17
dağ rentası adını alır. Əsas qiymətləndirmə göstəricisi, təbii ehtiyatların istismar
qiymətinin göstəricisi hesab olunur. O, həmin ehtiyat növünün xalq təsərrüfatına
gətirdiyi mümkün iqtisadi səmərəliliyin pulla ifadə olunmasını özündə birləşdirir.
Təbii ehtiyatların istismar qiyməti ehtiyatdan alınmış məhsulun pulla ifadə edilən
qiyməti ilə, onun çıxarılması və emalına çəkilən xərclər arasındakı fərq kimi
müəyyən olunur.
16. Bioloji resurslar və
onların mühafizə
si.
Bioloji ehtiyatdan hazırda dünyada 500 mindən çox bitki növü, o
cümlədən 30 mindən artıq ağac və kol növləri məlumdur. Bitki resurslarının
arasında meşələrin böyük əhəmiyyəti var. Meşələr bərpa olunan resurslardır. 385
mlrd. oduncaq ehtiyatından minlərlə müxtəlif adda məmulatlar istehsal edilir.
Dünyanın meşə sahəsi iki qurşaqda: şimal və cənub qurşaqlarında yerləşir. Şimal
meşə qurşağının sahəsi təxminən 2 mlrd.ha-dırCənub meşə qurşağının da sahəsi 2
mlrd.ha təşkil edir və onun 97%-i enliyarpaqlı meşələrdir. Sahənin təxminən
yarısını yüksək sıxlığa malik meşələr tutur Bu meşələrdə 5000 növə qədər ağac və
20000-ə qədər bitki növü müəyyənləşdirilmişdir.Bununla bərabər son 20 ildə
tropik meşələrə böyük ziyan vurulmuşdur. Birincisi, şəhər və nəqliyyat ehtiyatları
üçün həmin torpaqların təmizlənib, yararlı vəziyyətə gətirilməsi, ikinci
oduncaqların yanacaq kimi işlədilməsidir.Üçüncü səbəb – Asiya, Afrika və Latın
Amerikasının tropik ölkələrində xammalın kağz-sellüloz sənayesinin inkişafı üçün
Yaponiya, Qərbi Avropa və ABŞ-a ixrac edilməsidir.Hazırda yer səthinin 1/3
hissəsini meşəliklər tutmuşdur. Əvvəllər bu 75 mlrd. ha-dan az olmamışdır. Hələlik
antropogen təsirə az məruz qalan meşə sahəsinə Rusiyada, Kanadada, Amazonkada
təsadüf edilir və bu cəmi 15 mlrd.ha hesablanır. Xatırlatmaq lazımdır ki, Yer
kürəsinin malik olduğu floranın (500000) və faunanın (1500000) yarıdan çoxu əsas
oksigen mənbəyi olan bu meşələrin payına düşdüyündən tropik meşələrin belə
istifadəsi Qlobal Ekoloji sistemin deqredasiyasından fikir söyləməyə imkan verir.
Ə
traf mühitin mühafizəsi ilə bağlı beynəlxalq təşkilatlar (YUNEP, “Qrinpis”)
tropik ölkələrin borclarının bir hissəsini ödəməklə meşələrin qırılmasının qarşısını
almağa çalışır. Avropada “turşulu yağlarla” meşələrin quruması (AFR, sveçrə,
ngiltərə,Avstriya) baş verir. Meşə bərpa olunan resurs olduğuna görə onun
18
sahəsini artırmaq və yeni meşələr salmaq mümkündür. Səudiyyə Ərəbistanı, BƏƏ
və s. ölkələrdə süni meşələr yaradılır.
17. Tə
bii resurs potensialının iqtisadi qiymə
tlə
ndirilmə
sini mahiyyə
ti və
ə
sas məsələləri.
Təbii ressursların qiymətləndirilməsi müasir elmdə ən çətin və mübahisəli
problemdir.Hər bir konkret təssərrüfat subyektində ekoloji xərclər-sərfəli deyil və
yaxud məşhur amerikalı tədqiqatçı B. Kommonerin yazdığı kimi «Ətraf mühitin
yaxşılaşdırılması, nəticəsiz bir oyundur». Bazar iqtisadiyyatında təbiətdən istifadə
etmənin əsasını, təbii resursların iqtisadi qiymətləndirilməsi təşkil etməlidir.
Beləliklə, fəaliyyətdə olan müəssisənin təbii resurslardan qeyri-səmərəli istifadə
etməsi, onların işlərində istehsal xərclərinin artmasına gətirəcək, gəlirlərini
azaldacaq və nəticədə bu özünü istehlak fondlarında göstərəcəkdir.
Təbii resursların qiymətləndirməsinin nəzəri və tətbiqi tədqiqatlarına yaxın bir
müddətdə – 3 – 3,5 on il bundan qabaq diqqət yetirilməyə başlanıb. lk əvvəl təbii
resursların natural göstəricilərinin kəmiyyət və keyfiyyət xarakteristikasının
ə
vəzinə (ehtiyatların həcmi, məhsuldarlıq və s.) bal sistemli qiymətlənmə gəldi onu
həmçinin texnoloji, yaxud istehsal adlandırdılar.
Qeyd edək ki, iqtisadi qiymətlənmə tarixi kateqoriyadır. Bunun tarixiliyi
istehsal qüvvəsinin inkişafından, texnika və texnologiyanın yeniləşməsindən əmək
məhsuldarlığından, resursların istifadə effektindən asılıdır.
qtisadi qiymətlənmənin əsas məsələlərindən biri təbii sərvətlərin təssərüfat
dövriyyəsindən çıxarılması cəmiyyətə dəyən maddi ziyanın müəyyənləşdirməsidir:
(su anbarlarının tikintisindən torpaqların su basmasından dəyən ziyan, tikintiyə
ayrılmış torpaqların qiymətləndirilməsi). Təbii sərvətlərin iqtisadi qiymətlənməsi
labüddür və təbiəti mühafizə tədbirlərinin effektliyini nəzərə almaqla, həmin
tədbirlərə sərf olunan xərcləri vuralan ziyanların aradan qaldırılması ilə müqayisə
edərək müəyyənləşdirmək olar. qtisadi qiymətləndirilmə təbiətdən istifadənin
ödənişliliyi əsasında müəyyənləşir.
18. Tə
bii resurs potensialının iqtisadi qiymə
tlə
ndirilmə
istiqamə
tlə
ri.
Dövlət siyasəti səviyyəsində təbii resurslarının iqtisadi qiymətləndirilməsi
aş
ağ
ıdakı istiqamə
tdə
olur:
— Təbiətdən istifadə olunmanın ödənişli olması (vergiqoyma);
— Təbii-resurs potensialının tükənməsindən təbiətə vurulan iqtisadi ziyanın
kompensasiya xərclərinin müəyyənləşdirilməsi;
— milli sərvətlərin strukturu və həcmini müəyyənləşdirmək;
— təbiətdən istifadə obyektlərinin sığortalanması üçün hesabat
parametrlərinin xarakteristikası.
Bu istiqamətləri realizə etmək təbii-resurs qanunvericiliyinin təbii resursların
iqtisadi qiymətləndirilməsi və renta vergiqoyma hissəsinə dəyişiklik etmək tələbi
qoyur.
Təbii resurslarının iqtisadi qiymətlənməsinin informasiya məlumat bazasını,
təbii resurslarının kəmiyyət və keyfiyyət xüsusiyyətlərini müəyyənləşdirən,