Fuad Məmmədov
36
manent olaraq yaxşılaşdırmaq, sülh və həyat qabiliyyətli sivilizasiya forma-
laşdırmaq üçün insana – özünün, dövlətin, cəmiyyətin, bəşəriyyətin, indiki
və gələcəк zamanın qarşısında yüksək məsuliyyət mədəniyyəti gərəkdir.
Kitabın məqsədlərindən biri mədəniyyət haqqında “iqtisadiyyat üzərində
üstqurum” olması kimi köhnəlmiş ictimai təsəvvür stereotiplərinin aradan
qaldırılmasına və onun yaradıcı proses və bütöv sosial sistem kimi düzgün
başa düşülməsinə kömək etməkdir. Bütün cəmiyyət tərəfindən yaradıcı pro-
ses olan mədəniyyətin mahiyyətinin, onun əsas vəzifələrinin, universal
funksiyaları və dəyişdirici imkanlarının, ideoloji və koordinasiya rolunun
dərk edilməsi, dövlət quruluculuğu və idarəçiliyi üçün kulturologiyanın
strateji əhəmiyyətinin qiymətləndirilməsi bir çox siyasi və sosial problem-
lərin həllini asanlaşdırır, ziddiyyətlərin aradan qaldırılmasına və destruktiv
proseslərin qarşısının alınmasına imkan verir.
Ruhi mədəniyyətin strukturu, prioritetləri və hərəkətverici qüvvələri icti-
mai tərəqqi üçün həlledici əhəmiyyətə malikdir. Hər bir milli mədəniyyətin
effektivliyi onun strukturundan asılıdır. Dünya mədəniyyəti və sivilizasiya-
sının inkişaf təcrübəsi göstərdi ki, yüksək rifah halı və həyat keyfiyyəti yal-
nız, mədəniyyətin bütöv sisteminin başlıca hərəkətverici qüvvəsi intellektu-
al mədəniyyət: elm, təhsil, maarif və elmtutumlu informasiya olan ölkələrdə
təmin olunur. Real müstəqilliyə gedən yol yüksək mədəniyyətdən, vətən-
daşların ümumi maraqlarına əsaslanan mədəni inkişafdan, ilk növbədə, in-
tellektual inkişafdan keçir. İnсanın dəyəri onun milli mənşəyi, silki mənsu-
biyyəti, maddi vəziyyəti və ya dini məzhəbi ilə deyil, şəxsi ruhi mədəniyyə-
ti – humanizmi və insanların rifahı naminə yaradıcı fəaliyyəti ilə müəyyən
edilir. Başqa sözlə,
insanın həqiqi dəyər meyarı şəxsiyyət mədəniyyətidir. O
isə müəyyən hədlərdə, onun inkişaf və nailiyyətlərini müəyyənləşdirir. Bu-
na görə də öz ölkəsinin və bütün bəşəriyyətin həyatına biganə olmayan hər
bir mədəni insan ruhi mədəniyyətin yüksəldilməsinə, biliklərin və insan ali-
cənablığının inkişafına yardım etməli, gənc nəslə dünya sivilizasiyasının
pozitiv təcrübəsini ötürməlidir. Ruhi mədəniyyətin inkişafı – eyni zamanda
insanın şəxsi ad-sana nail olması yoludur. Şəxsi ad-san irsidən həmişə üs-
tündür, çünki irsən qazanılmış ad-sanı insan hələ qorumağı və özünün həyat
şəraitdən asılı olmayaraq, şəxsi ləyaqəti və alicənab xarakteri ilə təsdiq et-
məyi bacarmalıdır. Qazanılmış ad-san isə onun şəxsi keyfiyyətlərinin, ruhu-
nun aristokratlığı, qabiliyyətlərinin və yaradıcı fəaliyyətinin nəticələri, onun
insanlar, Vətən və Bəşəriyyət qarşısında şəxsi xidmətlərinin ifadəsidir.
Dünyanı qatı eqoizmdən və ksenofobiyadan, iztirablardan və daim
böhran-
lara məruz qalan texnogen sivilizasiyanın dağıdıcı proseslərindən yalnız
yüksək ruhi mədəniyyət xilas edə bilər.
Ömür qısadır və insanlar bu reallığı müxtəlif cür başa düşürlər. Bəziləri
İdarəetmə mədəniyyəti
37
öz əməyi və xeyirxahlığı ilə adını gələcək nəsillərin yaddaşına yazmağa və
əbədi şöhrət qazanmağa tələsir, digərləri isə həyatdan öz xeyirlərinə istifadə
etmək üçün yaşayırlar. Bu məsələdə hər bir insanın mövqeyini onun ruhi
mədəniyyəti, tərbiyəsi, dünyagörüşü, həmçinin cəmiyyətdə üstün olan də-
yərlər sistemi müəyyən edir. Bununla belə, hamımız yadda saxlamalıyıq ki,
böyük məqsədlərsiz, böyük işlər yoxdur. Fridrix Şiller demişdir ki, insan,
onun məqsədləri böyüdükcə, böyüyür. Şübhəsiz ki, burada söhbət yüksək
mədəniyyətli insandan gedir, çünki şəxsiyyətin, onun ruhi mədəniyyətinin,
intellektual və mənəvi səviyyəsinin inkişafı olmasa, məqsədlərin inkişafı
mümkündürmü? Özünün мədəni inkişafa ehtiyacı olan kəs başqalarının mə-
dəni səviyyəsini qiymətləndirə və yüksək məqsədlər qoya bilərmi? Hər bir
xalqda, bu və ya digər dərəcədə, əqlin və qəlbin mədəniyyətinin harmonik
vəhdət təşkil etdiyi yüksək mədəniyyətli insanlar və yalniz anladıqlarını
eşidən kəmsavad, cahil, asanlıqla idarə oluna bilən insanlar vardır. Dövlət
və sosial idarəçiliyin ən mühüm vəzifələrindən biri kulturoloji təhsil və ma-
arif vasitəsi ilə nəinki birinci kateqoriyalı insanların biliyini, qabiliyyətini
və imkanlarını artırmaq, həmçinin bəlkə də daha artıq dərəcədə, etnik mən-
şəyindən, dinindən, yerləşdikləri təbii-coğrafi şəraitdən və mühitdən asılı
olmayaraq, ikinci kateqoriyalı insanların mənəvi mədəniyyət səviyyəsini
permanent olaraq yüksəltməkdir. Düzgün sosial-mədəni siyasətin köməyi
ilə bütün dünyada pozitiv insan keyfiyyətlərinin stimullaşdırılması və inki-
şafı üçün şəraitin yaradılması zəruridir. Bu hər bir dövlət üçün üç mühüm
idarəetmə məsələsinin: insan kapitalı mədəniyyətinin inkişafının, cəmiyyə-
tin davamlı, harmonik sosial tərəqqisinə (cəmiyyət mədəniyyətinə) nail olma
və cahillyin, ksenofobiya və fanatizmin aradan qaldırılması, xalqların mə-
dəni eyniliyi və qarşılıqlı anlaşması hesabına beynəlxalq münasibətlər mə-
dəniyyəti inkişafının eyni vaxtda həllinə imkan verər.
Cəmiyyət mədəniyyəti nədir? Bu - intellektual mədəniyyət və humanist
etika, inam və xeyirxahlıq, yüksək incəsənət, rəqabət qabiliyyətli iqtisadiy-
yat, insanın təbii hüquq və azadlıqları, şüurlu qanunlar, düşünülmüş siyasət
və ədalətli idarəetmədir. Bu - təfəkkür mədəniyyəti və zamanı idarəetmə mədə-
niyyəti, əmək, qidalanma və tibb mədəniyyətidir, bu - şəhərsalma mədəniyyəti,
yaxşı yollar, abad evlər və parklardır, bu - insan həyatının sağlamlığının və
ömür uzunluğunun asılı olduğu ekoloji mədəniyyət, fərdi və beynəlxalq
münasibətlər mədəniyyəti, ailə və insan xoşbəxtliyi mədəniyyətidir. Cəmiy-
yətin sabit inkişafı daha çox qanunların, qaydaların və intizamın icra mədə-
niyyətindən, rifaha, davamlı inkişafa və tərəqqiyə yol açan fəaliyyətin elm
tutumlu texnologiyalarının istifadəsini nəzərdə tutan yüksək əmək mədə-
niyyətindən asılıdır. Cəmiyyətdə nizam və intizam ədalətlə saxlanılır, əda-
lət isə insanların qabiliyyətləri, imkanları və xidmətlərinin haqlı qiymətlən-