Microsoft Word etraf muhit cavab az doc



Yüklə 480,9 Kb.
Pdf görüntüsü
səhifə15/20
tarix26.10.2017
ölçüsü480,9 Kb.
#6598
1   ...   12   13   14   15   16   17   18   19   20

 

33 


 məhsulun planlaşdırılması; 

 müştəri və təchizatçılarla münasibətlər; 



 fövqəladə situasiyaların yaranması zamanı davranış qaydaları və onların 

aradan qaldırılması; 

 ekoloji məlumat və personalın təlimi və həmçinin, xarici ekoloji məlumat 



(4). 

   Müəssisənin ekoloji siyasəti onun bütün bölmələrinin operativ ekoloji 



məqsədlərinin  işlənməsi üçün əsas olamalıdır. Bu məqsədlər aşağıdakıları nəzərdə 

tutur: 


 xammal, material, reagentlər, enerjinin qənaəti və itkisinin azalması; 

 material resursların resiklinqi; 



 fövqəladə və yüksək təhlükəli maddə və materialların istehlakının azalması 

və dəyişdirilməsi; 

 istehsal tullantıların emal və istifadəsi; 



 ətraf mühitə təsiri azaltmaq üçün, texnoloji proseslərin təkmilləşdirilməsi; 

 zay məhsulun azaltması; 



 istehsal olunan məhsul və xidmətlərin keyfiyyətinin yüksəlməsi; 

 texnoloji və istehsalat intizamının yüksəlməsi, ətraf mühitə qəza və "gecə" 



təsirlərinin azaldılması. 

 

34. Ekoloji audit, onun obyekti və mərhələləri 

Ekoloji  auditin  obyekti  kimi,  fəaliyyəti  ətraf  mühitə  təsir  göstərən  və  yaxud 

göstərə  bilən,  fəaliyyət  göstərən  və  tikilən  müəssisələr  çıxış  edə  bilər. 

Ekoaudit,  təsərrüfat  subyektlərinin  ətraf  mühitə  təsiri  və  onların  həlli  üzrə 

tədbirlərin işlənib hazırlanması ilə əlaqədar, mövcud olan və yaxud potensial 

problemlərinin aşkarlanmasına, istiqamətləndirilmişdir. Ekoloji audit istifadə 

oluna bilər: 

 təbiəti mühafizə qanunvericiliyinə riayət edilməsinin yoxlanması üçün; 



 ətraf 


mühitin 

idarəetmə 

sistemlərinin 

işləmə 


effektivliyinin 

qiymətləndirilməsi üçün; 

 maliyyə  strukturları  tərəfindən  layihələrin  investisiyalaşmasının  maliyyə 



risklərinin,  səhmləşdirməsinin,  uzunmüddətli  icarələrin  və  ətraf  mühitin 

çirklənməsi  səbəbindən  yaranan,  zərər  vurduğuna  görə  məsuliyyətin  sığorta 

müqaviləsinin bağlanmasının qiymətləndirilməsi zamanı; 

 bankrot prosedur elan edilməsinin realizəsi zamanı; 



 keçmiş  ekoloji  zərərə  görə  məsuliyyətin  müəyyən  edilməsi  üçün,  ekoloji 

sığorta  məqsədilə  və  sahibkarın  dəyişilməsi  prosesində  ekoloji  zərərin 

qiymətləndirilməsi zamanı; 

 lisenziyaçı  tərəfindən  müəyyən  olunmuş  ekoloji  tələblərə,  lisenziya 



razılaşmalarına riayət edilməsinin yoxlanılması zamanı; 

 daşınmaz əmlakın özəlləşdirilməsi və satışı zamanı; 



 sertifikatlaşdırma  prosesində  müəyyən  olunmuş  tələblərin  uyğunluğunun 

yoxlanılması zamanı və s. 



 

34 


  Ekoloji  auditin  həyata  keçirilməsi  –  ekoloji  auditləşmə  -  könüllü  və 

məcburi  ola  bilər.  Məcburi  audit,  siyahısı  ekoloji  audit  üzrə  xüsusi  səlahiyyətli 

orqan tərəfindən təsdiq olunan, fəaliyyətin təşkili və növləri üçün (məsələn, obyekt 

sahibinin dəyişilməsi zamanı, obyektin icarəyə verilməsi və yaxud ipoteka zamanı 

girov kimi və s.), keçirilir və həmçinin, təbiəti mühafizə qanunvericiliyini pozana 

qarşı  iddianın  tənzimlənməsi  zamanı,  xüsusi  səlahiyyətli  dövlət  orqanları  tərə-

findən  təşəbbüs  göstərilə  bilər.  Könüllü  (təşəbbüslü)  ekoaudit  ətraf  mühiti 

idarəetmə  sisteminin  yaranması  və  tətbiq  edilmə  prosesində,  onun  işlənməsinin 

effektivliyə  nəzarət  zamanı,  yalnız  təsərrüfat  subyektinin  təşəbbüsü  ilə  keçirilir. 

Audisiyanı  keçirən  şəxsdən  asılı  olaraq,  daxili  (müəssisənin  işçiləri  arasından 

seçilən  auditorlar  tərəfindən  keçirilir)  və  xarici  auditi  (müstəqil  auditorlar 

komandası tərəfindən keçirilir) fərqləndirirlər. Məcburi audit yalnız xarici ola bilər. 

Daxili ekoaudit, təşkilatda ətraf mühiti idarəetmə sisteminin işləməsini təmin edən, 

mühüm bir alətdir, lakin keçirilməsi zamanı, onun nəticələrin obyektivliyini təmin 

etmək problemlidir. 

           Ekoaudit prosedurunda üç tərəf iştirak edir – təşəbbüsçü (müştəri, sifarişçi), 

auditor (audit şirkəti) və yoxlanılan obyekt. Ekoloji audit təcrübəsində anketləşmə, 

maddi balanslar, kartoqrafik, texniki hesabatların üsulları istifadə olunur. Ekoaudit 

keçirilməsinin əsas mərhələləri bunlardır: 

 təbiəti  mühafizə  fəaliyyətinin  göstəricilərini  əks  etdirən,  ilkin 



sənədləşmənin, qeydiyyat jurnalların və digər materialların yoxlanılması; 

 obyektin  ekoloji  təhlükəsizliyinin  səviyyəsi  haqqında  auditin  məqsədlərinə 



müvafiq olaraq, məlumatın yığılması (personalla müsahibəsini də daxil etməklə); 

 obyektin  vizual  müayinəsi,  onun  təftişi,  bölmələrə  başçəkmə,  texniki 



vasitələrin vəziyyətinin və istifadəsinin yoxlaması; 

 ətraf mühiti parametrlərinin və mənfi təsir amillərinin instrumental təhlili; 



 auditin  nəticələrinə  görə  məsləhətlərin  işlənib  hazırlanması,  sifarişçiyə 

nəticələr  və  məsləhətlərlə,  aşkar  olunan  problemlərin  aradan  qaldırılması  üçün 

təkliflərlə hesabatın tərtibi; 

Ekoauditin keçirilmə təcrübəsi onun nəticələrinin effektiv istifadə imkanlarını 

sübut edir, onlar aşağıdakılara imkan verir: 

 ətraf mühitə əvvəlcə qeydə alınmamış təsir mənbələrinin eyniləşdirməsini; 



 təbii resursların istifadəsini optimallaşdırmaq; 

 əlavə tədqiqatların keçirilməsinin məqsədəuyğunluğunu əsaslandırmaq; 



 əlavə  məhsulun,  xidmətlərin,  təkrar  xammalın  istifadəsinin,  enerji 

resurslarının qənaətinin istehsal imkanlarını aşkarlamaq; 

 yeni  texnikanın,  təbii  mühafizə  və  resurslara  qənaət  tədbirlərin  tətbiqinin 



alternativ variantlarını əsaslandırmaq; 

 ekoloji fəaliyyətin maliyyələşdirmənin ehtimal (əlavə) mənbələrini müəyyən 



etmək; 

 zərərin  kompensasiyasında  və  ekoloji-iqtisadi  məsuliyyətin  cərimə 



sanksiyalarının risklərini azaltmaq və   yaxud ümumiyyətlə istisna etmək; 

 monitorinq  sisteminin  və  istehsalat  nəzarətinin  inkişafına  əlavə  xərcləri 



müəyyən etmək; 


Yüklə 480,9 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə