Microsoft Word etraf muhit cavab az doc



Yüklə 480,9 Kb.
Pdf görüntüsü
səhifə19/20
tarix26.10.2017
ölçüsü480,9 Kb.
#6598
1   ...   12   13   14   15   16   17   18   19   20

 

41 


Hal-hazırda,  keçid  iqtisadiyyatına  malik  olan  ölkələrdə  baş  verən  dövlətsizləşdirmə  və 

özəlləşdirmə  prosesləri  ekoloji  sahibkarlıq  sahəsinin  formalaşmasına  imkan  verir.  Mərkəz-

ləşdirilmiş  iqtisadiyyat  şəraitində  təbiətdən  istifadə  məhsullarına  olan  “rentasız”  qiymətlərin 

hökmran olduğu şəraitdə resurslara qənaət edilməsi sərfəli olmadığı kimi, iri dövlət müəssisələri 

tərəfindən təmizləyici qurğuların, ekoloji texnika və texnologiyanın kiçik həcmlərdə istehsalı da 

sərfəli  deyildi.  Təbiəti  mühafizəyə  dair  planların  icra  olunmaması,  təbiəti  mühafizə  məqsədləri 

üçün  ayrılmış  kapital  yatırımlarının  xərclənməməsi  təbiəti  mühafizə  avadanlıqlarının  sifariş 

edilməsinin  mümkün  olmaması  ilə  izah  edilirdi,  çünki  mərkəzləşdirilmiş  iqtisadiyyatda  onun 

istehsalı “küncə sıxılmışdı”. 

Nəzarət-ölçü  cihazlarının  xırda  istehsalçıları  da  ekoloji  biznesin  nümayəndələrinə 

çevrildilər. Suların təmizlənməsi, balıqçılıq və meşə bərpası sahələrində yaradılan kooperativləri 

və kiçik müəssisələri də ekoloji sahibkarlığa aid etmək olar. 

qtisadi cəhətdən inkişaf etmiş ölkələrdə ekoloji yönümlü məhsullar həm sənaye təyinatlı 

(təmizləyici qurğular, ekoloji texnika və ekoloji texnologiyalar, yeni materiallar, nəzarət-ölçü 

cihazları və s.) malların istehsalında, həm də istehlak mallarının (qida məhsullarından tutmuş 

təhlükəsiz məişət cihazlarınadək) istehsalında öz möhkəm mövqelərini qoruyub saxlayır.  Belə 

məhsulların istehsalı çoxsəviyyəli və kifayət qədər gəlirlidir, bununla yanaşı, şirkətlər bununla 

özlərini reklam edirlər və bazarda nüfuz qazanırlar. Ekoloji sahibkarlığın əhəmiyyətli xüsusiyyəti 

o idi ki, kiçik və orta sahibkarlığın potensialından istifadə etməklə o ekoloji vəziyyətin 

stabilləşdirilməsinin əlavə büdcə ayırmaları tələb etməyən səmərəli yoludur. Lakin dövlət, bir 

tərəfdən, ekoloji biznesin inkişafını dəstəkləyir, digər tərəfdən, bütün cəmiyyətin maraqları 

naminə sahibkarlıq fəaliyyətinin qanunvericilik qaydasında tənzimlənməsini təmin etməlidir. 

MDB ölkələrində bazar münasibətlərin hələ indi formalaşdığı bir şəraitdə ekoloji sahibkarlıq öz 

yolunun başlanğıcındadır.Təbiəti mühafizə fəaliyyətində sahibkarlıq aktivliyinin inkişafı ekoloji 

normativlərin və ətraf mühitin çirkləndirilməsi üzərində nəzarətin gücləndirilməsinə imkan 

verir.Ekoloji xidmətlərin bütün növlərinin pullu əsaslarla həyata keçirildiyi mal və xidmətlərin 

dünya bazarında bir neçə müstəqil sahə formalaşmışdır. Belə əsas sahələr bunlardır: ekoloji 

texnikanın, ətraf mühitin vəziyyətinə nəzarət üzrə cihazların istehsalı və satışı, resursqoruyucu 

texnologiyaların və təmizləyici qurğuların yaradılması resurslardan təkrar istifadə və ekoloji 

təkrar istehsal, ekoloji tərbiyə və təhsil, digər ekoloji xidmətlərin göstərilməsi. 



 

43. Ekoloji marketinq (ekoloji bazar) ümumi təsərrüfat və əmtəə 

bazar statistikası 

 

Təbii resurs bazarları artıq uzun müddətdirki mövcuddur. Xammal birjalarının bütün dünya 

üzrə səpələnmə tarixi bir neçə onillik tarixə malikdir. Hazırda xammal bazarlarının həcmi nəzərə 

çarpacaq  dərəcədə  artmışdır.  Bu  artım  sənaye  tullantılarının  yenidən  emalı  texnologiyalarının, 

resursqoruyucu  texnologiyaların,  təbiətin  bərpası  üzrə  elmi-tətbiqi  işləmələrin  və  s.  yeni 

mübadilə sahələrinin yaranması hesabına baş verir. 

Bütün  məhsulların  xammal  və  enerji  resurslarının,  həmçinin  təbiətdən  istifadə  fəaliyyəti 

çərçivəsində  qeyri-material  aktivliyinin  dəyişmə  sahəsinin  məcmuu  “ekoloji  bazar”  adlandırıla 

bilər.  Əgər  ekoloji  bazar  kimi  bir  hal  mövcuddursa  deməli  ekoloji  marketinq  haqda  fikir 

söyləmək olar. 

Ekoloji  marketinq  ekoloji  bazarın  konyukturasının  öyrənilməsinə  əsaslandırılmış  şəkildə 

yönəldilmiş idarəetmə növü kimi öz təyinatını tapır. 

Ekoloji  bazarın  konyukturası  dedikdə  bazarın  mövcud  vəziyyətini  və  gələcək  inkişaf 

imkanlarını müəyyən edən faktların və şəraitin məcmusu başa düşülür. 

Konyukturanı  iki  hissəyə  ayırırlar: 

–  ümumi  təsərrüfat  və  əmtəə  bazarı  konyukturası. 

Ümumtəsərrüfat konyukturası ekoloji bazarın vəziyyətini tam xarakterizə edir (tələbat və təklif

-

lərin  birgə  səviyyəsi).  Əmtəə  bazarı  konyukturası  isə  ayrı-ayrı  məhsullara  olan  mövcud  tələbat 



və təklifləri əks etdirir. 


 

42 


Bazar  konyukturası  haqda  tədqiqat  apararkən  ilk  növbədə  həmin  bazarda  həlləedici  rol 

oynayan istehsalçıları, məhsulları və istehlakçıları müəyyən etmək lazımdır. 

stehsal və istehlak sahələri üzrə aparılan statistiki analiz aşağıdakıların öyrənilməsinə imkan 

verir: 


— Bazarda baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərini aydınlaşdırmaq; 

— Ayrı-ayrı firmalar və malların bazarda rəqabət vəziyyətini müəyyən etmək; 

— Ekoloji bazarın vəziyyətindən bu və ya digər firmanın asılılıq dərəcəsini müəyyən etmək. 

Bazar üzrə aparılan tədqiqatlar əsasən bu və ya digər məhsula olan tələbat və təklifləri əhatə 

edir. 

Müasir dövrdə bazar konyukturasının öyrənilməsi əsasən 3 səviyyədə aparılır: ümumiqtisadi, 



sahələr üzrə və əmtəə üzrə; 

Bazarın konyukturasının öyrənilməsinə kompleks yanaşmaya aiddir: 

— Bir-birini tamamlayan müxtəlif informasiyalardan istifadə; 

—  Bazar  konyukturasını  xarakterizə  edən  proqnoz  göstəricilərinin  retrospektiv  analizini 

aparmaq; 

— Müxtəlif proqnoz və analiz metodlarından birgə istifadə etmək. 



 

44. Ekoloji marketinqdə informasiya mənbələri və proqnozlaşdırma 

metodları 

 

Bazar konyukturasının öyrənilməsinin vacib məsələsi informasiya toplanmasıdır. Bazar üzrə 

tədqiqatlar  aparılarkən  müxtəlif  mənbələrdən  alınan  3  informasiya  növündən  istifadə  edilir: 

— 

Ümumi, kommersiya və xüsusi informasiyalar. 



Ümumi  informasiya  sahənin  və  ya  mövcud  istehsalatın  inkişafını  nəzərə  alaraq  bazar 

vəziyyətini  özündə  əks  etdirir.  Bu  məlumatların  alınma  mənbələrini  dövlət  və  sahə  statistik 

göstəriciləri, həmçinin uçot və hesabatın rəsmi formaları təşkil edir. 

Kommersiya  informasiyası  müəssisənin  satış  üzrə  işçi  sənədləri,  həmçinin  həmkar 

müəssisələrlə aparılan informasiya mübadiləsindən əldə olunan  göstəricilərdir. 



Xüsusi  informasiya  bazarın  öyrənilməsi  üzrə  xüsusi  tədbirlərin  nəticələrindən  alınan 

məlumatlardır.  Buraya  ekspert  və  alıcıların  sorğusu,  sərgi-satış  və  konyuktur  iclasların  keçiril

-

məsi aiddir. 



Hal-hazırda  bazar  konyukturasının  inkişafını  proqnozlaşdıran  çoxsaylı  metodlardan  istifadə 

olunur.  Bunlardan  ekstrapolyasiya,  ekspert  qiymətləndirmə,  iqtisadi-riyazi  modelləşdirmə, 

balans və s. metodlardan geniş istifadə olunur. 

Ekstrapolyasiya  cari  və  keçmiş  dövrdə  baş  vermiş  iqtisadi  hadisələrin  inkişafının 

qanunauyğunluqlarının  analizi  və  bu  qanunauyğunluqların  gələcəkdə  yayılmasının 

proqnozlaşdırılmasına əsaslanır. 

Ekspert qiymətləndirmə yüksək ixtisaslı ekspertlərin təcrübə, bilik və intiusiyasına söykənir. 

Bu metod iqtisadi proqnozların işlənməsində tətbiq edilir. 

qtisadi riyazi modelləşdirmə metodu ən çox rast gəlinən riyazi məsələlərin həlli üçün riyazi 

modellərin istifadəsinə əsaslanır. 

Balans  metodu  bir  neçə  üzvü  mənşəli  xammal  bazarının  vəziyyətinin  proqnozunda  istifadə 

olunur.  Bu  metodun  məğzi  hazırkı  tələb  və  təklifə  əsasən  növbəti  il  üçün  istehsal  və  istehlak 

həcminin balansının tərtib edilməsindən ibarətdir. 

Bazar konyukturasının inkişafının proqnozlaşdırılması üçün evristika metodundanda istifadə 

olunur. Bu metod informasiya qıtlığı zamanı istifadə olunur. Bu metodun məğzi qabaqcadan fikir 

yönəldilməsinə əsaslanır.



 

 

 



45. Ekoloji marketinqdə əsas seqmentlər və onların funksiyaları 


Yüklə 480,9 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə