Microsoft Word etraf muhit cavab az doc



Yüklə 480,9 Kb.
Pdf görüntüsü
səhifə3/20
tarix26.10.2017
ölçüsü480,9 Kb.
#6598
1   2   3   4   5   6   7   8   9   ...   20

 

Bu qarşılıqlı  əlaqənin həyata keçməsinin ümumi  müddət vaxtı  3,5  mln  ildən 



az deyildir.. 

nsanların bütün həyatı təbii mühitin xüsusiyyətlərindən asılı olduğuna görə 

qarşılıqlı münasibətlərdə təbii amillər əsas 

həlledici  rol  oynayır.  nsanlar  birgə  yaşayaraq,  ovçuluq,  balıqçılıqla  məşqul 

olmuş və  təbiətə  əsaslı  təsir göstərməmişlər.    Belə ki,  insana ilk sosial cəmiyyəti 

yaratmaq üçün xeyli zaman tələb olunmuşdur (yüz  min illər), bu da içtimai içma 

quruluşundan  müasir  tipli  insanın  formalaşmasına-neoantron  yaranmasına  imkan 

vermişdir. 



8. Ətraf mühitin iqtisadiyyatında ekoloji-iqtisadi və sosiekoloji prinsiplər. 

Sənaye  istehsalının  artması  ətraf  mühit  imkanlarını  insanların  maraqları 

naminə  dəyişdirmiş,  eləcə  də  ekoloji  balans  pozulmuşdu.  Bir  çox  ölkələrdə, 

xüsusilə iri sənaye rayonlarında cəmiyyət ilə təbiət arasındakı münasibətlər böhran 

xarakteri almışdı. 

Bu tendensiya XX əsrin ikinci yarısında insanın həyatına və dünyanın bütün 

regionlarına  sirayət  edən  elmi-texniki  inqilabın  başlanması  ilə  daha  da  gücləndi 

(ET ). 


Ə

traf  mühitə  texnogen  təsirlər  öz  miqyasına  görə  bir  çox  təbii  proseslərlə 

müqayisə olunmaz səviyyəyə çatmış, elecə də insan fəaliyyəti biosferdə maddələr 

dövranı və enerji prosesinin mübadiləsinin pozulmasına şərait yaratmışdır. 

Ə

traf  mühit  keyfiyyətinin  kəskin  pisləşməsi,  bununla  əlaqədar  yaranan 



iqtisadi  çətinliklər  təbiətin  mühafizəsinin  yeni  konsepsiyasının  yaranmasına  və 

hakim olan «frontal iqtisadiyyat»ın konsepsiyasının dəyişməsinə gətirib çıxartdı. 

Təbiətdən  istifadənin  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  aparıcı  prinsipi 

ekoloji iqtisadi prinsipdir ki, burada təsərrüfatın fəaliyyət effektliyinin meyyarı, 

minimum  xərc  qoyulmaqla  maksimum  iqtisadi  nəticələrə  və  təbii  mühitin  mini-

mum  pozulmasına  nail  olmaqdır.  Bu  prinsipin  reallaşmasında,  yenə  də  iqtisadi 

maraqlar birinci plana keçir, çünki təbii mühitin pozulmasının «minimum» anlayışı 

dəqiq olmayan, tez-tez izaha ehtiyacı olan və qısa müddətdə iqtisadi gəlir arzusunu 



 

yerinə  yetirə bilən  marağı  yaradır.  Buna baxmayaraq,  bu  prinsipin praktik  tətbiqi 



təbii mühitin inkişaf etməklə olan pozulmalarını müəyyən dərəcədə ləngidə bilir. . 

Bununla  yanaşı  sənaye  cəhətdən    inkişaf  etmiş  ölkələrdə  təbiəti  mühafizə 

tədbirlərinin  aparılması  müəyyən  ekoloji  stabilliyə  nail  olmağa  imkan  vermişdir. 

Lakin  bu  ətraf  mühitin      vəziyyətinin  köklü  dəyişikliyi  deyildir,  çünki  təbiətdən 



istifadənin ekoloji-iqtisadi konsepsiyası, iqtisadiyyatın inkişafında təbii sistemin 

fəaliyyət qanunauyğunluqlarının əsaslanmış səviyyəsinin nəzərə alınmasını təhmin 

edir.  «Frontal  iqtisadiyyat»  konsepsiyası  kimi  təbiəti  n  mühafizəsi  konsepsiyası 

da  insan  fəaliyyətinin  mərkəzində  durur,  hansı  ki,  təbiətin  mühafizə  fəaliyyətinə 

qaçılmaz  proses  kimi  baxılır,  çünki  ətraf  mühitin  pozulması  həm  insana,  həm  də 

iqtisadiyyatın inkişafına mənfi təsir göstərir. 

         Təbiətdən istifadə, ekosistem və onu təşkil edən sahələrin dinamik taraz-

lığını saxlaya bilən, maksimum iqtisadi effekt qazanan  yeni sosioekoloji prinsipə 

ə

saslanmalıdır. Bu prinsipin tətbiqi  təbiətdən istifadədə təbiətin passiv mübadilə-



sindən  aktiv  səmərəli  mühafizəyə,  təbii  resurslardan  səmərəli  istifadəyə,  insanın 

yaşama,  məskun  mühitinin  optimallaşdırılmasına  imkan  verər.  Sosial-iqtisadi 

inkişaf,  mütləq  şəkildə  ətraf  mühitin  keyfiyyətinin  saxlanılmasına  və  bərpa 

olunmasına xidmət etməlidir. 



1980-ci  illərin  ortalarında  mövcud  təbiəti  mühafizə  konsepsiyası  təbii 

sistemin  yüklənməsi  ilə  içtimai  inkişafın  sərhəddində  yeni  ekoloji 

məhdudiyyət  konsepsiyası  yaratmışdır.  Bu  konsepsiyanın  yaranmasına  ətraf 

mühit  haqqında  BMT-nin  Beynəlxalq  komissiyasının  tapşırıqlarına  əsaslanan 

«Bizim  ümumi  gələcəyimiz»  (1987)  məzurəsi  və  Q.X.Brundlandın  rəhbərliyi  ilə 

Ə

traf mühitin qorunması və inkişafının Beynəlxalq Komissiyası (ƏMQ və  BK)-in 



inkişafı təsir göstərmişdir. Məruzələrdə ətraf mühitin mühafizəsinin uzunmüddətli 

strateqiyası  təklif  olunmuşdur  ki,  bu  da  uzun  dövr  ərzində  təbiətin  mühafizə 

strateqiyasının, dünya iqtisadiyyatının dayanıqlı inkişafının və təbiətdən istifadənin 

iqtisadiyyatının problemlərinin həllinin üsul və vasitələrini müəyyən edir.  



9. Ekoloji məhdudiyyət konsepsiyası, onun əhəmiyyəti və nəticələri. 


 

        Dayanıqlı inkişaf anlayışının əsasını təşkil edən iqtisadi qərarların qəbul 



edilməsində  uzunmüddətli  ekoloji  problemlərin  nəzərə  alınması  vacibdir.  Burada 

ə

sas vəzifə ətraf mühiti çirkləndirən mənbələr və onların aradan qaldırılması üçün 



yolların  axtarılmasına  yönəlməlidir.  Təbiətdən  istifadənin  konsepsiyası

resurslara  qənaət  olunması  ilə  iqtisadi  artımın  konsepsiyasına  əsaslanmalıdır. 

Ekoloji nəticələrin gələcək nəsillər üçün minimuma endirilməsində mövcud prob-

lemlərin həlli naminə təbii zənginliklərdən israfçılıqla  istifadə etmək olmaz. 

      Beləliklə,  ekoloji  məhdudiyyət  problemi  indiki və  gələcək  nəslin tələbatı 

arasında  kompromis  əsaslarla,  hər  hansı  dövlətin  uzunmüddətli  sosial-iqtisadi 

inkişaf strateqiyasını işləməklə həyata keçirilməlidir. 

  Rio-de-Janeyroda  «Rio  Deklarasiyası»,  «XX  əsrin  gündəlik  məsələsi», 

(1992)  BMT-nin  konfransında  ətraf  mühit  və  onun  inkişafına  aid  qəbul  olunmuş  

sənədlərdə,  hər  hansı  təsərrüfat  sahəsinin  ekoloji  təhlükəsizliyi,  təbiət  və 

cəmiyyətin birgə harmonik inkişafı qeyd olunmuşdur. 

      Rio-de-Janeyroda  BMT-nin  ətraf  mühit  və  inkişafı  Konfransı,  Qahirədə 

ə

hali  yerləşməsinə  həsr  olunmuş  Beynəlxalq  konfrans  (1994)  bir  daha  sosial-



iqtisadi, qemoqrafik və ətraf mühitin inkişafının ayrılmaz əlaqələrini sübut etdi.  

Beləliklə,  hər  hansı  dövlət,  bir  qayda  olaraq,  ekoloji-iqtisadi  inkişafın  üç 

mərhələsini  keçir:  1)  frontal  iqtisadiyyat;  2)  təbiəti  mühafizə  nəzərə  alınmaqla  

iqtisadiyyatın  inkişafı;  3)  ekoloji  məhdudiyyətlərin  nəzərə  alınması  (qayanıqlı 

inkişaf).  Hər    bir  mərhələ  təbiətdən  istifadənin  özünəməxsus  prinsiplərinə  −  iq-

tisadi, ekoloji-iqtisadi və sosial-ekoloji, prinsiplərə əsaslanır. 

        Qeyd  etmək  lazımdır  ki,  göstərilən  prinsiplərin  reallaşdırılması  müxtəlif 

ölkələrdə  sosial-iqtisadi  və  ictimai-siyasi  amillərdən  asılı  olaraq  müxtəlif 

xüsusiyyətlərə malikdir 

10.  Maddi  istehsal  sahələrinin  inkişafının  ətraf  mühitə  təsiri  və 

sağlamlaşdırma yolları. 

stehsalın təbii mühitə təsiri maddələr mübadiləsi, təbii komponentlərə enerji 

və  ya  informasiya  ilə  yaranır  ki,  bunun  da  nəticəsində  mühitin  vəziyyətində  yol 

verilə bilən kəmiyyət və keyfiyyət dəyişiklikləri (pozulma və ya çirklənmə) əmələ 




Yüklə 480,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə