Microsoft Word etraf muhit cavab az doc



Yüklə 480,9 Kb.
Pdf görüntüsü
səhifə16/20
tarix26.10.2017
ölçüsü480,9 Kb.
#6598
1   ...   12   13   14   15   16   17   18   19   20

 

35 


 istehsalat xərclərini azaltmaq və əlavə məhsulun yaranması hesabına gəlirin 

artmasına nail olmaq və s. 

 

35. Ekoloji pasportlaşdırmanın əsas göstəriciləri və bölmələri 

əssisənin  ekoloji  pasportu  –müəssisə  tərəfindən  təbii  resursların  istifadəsi 

haqqında  göstəricilərini,  ətraf  mühitə  təsirini  və  təbiəti  mühafizə  fəaliyyətinin 

istiqamətlərini özündə əks etdirən, kompleks normativ-texniki sənəddir. Bunun üçün 

pasportda üç qrup göstərici öz əksini tapır: 

 müəssisənin ətraf mühitin vəziyyətinə təsiri; 



 təbiəti mühafizə fəaliyyətinin təşkili-texniki təşkil səviyyəsi; 

 təbiəti mühafizə fəaliyyətinə çəkilən xərclər. 



   Ekoloji pasportun işlənib hazırlanması üçün əsas kimi, istehsalat göstəriciləri, 

çirkləndirici  maddələrin  PDV  (PDS)  hesablamaları,  dövlət  statistik  hesabat 

formalarının  göstəriciləri,  çirklənmə  mənbələrinin  inventarlaşması  və  normativ-

texniki sənədlər xidmət edir. Müəssisənin ekoloji pasportu aşağıdakı bölmələrdə



ibarətdir: 

1. Müəssisə haqqında ümumi məlumat (adı, sahə mənsubiyyəti, idarə tabeçiliyi, 

ünvan).  Müəssisənin  digər  obyektlərə  münasibətdə  yerləşdiyi  yer,  sanitar-mühafizə 

zonası sərhədləri ilə, sənaye zonasının yerləşməsinin xəritə-sxem göstərilir. 

2.  Müəssisənin  yerləşdiyi  rayonun  qısa  təbii-iqlim  xarakteristikası  (ərazinin 

ekoloji  vəziyyətinin  xarakteristikası,  atmosferdə  çirkləndici  maddələrin  fon 

konsentrasiyası və s. daxil olmaqla). 

3.  stehsalatın qısa xarakteristikası (istehsalat obyektin adı – sex, korpus; onların 

imkanları,  buraxılan  məhsulun  adı,  istehsalat  həcmi,  çirkləndirici  maddələrin, 

tullantıların və s. yaranması baş verən texnoloji sahələrin, ilkin xammal və aralıq məh-

sul növlərinin göstərilməsi ilə istehsalatın texnoloji sxemləri). 

4. Torpaq resursların istifadəsi haqqında məlumatlar. 

5. Məhsulun növləri üzrə xammal və köməkçi materialların istifadəsi haqqında 

göstəricilər. 

6. Məhsul növləri üzrə enerji resurslarının istifadəsi. 

7.  Atmosferə  zərərli  maddələrin  ayrılması  və  tullanması  mənbələrinin 

xarakteristikası. 

8.  Müəssisədə  suyun  istifadəsinin,  çəkilməsinin  və  çirkab  suların 

təmizlənməsinin  xarakteristikası  (mənbələr  növləri  üzrə  götürülən  suyun  miqdarı, 

çirkab  sular  mənbələri  haqqında  göstəricilər,  onların  miqdarı  və  keyfiyyəti, 

təmizləyici qurğuların, su dövriyyəsi sistemlərinin xarakteristikası). 

9. Müəssisədə yaranan tullantıların xarakteristikası. 

10.  Tullantıların  toplanması  (basdırması)  üçün  nəzərdə  tutulan  poliqon  və 

yığıcıların xarakteristikası. 

11.  Pozulmuş  torpaqların  rekultivasiyası  və  torpağın  pozulmuş  qatının 

götürülməsi. 

12. Müəssisənin nəqliyyatı və onun ətraf mühitə təsiri haqqında göstəricilər. 

13.  Tullantılara  görə  ödəmələrin  miqdarı,  tullantıların  yerləşdirilməsi,  ətraf 

mühitin mühafizəsi üçün kapital xərcləri və s. 



 

36 


.  Ekoloji  pasportun  göstəriciləri  müəssisənin  təsərrüfat  fəaliyyətinin  ekoloji  aspekt-

lərini təhlil etməyə və ətraf mühitə yükləmənin azaldılması üzrə tədbirlər proqramını 

işləyib hazırlamağa imkan verir. 

 

36. Təbiəti mühafizə fəaliyyətinin iqtisadi stimullaşdırılmasında xarici təcrübə 

Məlumdur  ki,  bu  ölkələrdə  iqtisadi  stimullaşdırma  mexanizmi  XX  əsrin 

ə

vvəllərindən işləyir və ABŞ, Yaponiya və Qərbi Avropada mövcud olan modellər 



çoxillik  axtarışların  nəticəsidir.Qərbdə  ekoloji  sahənin  tənzimlənməsinin  iki 

iqtisadi metodu tətbiq edilir: qiymət və ya vergi tənzimlənməsi və xüsusi bazar 



mexanizmləri. Resursqoruyucu fəaliyyətdə qiymət və vergi rıçaqlarından istifadə 

yanaşmasının  baniləri  A.Piqu,  A.Marşall,  onlardan  bir  qədər  sonra  C.Mid  və 

başqaları olmuşlar.  

Qərbin  aparıcı  ölkələrində,  hal-hazırda,  ekoloji  qiymət  tənzimlənməsinin 

aşağıdakı əsas alətlərindən istifadə edilir: 

1.  Ətraf  mühitin  çirkləndirilməsinə  görə  ödənişlər

.  Təbiət  istifadəçisi  olan 

müəssisələr  tərəfindən  onların  tullantılarının  zərərsizləşdirilməsi  və  assimilyasiya 

edilməsi,  çirkli  suların  su  hövzələrinə  axıdılması,  atmosfer  havasının 

çirkləndirilməsi, bərk tullantıların toplanılması üzrə onlara göstərilən “xidmətlərə” 

görə dövlət büdcəsinə müəyyən məbləğlərin ödənilməsi. 



2.  Bələdiyyəyə  məxsus  təmizləyici  qurğulardan  istifadəyə  görə  ödənişlər

Mahiyyət  etibarilə,  bu  ödəniş  bələdiyyə  orqanlarının  göstərdiyi  xidmətlərin 



müqabilində  həyata  keçirilir.  Təmizləyici  qurğulara  və  zibil  emal  edən  zavodlara 

verilən çirkləndirmələrin (çirkli sular, bərk tullantılar və s.) həcmi və tərkibindən 

asılı olaraq ödənişlərin vahid, habelə fərdi tarifləri tətbiq edilir.  

3.  Resurs  ödənişləri

.  Təbii  resurslardan  istifadə  hüququ,  onların  bərpası  və 

mühafizəsi üçün ödənişdir. Tükənən resurslar üçün onların aşağıdakı növləri tətbiq 

edilir: 


a)  satış  həcmlərinə  tətbiq  edilən  vergi.  Bu  vergi  ilkin  mərhələlərdə  resursun 

hasilat  templərinin  azalmasına  kömək  edir,  çünki  həmin  resursa  görə  qiymətlərin 

qalxmasına səbəb olur; 

b)  mənfəət  (renta)  vergisi  də  təbii  resursun  hasilat  templərinin  aşağı 

düşməsinə səbəb olur; 

c) royalti − şirkətlər tərəfindən hasil edilmiş resursların dəyərindən hökumətə 

ödənilən hissədir və mahiyyət etibarilə, ümumi satış gəlirlərindən vergidir. 

4. Məhsul vergiləri

.  stehsalı və ya sonrakı istifadəsi ətraf mühitə mənfi təsir 

göstərən  məhsulların  qiymətinə  edilən  əlavədir.  Ekoloji  cəhətdən  “çirkli”  məhsul 

və texnologiyaların bazardan sıxışdırılıb çıxarılması vasitəsi kimi xidmət edir. 

5.  Mənfəət  vergisinin  diferenasiasiyası  −  ekoloji  təmiz  məhsul  istehsal  edən 

müəssisələr  üçün  vergi  güzəştlərinin  tətbiq  edilməsini  və  əksinə,  ekoloji  “çirkli” 

məhsul  istehsal  edən  müəssiələrə  böyük  məbləğlərdə  vergi  tətbiq  edilməsini 

nəzərdə  tutan  sistemdir.  Belə  diferensiasiyanın  çatışmazlığı  ondan  ibarətdir  ki, 

vergilər  büdcəni  doldurmalı  olduğu  halda,  əksinə,  büdcəyə  daxilolmaları 

neytrallaşdırırlar 




Yüklə 480,9 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə