Fuad Məmmədov
20
MİNNƏTDARLIQLAR
Akademiklər - Aleksandr Zapesotskiyə, Maqsud Əliyevə, Asəf Nadirova,
Ziyad Səmədzadəyə, Urxan Ələkbərova, AMEA-nın müxbir üzvləri - Nizami
Cəfərova, Rəna Məmmədovaya, professorlar - Olqa Astafyevaya, Nəriman
Həsənzadəyə, tarix elmləri doktoru Musa Quliyevə, tarix sahəsində fəlsəfə
doktorları, dosentlər - Firdovsiyyə Əhmədovaya və Tahir Behbudova, iqtisa-
diyyat sahəsində fəlsəfə doktoru, dosent Eldar Azadova, Ailə, Qadın və Uşaq
problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya, Milli Məc-
lis deputatları - Elmira Axundova və professor Asim Mollazadəyə, general
Vladimir Timoşenkoya, siyasətçilər, diplomatlar, incəsənət xadimləri - Toşi-
kazo Mutoya, Serik Primbetova, Hüseynağa Sadıqova, Ağaəli İbrahimova,
politoloq - Svetlana Bayramovaya, sahibkar - Nazim Abdullayevə mənim
əməyimə verdikləri yüksək qiymətə görə səmimi təşəkkürümü bildirirəm.
Monoqrafiyanın yüksək kulturoloji ruhunu, bütün ideyaları və xüsusiy-
yətlərini qoruyub saxlamaqla, Azərbaycan dilinə tərcüməsi və redaktəsi
xüsusunda çox səbr, diqqət və məsuliyyət tələb edən təqdirəlayiq əməyinə
görə istedadlı kulturoloq, “Simurq” Beynəlxalq kulturoloji jurnalının tərcü-
məçisi və redaktoru Şəlalə Kəsəmənliyə xüsusi minnətdarlığımı bildirirəm.
Kitabın üz qabığının bədii tərtibatına görə dizayner Emin Talışxanova,
nəşriyyatın rəhbəri Qeys Əbilova, səhifəbağlayan Elvir Əbilova və digər iş-
çilərə yüksək əmək mədəniyyətinə görə ürəkdən minnətdarlığıмı bildirirəm.
Həmçinin, hazırkı nəşrin işıq üzü görməsinə bu və ya digər dərəcədə
yardım edən bütün kolleqalarıma - Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası “Tarix” kafedrasının əməkdaşlarına
təşəkkür edirəm.
İdarəetmə mədəniyyəti
21
KİTAB HAQQINDA RƏYLƏR
“...Özünün çoxillik tədqiqatları və fundamental əsərləri ilə Rusiyada
və digər ölkələrdə yaxşı tanınan, kulturologiyanın inkişafına ciddi töhfə
verən və Azərbaycan elmində bu istiqamətin əsasını qoyan professor Fuad
Teyyub oğlu Məmmədovun xidmətlərini qeyd etməyə bilmərəm. Xüsusilə
onun, elmi anlamda məzmunlu universal kulturoloji biliklər toplusu olan
və Azərbaycan kulturologiya elminə şərəf gətirən “İdarəetmə mədəniyyə-
ti. Xarici ölkələrin təcrübəsi” monoqrafiyasının adını çəkmək istərdim.
İdarəetmə problemlərinə, idarəçilik proseslərinin sistemləşdirilməsi və
təsvirinin yeni formasına orijinal kulturoloji yanaşma, Şərq və Qərb ölkə-
lərində dövlət idarəçiliyi tarixi, nəzəriyyəsi və praktikasına kulturoloq ba-
xışı sayəsində, monoqrafiya xüsusi elmi və praktik dəyər kəsb edir. Pro-
fessor tərəfindən işlənib hazırlanmış “kulturologiya piramidası” universal
metodu idarəetmə elminin təkmilləşdirilməsi üçün paradiqma kimi çox
böyük əhəmiyyətə malikdir, müxtəlif effektiv idarəetmə səviyyələrinin in-
novativ modellərinin yaradılması üçün yeni imkanlar açır”.
A.S.Zapesotski,
kulturoloq, Sankt-Peterburq Həmkarlar İttifaqları
Humanitar Universitetinin rektoru, professor, RTA Rəyasət heyətinin üzvü,
kulturologiya elmləri doktoru, Rusiyanın əməkdar elm xadimi, akademik
“F.T.Məmmədovun “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübə-
si” monoqrafiyası Azərbaycan Respublikası dövlət quruculuğunun müxtə-
lif sahələri üçün aparıcı demokratik ölkələrdə yayılmış idarəetmə mədə-
niyyətinə qoyulan müasir tələblərə cavab verən yüksək ixtisaslı kadrların
– politoloqlar, hüquqşünaslar, diplomatlar, idarəçilərin, istehsalat mene-
cerlərinin kultoroloji hazırlığındakı tələbatlarla yaradılmışdır. O, 90-cı il-
lərin sonunda Azərbaycanın rəhbərliyi tərəfindən irəli sürülən, qərb ölkə-
lərinin təcrübəsi əsasında milli dövlət idarəciliyi sisteminin modernləşdi-
rilməsi strateji vəzifəsinin reallaşdırılmasına konkret töhfədir.
Monoqrafiyada qərb ölkələri inzibati-dövlət idarəçiliyinin proqressiv
təcrübəsi, demokratik dövlətçilik mədəniyyəti hərtərəfli tədqiq edilmiş və
yaradıcı şəkildə yenidən işlənmiş, müasir idarəçilik strategiyaları və tex-
nologiyaları, elmi idarəetmə prinsipləri və təşkilati mədəniyyət tipləri, in-
novativ fəaliyyət, hüquqi və informasiya təminatı, dövlət idrəçiliyinin təş-
kili, qiymətləndirilməsi və təkmilləşdirilməsi məsələləri açıqlanmışdır.
Burada, idarəetmə elmində ABŞ-ın, Almaniyanın, Birləşmiş Krallığın və
Fransanın nəzəri məktəbləri və istiqamətlərinin nailiyyətləri, unitar və fe-
deral dövlətlərdə dövlət qulluğu mədəniyyətinin xüsusiyyətləri əks olun-
Fuad Məmmədov
22
muşdur. Bununla yanaşı əsərdə Şərq və Qərb ölkələrinin qədim, orta əsr-
lər və yeni dövrdə dövlət idarəçiliyi tarixinə ciddi yer ayrılmış, Yaponiya-
nın, Çinin və Tayvanın dövlət və iqtisadi idarəçilik təcrübəsinə, rus alim-
lərinin nəzəri nailiyyətlərinə kulturoloji nəzər yetirmişdir.
Dərs vəsaitinin müsbət cəhətlərindən biri, insanın həyat fəaliyyətinin
inkişaf qanunları, texnologiyaları və imkanları haqqında, XXI əsrin aparı-
cı elmi paradiqması olan kulturologiyanın əsaslarının şərh edilməsidir.
Tələbələrin interaktiv təliminin və məmurların ixtisasının artırılması üçün
professor Fuad Məmmədov tərəfindən işlənib hazırlanmış, metodoloji in-
novasiya kimi kulturologiyada ilk dəfə olaraq, Lütfi Zadənin qeyri-səlis
məntiq nəzəriyyəsinin onun tərəfindən istifadə edildiyi innovativ metodo-
logiya və sistemli kulturoloji tədqiqatlar mühüm metodoloji əhəmiyyətə
malikdir. Onun tərəfindən işlənib hazırlanmış “kulturologiya piramidası”
universal metodu, mədəniyyətin elmi tərifi”, “mədəni insan”, “mədəni in-
kişaf amilləri”, “mədəniyyət, sosial sistem kimi”, “mədəniyyətin effektiv-
liyi”, “idarəetmə effektivliyi”, “sosial-mədəni tərəqqi effektivliyi”, “insan
kapitalı, inkişaf etməkdə olan sistem kimi” anlayışların məzmun-məna
genişləndirilməsi və Azərbaycan sosial-humanitar elmində milli kulturo-
logiyanın müstəqil istiqamətinin əsasını qoymuş digər formullar və kate-
qoriyalar böyük əhəmiyyətə malikdir.
Kitabın məzmunu dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, si-
yasətçi və məmur kadrların hazırlığı və yenidən hazırlığı üçün yüksək el-
mi, tədris və praktik dəyərə malik materialların zənginliyi və şərhinin sis-
tematikliyi ilə diqqəti cəlb edir”.
O.N.Astafyeva,
kulturoloq, “Vətəndaş cəmiyyəti və sosial kommunikasiyalar”
Elmi-Təhsil Mərkəzinin direktoru, Rusiya Federasiyası
Prezidenti yanında Rusiya Xalq təsərrüfatı və Dövlət qulluğu
Аkademiyasının YUNESKO kafedrasının professoru,
fəlsəfə elmləri doktoru, professor
“Görkəmli kulturoloq-alim, tarix elmləri doktoru, dünya mədəniyyəti
və sivilizasiyasının tarixi və nəzəriyyəsi, həmçinin milli və beynəlxalq
idarəetmə mədəniyyəti problemlərini əhatə edən tədqiqatları ilə Azərbay-
can elmində yeni elmi istiqamətin – beynəlxalq aləmdə tanınan milli kul-
turologiyanın əsasını qoymuş, elmdə öz üslubu, yaradıcılıq dəsti-xətti ilə
seçilən hörmətli professor Fuad Məmmədovun “İdarəetmə mədəniyyəti.
Xarici ölkələrin təcrübəsi” fundamental monoqrafiya xarakterli dərs vəsa-
iti də, birinci növbədə, Azərbaycanda kulturoloji məlumatın, yəni dünya
mədəniyyəti tarixinin əsaslı öyrənilməsinə, ali məktəblərdə tədrisinə, əs-
lində gəncliyin hərtərəfli inkişafı kimi vacib məsələlərə həsr olunmuşdur.
Dostları ilə paylaş: |