Fuad Məmmədov
38
dirilməsi və qəbul edilməsinə, vəzifələrin düzgün bölünməsinə, statusun və
sosial imtiyazların doğru təyin edilməsinə istinad edir.
Tarixən cəmiyyətin ruhi mədəniyyətinin formalaşmasında din böyük rol
oynayıb və oynayır. Ruhi mədəniyyət fenomeni olan hər bir dində üç kom-
ponent iştirak edir: inam, ibadət, mənəviyyat. Bütün dinlərin əsasını inam
təşkil edir. İnam – insanın, yüksək aprior mənəvi prinsiplərdə və ali şüura
istinadla bağlı olan psixoloji təhlükəsizlikdə qəlbin tələbatı ilə şərtlənən
vicdanıdır. O, xalqların etnik-tarixi ənənələrindən asılı olan sərhədlərə ma-
lik deyil. İbadət – müxtəlif dinlərdə öz xüsusiyyətlərinə malik olan ayindir.
Mənəviyyat - insanların əxlaqi tərbiyəsinin və cəmiyyətin adətlərinin yaxşı-
laşdırılması, yoxsulluqla yanaşı, cinayətlərin əsas səbəbi olan tamahkarlıq
və paxıllığın aradan qaldırılması zərurəti ilə bağlı bütün dinlərin əsas vəzi-
fəsidir. İnsan mədəniyyətinin qədim sosial institutu olan dinin başlıca məq-
sədi - mənəvi mədəniyyətin formalaşdırılması və qorunmasıdır.
Xeyirxah vərdişlərin tərbiyə edilməsində dinlə bərabər, aksioloji baxım-
dan neytral olan, təbiətin və insanın həyat fəaliyyəti qanunauyğunluqlarını
aşkar edən və sübuta yetirən, insanların neqativ кeyfiyyətlərini və onların
dağıdıcı nəticələrini, onların düzgün həyat fəaliyyətinə, insan münasibətləri
mədəniyyətinə vurduğu ziyanı izah edən elm yardım edir. Həyat göstərdi
ki, yalnız öyüd və nəsihətlər insan şüurunun dəyişdirilməsinə hər zaman
yardım etmir. İnsanların şüurunu dəyişməyə və sosial-mədəni həyatda onla-
rın, cəmiyyətin və dövlətin mənafeyinə cavab verən proqressiv islahatların
işlənib hazırlanması və həyata keçirilməsinə yönəldilmiş aktiv fəaliyyətini
motivasiya etməyə kömək edən həqiqi elmi biliklər, inandırıcı dəlillər və
əsaslar lazımdır. Sosial şərin azaldılması, insan təbiətinin yaxşılaşdırılması,
neqativ qaydalar və vərdişlərin aradan qaldırılması, insanların tərbiyələndi-
rilməsi və nəcibləşdirilməsinin effektiv vasitələrindən biri də sosial reallı-
ğın, ağıla və məntiqə zidd və həyatın dəyişən tələblərinə cavab verməyən
tarixi rəvayətlərin və keçmişin qanunlarının tənqidi təhlilidir.
Vətənə məhəbbət, vətənpərvərlik hər bir ölkənin ziyalılarından aktual
sosial-mədəni problemlərin obyektiv tənqidi, elmi əsaslandırılmış təhlilini
tələb edir, çünki onlar olmadan milli inkişaf proseslərinin düzgün tərəqqi və
təkmilləşdirilməsi yollarının axtarışı mümkün deyil. Millətçilikdən azad və-
tənpərvərlik və mədəniyyətdən məhrum yaradıcı fəaliyyət mümkündürmü?
Yüksək mədəniyyət olmadan mənəvi dəyərlərin və maraqların harmonizasi-
yası, insan ləyaqətinə hörmət və qarşılıqlı anlaşma mümkündürmü? Vətənə
inam və milli mədəniyyətə bağlılıq bütün xalqın vicdanlı və fasiləsiz əməyi,
ədalətli siyasət, yüksək dövlət idarəçiliyi mədəniyyəti olmadan mümkün de-
yil. Bu əxlaqi stimulların həyat qabiliyyətinin qorunması intellektual, etik,
hüquqi və idarəetmə mədəniyyətinin qabaqlayıcı inkişafını tələb edir. Bu-
İdarəetmə mədəniyyəti
39
nunla belə, o, milli iqtisadiyyatın rəqabət qabiliyyətli olmasını, resurslardan
düzgün istifadə edilməsini, yoxsulluq və korrupsiyanın aradan qaldırılması-
nı, cəmiyyətin rifahının və onun təhlükəsizliyinin durmadan artırılmasını
təmin edən ədalətli bölgü münasibətlərini nəzərdə tutur.
Xalqın mədəniyyətinin inkişafı üçün bu gün ən mühüm olan nədir? Biz
bu gün dünya mədəniyyəti və sivilizasiyası tarixindən hansı dəyərləri və
nailiyyətləri mənimsəməliyik? İmmanuil Kantın tənqidi təhlilini və Albert
Eynşteynin nonkonformizmini. Bu, xalqın, cəmiyyətin və dövlətin həyat fə-
aliyyətində durğunluq və böhranlardan tərəqqipərvər dəyişikliklərə aparan,
ölkənin dövlət siyasətində intellektual mədəniyyətin mütləq əhəmiyyətli
prioritetinin ən yaxşı sübutudur. Belə dövlət prioritetinin yüksək etik mədə-
niyyət və sosial ədalət prinsipləri ilə vəhdəti sülhə, rifaha, demokratiyaya
və milli tərəqqiyə yol açır. Qədim rəvayətlərin tənqidi təhlili haqqında daha
danışmayaraq, innovativ yanaşma və “məlum həqiqətlərin” yeni interpreta-
siyası mənimsəmə stereotiplərini, müxtəlif hadisələr, faktlar və təzahürlər
haqqında formalaşan təsəvvürləri dəf edərək, çox zaman elmdə keyfiyyətcə
yeni həyat imkanlarını aşkar edən inqilablara gətirib çıxarır. Məgər Koper-
nik, Bruno, Qaliley, Nyuton bəşəriyyətə, təbiət qanunlarına və dünyaya ye-
ni nəzərlə baxmağın yollarını göstərmədilərmi? Məgər Albert Eynşteyn və
Lütfi Zadə zaman və məkanın yeni interpretasiyasının, qeyri-səlis məntiq
imkanlarının kəşfi sayəsində elm dünyasını inqilаbiləşdirmədilərmi? Bu və
bir çox başqa görkəmli alimlərin dünyaya xüsusi, keyfiyyətcə yeni məntiqi
baxışа əsaslanan inqilabi işləri bizim məkan və zaman, materiya və enerji
haqqında təsəvvürlərimizi köklü surətdə dəyişdi, reallığın yeni anlayışına,
yüksək texnologiyaların yaradılmasına açar oldu.
Dünya mədəniyyəti və sivilizasiyasının inkişaf təcrübəsi göstərdi ki, sosial-
mədəni tərəqqi intellektual mədəniyyət səviyyəsi ilə düz mütənasib və cəmiyyə-
tin cahillik səviyyəsi ilə tərs mütənasibdir. Dahi
Azərbaycan mütəfəkkiri Niza-
mi Gəncəvi hələ XII əsrdə qeyd edirdi ki, “qüvvət elmdədir, başqa cür heç kəs
heç kəsə üstünlük eyləyə bilməz”. Bəşəriyyətin yaddaşında fövqəladə ağıl və
intuisiya, misilsiz iradə və cəsarət rəmzi kimi qalan Cordano Bruno hələ XVI
əsrdə deyirdi ki, elmin zirvəsini fəth etmək mütləq deyil, hamının dərk etməyə
can atması kifayətdir. Bu həqiqət bu gün də öz əhəmiyyətini itirməmişdir. Ha-
mının alim olması vacib deyil, lakin şəxsiyyətin intellektual inkişaf prosesinin
özü, xüsusən, dünya inkişafının müasir mərhələsində, cəmiyyət üçün praktik
əhəmiyyətə malikdir. İntellektual mədəniyyətin qabaqlayıcı inkişafının əhəmiy-
yəti ondadır ki, intellekt - insanın, cəmiyyətin və dövlətin yeniləşən, tükənməz
strateji resursudur, onun əsasında duran elm isə, təhlükəsiz və rahat həyat üçün
zəruri olan müdrikliyə doğru aparır. Yüksək intellekt dünyanın tarixi inkişafının
hərəkətverici qüvvəsidir. Kəşflər və ixtiralar düzgün başa düşüldükdə və istifa-