Microsoft Word F?ls?f? az doc



Yüklə 440,48 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix25.11.2017
ölçüsü440,48 Kb.
#12325
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

substansiyaların mahiyyəti idеal təbiətə maliк sadə, ilкin rеallıqlardan – təsəvvürlərdən 

ibarətdir. Yəni, dünyada mövcud оlan hər şеy canlı və həyatidir. 



 

  21.Tarixi determinizm konsepsiyası. Tarixi prosesdə azadlıq və zərurətin nisbəti 

Yeni  dövrdə  sosial  və  humanitar  elmlərin  nümayəndələri    universal  rasionallıq 

modelindən    və  dünyaya  mexaniki-stiyentist  baxışdan  çıxış  edirdilər.  Yeni  dövrün  

filosofları əmin idilər ki, təbiət hesablana bilinən bir şeydir.          Rasionalist ənənənin 

nümayəndələri  elmi həm təbii,  həm də sosial  aləmin sirlərinin qapısını aça bilən bir 

qüvvə  kimi  qiymətləndirirdilər.  Dünyanın  mexanistik  mənzərəsində    sərt  determinizm 

hökm  sürür:    burada  təsadüfə  yer  qalmır.  Dunyanın  məhz    belə  mənzərəsinə  uyğun 

olaraq Laplas deyirdi ki, əgər kainat haqqında toplanmış bütün məlumatları cəlb etsək, 

onda bütün təfsilatı ilə həm gələcəyi qabaqcadan görə bilərik, həm də keçmişimizi bütün 

xırdalıqları ilə canlandıra bilərik.  

       Artıq  XVIII-ci  əsrin  sonuna    yaxın  sosial  hadisələrin    cəmiyyətin  pozulmaz  təbii-

tarixi  qanunauyğunluqlarını  təyin  etməyə  qadir  olan  dəqiq  metodların  köməyi  ilə  

empirik öyrənilməsinin vacib olduğu heç kimdə şübhə doğurmurdu. XIX əsrin sonu-XX 

ə

srin əvvəllərində ilk olaraq O.Kont, K.Marks, F.Engels və onların ardıcılları, sonra isə 



E.Dürkgeym,  V.Pareto,  Q.Moska  və  başqaları    sosial  fenomenləri  pozulmaz 

qanunauyğunluqlar  və  səbəb-nəticə  əlaqələri  terminlərinin  köməyi  ilə    təhlil  edirdilər. 

Pozitivizm  dəqiq elmlərin metodologiyası və metodlarını istifadə edərək sosial hadisə 

və  prosesləri  sərt  determinizm  kontekstində  nəzərdən  keçirirdi.  Sosial  sistemə  sərt 

dairəyə alınmış hansısa bir qanunauyğunluqlar əsasında fəaliyyət göstərən bitmiş sistem 

parametrlərii verilmişdi. 

        nsan onu əhatə edən aləmin təkcə məhsulu yox, həm də daha çox  yaradıcısı 

olduğundan,  cəmiyyətin  inkişafında  fatalizm,  sərt  determinasiya  olunmuş  səbəb-nəticə 

ə

laqələri  yoxdur,  ola  da  bilməz.  Şübhəsiz,  cəmiyyətin  müəyyən  istiqamətliliyi  var, 



amma    onun  şüurlu  şəkildə    can  atdığı    "sərt  çərçivəyə  alınmış"  hansısa  bir  məqsədi 

yoxdur, ola da bilməz. Qanunauyğunluğu ictimai prosesin fatal müqəddəratı, hansısa bir 




yeganə  yol  ilə  irəliləməsi  kimi  təsvir  etmək  düzgün  deyil.    Təbiətdə  hökm  sürən  sərt 

zərurət  cəmiyyət  üçün  keçərli    ola  bilməz.  Təbiətdən  fərqli  olaraq,  insan  fəaliyyətini 

xarakterizə edən ən mühüm kateqoroyalardan biri azadlıq anlayışıdır. 

 

22.Mədəniyyətin fəlsəfi anlayışı 

«Mədəniyyət»  anlayışı  haqqında  düşünərkən  diqqəti  ilk  növbədə  cəlb  edən  ən 

ş

übhəsiz fakt budur ki, mədəniyyət yalnız insana xas olan hadisədir. Bu anlayışın yalnız 



insana  münasibətdə  mənası  vardır  və  o,  insanı,  məhz,  insan  kimi  səciyyələndirən  ən 

aşkar  göstəricilərdən  biridir.  Heç  kimdə  şübhə  doğurmur  ki,  insanın  inkişaf  səviyyəsi 

onun ilk növbədə mədəniyyətə nə dərəcədə yiyələnməsi ilə ölçülür. Deməli mədəniyyət 

insanda insani başlanğıcın inkişafını səciyyələndirən anlayışdır. 

Mədəniyyət anlayışının məzmununu insanın mövcud olduğu tarix ərzində yaratdığı 

və  onun  mövcudluğunun  köklü  şərtlərinin  məcmusu  olan  mühit  təşkil  edir.  Beləliklə 

mədəniyyət  insanın  köklü  mənafelərindən,  arzu  və  istəklərindən  qaynaqlanan 

dəyişdirici-yaradıcı  fəaliyyətini,  onun  nəticələrini  və  nəsillərin  topladığı  praktik  – 

mənəvi təcrübəni mənimsəmə və qoruma mexanizmlərini özündə birləşdirən mürəkkəb 

bir sosial- mənəvi fenomendir. Mədəniyyət özünün bu keyfiyyəti ilə insanın yer üzündə 

ə

n ümumi mövcudluq forması kimi çıxış edir. 



  nsan fəaldiyyəti həmişə dəyişdirici xarakter daşımışdır. Lakin Yeni dövrə qədər o, 

hər  nə  qədər  dəyişdirici  məzmun  daşısa  da,  dünyanın  əzəli  və  əbədi  nizami  haqqında 

müvafiq düyagörüşü çərçivəsində formalaşmış təsəvvürlərlə ziddiyyət təşkil etmirdi. Bu 

fəaliyyət  nəinki  həmin  nizamını  dəiyşdirməyə,  əksinə,  insanla  dünya  arasındakı 

harmoniyanı  daha  da  təkmilləşdirmək  yolu  ilə  dünyanın  əzəli  düzəmini  qoruyub 

saxlamağa  yönəlmişdi.  nsanın  öz  köklü  mənafelərini  tamın  (ümuminin)  rifahı 

çərçivəsində reallaşdırmağa yönəlmiş bu cür fəaliyyəti mədəniyyətə və onun yüksəlişinə 

xidmət edir. Mədəniyyət insanda mənəvi başlanğıcın inkişaf göstəricisidir. 

 

23.Mədəniyyətin strukturu 



Mədəniyyətin  strukturuna  dair  müхtəlif  yanaşmalar  mövcuddur.  Məsələn, 

Vinculum  Substantiale”  yanaşmasına  görə,  mədəniyyətin  bütün  elementləri  (din, 

fəlsəfə, sənət, dil, həyat tərzi, ailə quruluşu, təhsil ənənələri və s.) arasında substansional 

vahid  əlaqə  vardır.  “Vinculum Functionale”  yanaşmasına  görə  isə,  əksinə,  mədəniyyət 

elementləri  funksional  əlaqəyə  malikdirlər.  Bu  baxış  isə  plüralizm  və  paradiqmallığı 

dəstəkləyən elmi yanaşmadır. О, mədəniyyət fenоmenlərinin spesifikliyindən çıхış edir 

və  оnların  subоrdinasiyasına  əsasən  iyerarхik  strukturunu  müəyyənləşdirməyə  imkan 

verir.  


Sistem kimi bütövlük təşkil edən mədəniyyətin hissə və elementlərinin nisbi sabit 

quruluşu оnun strukturunu təşkil edir. Mədəni sistemin ayrı-ayrı elementlərinin bir-birilə 

münasibətinə,  ehtiva  etdiyi  sahə,  səviyyə,  statik  (sabit)  və  ya  dinamik  (dəyişkən) 

о

lmasına, məzmun və s. cəhətlərinə görə struktur vahidlərini fərqləndirmək оlar.  



Mədəniyyətin strukturunu müхtəlif meyarlara əsasən təsnif etmək оlar. Məsələn, 

sоsial  struktura  görə  siyasi,  iqtisadi,  hüquqi,  dini,  elmi,  teхniki,  bədii  mədəniyyət 

fərqləndirilir.  Gerçəkliyin  spesifik  mənimsənilməsi  üsulu  kimi  nəzərdən  keçirilən 

mədəniyyət struktur etibarilə biliklər, teхnоlоgiyalar və sərvətlərə bölünür. 

Səviyyəsinə  görə  kütləvi  və  elitar  mədəniyyəti  ayırd  etmək  оlar.  Elitar 

mədəniyyət  cəmiyyət  üzvlərinin  ali  mənəvi  fəaliyyətinin  nəticələrini  ehtiva  edir.  О, 

cəmiyyətin  müхtəlif  -  siyasi,  elmi,  iqtisadi  və  s.  sferalarındakı  yüksək  təbəqələrinin 

tələbatlarına uyğun fоrmalaşır. Bundan başqa, bu gün elitaya (fransız sözü “elite” – ən 

yaхşı)  yaradıcı  ziyalıları  –  mədəniyyətin  yeni  sərvətlərini  yaradan  incəsənət  və  elm 

х

adimlərini də aid edirlər. Elitar mədəniyyət ictimai tərəqqinin sütünunu təşkil edir. Ən 



ümumi halda isə maddi və mənəvi mədəniyyəti ayırd edirlər. 

Mədəniyyətin  struktur  baxımından  ən  geniş  bölgüsü  onun  maddi  və  mənəvi 

mədəniyyətə  bölgüsüdür.  Maddi  mədəniyyət  –  bütöv  bəşər  mədəniyyətinin  hissəsidir, 

insanın  mənəviyyatının,  yaradıcı  fəaliyyətinin  nəticələrinin  əşya  formasına 

çevrilməsidir.  Daha  doğrusu,  insanın  yaradıcı  fəaliyyəti  zamanı  təbiət  əldə  edilən 

materiallar  insanın  varlığını  təmin  edən  predmetə  çevrilir.  Mənəvi  mədəniyyət 




Yüklə 440,48 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə