Microsoft Word etraf muhit cavab az doc



Yüklə 480,9 Kb.
Pdf görüntüsü
səhifə18/20
tarix26.10.2017
ölçüsü480,9 Kb.
#6598
1   ...   12   13   14   15   16   17   18   19   20

 

39 


təbii resursların səmərəli və effektiv istifadəsi yolu ilə təmin oluna bilər. Təbii mühit aşağıdakı 

funksiyaları yerinə yetirir. 

— istehsalın maddi faktoru; 

— istehsalın ictimai şəraiti; 

— istehsalın subyektiv faktoru kimi insanın həyat fəaliyyəti üçün sağlam təbii şəraitin təmin 

olunması. 



 

39. Demoqrafiya və urbanizasiya problemlərinin sosial iqtisadi amilləri 

 

Urbanizasiya şəhərlərin kənd sahələrinin və əhalisinin hesabına böyüməsi və inkişafı ilə baş verən və 

ictimaiyyətın inkişafının yüksəldilməsinə yönəldilmiş tarixi prosesdir. 

Müasir  şəhər  təkcə  külli  miqdarda  insanların  yaşayış  məntəqəsi  yox,  o,  həmçinin  ətraf  mühitə  təsir 

edərək  onun  dəyişməsinə  səbəb  olan  güclü  bir  sistemdir.  Milyon  əhalisi  olan  ilk  şəhər  3000  il  bundan 

ə

vvəl  (eramızdan  əvvəl  44-10-cu  illərdə)  Yuli  Sezar  vaxtında  Roma  olmuşdur.  Şəhərlərin  yarandığı 



tarixdən ətraf aləmin mühafizəsi qaydaları mövcud olmuşdur. Sənayedə baş vermiş inqilab urbanizasiya 

prosesini sürətləndirən əsas amillərdən biri olmuşdur. 

.  1800-cü  ildə  dünya  əhalisinin  yalnız  3  faizi  şəhərlərdə  yaşayırdı.  XX  əsrə  qədər  hətta  iqtisadi 

cəhətdən inkişaf etmiş ölkələrdə belə əhalinin əksəriyyəti kənd yerlərində yaşayırdı. Onların əsas yaşayış 

tələbatını kənd təsərrüfatı ödəyirdi. 

BMT-nin məlumatına əsasən minilliklər ərzində əhalinin artımı çox ləng  getmişdir. Neolit dövründə 

dünyanın  əhalisi  6-10  mln  təşkil  etmişdir.  Bu  dövrdə  əhali  artımı  0,002%-ə  qədər  olmuşdur.  Yalnız 

axırıncı  yüzillikdə  bu  rəqəm  0,1  faizə  çatmışdır.  Yeni  eranın  əvvəlində  planetdə  yaşayan  əhalinin  sayı 

300-400 mln-a çatmışdır. 1800-cü ildə bu rəqəm bir milyard nəfərə qədər olmuşdur. 1930-cu ildə əhalinin 

sayı 2 mlrd-a; 1960-cı ildə 3; 1975-ci ildə 4; 1987-ci ildə 5; 2000-ci ildə 6 

– milyard nəfər,  2012-ci ildə 

isə 7 milyard nəfər olmuşdur. 

BMT-nin məlumatına görə 2050-ci ildə yer üzərində əhalinin sayı 9 mlrd-a çatacaqdır. Ümumiyyətlə 

inkişafda  olan  ölkələrdə  əhalinin  sayının  2050-ci  ildə  4,8  mlrddan  7,8  mlrda  çatacağı  gözlənilir.  Belə 

artım  bir  çox  problemlərin  yaranmasına  səbəb  olacaqdır.  Bu  problemlərə,  qida  məhsullarının 

çatışmaması,  ekoloji-krizis  və  s.  aid  etmək  olar.  Eyni  zamanda  ekspertlər  30  ölkədə  əhalinin  sayının 

azalacağı fikrini irəli sürürlər. Bu ölkələrə Almaniya, Yaponiya, Rusiya da daxil edilmişdir. 

Urbanizasiya  prosesi  demoqrafik  artıma  nisbətən  daha  surətlə  inkişaf  edir.  2000-ci  ildə  milyonçu 

şə

hərlərin  sayı  300-ə  çatmışdır.  Təxminən  həmin  şəhərlərin  yarıdan  çoxunun  əhalisi  3  mln-dan  



artıqdır.2000-ci ildə Berlində keçirilmiş “Urban XXI” beynəlxalq konfransında qeyd olunmuşdur ki, yer 

üzərində əhalinin çox hissəsi şəhərlərdə yaşayacaqdır. Yaxın 25 il ərzində şəhər əhalisinin sayının 5 mlyd 

artacağı, hər beş nəfərdən üçünün şəhərlərdə yaşayacağı gözlənilir. Bu illərdə milyonçu şəhərlərin və 27 

meqapolislərin (əhalisi 10 mln-dan çox olan şəhərlər) böyük hissəsi inkişafda olan ölkələrdə olacaqdır. 

ri şəhərlərdə ekoloji vəziyyətin gərgin olması oraya olan atropogen təsirin yüksək olması və əhalinin 

sıxlığı  ilə  əlaqədardır.  Bir  çox  şəhərlərdə  əhalinin  sıxlığı  optimal  həddi  aşaraq  3000  adam  /  hektara 

çatmışdır.  Bu  say  hələ  artmaqda  davam  edir.  stehsalın,  energetika  və  kommunal  təsərrüfat  sahələrinin 

inkişafı texnogen təsirin artmasına səbəb olur.  

  

 

40. Maliyyələşmənin əsas mənbələri və təbiəti mühafizə təyinatlı fondlar 



 

Ə

traf  mühitin  mühafizəsi  və  təbii  resurslardan  səmərəli  istifadə  üzrə  tədbirlərin  və 



proqramların maliyyələşdirilməsi aşağıdakı mənbələr hesabına həyata keçirilir: 

1) respublika büdcəsi və yerli büdcələr; 2) ətraf mühitin mühafizəsi təyinatlı dövlət büdcə 

fondlarının  vəsaitləri;  3)  hüquqi  şəxslərin  və  fərdi  sahibkarların  vəsaitləri;  4)  vətəndaşların,  o 

cümlədən əcnəbilərin vəsaitləri; 5) bank kreditləri; 6) xarici investisiyalar; 7) digər mənbələr. 

. Fondların yaradılması mexanizmi vəsait axınının artmasına və təbiəti mühafizə işlərinin 

müəssisənin çirkləndirməyə görə ödənişləri hesabına qismən özünü maliyyələşdirməsinə kömək 

edir. Təbiəti mühafizə tədbirlərinə xərclənmək üçün vəsaitlərin axtarılması və bölüşdürülməsi və 

ə

traf  mühitin  çirkləndirilməsinə  görə  ödənişlər  və  cərimələr  sisteminin  işlənib  hazırlanması 



problemləri  ilə  bağlı  1970-ci  illərin  sonu-1980-ci  illərin  əvvəlində  yerli  elmi  ədəbiyyatda    ilk 


 

40 


dəfə  ekoloji  fondların  yaradılması  zərurəti  haqqında  məsələ  qaldırılmışdı..Keçmiş  SSR  

ə

razisində  təbiəti  mühafizənin  büdcədənkənar  fondları  1980-ci  −  1990-cı  illərin  qovşağında 



yaradılmağa başlandı..Ekoloji fondların aşağıdakı mənbələr hesabına formalaşdırılması nəzərdə 

tutulurdu: 

 Müəssisələrin, birliklərin və təşkilatların çirkləndirici maddələrin yol verilən normativ və 



normativdən artıq atılmasına (axıdılmasına), tullantıların yerləşdirilməsinə görə etdiyi ödənişlər; 

 Çirkləndirici maddələrin qəza şəraitində atılmasına (axıdılmasına) görə cərimə ödənişləri, 



təbii  resurslardan  və  onlardan  əldə  edilən  xammaldan  normativdən  artıq  və  qeyri-kompleks 

istifadəyə görə ödənişlər; 

 Təsərrüfat fəaliyyəti nəticəsində təbiəti mühafizə qanunvericiliyinin pozulması ilə dövlətə 



vurulan zərərin əvəzinin ödənilməsi üçün tutulan ödənişlər; 

 Müəssisələrdən, vətəndaşlardan və digər mənbələrdən daxil olan könüllü ianələr. 



Təbiəti mühafizə sahəsində sabit maliyyələşdirmə mənbəyi kimi ekoloji fondların bütün 

ə

həmiyyətinə baxmayaraq, onların faəliyyətində bir sıra çatışmazlıqlar da mövcuddur: 



 Fonda  daxil  olan  vəsaitlərin  80%-dək  hissəsini  təşkil  edən  çirkləndirməyə  görə 

ödənişlərin az yığılması və bölüşdürülməsinin səmərəsizliyi; 

 Prioritetlərin müəyyən edilməsi mexanizmi mövcud olmadığından maliyyə vəsaitlərinin 



istifadəsinin kifayət edən dərəcədə əsaslandırılmaması; 

 Müəssisələr tərəfindən keçirilən təbiəti mühafizə tədbirlərinin ödənişlər edilərkən nəzərə 



alınması mexanizminin qeyri-təkmil olması; 

 Ödənişlərin inflyasiya artımına uyğun səmərəli indeksasiya mexanizminin olmaması; 



 Ekoloji  fondlar  tərəfindən  maliyyələşdirmək  üçün  layihələrin  seçilməsi  meyarlarının 

olmaması,  layihələrin  həyata  keçirilməsinə  nəzarətin  və  nəticələrin  qiymətləndirilməsi  qay-

dalarının və meyarlarının olmaması. 



 

41.  Ətraf  mühitdən  istifadə  sahəsində  maliyyələşmənin  perspektivləri  və 

problemləri 

 

Təbiəti mühafizə sahəsində sabit maliyyələşdirmə sisteminin formalaşdırılması təbiətdən 

istifadəni  tənzimləyən  harmonik  maliyyə-kredit  mexanizminin  yaradılmasını  tələb  edir.  Bu 

mexanizm perspektivdə aşağıdakı halqaları əhatə etməlidir: 

*.Müxtəlif  səviyyəli  büdcələrin  vəsaitləri  hesabına  təbiəti  mühafizə  tədbirlərinin  və 

ekoloji proqramların maliyyələşdirilməsi; 

*.Ərazi təbiəti mühafizə fondlarının, innovasiya xarakterli ekoloji fondların, müəssisələrin 

təbiəti mühafizə fondlarının inkişaf etmiş sistemi; 

 Ekoloji bank sistemi; 



 Ekoloji sığorta fondlarından vəsaitlərin cəlb edilməsi; 

 Dünya  Bankı,  Avropa  Yenidənqurma  və  nkişaf  Bankının,  habelə  xarici  fondların, 



təşkilatların və firmaların vəsaitlərinin ekoloji sahədə maliyyələşdirməyə cəlb edilməsi; 

 Təbiəti mühafizə ehtiyacları üçün müəssisələrin öz vəsaitlərinin istifadə edilməsi; 



 Güzəştli ekoloji investisiya krediti. 



42. Ekoloji sahibkarlıq, onun formaları və əhəmiyyəti 

 

Qarışıq  iqtisadiyyatın  əsas  institutlarından  biri  xüsusi  mülkiyyətə,  təsərrüfatın  təşkilinin 

bazar üsuluna və məhsul dövriyyəsinə əsaslanan sahibkarlıqdır.  

Ekologiya  baxımından  sahibkarlıq  fəaliyyətinin  müsbət  tərəfi  əsas  fəaliyyəti  insanların 

sağlamlığına  və  ətraf  mühitə  zərərin  vurulmasının  qarşısını  alan  malların  istehsalı,  iş  və 

xidmətlərin  görülməsi  olan  ekoloji  sahibkarlığın  yaradılmasıdır.  Ekoloji  sahibkarlığın  maraqlar 

dairəsinə  bu  və  ya  digər  ekoloji  problemlərin  həlli  ilə  bilavasitə  bağlı  olan  istehsalat-kom-

mersiya, vasitəçilik, məsləhət, elmi-tədqiqat fəaliyyətinin bütün növləri daxildir.  




Yüklə 480,9 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə