Microsoft Word etraf muhit cavab az doc



Yüklə 480,9 Kb.
Pdf görüntüsü
səhifə17/20
tarix26.10.2017
ölçüsü480,9 Kb.
#6598
1   ...   12   13   14   15   16   17   18   19   20

 

37 


6.  Subsidiyalar

.  Təbiəti  mühafizə  tədbirlərini  həyata  keçirmək  üçün  təbiət 

istifadəçilərinə  dövlət  tərəfindən  edilən  yardımdır.  Aşağıdakı  formalarda  həyata 

keçirilir: 

a)  qrant  (təqaüd)  −  ətraf  mühitin  çirkləndirilməsini  əhəmiyyətli  dərəcədə 

azaltmaq  üçün  nəzərdə  tutulmuş  irimiqyaslı  layihələrin  həyata  keçirilməsi 

məqsədilə dövlət tərəfindən müəssisələrə edilən əvəzsiz maliyyə yardımıdır; 

b)  “yumşaq”  kredit  −  istehsalın  ekoloji  səviyyəsinin  yaxşılaşdırılması 

(texnologiyaların təkmilləşdirilməsi) üçün müəssisəyə verilən aşağı faizli kreditdir; 

c)  vergi  güzəştləri  (məsələn,  gəlir  vergisi  üzrə  güzəştlər,  təbiəti  mühafizə 

təyinatlı  avadanlıqların  sürətləndirilmiş  amortizasiyasına  şamil  edilən  vergi 

güzəştləri,  mexaniki  nəqliyyat  vasitələrinə  və  “təmiz”  yanacaqdan  istifadə  edən 

nəqliyyat vasitələrinə şamil edilən verginin azaldılması və sair. 

7.  Ekoloji  sığorta

.  Ətraf  mühitin  qəza  nəticəsində  və  ya  gözlənilmədən 

çirkləndirilməsi nəticəsində üçüncü şəxslərə (fiziki və hüquqi şəxslər, hakimiyyət 

orqanları)  iqtisadi  zərər  vurulmasına  görə  yüksək  ekoloji  risk  mənbələrinin  – 

müəssisənin  iqtisadi  (əmlak)  məsuliyyətinin  sığortalanmasıdır.  Ekoloji  sığortanın 

məqsədi  ətraf  mühitə  vurulan  zərərin  kompensasiyası  və  bu  zərərin  vurulmasına 

səbəb olan qəzaların qarşısının alınmasının iqtisadi stimullaşdırılmasıdır.  

ABŞ  və  müəyyən  qədər  AFR-də  geniş  tətbiq  edilən  bazar  tənzimlənməsi 

sisteminin əsas elementləri aşağıdakılardır: 

 “babbl  prinsipi”  (“köpük”  və  ya  “bulud”  prinsipi)  −  bu  prinsipə  uyğun 



olaraq  çirkləndirmə  normativi  bütöv  region  üçün  müəyyən  edilir,  regionun 

ə

razisində  yerləşən  müəssisələr  bu  normativə  riayət  olunmasının  ən  sərfəli 



variantını birlikdə tapa bilərlər. “Babbl” prinsipi region səviyyəsində çirkləndirmə 

hüquqları ilə ticarət üçün şərait yaradır. 

  Çirkləndirmələrin kompensasiya olunması siyasəti çirkləndirmə səviyyəsini 



aşağı  salmış  müəssisələrə  imkan  verir  ki,  onlar  müvafiq  sənəddə  (çirkləndirməyə 

verilən lisenziya və ya icazə) əksini tapmış çirkləndirmə hüququnu əldə etsinlər.  

 “Çirkləndirmə  bankları”.  Öz  çirkləndirmə  həcmlərini  normativlərlə 



müəyyən  edilmiş  səviyyədən  aşağı  səviyyəyədək  azaltmış  firmalar  xüsusi 

banklarda  (“çirkləndirmə  bankları”)  əmələ  gəlmiş  fərq  əsasında  akkreditiv  aça 

bilərlər  və  bu  onlara  daha  sonra  çirkləndirmə  hüquqlarını  satmaq  və  ya  zərurət 

anında istifadə etmək imkanı verəcəkdir. Bu, potensial lisenziya alıcılarının uyğun 

satıcı axtarışlarını yüngülləşdirir 

 Çirkləndirmə  hüquqlarının  birjaları.  Lisenziya  bazarı  genişləndikdə 



lisenziyaların  alqı-satqısı üzrə xüsusi  vasitəçilərin  fəaliyyəti  üçün  zərurət  yaranır. 

Qeyd edilən birjalar belə vasitəçilərdir. 



 

37. Cəmiyyətlə sosial mühit münasibətlərinin formalaşması 

Cəmiyyətin,              coğrafi  mühitin  qarşılıqlı  təsiri  istehsalın  və  cəmiyyətin  inkişafı, 

ə

halinin artması, yaşayış səviyyəsi, onların təbii mühitə göstərdiyi təsir dairəsində formalaşır və 

hərəkət edir.  stehsalın ərazi təşkili təbii resurslara əsaslanan sənaye müəssisələrinin inkişafına, 

təbiətə və onun sərvətlərinə təsir edir.  stehsal olunan təbii sərvətlərin çox hissəsi istifadə zamanı 

müxtəlif  tullantı  halında  yenidən  onun  özünə  qaytarılır  ki,  bu  da  təbiətin  saflığına  mənfi  təsir 

edir.  Cəmiyyətin  inkişafı  ilə  coğrafi  mühit  arasındakı  əlaqə  əhalinin  sayı,təkrar  istehsalı, 




 

38 


miqrasiyası, əmək ehtiyatlarından istifadə səviyyəsi, şəhər və kənd əhalisinin miqdarı, istehsal-

emal-daşınma-istehlak 

ə

laqələrinin 



təkmilləşməsi, 

coğrafi 


rayonların 

məskunlaşma 

səviyyəsindən  çox  asılıdır.  Cəmiyyətin  coğrafi  mühitə  təsiri,  təbii  resurslardan  istifadə,  onların 

mühafizəsi mürəkkəb və çoxcəhətlidir.  

Sosial-iqtisadi  amillər  içərisində  demoqrafik  siyasıtin,  urbanizasiya  səviyyəsinin  təsiri 

böyükdür.  Ümumiyyətlə  demoqrafik  proses  və  ya  əhali  artımı  üç  amillə  səciyyələnir.  1.Bioloji 

amil, 2.Demoqrafik amil, 3.Sosial-iqtisadi,mədəni və psixoloji amil.

 

XX  əsrin  ortalarından  ETT-nin  sürətlənməsi  məhsuldar  qüvvələrin  inkişafına,  insanların 

ə

mək  fəaliyyətinin  genişlənməsinə  müsbət  təsir  göstərmişdir.  Təbiətə  təsiri 



qüvvətləndirən  elm-texniki  tərəqqi  təbiəti  mühafizə  problemini  yaratmış,  biosferdə 

bərqərar olmuş qarşılıqlı ekoloji inkişaf və əlaqələr pozulmuşdur. 

qtisadiyyatın  inkişaf  səviyyəsi  ılə  ekoloci  sistemlərin  qarşılıqlı  əlaqəsi  ətraf  mühitin 

vəziyyətindən daha çox asılıdır. Hazırda  ekoloci-iqtisadi, sosial-iqtisadi, iqtisadi-demoqrafik və 

başqa əlaqələr «təbiət-jəmiyyət-insan» sistemində daha da  kəskinləşmişdir. Ölkənin iqtisadi və 

sosial  inkişaf  planı  sosial-iqtisadi    və  ekoloci-iqtisadi  problemlərin  kompleks  həlli  yolu  ilə 

müəyyən  edilir. Sosial-iqtisadi sistemlərdə ətraf mühitin keyfiyyətindən  aşağıdakılar  asılıdır: 

—  əhalinin    real  gəlirlərinin    artımı,  gəlirlərin    quruluşunun  təkmilləşdirilməsi,  bölünməsi, 

differensasiyası  və  gəlirlərin  nisbəti,  həmçinin  tələbatın  tək-tək  və  ijtimai  formalar  nisbətində 

təminatı; 

— əhalinin ərzaq məhsulları ilə təminatı məsələsinin həlli; 

— mənzil probleminin həlli; 

— təhsilin inkişafı; 

— əhalinin sağlamlığının mühafizəsi, tibbi yardımın təkmilləşdirilməsi, əhalinin  istirahətinin 

təşkili. 

 

38. Təbii sosial-ekoloji problemlər və onlarla mübarizə formaları 

 

Hazırda  ölkənin  sosial-iqtisadi  inkişafının  möhkəmləndirilməsi,  ekoloji  potensialdan 

istifadənin vəziyyətinin yaxşılaşması təbiətlən istifadənin ekoloji-iqtisadi sistemlərinin son nəti

-

cəsi kimi müəyyənləşməyib. Təbiətdən istifadənin effektliliyinin yüksəldilməsinin praktiki həlli 



ekolojit-iqtisadi  sistemlərdə  müxtəlif  qarşılıqlı  əlaqələrin  birliyinin  nəzərdə  tutulmasından 

ibarətdir. 

Respublikamızda və dünya ölkələrində sistemli-statistik tədqiqatların keçirilməsi göstərir ki, 

iqtisadiyyatın  səviyyəsi  və  ekoloji  sistemlərin  vəziyyəti  hazırda  və  gələcəkdə  də  bir-biri  ilə 

qarşılıqlı  əlaqədardır.  Həmin  qarşılıqlı  əlaqənin  möhkəmliyi  dünyanın  ayrı-ayrı  regionlarında 

ə

traf mühitin vəziyyətinə antropogen mənfi təsirlər nəticəsində pisləşmələrin və gərginləşmələrin 



getdikcə  artmasından  asılıdır.  Belə  qarşılıqlı  təsir  yaxın  zamanlarda  lokal  xarakter  daşıyırdısa 

hazırda  təsərüfat  fəaliyyətinin  genişlənməsi  nəticəsində  regional  və  qlobal  dəyişkənliyə  səbəb 

olmuşdur. 

Sosial-iqtisadi  və  sosial-demoqrafik  məsələlərin  həlli  resursların  təkrar  istehsalının 

səmərəliliyindən  daha  çox  asılıdır.  Resursların  təkrar  istehsalı  ekoloji  sistemlərin  inkişafının 

müxtəlif  kəmiyyət və keyfiyyət səviyyəsindəki dövrü və təkrar olunan proseslərin məcmusudur. 

Sosial-iqtisadi  və  iqtisadi-demoqrafik  proseslər  elmi  proqramlaşmaya  və  optimal 

planlaşmaya  çətin  uyğun  gəlir.  Ona  görə  də  sosial-iqtisadi  və  iqtisadi-demoqrafik  əlaqələrin 

müəyyən  olunmasında  sərvətlərin  məhdudluğu,  onların  əhəmiyyəti  ətraf    mühitin  vəziyyətinin 

dəyişməyi yolu  ilə müəyyən olunmalıdır. 

Qlobal ekoloji krizislərin artması şəraitində ekoloji təhlükəsizlik problemi ön plana keçir. Hər 

12-13  ildən  bir  təbii  mühitə  antropogen  təzyiqin  həcmi  ikiqat  artır.  Ona  görə  də  həmin 

hadisələrin    aradan    qaldırılması    üçün  ekoloji-iqtisadi  me-xanizmlərin  yenidən  hazırlanması 

tələb olunur. 

Ekoloji təhlükəsizlik iqtisadi təhlükəsizliyin tərkib hissəsi hesab olunur.  qtisadi təhlükəsizlik 

milli iqtisadiyyatda təkrar istehsalın genişlənməsi, istehsalın əsas faktorlarının 

– əmək, kapital və 



Yüklə 480,9 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə