15
-
dəniz suyunun şirinləşdirilməsi (Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt,
Bəhreyn, Türkmənistan, Qazaıstan, Yaponiya, Avstraliya ttifaqı və s.);
-
çay sularının bir bölgədən digərinə yönəldilməsi;
-
aysberqlərdən istifadə edilməsi;
-
su anbarlarının tikilməsi;
-
sənaye və energetikada qapalı su dövriyyəsinin yaradılması və s.
nsanın gündəlik su tələbatı minimum 2 litrdır. Sənaye və məişət tələbatı
daxil olmaqla EÖ-də sutkalıq su istehlakı 200-300 (iri şəhərlərdə 400-500) litrdır.
14. Torpaq ehtiyatları, onlardan istifadə
nin müasir və
ziyyə
ti və
mühafizə
tə
dbirlə
ri.
Torpaq resursları (fondu) təqribən Yer kürəsinin quru hissəsinin sahəsinə
bərabərdir. Torpaq fondunun yalnız 1/3 hissəsi kənd təsərrüfatına yararlıdır.
Becərilən torpaq sahələri isə ümumi torpaq fondunun 11%-ni təşkil edir və əsasən,
meşə, meşə-çöl, çöl zonalarında yerləşir. Otlaq və çəmənliklər ümumi torpaq
fondunun 24%-ni, meşə və kolluqlar, az yararlı və yararsız sahələr isə yerdə
qalanını təşkil edir
Dünya torpaq fondunun ümumi sahəsi 149 mln. km
2
və ya 14,9 mlrd.
hektardır. Antraktida və Qrenlandiya sahələrini nəzərə almasaq bu 135 mln.kv km
və ya 13,5 mlrd.hektara çatır. Torpaq fondunun strukturu bir o qədər də əlverişli
deyildir. Torpaq resurslarını mənimsəyən və ondan istifadə edən insanlar
planetimizin torpaq fondunun strukturuna təsir etmiş, onu tədricən dəyişmişlər. Bu,
ilk növbədə əkilən torpaqların genişlənməsi, otlaq və meşə sahələrinin
sıxışdırılması ilə izah olunur. Yaşayış məntəqləri, sənaye və nəqliyyatın altında
olan torpaqlar həm dünya üzrə və həm də regionlar üzrə 1-2% arasında tərəddüd
edir. Təkcə Xarici Avropa və Şimali Amerikada bu göstərici bir qədər
yüksəkdir.Dünya torpaq fondunun başlıca problemi kənd təsərrüfatına yararlı
torpaqların deqradasiyasıdır. Torpaqların deqradasiyasına onların eroziyası,
çirklənməsi, məhsuldarlığın azalması, şoranlaşma, bataqlaşma, yaşayış məntəqələri
və s. aid edilir. Bəzi hesablamalara görə bəşəriyyət artıq buna görə 2 mlrd.hektar
məhsuldar torpaq sahəsini itirmişdir. Təkcə eroziya səbəbindən nəinki geridə
qalmış, hətta geniş torpaqlara malik iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə 607
mln.ha kənd təsərrüfatı torpaqları dövriyyədən çıxmışdır. Şoranlaşma və
16
bataqlaşma səbəbindən isə hər il 15 mln.ha torpaqlar yararsız vəziyyətə
düşür.Dünyanın quru hissəsinin 55%-nin mənimsənilməsinə baxmayaraq torpaq
resurslarının çatışmazlığı hər yerdə nəzərə çarpır. Torpaq çatışmamazlığının aradan
qaldırılmasının
ə
n
münasib
yolu
yeni
ə
razilərin
mənimsənilməsidir.Mənimsənilməsi çox da xərc tələb etməyən torpaq ehtiyatları
dünyanın quru hissəsinin təxminən 6%-ni, mənimsənilməsi olduqca böyük vəsait
tələb edən sahələr isə 25% təşkil edir.
Səhralaşma ekoloji problem kimi Yer kürəsində hələ insan cəmiyyətinin
formalaşdığı dövrdən əvvəl də mövcud olmuşdur. Hal-hazırda dünyanın 1/3-ni
tutan arid qurşaqda 8 mln. km
2
sahəni səhralar tutur..Hazırda da məhsuldar
torpaqların səhralara çevrilməsi prosesi davam edir. Səhralaşmanın davam
etməsinin başlıca amillərindən biri insan fəaliyyətidir. Antropogen təsirə biirnci
növbədə meşələrin qırılması, torpaqlardan düzgün istifadə edilməməsi,
heyvandarlıqda torpaqlardan səmərəsiz istifadə olunması və s. daxildir.Alimlər
hesablamışlar ki, antropogen təsirdən yaranmış səhralar 9 mln. km
2
-ə (900 mln. ha)
çatmış və planetin torpaq fondunun 6,7%-ni təşkil edir.
15.
Mineral-xammal
ehtiyatları,
onlardan
istifadə
nin
ekoloji
qiymə
tlə
ndirilmə
si.
Mineral ehtiyatların kəmiyyətcə qiymətləndirilməsi, faydalı qazıntıların
ehtiyatı ilə ifadə olunur (aşkar və kəşf olunmuş). Mineral xammalın kəşf olunmuş
miqdarı çıxarılan faydalı qazıntının ölçüsündən, kəşf olunma dərəcəsindən, eyni
zamanda yer qabığı haqqında geoloji biliklərin inkişafından və onun müxətlif
hissələrində faydalı qazıntıların toplanmasının mümkünlüyündən asılı olaraq
dəyişir. Geoloji kəşfiyyatın məlumatları faydalı qazıntıların həcmini hesablamağa,
həcmi sıxlığa vurduqda isə faydalı qazıntı ehtiyatlarının çəkisini müəyyən etməyə
imkan verir. Maye və qaz halında olan faydalı qazıntıların ehtiyatını hesablayarkən
həcm metodundan savayı, buruqlarda axınlar üzrə hesablanma metodundan istifadə
olunur.
Faydalı qazıntı ehtiyatları xalq təsərrüfatında istifadə üçün yararlılığına görə
də müvazinət və müvazinətləşdirilən olmaqla iki yerə ayrılır. Müvazinətli olanlara
texnika və iqtisadiyyatın müasir səviyyəsində istifadə olunması məqsədəuyğun
hesab olunan ehtiyatlar daxildir; müvazinətləşdirilənlərə mövcud texnika vasitəsilə
səmərəli istifadəsi mümkün olmayan ehtiyatlar daxildir. Həmçinin, proqnoz qrupu
da mövcuddur ki, buraya təxmini qiymətləndirilmiş geoloji ehtiyatlar daxildir.
Faydalı qazıntıların iqtisadi qiymətləndirilməsi, başqa təbii ehtiyat növlərində
olduğu kimi diferensial rentanın hesablanmasına əsaslanır və burada o, diferensial