13
b)
kənd təsərrüfatı əhəmiyyətli −−−− torpaq, suvarma üçün su, iqlim resursları və
s.;
c)
tikinti əhəmiyyətli – mineral tikinti materialları, su, oduncaq və s.
Xidmə
t sahə
lə
ri resursları da öz növbə
sində
, aş
ağ
ıdakı qruplara bölünür:
a)
birbaşa istehlak olunan (içməli su, yabanı bitkilər, ov heyvanları və s.);
b)
dolayısı ilə istifadə olunan (istirahət və müalicə üçün iqlim resursları,
rekreasiya və idman məqsədilə su hövzələri, meşələr, estetik landşaft resursları və
s.).
Resursların təsnifatında təsərrüfat üçün digər mühüm göstəricilərindən biri,
onların bir və ya çoxməqsədli istifadəsidir. Resursların birməqsədli istifadəsinə,
mineral-xammal, yanacaq-enerji ehtiyatları aiddir, çünki onlardan konkret növ
sənaye xammalı, yanacaq, istilik və elektrik enerjisi alınır; resursların çoxməqsədli
istifadəsinə isə −
−
−
− torpaq, meşə, su resursları aid edilir, çünki onlardan istifadə
vasitəsi və istiqaməti müxtəlifdir. Elmi-texniki inkşafın nəaliyyətlərinin
genişlənməsi təbii resursların istifadəsinin çoxməqsədli, kompleks istiqamətini
genişləndirmişdir.
Bazar münasibətlərinin formalaşması şəraitində təbii resursların təsnifatı,
həmçinin ticarət predmeti kimi əhəmiyyət kəsb edir –bölünür:
•
strateji əhəmiyyətli resurslar – onların ticarəti dövlətin bazar təsnifatı adı
ilə müvafiq olaraq aşağıdakı qruplara təhlükəsizlik maraqlarına uyğun olduğundan
ciddi məhdudiyyətlə aparılmalıdır (məsələn, uran filizi və digər təbii radioaktiv
komponentlər);
•
ixrac əhəmiyyətli resurslar −−−− əsas valyuta gəlirini təmin edir (Rusiyada
neft, meşə materialı, qızıl, almaz, Belarusda kalium duzu və s.)
•
daxili bazar resursları −−−− daha geniş yayılmış resurslardır (məsələn, mineral
tikinti xammalları və s.).
Müxtəlif təsnifatlardan istifadə, resursların qrup şəklində formalşmasının
qanunauyğunluqlarını, onların genetik xüsusiyyətlərini, təsərrüfatda istifadə
imkanlarını müəyyənləşdirməyə, eləcə də təbii-resurs potensialının öyrənilməsinin
vəziyyəti barədə nəticə çıxarmağa, onlardan səmərəli istifadə olunması və
mühafizə edilməsinin istiqamətlərini təyin etməyə şərait yaradır
Təbii-resurs potensialı dedikdə, regionun təbii resurslarının məcmuu başa
düşülür ki, o da elmi-texniki tendensiyalar nəzərə alınmaqla təsərrüfatda istifadə
olunur və ya oluna bilər. Təbii-resurs potensialının böyüklüyü ayrı-ayrı təbii
resurs potensiallarının cəmidir (mineral, su, meşə, torpaq və s.) və bir çox
amillərdən asılıdır. Bunlardan ən başlıcası regionda mövud olan təbii resursların
miqdarı (istehsal prosesinə cəlb olunmuş və istifadə edilə bilən təbii resurslar nə
qədər çox olarsa, deməli təbii-resurs potensialı bir o qədər çoxdur), onların
kəmiyyət və keyfiyyət səciyyəsi (ehtiyatların çoxluğu, faydalı tərkibi, suxurların
möhkəmliyi və s.), təbii resursların hər hansı növündən kompleks istifadənin
mümkünlüyüdür.
13. Su ehtiyatları, onlardan səmərəli istifadə və mühafizə yolları.
Su resursları. Su coğrafi təbəqədə ən geniş yayılmış komponent olsa da,
onun cəmi 3%-i (daha dəqiq 2,53%) içmək üçün yararlı şirin sudur. Şirin su
ehtiyatının əksər hissəsi istifadə üçün əlçatmaz buzlaqlardadır (Antarktida,
14
Qrenlandiya). Çaylarda toplanan içməli su qeyri-bərabət paylanmışdır. Əhalinin
daha çox məskunlaşdığı kənd təsərrüfatı və sənaye bölgələrində şirin su
ehtiyatının 40%-dən azı yerləşir. Qurunun 1/3-ni tutan arid zonalar içməli sudan
daha çox korluq çəkirlər. Soyuq şimal və rütubətli ekvatorial ərazilərdə isə su
istifadə olunmadan okeana axır.Hesablamalara görə yer kürəsinin ümumi su
ehtiyatı 1386 mln. km
3
-dir. Şirin səth sularının həcmi 35 mln. km
3
həcmində
qiymətləndirilir. Hazırda dünyanın bir çox ölkələrində, xüsusilə iqtisadi cəhətdən
inkişaf etmiş ölkələrdə su ilə təmin olunmada kəskin və mühüm sosial-iqtisadi
problemlər vardır. Indi əsrin əvvəlinə nisbətən sənaye və kənd təsərrüfatında daha
çox su işlədilir. Suyun tükənməyən sərvətlərə aid edilməsinə baxmayaraq o,
dünyada qeyri-bərabər paylanmışdır.Istehlakçının suya təlabatının göstəricilərini
də müəyyənləşdirmək çox vacib məsələdir. Dünyada suyun əsas istehlakçısı kənd
təsərrüfatı olmuş və yenə də qalmaqdadır (70%). Ikinci yeri sənaye (20%), üçüncü
yeri məişət təsərrüfatı (10%) tutur.
Təbii suların əsas çirkləndirici göstəriciləri aşağıdakılardır:
-
Oksigenin biokimyəvi sərfi göstəricisi. Göstərici çox olduqda
çirkləndirici maddələr də daha çox olur və suyun keyfiyyəti bir o qədər pisləşir.
-
Suda mikroorqanizmlərin olması. Onun göstəricisi bağırsaq bakteriyaları
(kalititr) miqdarıdır.
-
Suda ammonyakın, nitratların , nitritlərin, neft və neft məhsullarının,
fenolun, sintetik səthi-aktiv maddələrin, ağır metalların miqdarı və s.
Rio-de-Janeyrada (iyun, 1991) BMT-nin konfransında əhalinin keyfiyyətli içməli
su ilə təmin olunması problemi bəşəriyyətin dayanıqlı inkişaf strategiyasında
hakim mövqe təyin olundu. Təbiətin mühafizəsi strategiyasında qeyd edilir ki,
planetar miqyasda bəşəriyyətin sağlamlığı istifadə olunan şirin suyun
keyfiyyətindən asılıdır.
Su problemin həlli yolları:
-
sudan qənaətlə istifadə, çirkab (işlənmiş) suların su hövzələrinə
axıdılmasının qarşısının alınması;