7
Bu qarşılıqlı əlaqənin həyata keçməsinin ümumi müddət vaxtı 3,5 mln ildən
az deyildir..
nsanların bütün həyatı təbii mühitin xüsusiyyətlərindən asılı olduğuna görə
qarşılıqlı münasibətlərdə təbii amillər əsas
həlledici rol oynayır. nsanlar birgə yaşayaraq, ovçuluq, balıqçılıqla məşqul
olmuş və təbiətə əsaslı təsir göstərməmişlər. Belə ki, insana ilk sosial cəmiyyəti
yaratmaq üçün xeyli zaman tələb olunmuşdur (yüz min illər), bu da içtimai içma
quruluşundan müasir tipli insanın formalaşmasına-neoantron yaranmasına imkan
vermişdir.
8. Ə traf mühitin iqtisadiyyatında ekoloji-iqtisadi və sosiekoloji prinsiplə r.
Sənaye istehsalının artması ətraf mühit imkanlarını insanların maraqları
naminə dəyişdirmiş, eləcə də ekoloji balans pozulmuşdu. Bir çox ölkələrdə,
xüsusilə iri sənaye rayonlarında cəmiyyət ilə təbiət arasındakı münasibətlər böhran
xarakteri almışdı.
Bu tendensiya XX əsrin ikinci yarısında insanın həyatına və dünyanın bütün
regionlarına sirayət edən elmi-texniki inqilabın başlanması ilə daha da gücləndi
(ET ).
Ə
traf mühitə texnogen təsirlər öz miqyasına görə bir çox təbii proseslərlə
müqayisə olunmaz səviyyəyə çatmış, elecə də insan fəaliyyəti biosferdə maddələr
dövranı və enerji prosesinin mübadiləsinin pozulmasına şərait yaratmışdır.
Ə
traf mühit keyfiyyətinin kəskin pisləşməsi, bununla əlaqədar yaranan
iqtisadi çətinliklər təbiətin mühafizəsinin yeni konsepsiyasının yaranmasına və
hakim olan «frontal iqtisadiyyat»ın konsepsiyasının dəyişməsinə gətirib çıxartdı.
Təbiətdən istifadənin sənaye cəhətdən inkişaf etmiş ölkələrdə aparıcı prinsipi
ekoloji iqtisadi prinsipdir ki, burada təsərrüfatın fəaliyyət effektliyinin meyyarı,
minimum xərc qoyulmaqla maksimum iqtisadi nəticələrə və təbii mühitin mini-
mum pozulmasına nail olmaqdır. Bu prinsipin reallaşmasında, yenə də iqtisadi
maraqlar birinci plana keçir, çünki təbii mühitin pozulmasının «minimum» anlayışı
dəqiq olmayan, tez-tez izaha ehtiyacı olan və qısa müddətdə iqtisadi gəlir arzusunu
8
yerinə yetirə bilən marağı yaradır. Buna baxmayaraq, bu prinsipin praktik tətbiqi
təbii mühitin inkişaf etməklə olan pozulmalarını müəyyən dərəcədə ləngidə bilir. .
Bununla yanaşı sənaye cəhətdən inkişaf etmiş ölkələrdə təbiəti mühafizə
tədbirlərinin aparılması müəyyən ekoloji stabilliyə nail olmağa imkan vermişdir.
Lakin bu ətraf mühitin vəziyyətinin köklü dəyişikliyi deyildir, çünki təbiətdən
istifadə nin ekoloji-iqtisadi konsepsiyası, iqtisadiyyatın inkişafında təbii sistemin
fəaliyyət qanunauyğunluqlarının əsaslanmış səviyyəsinin nəzərə alınmasını təhmin
edir. «Frontal iqtisadiyyat» konsepsiyası kimi təbiəti n mühafizəsi konsepsiyası
da insan fəaliyyətinin mərkəzində durur, hansı ki, təbiətin mühafizə fəaliyyətinə
qaçılmaz proses kimi baxılır, çünki ətraf mühitin pozulması həm insana, həm də
iqtisadiyyatın inkişafına mənfi təsir göstərir.
Təbiətdən istifadə, ekosistem və onu təşkil edən sahələrin dinamik taraz-
lığını saxlaya bilən, maksimum iqtisadi effekt qazanan yeni sosioekoloji prinsipə
ə
saslanmalıdır. Bu prinsipin tətbiqi təbiətdən istifadədə təbiətin passiv mübadilə-
sindən aktiv səmərəli mühafizəyə, təbii resurslardan səmərəli istifadəyə, insanın
yaşama, məskun mühitinin optimallaşdırılmasına imkan verər. Sosial-iqtisadi
inkişaf, mütləq şəkildə ətraf mühitin keyfiyyətinin saxlanılmasına və bərpa
olunmasına xidmət etməlidir.
1980-ci illə rin ortalarında mövcud tə biə ti mühafizə konsepsiyası tə bii
sistemin yüklə nmə si ilə içtimai inkiş afın sə rhə ddində yeni ekoloji
mə hdudiyyə t konsepsiyası yaratmışdır. Bu konsepsiyanın yaranmasına ətraf
mühit haqqında BMT-nin Beynəlxalq komissiyasının tapşırıqlarına əsaslanan
«Bizim ümumi gələcəyimiz» (1987) məzurəsi və Q.X.Brundlandın rəhbərliyi ilə
Ə
traf mühitin qorunması və inkişafının Beynəlxalq Komissiyası (ƏMQ və BK)-in
inkişafı təsir göstərmişdir. Məruzələrdə ətraf mühitin mühafizəsinin uzunmüddətli
strateqiyası təklif olunmuşdur ki, bu da uzun dövr ərzində təbiətin mühafizə
strateqiyasının, dünya iqtisadiyyatının dayanıqlı inkişafının və təbiətdən istifadənin
iqtisadiyyatının problemlərinin həllinin üsul və vasitələrini müəyyən edir.
9. Ekoloji mə hdudiyyə t konsepsiyası, onun ə hə miyyə ti və nə ticə lə ri.
9
Dayanıqlı inkişaf anlayışının əsasını təşkil edən iqtisadi qərarların qəbul
edilməsində uzunmüddətli ekoloji problemlərin nəzərə alınması vacibdir. Burada
ə
sas vəzifə ətraf mühiti çirkləndirən mənbələr və onların aradan qaldırılması üçün
yolların axtarılmasına yönəlməlidir. Tə biə tdə n istifadə nin konsepsiyası,
resurslara qənaət olunması ilə iqtisadi artımın konsepsiyasına əsaslanmalıdır.
Ekoloji nəticələrin gələcək nəsillər üçün minimuma endirilməsində mövcud prob-
lemlərin həlli naminə təbii zənginliklərdən israfçılıqla istifadə etmək olmaz.
Beləliklə, ekoloji məhdudiyyət problemi indiki və gələcək nəslin tələbatı
arasında kompromis əsaslarla, hər hansı dövlətin uzunmüddətli sosial-iqtisadi
inkişaf strateqiyasını işləməklə həyata keçirilməlidir.
Rio-de-Janeyroda «Rio Deklarasiyası», «XX əsrin gündəlik məsələsi»,
(1992) BMT-nin konfransında ətraf mühit və onun inkişafına aid qəbul olunmuş
sənədlərdə, hər hansı təsərrüfat sahəsinin ekoloji təhlükəsizliyi, təbiət və
cəmiyyətin birgə harmonik inkişafı qeyd olunmuşdur.
Rio-de-Janeyroda BMT-nin ətraf mühit və inkişafı Konfransı, Qahirədə
ə
hali yerləşməsinə həsr olunmuş Beynəlxalq konfrans (1994) bir daha sosial-
iqtisadi, qemoqrafik və ətraf mühitin inkişafının ayrılmaz əlaqələrini sübut etdi.
Beləliklə, hər hansı dövlət, bir qayda olaraq, ekoloji-iqtisadi inkişafın üç
mərhələsini keçir: 1) frontal iqtisadiyyat; 2) təbiəti mühafizə nəzərə alınmaqla
iqtisadiyyatın inkişafı; 3) ekoloji məhdudiyyətlərin nəzərə alınması (qayanıqlı
inkişaf). Hər bir mərhələ təbiətdən istifadənin özünəməxsus prinsiplərinə − iq-
tisadi, ekoloji-iqtisadi və sosial-ekoloji, prinsiplərə əsaslanır.
Qeyd etmək lazımdır ki, göstərilən prinsiplərin reallaşdırılması müxtəlif
ölkələrdə sosial-iqtisadi və ictimai-siyasi amillərdən asılı olaraq müxtəlif
xüsusiyyətlərə malikdir
10. Maddi istehsal sahələrinin inkişafının ətraf mühitə təsiri və
sağlamlaşdırma yolları.
stehsalın təbii mühitə təsiri maddələr mübadiləsi, təbii komponentlərə enerji
və ya informasiya ilə yaranır ki, bunun da nəticəsində mühitin vəziyyətində yol
verilə bilən kəmiyyət və keyfiyyət dəyişiklikləri (pozulma və ya çirklənmə) əmələ
Dostları ilə paylaş: |