalanması. Şəxsi sığorta və əmlak sığortası vətəndaşlar üçün əhəmiy-

yətlidir. Ekoloji məsuliyyətin sığortasında ayrı-ayrı vətəndaşlar iştirak etmirlər, lakin şübhəsiz ki, 

ekoloji-iqtisadi  zərərin  əvəzinin  ödənilməsinə  əlavə  maliyyə  qarantiyaları  verməklə  onların 

maraqlarına  toxunur.  Zərərin  ödənilməsinə  görə  məsuliyyətin  sığortası  sığorta  müqaviləsinə 

uyğun olaraq sığortaçının öz öhdəsinə götürdüyü mümkün itkilərin əvəzinin ödənilməsi və ətraf 

təbii mühitin çirkləndirilməsinin qarşısının alınması üçün sığortalılar tərəfindən ödənilən sığorta 

haqları  hesabına  xüsusi  pul  fondunun  (ehtiyatların)  formalaşdırılmasını  nəzərdə  tutur.  Ekoloji 

sığorta  çirkləndirmənin  nəticələrinin  aradan  qaldırılması  üçün  xərclərin  əvəzinin  ödənilməsini, 

zərərli  təsirə  məruz  qalmış  üçüncü  şəxslərə  vurulmuş  birbaşa  əmlak  zərərinin  əvəzinin 

ödənilməsini nəzərdə tutur. 

Ekoloji  sığorta  könüllü  və  icbari  formalarda  həyata  keçirilə  bilər.  Könüllü  sığorta 

sığortalı (təsərrüfat subyekti) ilə sığortaçı (sığorta şirkəti) arasında bağlanan müqavilə əsasında 




 

44 


həyata  keçirilə  bilər.  Onun  həyata  keçirilməsi  şərtləri  və  qaydası  sığorta  haqqında 

qanunvericiliklə  müəyyən  edilir,  konkret  şərtləri  isə  sığorta  müqaviləsi  ilə  müəyyən  edilir. 

Qanuna  uyğun  olaraq  həyata  keçirilən  sığorta  isə  icbaridir.  Onun  növləri,  həyata  keçirilməsi 

şə

rtləri  və  qaydası  xüsusi  normativ  aktlarla  müəyyən  edilir.  cbari  sığorta  qanunvericilik 



qaydasında  ekoloji təhlükəli obyektlərin siyahısına daxil edilmiş müəssisələrə aid edilir.  

Lakin ekoloji sığorta ilə  bağlı məsələlər qanunvericilikdə öz ətraflı həllini tapmamışdır. 

Ola  bilsin  ki,  əvvəlcə  ayrı-ayrı  ərazilərdə  könüllü  ekoloji  sığortanın  tətbiq  edilməsi  məsələsini 

qoymaq  və  müvafiq  eksperimentləri  aparmaq  lazımdır.  Bunun  üçün  isə  bütün  istehsalat 

obyektlərinin  məlumat  bazası  yaradılmalı  və  ekoloji  təhlükə  səviyyəsinə  görə  onların  təsnifatı 

aparılmalıdır.  Qəza  zamanı  çirklənmə  nəticəsində  vurulan  iqtisadi  ziyan  göstəricilərinə  görə 

müəssisələri üç qrupa bölürlər: 

 Xüsusi  təhlükəli  −  “A  qrupu”na  (qəza  ehtimalı  0,09  olan  müəssisələr)  daxil  olan 



müəssisələr icbari sığorta kateqoriyasına düşürlər; 

 Təhlükəli − “B qrupu”na  (qəza ehtimalı 0,085 olan müəssisələr) daxil olan müəssisələr 



regional təbii mühafizə orqanlarının qərarına uyğun icbari sığortaya məruz qala bilərlər; 

 Az təhlükəli − “V qrupu”na (qəza ehtimalı 0,059 olan müəssisələr) daxil olan müəssisələr 



ekoloji qəza risklərini könüllü əsaslarla sığortalayırlar. 

.  cbari  ekoloji  sığorta  üçüncü  şəxslərə  vurulmuş  zərərin  mütləq  əvəzinin  ödənilməsinə 

kömək edir və ətraf mühitin qəza nəticəsində çirkləndirilməsinin büdcə vəsaitləri cəlb edilmədən 

qarşısının  alınmasını  və  onun  neytrallaşdırılması  üzrə  fəaliyyətini  iqtisadi  cəhətdən 

stimullaşdırır. Təbii ki, təbiəti mühafizə təyinatlı sığorta fondları sisteminin yaradılması onların 

real iqtisadi imkanlarına yönələn çoxmərhələli proses olmalıdır. Ekoloji sığorta ekoloji təhlükəli 

istehsalatlar  üçün  xüsusilə  sərfəlidir,  çünki  sığorta  müqaviləsinə  uyğun  olaraq  xərclərin  əsas 

hissəsini  sığortaçı  rolunda  çıxış  edən  ekoloji  sığorta  fondu  daşıdığı  üçün,  son  nəticədə  ekoloji 

təhlükəli  istehsalatların  qəza  nəticəsində  vurulan  zərərin  kompensasiya  olunmasına  çəkdiyi 

xərcləri azaldır. 



 

47. Ekoloji sığorta sisteminin təşkilati metodiki təminatı tədbirləri 

Ekoloji  sığorta  sisteminin  təşkilati-metodiki  təminatı  üçün  aşağıdakı  tədbirlərin 

görülməsi zəruridir: 

  Sistemin  tətbiq  ediləcəyi  obyekt  və  regionların  seçilməsi.  Dünya  təcrübəsindən 



göründüyü  kimi,  ekoloji  sığortanın  obyektləri,  ilk  növbədə,  kimya,  neft  və  neft  emalı  sənayesi 

müəssisələri, boru kəməri nəqliyyatı və dəmiryol nəqliyyatı obyektləri olmalıdır. 

  Avadanlığın  köhnəlməsi,  təbiəti  mühafizə  obyektlərinin  vəziyyəti,  ətraf  mühitə  yaylım 



atılmaların  (axıdılmaların)  mümkün  həcmi  və  tərkibi,  qəzanın  nəticələrinin  mümkün  təsir  zo-

nasında  olan  resipiyentlərin  xüsusiyyətləri  (əhalinin  sayı,  təbiət  obyektlərinin,  kənd  təsərrüfatı 

torpaqlarının,  sosial  infrastrukturun  xüsusiyyətləri    və  s.)  nəzərə  alınmaqla,  yüksək  təhlükə 

mənbələrinin  ekoloji  risk  dərəcəsinə  görə  təsnifatı  aparılmaqla  inventarizasiyasının  təmin 

edilməsi; 

  cbari və könüllü sığorta olunmalı olan sığorta obyektlərinin siyahısının hazırlanması. Bu 



siyahıya  daxil  edilmiş  icbari  sığortanın  obyektləri  ətraf  mühitin  limitdən  artıq  çirkləndirilməsi, 

bərk və ya maye tullantıların qorunduğu yerdən sızmalar, anbar və ya nəqliyyat sistemlərində baş 

verən  qəzalar  nəticəsində  zərərli  maddələrin  sızması  və  ya  daşması,  təmizləyici  qurğularda  və 

toz-qaztutan  qurğularda  qəzalar  kimi  qəzalar  və  ya  təbii  fəlakətlər  nəticəsində  baş  vermiş 

hadisələr olmalıdır; 

 



Sığorta  hadisəsi  baş  verdikdə  sığortaçı  (sığorta  fondu)  tərəfindən  üçüncü 

şə

xslərin xeyrinə ödənilən mükafat və məbləğlərin dərəcələrinin təyin edilməsi. 



 

Üçüncü  şəxslərə  dəyən  zərərin  əvəzində  edilən  ödənişlərin  növlərinin  və  həcmlərinin  müəyyən 

edilməsi  də  ekoloji  sığorta  üçün  vacib  məsələlərdən  biridir.  Xarici  ölkələrdə,  üçüncü  şəxslərin 

çirkləndirilmiş  ərazilərin  (akvatoriyaların)  təmizlənməsinə,  zərər  çəkən  şəxslərin  sağlamlığının 

bərpasına  və  dağıdılmış  ekoloji  sistemlərin  bərpasına,  əhalinin  evakuasiyasına  çəkdiyi  xərclərin 

və  sair  xərclərin  əvəzi  ödənilir.  Müvafiq  sığorta  hadisələri  baş  verdikdə  çəkilən  kompensasiya 




 

45 


xarakterli xərclərin normativlərinin, habelə sığorta hadisələrinin miqyasları, qəzanın təqsirkarının 

xərcləri  və  sair  nəzərə  alınmaqla  edilən  endirimlərin  (franşizaların)  nümunəvi  qaydalarının  da 

işlənib  hazırlanması  zəruridir.  Bütün  hallarda,  qəza  nəticəsində  təqsirkarın  qarşılaşdığı  bütün 

zərər sığortalanmalı deyil, çünki bu müəssisənin ekoloji riskin azaldılmasına marağını zəiflədir. 



 

48. Azərbaycanda ətraf mühitin çirkləndirən mənbəylər və maddələ

Azərbaycan  Respublikasında  ətraf  mühitin  mühafizəsi  məsələləri  son  40  il 

ə

rzində  daha  da  kəskinləşmişdir.Lakin  son  100-150  ildə,  xüsusən  də  XX  əsr 



ə

rzində  sənayenin,  nəqliyyat  və  kənd  təsərrüfatının  inkişafı  Azərbaycanın  sosial-

iqtisadi tərəqqisinə və xalqın mədəni yüksəlişinə səbəb olsa da, Respublikanın təbii 

şə

raitində  əsaslı  dəyişikliklər  üçün  zəmin  yaratmışdır.  Yeraltı  və  yerüstü 



sərvətlərdən    intensiv  şəkildə  istifadə  olunması,  iri  sənaye  müəssisələrinin  inşa 

edilməsi,  su  anbarlarının  tikilməsi,  kanalların  və  kollektor-drenaj  şəbəkələrinin 

salınması,  energetika  və  rabitənin  inkişafı,  dağ  rayonlarına  avtomobil  yollarının 

çəkilməsi,  düzən  və  dağətəyi  ərazilərdə  meşələrin  qırılması  hesabına  yaşayış 

məntəqələrinin, əkin və biçənək sahələrinin genişləndirilməsi ətraf mühitə və onun 

ayrı-ayrı  komponentlərinə,  hava,  su,  torpaq  örtüyünə  və  təbii  biosenozlara 

antropogen təzyiqləri dəfələrlə artırmışdır. Xəzər dənizi səviyyəsinin dəyişkənliyi, 

ozon təbəqəsi ilə bağlı problemlər, qlobal iqlim dəyişmələri, atmosferdə parnik və 

ozondağıdıcı  qazların  artması,  digər  iri  miqyaslı  proseslərlə  əlaqədar  olsa  da, 

onların Azərbaycanda törədiyi fəsadlar nəzərə çarpacaq dərəcədə artmışdır. 

XX  əsrdə  Respublika  əhalisinin  artması  da  bəzi  ekoloji  problemlər 

yaratmışdır  və  təbii  ekosistemlərə  antropogen  amillərin  güclənməsi  ilə 

nəticələnmişdir. Respublikamızda atmosfer hövzəsini çirkləndirən mənbələr lokal 

ə

razilərdə  (Bakı,  Sumqayıt,  Gəncə,  Şirvan,  Mingəçevir)  cəmləşsə  də  bu 



məntəqələrin  coğrafi  mövqeyi  və  tullantılarının  böyük  həcmi  ilə  əlaqədar  olaraq 

çirklənmənin  təsiri  Respublika  ərazisinin  50-60%-də  bu  və  ya  digər  dərəcədə 

müşahidə edilir. 

Təkcə  avtomobil  mühərriklərindən  atmosferə  atılan  çirkləndiricilərin  illik 

həcmi 750 min tonu keçmişdir. Respublikamızın hava hövzəsinə 2013-cu ildə  1,2 

min    ton  müxtəlif  tərkibli  tullantılar  atılmışdır.  Həmin  tullantıların  215  min  tonu 

stasionar  mənbələrdən,  992  min  tonu  isə    avtomobil  nəqliyyatı  tullantılarının 

payına  düşmüşdür.Qeyd  edildiyi  kimi,  Respublikamızın  hava  hövzəsinə  atılan 




 

46 


tullantıların  77,5%-i  avtomobil  nəqliyyatı  tullantılarının  payına  düşür.  Belə  ki, 

avtomobil nəqliyyatı tullantılarının 68%-i Bakı şəhərinin, 6,1%-i Gəncə şəhərinin, 

1,1%-i Mingəçevir şəhərinin, 1,2%-i Sumqayıtın və 0,8%-i Şirvan şəhərinin payına 

düşür. 


49. Azərbaycanda su resurslarından istifadənin ekoloji problemləri və 

mühafizəsi 

Respublikamızın ərazisi məhdud su ehtiyatlarına malikdir. Bunun başlıca səbəbi 

ilk  növbədə  əlverişsiz  təbii  şəraitdir.Nəzərə  almaq  lazımdır  ki,  bərpa  olunan  su 

ehtiyatının yalnız 30%-i respublikanın daxili su axarlarının hesabına formalaşır və 

ilin quraq və sululuğundan asılı olaraq 5,4-10,3 milyard m

3

 arasında dəyişilir.  



Respublikamızda  2013-cu  ildə  təbii  su  mənbələrindən  götürülən  suyun 

həcmi  11,6  milyard  m

3

  təşkil  etmişdir.  Hər  kvadrat  kilometr    ərazidə  bir  nəfərə 



düşən su ehtiyatlarının həcminə görə Azərbaycan MDB ölkələrindən 1,8-2,0 dəfə, 

Gürcüstandan 7,0-8,0 dəfə, Ermənistandan isə 1,5-2,2 dəfə geri qalır. 

Su  ehtiyatları  respublikamızın  fiziki-coğrafi  əraziləri  üzrə  qeyri-bərabər 

paylanmışdır.  Su  ehtiyatları  ilə  yaxşı  təmin  olunmuş  ərazilərə  Böyük  Qafqazın 

ş

imal-şərq  və  cənub  hissələri,  Lənkəran  zonası,  zəif  təmin  olunmuş  ərazilərə  isə 



Kür-Araz  ovalığı,  Ceyrançöl-Acınohur,  Abşeron-Qobustan  və  Naxçıvan  MR-nın 

ə

razisi  aid  edilir.  Respublikamızın  su  ehtiyatının  5,1  km



3

-i  yeraltı  suların  payına 

düşür.  Yeraltı  suların  31%-i  Qusar  maili  düzənliyi,  18,5%-i  Mil-Qarabağ  zonası, 

13,3%-i isə Qanıx-Əyriçay vadisində toplanmışdır. Digər ərazilərimizdə isə yeraltı 

suların 22%-i cəmlənmişdir. 

Məlumdur  ki,  respublikamızın  su  ehtiyatının  70%-ə  qədəri  tranzit  çayların 

payına düşür. Kür, Araz, Samur, Qanıx, Qabırrı, Oxçu, Arpaçay və s. kimi çaylar 

Gürcüstan,  Ermənistan,  Dağıstan  ərazilərində  ciddi  çirklənməyə  məruz  qalırlar. 

Respublikamızın  suya  olan  təlabatının  ödənilməsində  Kür,  Araz  və  b.  çayların 

mühüm əhəmiyyəti vardır. Kür çayının su balansının 74%-dən çoxu respublikadan 

kənarda  formalaşır  və  onun  ekoloji  vəziyyəti  də  qonşu  dövlətlərdən  asılıdır.  Kür 

çayı hövzəsinə Gürcüstan ərazisində orta hesabla 3,0 milyard m

3

 kommunal-məişət 



və  Tbilisi,  Rustavi,  Qardabani  və  s.  şəhərlərin  sənaye  çirkab  suları  axıdılır.  Kür 

çayının  çirklənməsi  respublikamızın  ərazisində  də  davam  edir.  Hər  gün  Kürə 




 

47 


respublika  ərazisində  200  min  m

3

  çirkab  suları  axıdılır.  Nəticədə  Kür  suyunda 



misin orta miqdarı yol verilən qatılıq həddindən 4,5-10,0 dəfə, neft məhsullarının 

miqdarı 1,5-2,2 dəfə, fenolun orta qatılığı 4,0-4,5 dəfə yüksəkdir. 



 

50. Azərbaycanda torpaq resurslarından istifadənin ekoloji iqtisadi aspektləri 

        Azərbaycan Respublikası torpaq ehtiyatları  ilə zəif təmin olunmuş ölkələr 

siyahısına  daxildir.  Respublikamızda  torpaqlardan  səmərəli  istifadə,  onların 

mühafizəsi,  münbitliyinin  bərpası  və  nəticədə  torpaqların  təkrar  istehsal 

dövriyyəsinə qaytarılması qarşıda duran əsas vəzifələrdəndir. 

Respublikamızın torpaq fondu 8,6 mln ha-dır. Torpaq ehtiyatlarının 4,7 mln 

ha-ı  kənd  təsərrüfatına  yararlı,  o  cümlədən  1,4  mln  ha-ı  suvarılan  torpaqlardır. 

Torpaq  fondunun  37,4%-i  istifadə  olunmayan,  yəni  şoranlaşmış,  bataqlıqlaşmış, 

eroziyaya uğramış və s.torpaqlardır. Yararlı torpaqların 33%-i əkin, 9,2%-i çoxillik 

bitkilər,  50,0%-i  otlaqlardan  və  biçənəklərdən  ibarətdir.  Torpaq  fondunun  1/3 

hissəsi  kənd  təsərrüfatı  işləri  üçün  yararsız  hesab  edilir.Hazırda  torpaq  fondunun 

0,86 mln. ha-ı texnogen pozulmuş torpaqlara aid edilir. 

Respublikamızın  torpaq  fondunun  sıradan  çıxmasının  başlca  səbəbləri 

eroziya, şorlaşma, texnogen dəyişikliklər və pozuntular, çirklənmə, torpaq qatının 

kimyəvi tərkibinin dəyişməsi və s. proseslərdir. 

Respublikamızın  ərazisində  külək  və  su  mənşəli  eroziyalar,  torpaq 

sürüşmələri geniş şəkildə yayılmışdır. Son illərin göstəricilərinə görə respublikada 

eroziyaya uğramış torpaq sahəsi 3685 min ha və ya ərazimizin 42,5%-ni təşkil edir.  

Torpaq  sürüşməsi  nəticəsində  isə  nəinki  torpaq  qatı  korlanır,  hətta  kənd 

təsərrüfatı, sənaye  və  mülki obyektlərə  də  böyük  zərər  vurulur.  Dağlıq  ərazilərdə 

eroziya  proseslərinin  artmasının  başlıca  səbəbi  heyvandarlığın  inkişafı,  meşələrin 

sistemsiz  şəkildə  kütləvi  qırılması  və  sıldırım  yamaclarla  onların  daşınmasıdır. 

Bunun nəticəsində dağ yamacları çılpaqlaşır və yerüstü axar suların miqdarı artır.  

Lənkəran-Astara  zonasının  dağətəyi  yamaclarında  bitki  örtüyünün  məhv 

edilməsi  eroziya  proseslərini  kəskin  surətdə  artırmışdır.  Zonanın  63,5  min  ha 

ə

razisindən 22%-i orta və zəif, 10%-dən çoxu güclü eroziyaya məruz qalmış, 30%-



dən  çox  münbit  torpaq  örtüyü  tamamilə  yuyulmuşdur.Ümumiyyətlə,  eroziya 


 

48 


proseslərinin  ilbəil  artması  torpaqdan  istifadənin  aşağı  səviyyədə  olması,  bütün 

dağlıq  və  dağətəyi  təsərrüfatlarda  torpaqlardan  istifadə  də  eroziya  proseslərinin 

təhlükəsi  və  hər  bir  sahənin  relyef  şəraitinin  nəzərə  alınması  ilə  bilavasitə 

bağlıdır.Eroziya  prosesləri  demək  olar  ki,  meşəsiz  olan  Naxçıvan  MR  üçün  daha 

xarakterikdir.  Naxçvan  MR  torpağın  19,9%-i  zəif,  24%-i  orta,  32%-i  isə  güclü 

(şiddətli) eroziyaya uğramış və nəticədə 402 min ha torpaq sahəsi bu və ya başqa 



dərəcədə öz münbit qatını itirmişdir. 

 

Yüklə 480,9 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə