Microsoft Word etraf muhit cavab az doc



Yüklə 480,9 Kb.
Pdf görüntüsü
səhifə5/20
tarix26.10.2017
ölçüsü480,9 Kb.
#6598
1   2   3   4   5   6   7   8   9   ...   20

 

13 


b)

  kənd təsərrüfatı əhəmiyyətli −−−−  torpaq, suvarma üçün su, iqlim resursları və 

s.; 

c)

  tikinti əhəmiyyətli – mineral tikinti materialları, su, oduncaq və s. 



Xidmət sahələri resursları da öz növbəsində, aşağıdakı qruplara bölünür

a)

  birbaşa istehlak olunan (içməli su, yabanı bitkilər, ov heyvanları və s.); 



b)

  dolayısı  ilə  istifadə  olunan  (istirahət  və  müalicə  üçün  iqlim  resursları, 

rekreasiya və idman məqsədilə su hövzələri, meşələr, estetik landşaft resursları və 

s.). 


Resursların təsnifatında təsərrüfat üçün digər mühüm   göstəricilərindən biri, 

onların  bir  və  ya  çoxməqsədli  istifadəsidir.  Resursların  birməqsədli  istifadəsinə, 

mineral-xammal,  yanacaq-enerji  ehtiyatları  aiddir,  çünki  onlardan  konkret  növ 

sənaye  xammalı, yanacaq, istilik və elektrik enerjisi alınır; resursların çoxməqsədli 

istifadəsinə  isə  −



−  torpaq,  meşə,  su  resursları  aid  edilir,  çünki  onlardan  istifadə 

vasitəsi  və  istiqaməti  müxtəlifdir.  Elmi-texniki  inkşafın  nəaliyyətlərinin 

genişlənməsi  təbii  resursların  istifadəsinin  çoxməqsədli,  kompleks  istiqamətini 

genişləndirmişdir. 

Bazar  münasibətlərinin  formalaşması  şəraitində  təbii  resursların  təsnifatı, 

həmçinin ticarət predmeti kimi əhəmiyyət kəsb edir –bölünür: 

  strateji əhəmiyyətli resurslar – onların  ticarəti dövlətin bazar təsnifatı adı 



ilə müvafiq olaraq aşağıdakı qruplara  təhlükəsizlik maraqlarına uyğun olduğundan 

ciddi    məhdudiyyətlə  aparılmalıdır  (məsələn,  uran  filizi  və  digər  təbii  radioaktiv 

komponentlər); 

  ixrac əhəmiyyətli resurslar −−−− əsas  valyuta  gəlirini təmin edir (Rusiyada 



neft, meşə materialı, qızıl, almaz, Belarusda kalium duzu və s.) 

  daxili bazar resursları −−−−  daha geniş yayılmış resurslardır (məsələn, mineral 



tikinti xammalları və s.). 

  Müxtəlif  təsnifatlardan  istifadə,  resursların  qrup  şəklində  formalşmasının 

qanunauyğunluqlarını,  onların  genetik  xüsusiyyətlərini,  təsərrüfatda  istifadə 

imkanlarını müəyyənləşdirməyə, eləcə də təbii-resurs potensialının öyrənilməsinin 

vəziyyəti  barədə  nəticə    çıxarmağa,  onlardan  səmərəli  istifadə  olunması  və 

mühafizə edilməsinin istiqamətlərini təyin etməyə şərait yaradır 

Təbii-resurs  potensialı  dedikdə,  regionun  təbii  resurslarının    məcmuu  başa 

düşülür  ki,  o  da  elmi-texniki  tendensiyalar  nəzərə  alınmaqla  təsərrüfatda  istifadə 

olunur    və  ya  oluna  bilər.  Təbii-resurs    potensialının  böyüklüyü  ayrı-ayrı  təbii 

resurs    potensiallarının  cəmidir  (mineral,  su,  meşə,  torpaq  və  s.)  və  bir  çox 

amillərdən  asılıdır.  Bunlardan  ən  başlıcası  regionda    mövud  olan təbii resursların 

miqdarı (istehsal  prosesinə cəlb olunmuş və istifadə  edilə bilən təbii resurslar nə 

qədər  çox  olarsa,  deməli  təbii-resurs  potensialı  bir  o  qədər  çoxdur),  onların 

kəmiyyət  və  keyfiyyət  səciyyəsi  (ehtiyatların  çoxluğu,  faydalı  tərkibi,  suxurların 

möhkəmliyi  və  s.),  təbii  resursların  hər  hansı  növündən  kompleks  istifadənin  

mümkünlüyüdür. 

13. Su ehtiyatları, onlardan səmərəli istifadə və mühafizə yolları. 

Su resursları. Su coğrafi təbəqədə ən geniş yayılmış komponent olsa da, 

onun  cəmi  3%-i  (daha  dəqiq  2,53%)  içmək  üçün  yararlı  şirin  sudur.  Şirin  su 

ehtiyatının  əksər  hissəsi  istifadə  üçün  əlçatmaz  buzlaqlardadır  (Antarktida, 



 

14 


Qrenlandiya).  Çaylarda  toplanan  içməli  su  qeyri-bərabət  paylanmışdır.  Əhalinin 

daha  çox    məskunlaşdığı  kənd  təsərrüfatı  və  sənaye  bölgələrində  şirin  su 

ehtiyatının  40%-dən  azı  yerləşir.  Qurunun  1/3-ni  tutan  arid  zonalar  içməli  sudan 

daha  çox  korluq  çəkirlər.  Soyuq  şimal  və  rütubətli  ekvatorial  ərazilərdə  isə  su 

istifadə  olunmadan  okeana  axır.Hesablamalara  görə  yer  kürəsinin  ümumi  su 

ehtiyatı  1386  mln.  km

3

-dir.  Şirin  səth  sularının  həcmi  35  mln.  km



3

  həcmində 

qiymətləndirilir.  Hazırda  dünyanın  bir  çox  ölkələrində,  xüsusilə  iqtisadi  cəhətdən 

inkişaf  etmiş  ölkələrdə  su  ilə  təmin  olunmada  kəskin  və  mühüm  sosial-iqtisadi 

problemlər vardır. Indi əsrin əvvəlinə nisbətən sənaye və kənd təsərrüfatında daha 

çox  su  işlədilir.  Suyun  tükənməyən  sərvətlərə  aid  edilməsinə  baxmayaraq  o, 

dünyada  qeyri-bərabər  paylanmışdır.Istehlakçının  suya  təlabatının  göstəricilərini 

də müəyyənləşdirmək çox vacib məsələdir. Dünyada suyun əsas istehlakçısı kənd 

təsərrüfatı olmuş və yenə də qalmaqdadır (70%). Ikinci yeri sənaye (20%), üçüncü 

yeri məişət təsərrüfatı (10%) tutur. 

Təbii suların  əsas çirkləndirici göstəriciləri aşağıdakılardır: 

-

 Oksigenin  biokimyəvi    sərfi  göstəricisi.  Göstərici  çox  olduqda  



çirkləndirici maddələr də daha çox olur və suyun  keyfiyyəti bir o qədər pisləşir. 

-

 Suda mikroorqanizmlərin olması. Onun göstəricisi bağırsaq bakteriyaları 



(kalititr) miqdarıdır. 

-

 Suda  ammonyakın,  nitratların  ,  nitritlərin,  neft  və  neft  məhsullarının, 



fenolun, sintetik səthi-aktiv maddələrin, ağır metalların miqdarı və s. 

Rio-de-Janeyrada  (iyun,  1991)  BMT-nin  konfransında  əhalinin  keyfiyyətli  içməli 

su  ilə  təmin  olunması  problemi  bəşəriyyətin  dayanıqlı  inkişaf  strategiyasında 

hakim  mövqe  təyin  olundu.  Təbiətin  mühafizəsi  strategiyasında  qeyd  edilir  ki, 

planetar  miqyasda  bəşəriyyətin  sağlamlığı  istifadə  olunan  şirin  suyun 

keyfiyyətindən asılıdır. 

Su problemin həlli yolları: 

-

  sudan  qənaətlə  istifadə,  çirkab  (işlənmiş)  suların  su  hövzələrinə 



axıdılmasının qarşısının alınması; 


Yüklə 480,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə