Microsoft Word etraf muhit cavab az doc



Yüklə 480,9 Kb.
Pdf görüntüsü
səhifə4/20
tarix26.10.2017
ölçüsü480,9 Kb.
#6598
1   2   3   4   5   6   7   8   9   ...   20

 

10 


gəlir.  Neqativ  ekoloji  nəticələr  çox  vaxt  maddi  istehsal  sahələri  və  sahələrarası 

komplekslərin fəaliyyətində özünü göstərir. 



Energetika 



 ətraf mühitə çoxamilli təsirlər göstərir −



 atmosferə qaz şəklində 

tullantılar, su hövzələrinə çirkli sular axıdılır, sudan böyük həcmdə istifadə olunur, 

landşaftda dəyişikliklər  yaranır, neqativ qeoloji proseslər inkişaf edir. Su-elektrik 

stansiyaları də təbiətə müəyyən qədər bərpa olunmayan ziyanlar vurur, belə ki, inşa 

olunan su anbarlarının altında xeyli torpaq sahələri, yaşayış məntəqələri, məhsuldar 

ə

kin sahələri, otlaqlar və meşə zonaları qalır. Çöl zonasında su anbarlarının yara-



dılması torpaqların bataqlıqlaşması, torpaq fondunun itirilməsi, sahil yamaclarının 

dağılması və s. hadisələrli ilə nəticələnir. 



Neft və neft emalı sənayesi 



 hər şeydən əvvəl hava hövzəsinə əsaslı sürətdə 

mənfi  təsir  göstərir.  Neft  emalından  hava  hövzəsinə  karbohidrogen,  kükürd 

dioksid,  karbon  oksidi  və  azot  atılır.  Neft  emalı  sənayesi  mərkəzlərində  əsas 

fondların  çox  işlədilməsi,  köhnəlmiş  texnologiyadan  istifadə  olunması  havanın 

çirklənməsini artırır, istehsal tullantılarının azaldılmasına mane olur. 

Neft  hasilatı  rayonlarında  neqativ  ekoloji  vəziyyət  yer  səthinin  çokməsini 

artırır  və  nəticədə  böyük  həcmdə  neftin  çıxarılmasında  laylararası  təzyiqin 

azalması  müşahidə  olunur  (Bakı  və  Qərbi  Sibirin  bir  neçə  neft  mədənləri  kimi). 

Ə

traf mühitə axıdılmış neft və borularda qəzalar nəticəsində minerallaşmış çirkab 



sular vasitəsilə ciddi ziyan dəyir 

Qaz  sənayəsindən  –  atmosferə  karbon  oksidi    (bütün  sahələrdən  atılan 

tullantılarnın  28%-i),  karbon  (24%),  uçan  üzvü  birləşmələr  (19%),  azot  oksidi 

(6%),    kükürd  dioksid  (5%)  atılır.  Daimi  donuşluq  zonalarında  qaz  hasilatı  təbii 

landşaftın  dağılması  ilə  yanaşı  kriogen  prosesləri  −



  termokarstı,  qabarmanı  və 



soliflyuksiyanı yaradır. Neft və qaz hasilatı sahələri təbii-resurs potensialını üzvü 

mineral xammalların azalması nəticəsində məhdudlaşdıran əsas amillərdən biridir. 



Kömür  sənaye  müəssisələrinin  fəaliyyəti,  böyük  həcmli  suxurların 

yerdəyişməsi,    geniş  ərazilərdə  səth,  qrunt  və  yeraltı  suların  rejiminin  dəyişməsi, 

torpağın strukturunun və məhsuldarlığının pozulması, kimyəvi proseslərin aktivləş-

məsi,  nəhayət,  mikroiqlimin  dəyişilməsinə  şərait  yaradır.Praktik  olaraq  mədən 




 

11 


işləri  torpaq  resurslarının,  o  cümlədən  əkilən  torpaqların,  meşə  sahələrinin 

itirilməsinə səbəb olur. 



Qara metallurgiya şəhərlərin hava hövzəsini karbon oksidi (67,5 %), bərk 

tullantılar  (15,5%),  kükürd  anhidridi  (10%-dən  çox),  azot  oksidləri  (5,5%)  ilə 

çirkləndirir.  Metallurgiya  kombinatlarının  yerləşdiyi  ərazilərdə  kükürd-karbon 

birləşmələrinin orta illik miqdarı 5 PDK, benzapiren isə 13 PDK-dan   artıq olur. 



11. Təbii şərait və təbii resurs anlayışları, onların təsnifatı. 

          Təbii    mühit  insanın  təsərrüfat  fəaliyyətinin    təbii  bazasıdır.  nsanın  bütün 

istehsal fəaliyyəti  təbiətin dəyişdirilməsi prosesi kimi təqdim olunur. Cəmiyyətin 

tələbatı nöqteyi-nəzərindən təbiət şərti olaraq iki qrupa bölünə bilər: maddi isteh-

salda və qeyri-maddi  xidmətdə bilavasitə iştirak edən (təbii resurslar) və qalanlar 

(təbii şəraitə aid olanlar). 

           Təbii  şərait  –  təbiətin  elementləri  olub,  istehsal    prosesində  bilavasitə 

istifadə olunmur, lakin insanların həyat fəaliyyətinə təsir  göstərir. Təbii şəraitdən 

ə

n  çox  asılı  olan  sahələr  kənd    təsərrüfatı,  hasilat  sənayesi,  nəqliyyatın  ayrı-ayrı 



sahələri,  rekreasiya  fəaliyyəti  və  s.-dir.  Təbii  şərait  insanların  təsərrüfat 

fəaliyyətinə ya əlverişli  (optimal temperatur rejimi, havanın rütubətliliyi və i.a.) və 

ya  neqativ  təsirlər  göstərir.  Yüksək  dağlıq  relyef,  sərt  iqlim,  daimi  donuşluq, 

bataqlıq,  səhralar  ərazilərin    təsərrüfat  öbaxımından  mənimsənilməsini 

çətinləşdirir. 

        Təbii  resurslar  –  təbiətin  varlı  və  güclü  hissəsidir  ki,  bu  da  məhsuldar 

qüvvələrin inkişaf  səviyyəsinin göstəricisi kimi  xammal və enerji bazası qismində 

həm istehlak predmeti (içməli su, yabanı bitkilər, ov heyvanları, balıq və s.), həm 

də istehsal vasitəsi  (əmək vasitəsi və  cismi) kimi çıxış edir. Resurslar,  insanların 

təbiətə  təsiri  ilə  şəxsi  istehlaka  çevrilir  ki,  bu  da  əmək  vasitəsi  adlanır.  Əmək 

vasitəsi kimi torpaq, yer, ərazi kimi çıxış edir, çünki burada  faydalı qazıntılar, təbii 

xüsusiyyət  və  enerjidaşıyıcı  olan  əmək  prosesi  baş  verir.  Əmək  vasitəsinə, 

həmçinin,    küləyin,  hündürlükdən  axan  suyun,  qabarma  və  çəkilmənin  gücü, 

kimyəvi,  biokimyəvi  reaksiyalar və  s.  aid  edilir.  Əmək  vasitələri  təbii xammallar 

olmaqla,  istehsal  prosesində  emala  tabe  olaraq  öz  formasını  dəyişir.  nsanlar 




 

12 


təbiətdə böyük miqdarda  əmək vasitələrinə  hazır vəziyyətdə rast gəlirlər (faydalı 

qazıntı yataqları, təbii meşələr, daxili su hövzələrində, dəniz və  okeanlarda balıq 

resursları və s.).  

      Təbii  resursların  maddi  tərkibi  tarixən  insan    cəmiyyətinin  biliyi  və 

məhsuldar qüvvələrin  inkişafının əldə edilmiş səviyyəsindən asılı olmuşdur. XVII 

ə

srdə insanlar  30 kimyəvi elementdən,  XIX  əsrdə 50, XX əsrin əvvəllərində isə 



artıq 60-a qədərindən istifadə etmişlər. Hal-hazırda təsərrüfata 90-dan çox kimyəvi 

elemеnt cəlb edilmişdir ki, bu da insana məlum olan maddələrin böyük hissəsidir. 

ctimai  istehsalın  ilkin    mərhələlərində  inkişaf,  əsas  etibarilə,  bioloji  resurslara 

(yabanı  bitkilərə,  əkinçiliyə,  heyvandarlığa),  sonralar  mineral  resurslara,  o  cüm-

lədən  əvvəlcə  metal  mənşəli    xammalara,  ardınca  üzvi  (kömür,  neft),  nəhayət, 

kimyəvi  (fosforit,  apatit  və  s.)  resurslara  əsaslanmışdır.  qtisadiyyatda    daha  çox 

nəzəri cəlb edən enerji mənbələri −



−  su enerjisi, o cümlədən qabarma, çəkilmələr,  

günəş,  külək,  yeraltı  sualrın  istiliyi  və    nəhayət,  nüvə  enerjisi  olmuşdur.  Təbii 

resursların  öyrənilməsində  elmi  təsnifatın  mühüm  əhəmiyyəti  vardır,  belə  ki, 

vasitələrin,  obyektlərin  və  təbii  mühitin    hadisələrinin  qruplara  bölünməsi 

funksional əhəmiyyət  göstəricisidir

12. Təbii resursların iqtisadi-maddi, xidmət və ticarət (bazar) təsnifatı. 

Təbii resursların  təsnifatı təbiətin məlum komponentlərinə əsaslanaraq  onların  

mənşəyinə (genezis) görə aparıla bilər. Bu təbii təsnifat adlanır. Xüsusiyyətlərinə 

görə təbii resurslar aşağıdakı qruplara  ayrılır: mineral resurslar (faydalı qazıntılar),  

su,  torpaq,  bioloji  resurslar  (bitki  və  heyvani  mənşəli)  və  s.  Hər  qrup  daha  kiçik 

sahələrə də  bölünə bilər. 

      Təbii resursların ehtiyatlarının məhdudiyyətlilik  problemi ilə əlaqədar, tükənən 

və bərpa olunma göstəriciləri əsasında aparılan  təsnifatın da  əhəmiyyəti böyükdür 

və  bu,  həmçinin  ekoloji  təsnifat  adlanır.  Bu  baxımdan,  resurslar  tükənməyən 

(günəş  enerjisi,  külək,  axan  sular,  yerin    daxili  istiliyi  və  s.)    və  tükənənlərə 

bölünür.  Tükənən    təbii  resurslar,  öz  növbəsində,  bərpa  olunanlara  (torpaq,  su, 

bitki, heyvan) və bərpaolunmayanlara (mineral sərvətlər) ayrılır.      Baxmayaraq 

ki,  resursların  əsas    istiqaməti  insan  cəmiyyətinin  tələbatını  ödəmək  olsa  da, 

onların  təsərrüfat  təsnifatı  (iqtisadi)  böyük  əhəmiyyət  kəsb  edir.  Onun  əsasında 

xalq  təsərrüfatının  müxtəlif  sahələrində  resurslardan  artıqlaması  ilə  istifadə 

olunması durur. Bu xüsusiyyələrinə görə onlar iki qrupa ayrılır: −



 maddi istehsal 

resursları və xidmət sahələrinin resursları. Maddi istehsal resursları  özündə 

aşağıdakıları birləşdirir: 

a)

  sənaye əhəmiyyətli – yanacaq, energetika, metal filizləri, aqrokimyəvi, su, 



meşə xammalları və s; 


Yüklə 480,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə