Microsoft Word etraf muhit cavab az doc



Yüklə 480,9 Kb.
Pdf görüntüsü
səhifə6/20
tarix26.10.2017
ölçüsü480,9 Kb.
#6598
1   2   3   4   5   6   7   8   9   ...   20

 

15 


-

  dəniz suyunun  şirinləşdirilməsi  (Səudiyyə  Ərəbistanı,  BƏƏ,  Küveyt, 

Bəhreyn,  Türkmənistan, Qazaıstan, Yaponiya, Avstraliya  ttifaqı və s.); 

-

  çay sularının bir bölgədən digərinə yönəldilməsi; 



-

  aysberqlərdən istifadə edilməsi; 

-

  su anbarlarının tikilməsi; 



-

  sənaye və energetikada qapalı su dövriyyəsinin yaradılması və s. 

nsanın  gündəlik  su  tələbatı  minimum  2  litrdır.  Sənaye  və  məişət tələbatı 

daxil olmaqla  EÖ-də sutkalıq su istehlakı 200-300 (iri şəhərlərdə 400-500) litrdır. 



14. Torpaq ehtiyatları, onlardan istifadənin müasir vəziyyəti və mühafizə 

tədbirləri. 

Torpaq  resursları  (fondu)  təqribən  Yer  kürəsinin  quru  hissəsinin  sahəsinə 

bərabərdir.  Torpaq  fondunun  yalnız  1/3  hissəsi  kənd  təsərrüfatına  yararlıdır. 

Becərilən torpaq sahələri isə ümumi torpaq fondunun 11%-ni təşkil edir və əsasən, 

meşə,  meşə-çöl,  çöl  zonalarında  yerləşir.  Otlaq  və  çəmənliklər    ümumi  torpaq 

fondunun  24%-ni,  meşə  və  kolluqlar,  az  yararlı  və  yararsız  sahələr  isə  yerdə 

qalanını təşkil edir 

Dünya  torpaq  fondunun  ümumi  sahəsi  149  mln.  km

2

  və  ya  14,9  mlrd. 



hektardır. Antraktida və Qrenlandiya sahələrini nəzərə almasaq bu 135 mln.kv km 

və  ya  13,5  mlrd.hektara  çatır.  Torpaq  fondunun strukturu  bir o  qədər də  əlverişli 

deyildir.  Torpaq  resurslarını  mənimsəyən  və  ondan  istifadə  edən  insanlar 

planetimizin torpaq fondunun strukturuna təsir etmiş, onu tədricən dəyişmişlər. Bu, 

ilk  növbədə  əkilən  torpaqların  genişlənməsi,  otlaq  və  meşə  sahələrinin 

sıxışdırılması  ilə  izah  olunur.  Yaşayış  məntəqləri,  sənaye  və  nəqliyyatın  altında 

olan torpaqlar həm dünya üzrə və həm də regionlar üzrə 1-2% arasında tərəddüd 

edir.  Təkcə  Xarici  Avropa  və  Şimali  Amerikada  bu  göstərici  bir  qədər 

yüksəkdir.Dünya  torpaq  fondunun  başlıca  problemi  kənd  təsərrüfatına  yararlı 

torpaqların  deqradasiyasıdır.  Torpaqların  deqradasiyasına    onların  eroziyası, 

çirklənməsi, məhsuldarlığın azalması, şoranlaşma, bataqlaşma, yaşayış məntəqələri 

və s. aid edilir. Bəzi hesablamalara görə bəşəriyyət artıq buna görə 2 mlrd.hektar 

məhsuldar  torpaq  sahəsini  itirmişdir.  Təkcə  eroziya  səbəbindən  nəinki  geridə 

qalmış, hətta geniş torpaqlara malik iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə 607 

mln.ha  kənd  təsərrüfatı  torpaqları  dövriyyədən  çıxmışdır.  Şoranlaşma  və 



 

16 


bataqlaşma  səbəbindən  isə  hər  il  15  mln.ha  torpaqlar  yararsız  vəziyyətə 

düşür.Dünyanın  quru  hissəsinin  55%-nin  mənimsənilməsinə  baxmayaraq  torpaq 

resurslarının çatışmazlığı hər yerdə nəzərə çarpır. Torpaq çatışmamazlığının aradan 

qaldırılmasının 

ə



münasib 



yolu 

yeni 


ə

razilərin 

mənimsənilməsidir.Mənimsənilməsi  çox  da  xərc  tələb  etməyən  torpaq  ehtiyatları 

dünyanın  quru  hissəsinin  təxminən  6%-ni,  mənimsənilməsi  olduqca  böyük  vəsait 

tələb edən sahələr isə 25% təşkil edir. 

Səhralaşma ekoloji problem kimi Yer kürəsində hələ insan cəmiyyətinin 

formalaşdığı  dövrdən  əvvəl  də  mövcud  olmuşdur.  Hal-hazırda  dünyanın  1/3-ni 

tutan  arid  qurşaqda    8  mln.  km

2

  sahəni  səhralar  tutur..Hazırda  da  məhsuldar 



torpaqların  səhralara  çevrilməsi  prosesi  davam  edir.  Səhralaşmanın  davam 

etməsinin  başlıca  amillərindən  biri  insan  fəaliyyətidir.  Antropogen  təsirə  biirnci 

növbədə  meşələrin  qırılması,  torpaqlardan  düzgün  istifadə  edilməməsi, 

heyvandarlıqda  torpaqlardan    səmərəsiz  istifadə  olunması  və  s.  daxildir.Alimlər 

hesablamışlar ki, antropogen təsirdən yaranmış səhralar 9 mln. km

2

-ə (900 mln. ha) 



çatmış və planetin torpaq fondunun 6,7%-ni təşkil edir.  

15. 

Mineral-xammal 

ehtiyatları, 

onlardan 

istifadənin 

ekoloji 

qiymətləndirilməsi.  

Mineral  ehtiyatların  kəmiyyətcə  qiymətləndirilməsi,  faydalı  qazıntıların 

ehtiyatı ilə ifadə olunur (aşkar və kəşf olunmuş). Mineral xammalın kəşf olunmuş 

miqdarı  çıxarılan  faydalı  qazıntının  ölçüsündən,  kəşf  olunma  dərəcəsindən,  eyni 

zamanda  yer  qabığı  haqqında  geoloji  biliklərin  inkişafından  və  onun  müxətlif 

hissələrində  faydalı  qazıntıların  toplanmasının  mümkünlüyündən  asılı  olaraq 

dəyişir. Geoloji kəşfiyyatın məlumatları faydalı qazıntıların həcmini hesablamağa, 

həcmi sıxlığa vurduqda isə faydalı qazıntı ehtiyatlarının çəkisini müəyyən etməyə 

imkan verir. Maye və qaz halında olan faydalı qazıntıların ehtiyatını hesablayarkən 

həcm metodundan savayı, buruqlarda axınlar üzrə hesablanma metodundan istifadə 

olunur.  

 

Faydalı  qazıntı  ehtiyatları  xalq  təsərrüfatında  istifadə  üçün  yararlılığına  görə 



də müvazinət və müvazinətləşdirilən olmaqla iki yerə ayrılır. Müvazinətli olanlara 

texnika  və  iqtisadiyyatın  müasir  səviyyəsində  istifadə  olunması  məqsədəuyğun 

hesab olunan ehtiyatlar daxildir; müvazinətləşdirilənlərə mövcud texnika vasitəsilə 

səmərəli istifadəsi mümkün olmayan ehtiyatlar daxildir. Həmçinin, proqnoz qrupu 

da  mövcuddur  ki,  buraya  təxmini  qiymətləndirilmiş  geoloji  ehtiyatlar  daxildir.   

 

Faydalı qazıntıların iqtisadi qiymətləndirilməsi, başqa təbii ehtiyat növlərində 



olduğu kimi diferensial rentanın hesablanmasına əsaslanır və burada o, diferensial 


Yüklə 480,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə