1
“ƏTRAF MÜH T N QT SAD YYYATI” FƏNNI ÜZRƏ
MTAHAN SUALLARI VƏ CAVABLARI
1. Ətraf mühitin iqtisadiyyatının nəzəri əsasları və yaranma tarixi.
Ə
M-dən istifadə dedikdə, təbiətlə cəmiyyət arasında münasibətlər, cəmiyyətin
təbiətə təsirinin bütün formaları, onun qorunması tədbirləri ilə əlaqəqar
təşkilatların konkret fəaliyyəti, təbiətdən istifadə edən sahələrin, təbiətdən
istifadəçilərin, təsərrüfat subyektlərinin fəaliyyəti nəzərdə tutulur. Tarixən ƏM-
dən istifadənin inkişafı, 1-ci növbədə vacib təbii resursların istifadəsi və
mühafizəsi, istehsalı, sonra yaaxşılaşdırılması və təkmilləşdirilməsi yolu ilə
aparılmışdır. Gen ş mənada ƏM-dən istifadə dedikdə fəaliyyətin elə sahəsi nəzərdə
tutulur ki, orada iqtisadiyyat ilə resurs təminatı, resurslara qənaət, insanlar üçün
mühitin qorunması və təbiətin müxtəlifliyinin mühafizəsi öz əksini tapsın.
Sosial-iqtisadi inkişafda təbii faktorların rolunun artması və ƏM-dən
istifadəyə kapital qoyuluşunun yüksəlməsi iqtisadi elmlər sistemində yeni bir
istiqamətin --- ƏM -nin yaranmasina təkan verdi. Bu termin 1970-ci illərdən
işlədilməyə başlamışdır.
Ə
traf mühitin iqtisadiyyatının inkişafı uzun bir tarixi yol keçmişdir. Lakin bir
sıra antik və orta əsr alimlərinin əsərlərində bu elm barəsində informasiya
xarakterli məlumatlar verilmişdir. Lakin XX əsrin ikinci yarısından başlayaraq
cəmiyyətlə təbiət arasında baş verən gərginlik qlobal xarakter səviyyəsinə
çatmışdır. Ətraf mühitin çirklənməsini ənənəvi yanaşı yeni çirklənmə mənbələridə
xüsusi ilə radiaktiv çirklənmə elektromaqnit çirklənmə və s. yaranmışdır. Bu da
ekoloji gərginliyi daha da artırmışdır.
2. Ətraf mühitin iqtisadiyyatının predmeti və metodologiyası.
Ə
M -nin predmetini insanlar ilə ətrah mühit arasındakı qarşılıqlı əlaqədə
yaranan prosesler, təbiətin gücü və resurslardan istifadə, onlarin mühafizəsi,
bərpası, yeni ekoloji-iqtisadi münasibətlər təşkil edir.
2
1.Dialektiv metod. Bu metod ekoloji və iqtisadi proseslerin tədqiqatını vahid
müstəvidə öyrənməyi təklif edir. Metodun əsas xüsusiyyəti təcrübə ilə
nəzəriyyənin vəhdətindən ibarətdir.
2.Tarixi metod. Bu münasibətlərin tarixinin öyrənilməsi ekoloji-iqtisadi
sistemin həm müasir vəziyyətinin, həm də gələcək inkişafının elmi əsaslandırılmış
proqnozunun müəyyənləşdirilməsi üçün əhəmiyyətlidir.
3.Sistemli yanaşma. Bu ƏM öyrənilməsində sistemli yanaşma təbii resursların
mənimsənilməsi və istehlakı, ətraf təbii mühitin mühafizəsi və ya bərpası
istiqamətində mürəkkəb prosesləri tədqiq edir.
4.Normativ metod. Burada ekoloji normativlər: T H, KBH və s.
müəyyənləşdirilir.
5. qtisadi-riyazi modelləşdirmə-i təbiətdən istifadədə xərclərin sərfinin
hesablanması, təbii resursların iqtisadi qiymətləndirilməsi, təbii mühitin
çirklənməsindən dəyən iqtisadi zərər və digər ekoloji-iqtisadi parametrlərin
müəyyən edilməsində istifadə olunur.
6.Kartoqrafik metod. Bu metodla təbii resursların qiymətləndirilməsi,
regionlarda təbii hadisələrin proqnozunun verilməsi, təhlükəli hadisələrin
qarşısının alınması üçün təbiəti mühafizə tədbirləri və istehlakı qiymətləndirilir.
7.Kosmik tədqiqatlar metodu. . Yerin süni peykləri, kosmik stansiyalar və
yerləşdirilmiş avadanlıqlar vasitəsilə aparılmış kosmik çəkilişlərdə yer haqqında
daha geniş məlumatlar, qlobal təbii proseslərin izlənməsi həyata keçirilir.
3. Ətraf mühitin iqtisadiyyatı fənninin məqsəd və vəzifələri, elmlərarası
ə
laqəsi.
Ə
M -nin məqsədi cəmiyyətin təbii resurslarla təminatının məqbulluğu, onlara
geniş istifadə şəraitinin yaradıması, təbii mühitin məhsuldarlığının artırılması,
bərpa olunmayan təbii ehtiyatların kompleks istifadəsi, itkinin qarşısının alınması,
ə
traf mühitə texnogen tullantıların atılmasının yeni texnologiyanın tədbiqi ilə
azaldılması və əhali sağlamlığına təsirin minimuma endirilməsindən ibarətdir.
Ə
M fənni müxtəlif miqyaslı və səviyyəli ekoloji-iqtisadi sistem əsasında
fəaliyyət göstərir. Ekoloji-iqtisadi sistem dedikdə iqtisadiyyat ilə təbiətin
3
inteqrasiyası, təbiətdə baş verən hadisələrlə ictimai istehsalın birgə fəaliyyəti və
qarşılıqlı əlaqəsi başa düşülür. Ekoloji-iqtisadi sistemin mühüm gostəricisi-
regionallıq və ayri-ayri ərazilərin inkişafidır.
Ə
M fənni iqtisadi nəzəriyyə və digər iqtisad elmləri, təbiət elmlərindən
coğrafiya, biologiya, geologiya, torpaqşünaslıq, meşəçilik, meteorologiya,
hidrologiya, landşaftşünaslıq və s. elmlərlə qarşılıqlı əlaqalidir.
ƏM fənninin əsas vəzifəsi təbiətdən istifadənin səmərəliliyi üçün dayanıqlı
ekoloji-iqtisadi inkişafın yollarını, təbiətdən istifadənin bazar iqtisadiyyatında təsir,
mexanizminin
təkmilləşdirilməsi
və
fəaliyyətində
biliklər
sisteminin
formalaşdırılmasıdır. ƏM vəzifələrində biri də ekoloji-iqtisadi problemlərin
öyrənilməsi və onun həlli yolları daxildir.
ƏM vəzifələrinin tənzimlənmə mexanizminə aiddir:
1.ƏM -nin planlaşdırma və proqnozlaşdırma sistemi
2.T -nin tənzimlənməsi və idarə olunması, təbii mühitin hüquqi müdafiəsi
3.ƏMM-də monotorinq, uçot və nəzarət sistemi
4.TM-ə tədbirlərinin maliyyələşmə və kreditləşməsi
5.TM tədbirlərinin və T -nin səmərəli iqtisadi stimullaşdırılması.
4. Ə traf mühitin iqtisadiyyatının funksiyaları və onun yerinə
yetirilmə sinin və zifə lə ri.
Ə
M -nin funksiyaları aşağıdakılardır:
1.istiqamətləndirici- ekoloji məqsədin müəyyənləşdirilməsi və onun
reallaşması yollarının seçilməsi
2.koordinasiyaedici- təbii resursla təlabatın balanslaşmış miqdarının təminatı,
təbiətdən istifadəçilər və istehsal ilə cəmiyyətin ekoloji maraqların razılaşdırılması
3.stimullaşdırıcı- cəmiyyətin və təsərrüfat subyektlərinin fəaliyyətində təbiəti
mühafizənin aktivləşdirilməsi
Bu funksiyaları yerinə yetirmək üçün ƏM aşağıdakı vəzifələri irəli sürür:
1. qtisadiyyatın inkişafında resurs qoruyucu strateji istiqamətin işlənməsi və
dövlətin ekoloji siyasəti
Dostları ilə paylaş: |