Microsoft Word etraf muhit cavab az doc



Yüklə 480,9 Kb.
Pdf görüntüsü
səhifə2/20
tarix26.10.2017
ölçüsü480,9 Kb.
#6598
1   2   3   4   5   6   7   8   9   ...   20

 

2.dövlət  tənzimləmə,  proqnozlaşdırma  sisteminin  formalaşması  və  təbiəti 



mühafizə tədbirlərinə nəzarət 

3.bazar münasibətləri şəraitində ƏM-dən istifadənin təsərrüfat mexanizminin 

tədqiqi və elmi əsaslandırılması 

4.təbiətdən  istifadənin    idarə  edilməsinin  təşkilatı  məsələlərinin 

təkmilləşdirilməsi 

5.ƏMM-nin iqtisadi mexanizminin işlənilməsi və effektli təbiətdən istifadədə 

bazar vasitələrinin tədbiqi 

6.istehsal obyektlərində təbiəti mühafizə fəaliyyətinin iqtisadi gösəricilərində 

metodiki yanaşmanın və ətraf mühitə təsiri vəziyyətinin nəzəri əsaslandırılması 

7.ətraf  mühitə  təsir  edən  zərərli  təsirlərin  azaldılması,  təbii  resurslardan 

istifadənin effektivliyinin yüksəldilməsi, məhsulun kompleks emalı, təkrar istehsalı 

və s. üçün metodların seçilməsi. 

5. Ətraf mühitin iqtisadiyyatı fənninin tədqiqat metodları və tənzimləmə 

mexanizmləri. 

Ə

M  fənni aşağıdakı metodlardan istifadə edir: 



1.Dialektiv metod. Bu metod ekoloji və iqtisadi proseslerin tədqiqatını vahid 

müstəvidə  öyrənməyi  təklif  edir.  Metodun  əsas  xüsusiyyəti  təcrübə  ilə 

nəzəriyyənin vəhdətindən ibarətdir. 

2.Tarixi  metod.  Bu  münasibətlərin  tarixinin  öyrənilməsi  ekoloji-iqtisadi 

sistemin həm müasir vəziyyətinin, həm də gələcək inkişafının elmi əsaslandırılmış 

proqnozunun müəyyənləşdirilməsi üçün əhəmiyyətlidir. 

3.Sistemli yanaşma. Bu ƏM öyrənilməsində sistemli yanaşma təbii resursların 

mənimsənilməsi  və  istehlakı,  ətraf  təbii  mühitin  mühafizəsi  və  ya  bərpası 

istiqamətində mürəkkəb prosesləri tədqiq edir. 

4.Normativ  metod.  Burada  ekoloji  normativlər:  T H,  KBH  və  s. 

müəyyənləşdirilir. 

5. qtisadi-riyazi  modelləşdirmə-i  təbiətdən  istifadədə  xərclərin  sərfinin 

hesablanması,  təbii  resursların  iqtisadi  qiymətləndirilməsi,  təbii  mühitin 



 

çirklənməsindən dəyən iqtisadi zərər və digər ekoloji-iqtisadi parametrlərin müəyyən 



edilməsində istifadə olunur. 

6.Kartoqrafik  metod.  Bu  metodla  təbii  resursların  qiymətləndirilməsi, 

regionlarda  təbii  hadisələrin  proqnozunun  verilməsi,  təhlükəli  hadisələrin 

qarşısının alınması üçün təbiəti mühafizə tədbirləri və istehlakı qiymətləndirilir. 

7.Kosmik  tədqiqatlar  metodu.  Yerin  süni  peykləri,  kosmik  stansiyalar  və 

yerləşdirilmiş  avadanlıqlar  vasitəsilə  aparılmış  kosmik  çəkilişlərdə  yer  haqqında 

daha geniş məlumatlar, qlobal təbii proseslərin izlənməsi həyata keçirilir. 

6.  Cəmiyyətlə  təbiətin  qarşılıqlı  əlaqəsi,  tarixi  və  onun  başlıca 



xüsusiyyətləri. 

Insan və təbiətin əlaqəsi tarixi 3 mərhələyə bölünür. 

 B i r i n c i   m ə r h ə l ə  – insan və təbiətin qarşılıqlı münasibətinin tarixi, 



alimlərin adlandırdığı kimi 3 mln-dan çox yaşı olan qədim daş  əsri və ya paleolit 

dövrüdür.  

   k i n c i   m ə r h ə l ə −−−− yeni daş əsri (neolit), tarixi şərti olaraq 10 min ilə 



qədər  bundan  əvvələ  qeyd  olunur  ki,    bu  zaman  əkinçilik,  heyvandarlıq 

təsərrüfatları yaranmış, təsərrüfat formalarına keçilmiş, poleolit ənənələrini istehsal 

iqtisadiyyatı əvəz etmişdir. Bu keçiddə insanın qidası üçün mənbə olan təbii faktor 

ə

sas  rol  oynamışdır:  təbii  şərait  pisləşmiş,  ovçuluğun  məhsuldarlığı  azalmışdır. 



stehsal fəaliyyətin inkişafı insanın təbiətə təsirini gücləndirmişdir. Həmin dövrdə 

meşələr intensiv  qırılmış,  müxtəlif  irriqasiya  sistemləri,  kanallar  və  s. tikilmişdir. 

Artıq  yaşayış  məntəqələri,  sonra  şəhərlər,  ticarət  mərkəzləri  və  manufakturalar 

yaranmağa başladı. Təbii landşaft yeni mənzərə almağa başladı. Bununla belə bir 

çox minilliklər ərzində cəmiyyətin təbiətə qarşılıqlı təsiri təbii şəraitin xüsusiyyət-

lərindən asılı olan kənd təsərrüfatı  fəaliyyəti ilə bağlı oldu. 

 Ü ç ü n c ü  m ə r h ə l ə – bu dövr XVIII-XIX əsrlərdə sənayedə baş verən 



inqilablarla emalatxana istehsallarından sənaye istehsalına, əl əməyindən maşınlara 

keçidi birləşdirir. Bu, cəmiyyətə möhtəşəm məhsuldar qüvvələri yaratmağı öyrətdi. 

Təbiətdə  insanların  təsərrüfat  fəaliyyətləri  nəticəsində  dəyişikliklər  baş  verirdisə, 

bu  ancaq  lokal  xarakter  daşıyırdı.  Lakin  sənayedə  baş  vermiş  inqilab  istehsalın 




 

artım  tempini  siçrayışla  yüksəltmiş,  yeni  xammal  və  enerji  mənbələri  təsərrüfata 



cəlb edilmiş, cəmiyyətin təbiətə təsiri xeyli artmışdı. 

7.  Məhsuldar  qüvvələrin  inkişafı  və  onların  təbii  mühitə  təsirinin 



tənzimlənməsi qanunauyğunluğu. 

Ekologiyanın prinsip və qanunauyğunluqları: 

 

 



  sosial-ekoloji tarazlıq qanunu (mühitə edilən həm təbii, həm də süni təzyiq 

ilə mühitin bərpası arasında tarazlığın qorunması; 

  inkişafın  mədəni  idarə  olunması  prinsipi  (ekoloji  məhdudiyyətlər  nəzərə 



alınmaqla, ekstensiv inkişafa məhdudiyyətlərinin qoyulması); 

  sosial-iqtisadi  əvəzləmənin  qaydaları  (cəmiyyətin  tələbatının  əvəz  oluna 



bilən yollarının müəyyən edilməsinin vacibliyi); 

  sosial-ekoloji  bərpa  edilməzlik  qanunu  −−−−  (təkamil  hərəkətinin  geri 



dönməsinin mümkünsüzlüyü, mürəkkəbdən daha sadə formaya doğru hərəkət). 

  Vernadskinin  noosfer  qanunu  (noosferdə  −−−−  geosferdə  insan  şüuru  və 



ə

məyinin  təsiri  ilə  biosferin  dəyişdirilməsi  qaçılmazdır,  burada  «insan-təbiət» 

sisteminin inkişafında idrak həlledici rol oynayır. 

 

V. .Vernadski  qeyd  etmişdir  ki,  insan  fəaliyyətinin  intensiv  inkişafı, 

ümumilikdə  güclü  geoloji  qüvvəyə  çevrilmişdir.  Bu,  biosfer  keyfiyyətinin  yeni 

səviyyəyə  keçməsinə  şərait  yaratmışdır.  Nəticədə  planetdə  yaşamış  canlı 

orqanizmlərin bioloji müxtəliflik məskunları pozulmuşdur. 

Bu dialektik ziddiyyət insan fəaliyyətinin təsirindən dağılmağa məruz qalmış 

ə

traf mühitin və onun əsasında istehsalın səmərəliliyinə, iqtisadi inkişafın sürətinin 



artmasına mane ola bilər.  

Bununla    yanaşı  insan  bioloji  varlıq  olaraq  öz  həyat  fəaliyyətində  ətraf 

mühitdə  maddələr  mübadiləsini  mütamadi  olaraq  aparmadan  yaşaya  bilməz.  Ona 

görə  də  cəmiyyət  təbiətin  bir  hissəsi  kimi,  onun  qanunları  əsasında  istehsal  fəa-

liyyətini inkişaf etdirməlidir. 



Yüklə 480,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə