4
2.dövlət tənzimləmə, proqnozlaşdırma sisteminin formalaşması və təbiəti
mühafizə tədbirlərinə nəzarət
3.bazar münasibətləri şəraitində ƏM-dən istifadənin təsərrüfat mexanizminin
tədqiqi və elmi əsaslandırılması
4.təbiətdən istifadənin idarə edilməsinin təşkilatı məsələlərinin
təkmilləşdirilməsi
5.ƏMM-nin iqtisadi mexanizminin işlənilməsi və effektli təbiətdən istifadədə
bazar vasitələrinin tədbiqi
6.istehsal obyektlərində təbiəti mühafizə fəaliyyətinin iqtisadi gösəricilərində
metodiki yanaşmanın və ətraf mühitə təsiri vəziyyətinin nəzəri əsaslandırılması
7.ətraf mühitə təsir edən zərərli təsirlərin azaldılması, təbii resurslardan
istifadənin effektivliyinin yüksəldilməsi, məhsulun kompleks emalı, təkrar istehsalı
və s. üçün metodların seçilməsi.
5. Ətraf mühitin iqtisadiyyatı fənninin tədqiqat metodları və tənzimləmə
mexanizmləri.
Ə
M fənni aşağıdakı metodlardan istifadə edir:
1.Dialektiv metod. Bu metod ekoloji və iqtisadi proseslerin tədqiqatını vahid
müstəvidə öyrənməyi təklif edir. Metodun əsas xüsusiyyəti təcrübə ilə
nəzəriyyənin vəhdətindən ibarətdir.
2.Tarixi metod. Bu münasibətlərin tarixinin öyrənilməsi ekoloji-iqtisadi
sistemin həm müasir vəziyyətinin, həm də gələcək inkişafının elmi əsaslandırılmış
proqnozunun müəyyənləşdirilməsi üçün əhəmiyyətlidir.
3.Sistemli yanaşma. Bu ƏM öyrənilməsində sistemli yanaşma təbii resursların
mənimsənilməsi və istehlakı, ətraf təbii mühitin mühafizəsi və ya bərpası
istiqamətində mürəkkəb prosesləri tədqiq edir.
4.Normativ metod. Burada ekoloji normativlər: T H, KBH və s.
müəyyənləşdirilir.
5. qtisadi-riyazi modelləşdirmə-i təbiətdən istifadədə xərclərin sərfinin
hesablanması, təbii resursların iqtisadi qiymətləndirilməsi, təbii mühitin
5
çirklənməsindən dəyən iqtisadi zərər və digər ekoloji-iqtisadi parametrlərin müəyyən
edilməsində istifadə olunur.
6.Kartoqrafik metod. Bu metodla təbii resursların qiymətləndirilməsi,
regionlarda təbii hadisələrin proqnozunun verilməsi, təhlükəli hadisələrin
qarşısının alınması üçün təbiəti mühafizə tədbirləri və istehlakı qiymətləndirilir.
7.Kosmik tədqiqatlar metodu. Yerin süni peykləri, kosmik stansiyalar və
yerləşdirilmiş avadanlıqlar vasitəsilə aparılmış kosmik çəkilişlərdə yer haqqında
daha geniş məlumatlar, qlobal təbii proseslərin izlənməsi həyata keçirilir.
6. Cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsi, tarixi və onun başlıca
xüsusiyyə tlə ri.
Insan və təbiətin əlaqəsi tarixi 3 mərhələyə bölünür.
•
B i r i n c i m ə r h ə l ə – insan və təbiətin qarşılıqlı münasibətinin tarixi,
alimlərin adlandırdığı kimi 3 mln-dan çox yaşı olan qədim daş əsri və ya paleolit
dövrüdür.
•
k i n c i m ə r h ə l ə −−−− yeni daş əsri (neolit), tarixi şərti olaraq 10 min ilə
qədər bundan əvvələ qeyd olunur ki, bu zaman əkinçilik, heyvandarlıq
təsərrüfatları yaranmış, təsərrüfat formalarına keçilmiş, poleolit ənənələrini istehsal
iqtisadiyyatı əvəz etmişdir. Bu keçiddə insanın qidası üçün mənbə olan təbii faktor
ə
sas rol oynamışdır: təbii şərait pisləşmiş, ovçuluğun məhsuldarlığı azalmışdır.
stehsal fəaliyyətin inkişafı insanın təbiətə təsirini gücləndirmişdir. Həmin dövrdə
meşələr intensiv qırılmış, müxtəlif irriqasiya sistemləri, kanallar və s. tikilmişdir.
Artıq yaşayış məntəqələri, sonra şəhərlər, ticarət mərkəzləri və manufakturalar
yaranmağa başladı. Təbii landşaft yeni mənzərə almağa başladı. Bununla belə bir
çox minilliklər ərzində cəmiyyətin təbiətə qarşılıqlı təsiri təbii şəraitin xüsusiyyət-
lərindən asılı olan kənd təsərrüfatı fəaliyyəti ilə bağlı oldu.
•
Ü ç ü n c ü m ə r h ə l ə – bu dövr XVIII-XIX əsrlərdə sənayedə baş verən
inqilablarla emalatxana istehsallarından sənaye istehsalına, əl əməyindən maşınlara
keçidi birləşdirir. Bu, cəmiyyətə möhtəşəm məhsuldar qüvvələri yaratmağı öyrətdi.
Təbiətdə insanların təsərrüfat fəaliyyətləri nəticəsində dəyişikliklər baş verirdisə,
bu ancaq lokal xarakter daşıyırdı. Lakin sənayedə baş vermiş inqilab istehsalın
6
artım tempini siçrayışla yüksəltmiş, yeni xammal və enerji mənbələri təsərrüfata
cəlb edilmiş, cəmiyyətin təbiətə təsiri xeyli artmışdı.
7. Məhsuldar qüvvələrin inkişafı və onların təbii mühitə təsirinin
tə nzimlə nmə si qanunauyğ unluğ u.
Ekologiyanın prinsip və qanunauyğunluqları:
•
sosial-ekoloji tarazlıq qanunu (mühitə edilən həm təbii, həm də süni təzyiq
ilə mühitin bərpası arasında tarazlığın qorunması;
•
inkişafın mədəni idarə olunması prinsipi (ekoloji məhdudiyyətlər nəzərə
alınmaqla, ekstensiv inkişafa məhdudiyyətlərinin qoyulması);
•
sosial-iqtisadi əvəzləmənin qaydaları (cəmiyyətin tələbatının əvəz oluna
bilən yollarının müəyyən edilməsinin vacibliyi);
•
sosial-ekoloji bərpa edilməzlik qanunu −−−− (təkamil hərəkətinin geri
dönməsinin mümkünsüzlüyü, mürəkkəbdən daha sadə formaya doğru hərəkət).
•
Vernadskinin noosfer qanunu (noosferdə −−−− geosferdə insan şüuru və
ə
məyinin təsiri ilə biosferin dəyişdirilməsi qaçılmazdır, burada «insan-təbiət»
sisteminin inkişafında idrak həlledici rol oynayır.
V. .Vernadski qeyd etmişdir ki, insan fəaliyyətinin intensiv inkişafı,
ümumilikdə güclü geoloji qüvvəyə çevrilmişdir. Bu, biosfer keyfiyyətinin yeni
səviyyəyə keçməsinə şərait yaratmışdır. Nəticədə planetdə yaşamış canlı
orqanizmlərin bioloji müxtəliflik məskunları pozulmuşdur.
Bu dialektik ziddiyyət insan fəaliyyətinin təsirindən dağılmağa məruz qalmış
ə
traf mühitin və onun əsasında istehsalın səmərəliliyinə, iqtisadi inkişafın sürətinin
artmasına mane ola bilər.
Bununla yanaşı insan bioloji varlıq olaraq öz həyat fəaliyyətində ətraf
mühitdə maddələr mübadiləsini mütamadi olaraq aparmadan yaşaya bilməz. Ona
görə də cəmiyyət təbiətin bir hissəsi kimi, onun qanunları əsasında istehsal fəa-
liyyətini inkişaf etdirməlidir.
Dostları ilə paylaş: |