10
gəlir. Neqativ ekoloji nəticələr çox vaxt maddi istehsal sahələri və sahələrarası
komplekslərin fəaliyyətində özünü göstərir.
Energetika −
−
−
− ətraf mühitə çoxamilli təsirlər göstərir −
−
−
− atmosferə qaz şəklində
tullantılar, su hövzələrinə çirkli sular axıdılır, sudan böyük həcmdə istifadə olunur,
landşaftda dəyişikliklər yaranır, neqativ qeoloji proseslər inkişaf edir. Su-elektrik
stansiyaları də təbiətə müəyyən qədər bərpa olunmayan ziyanlar vurur, belə ki, inşa
olunan su anbarlarının altında xeyli torpaq sahələri, yaşayış məntəqələri, məhsuldar
ə
kin sahələri, otlaqlar və meşə zonaları qalır. Çöl zonasında su anbarlarının yara-
dılması torpaqların bataqlıqlaşması, torpaq fondunun itirilməsi, sahil yamaclarının
dağılması və s. hadisələrli ilə nəticələnir.
Neft və neft emalı sə nayesi −
−
−
− hər şeydən əvvəl hava hövzəsinə əsaslı sürətdə
mənfi təsir göstərir. Neft emalından hava hövzəsinə karbohidrogen, kükürd
dioksid, karbon oksidi və azot atılır. Neft emalı sənayesi mərkəzlərində əsas
fondların çox işlədilməsi, köhnəlmiş texnologiyadan istifadə olunması havanın
çirklənməsini artırır, istehsal tullantılarının azaldılmasına mane olur.
Neft hasilatı rayonlarında neqativ ekoloji vəziyyət yer səthinin çokməsini
artırır və nəticədə böyük həcmdə neftin çıxarılmasında laylararası təzyiqin
azalması müşahidə olunur (Bakı və Qərbi Sibirin bir neçə neft mədənləri kimi).
Ə
traf mühitə axıdılmış neft və borularda qəzalar nəticəsində minerallaşmış çirkab
sular vasitəsilə ciddi ziyan dəyir
Qaz sə nayə sində n – atmosferə karbon oksidi (bütün sahələrdən atılan
tullantılarnın 28%-i), karbon (24%), uçan üzvü birləşmələr (19%), azot oksidi
(6%), kükürd dioksid (5%) atılır. Daimi donuşluq zonalarında qaz hasilatı təbii
landşaftın dağılması ilə yanaşı kriogen prosesləri −
−
−
− termokarstı, qabarmanı və
soliflyuksiyanı yaradır. Neft və qaz hasilatı sahələri təbii-resurs potensialını üzvü
mineral xammalların azalması nəticəsində məhdudlaşdıran əsas amillərdən biridir.
Kömür sə naye müəssisələrinin fəaliyyəti, böyük həcmli suxurların
yerdəyişməsi, geniş ərazilərdə səth, qrunt və yeraltı suların rejiminin dəyişməsi,
torpağın strukturunun və məhsuldarlığının pozulması, kimyəvi proseslərin aktivləş-
məsi, nəhayət, mikroiqlimin dəyişilməsinə şərait yaradır.Praktik olaraq mədən
11
işləri torpaq resurslarının, o cümlədən əkilən torpaqların, meşə sahələrinin
itirilməsinə səbəb olur.
Qara metallurgiya şəhərlərin hava hövzəsini karbon oksidi (67,5 %), bərk
tullantılar (15,5%), kükürd anhidridi (10%-dən çox), azot oksidləri (5,5%) ilə
çirkləndirir. Metallurgiya kombinatlarının yerləşdiyi ərazilərdə kükürd-karbon
birləşmələrinin orta illik miqdarı 5 PDK, benzapiren isə 13 PDK-dan artıq olur.
11. Tə bii şə rait və tə bii resurs anlayış ları, onların tə snifatı.
Təbii mühit insanın təsərrüfat fəaliyyətinin təbii bazasıdır. nsanın bütün
istehsal fəaliyyəti təbiətin dəyişdirilməsi prosesi kimi təqdim olunur. Cəmiyyətin
tələbatı nöqteyi-nəzərindən təbiət şərti olaraq iki qrupa bölünə bilər: maddi isteh-
salda və qeyri-maddi xidmətdə bilavasitə iştirak edən (təbii resurslar) və qalanlar
(təbii şəraitə aid olanlar).
Təbii şərait – təbiətin elementləri olub, istehsal prosesində bilavasitə
istifadə olunmur, lakin insanların həyat fəaliyyətinə təsir göstərir. Təbii şəraitdən
ə
n çox asılı olan sahələr kənd təsərrüfatı, hasilat sənayesi, nəqliyyatın ayrı-ayrı
sahələri, rekreasiya fəaliyyəti və s.-dir. Təbii şərait insanların təsərrüfat
fəaliyyətinə ya əlverişli (optimal temperatur rejimi, havanın rütubətliliyi və i.a.) və
ya neqativ təsirlər göstərir. Yüksək dağlıq relyef, sərt iqlim, daimi donuşluq,
bataqlıq, səhralar ərazilərin təsərrüfat öbaxımından mənimsənilməsini
çətinləşdirir.
Təbii resurslar – təbiətin varlı və güclü hissəsidir ki, bu da məhsuldar
qüvvələrin inkişaf səviyyəsinin göstəricisi kimi xammal və enerji bazası qismində
həm istehlak predmeti (içməli su, yabanı bitkilər, ov heyvanları, balıq və s.), həm
də istehsal vasitəsi (əmək vasitəsi və cismi) kimi çıxış edir. Resurslar, insanların
təbiətə təsiri ilə şəxsi istehlaka çevrilir ki, bu da əmək vasitəsi adlanır. Əmək
vasitəsi kimi torpaq, yer, ərazi kimi çıxış edir, çünki burada faydalı qazıntılar, təbii
xüsusiyyət və enerjidaşıyıcı olan əmək prosesi baş verir. Əmək vasitəsinə,
həmçinin, küləyin, hündürlükdən axan suyun, qabarma və çəkilmənin gücü,
kimyəvi, biokimyəvi reaksiyalar və s. aid edilir. Əmək vasitələri təbii xammallar
olmaqla, istehsal prosesində emala tabe olaraq öz formasını dəyişir. nsanlar
12
təbiətdə böyük miqdarda əmək vasitələrinə hazır vəziyyətdə rast gəlirlər (faydalı
qazıntı yataqları, təbii meşələr, daxili su hövzələrində, dəniz və okeanlarda balıq
resursları və s.).
Təbii resursların maddi tərkibi tarixən insan cəmiyyətinin biliyi və
məhsuldar qüvvələrin inkişafının əldə edilmiş səviyyəsindən asılı olmuşdur. XVII
ə
srdə insanlar 30 kimyəvi elementdən, XIX əsrdə 50, XX əsrin əvvəllərində isə
artıq 60-a qədərindən istifadə etmişlər. Hal-hazırda təsərrüfata 90-dan çox kimyəvi
elemеnt cəlb edilmişdir ki, bu da insana məlum olan maddələrin böyük hissəsidir.
ctimai istehsalın ilkin mərhələlərində inkişaf, əsas etibarilə, bioloji resurslara
(yabanı bitkilərə, əkinçiliyə, heyvandarlığa), sonralar mineral resurslara, o cüm-
lədən əvvəlcə metal mənşəli xammalara, ardınca üzvi (kömür, neft), nəhayət,
kimyəvi (fosforit, apatit və s.) resurslara əsaslanmışdır. qtisadiyyatda daha çox
nəzəri cəlb edən enerji mənbələri −
−
−
− su enerjisi, o cümlədən qabarma, çəkilmələr,
günəş, külək, yeraltı sualrın istiliyi və nəhayət, nüvə enerjisi olmuşdur. Təbii
resursların öyrənilməsində elmi təsnifatın mühüm əhəmiyyəti vardır, belə ki,
vasitələrin, obyektlərin və təbii mühitin hadisələrinin qruplara bölünməsi
funksional əhəmiyyət göstəricisidir.
12. Təbii resursların iqtisadi-maddi, xidmət və ticarət (bazar) təsnifatı.
Təbii resursların təsnifatı təbiətin məlum komponentlərinə əsaslanaraq onların
mənşəyinə (genezis) görə aparıla bilər. Bu təbii təsnifat adlanır. Xüsusiyyətlərinə
görə təbii resurslar aşağıdakı qruplara ayrılır: mineral resurslar (faydalı qazıntılar),
su, torpaq, bioloji resurslar (bitki və heyvani mənşəli) və s. Hər qrup daha kiçik
sahələrə də bölünə bilər.
Təbii resursların ehtiyatlarının məhdudiyyətlilik problemi ilə əlaqədar, tükənən
və bərpa olunma göstəriciləri əsasında aparılan təsnifatın da əhəmiyyəti böyükdür
və bu, həmçinin ekoloji təsnifat adlanır. Bu baxımdan, resurslar tükənməyən
(günəş enerjisi, külək, axan sular, yerin daxili istiliyi və s.) və tükənənlərə
bölünür. Tükənən təbii resurslar, öz növbəsində, bərpa olunanlara (torpaq, su,
bitki, heyvan) və bərpaolunmayanlara (mineral sərvətlər) ayrılır. Baxmayaraq
ki, resursların əsas istiqaməti insan cəmiyyətinin tələbatını ödəmək olsa da,
onların təsərrüfat təsnifatı (iqtisadi) böyük əhəmiyyət kəsb edir. Onun əsasında
xalq təsərrüfatının müxtəlif sahələrində resurslardan artıqlaması ilə istifadə
olunması durur. Bu xüsusiyyələrinə görə onlar iki qrupa ayrılır: −
−
−
− maddi istehsal
resursları və xidmə t sahə lə rinin resursları. Maddi istehsal resursları özündə
aş ağ ıdakıları birləş dirir:
a)
sənaye əhəmiyyətli – yanacaq, energetika, metal filizləri, aqrokimyəvi, su,
meşə xammalları və s;
Dostları ilə paylaş: |