Fuad Məmmədov
42
münaqişələr və rəqabət mərhələlərinin daxil olduğunu, nəticədə fərdlərin ümu-
mi harmonik sistemdə birləşdiyini hesab edən Еlizabet Satorisin nöqteyi-
nəzəri də təsdiq edir.
Budapeşt klubunun banisi və prezidenti, tanınmış alim E. Laslo, daha
harmonik və təhlükəsiz gələcək maraqlarında, bizim təfəkkür və davranışı-
mızın dəyişdirilməsi, dünya birliyinin inkişafı ilə idarəetmə proseslərinin
nəzarəti və təkmilləşdirilməsi yolu ilə texnogen sivilizasiyanın dəyişdiril-
məsi vacibliyinə diqqət yetirir. Söhbət, məlum olmayanın məharətlə idarə
edilməsi, şəxsiyyətin yeni, eqoizm rasionalizmi stereotiplərindən azad, yük-
sək intellektual mədəniyyətə, kulturoloji təfəkkürə və problemlərin həllinə
yanaşmaya əsaslanan dərrakəli şüurlu seçmə yolu ilə arzu olunanı həqiqətə
çevirmə bacarığından gedir.
Beləliklə, aydın olur ki, insanın xilası, onun yaradıcı həyat fəaliyyətinin
bütün qarşılıqlı əlaqəli sahələrini əhatə edən yüksək ruhi mədəniyyətdədir.
İnsan dəyərinin əsil meyarı milli və dini mənsubiyyəti deyil, şəxsiyyətin ru-
hi mədəniyyəti – bilikləri, bacarıqları, mütəşəkkilliyi, xeyirxahlığı, məsu-
liyyəti, möhkəm iradəsi, yaradıcı fəaliyyəti, insanlara xidmətidir. Şəxsiyyə-
tin mədəni potensialını reallaşdırmaq üçün bilik və bacarıqlar kifayət deyil,
bunun üçün siyasi və maliyyə dəstəyi, yaradıcı nəticələrin və mütəxəssislə-
rin özlərinin milli və beynəlxalq maraqlarını nəzərə alaraq, düzgün istifadə
edilməsi də zəruridir. Bu isə artıq idarəetmə mədəniyyəti problemidir. Döv-
lət idarəçilik orqanları yaradıcı şəxsiyyətin potensialını düzgün qiymətlən-
dirməyə qabil olmalı, ondan insanın, cəmiyyətin və dövlətin maraqlarında
istifadə etmək üçün əlverişli şərait yaratmalıdır. Hər bir ölkə siyasətinin so-
sial-mədəni məqsədi insanların cahilliyi, bacarıqsızlığı və qeyri-mütəşəkkil-
liyinin aradan qaldırılması, cəmiyyətin fəaliyyətinin müxtəlif sahələri üçün
mütəxəssislərin hazırlanması, vətəndaşların pozitiv tərbiyəsi, onların bilik
və bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai maraqlara cavab verən
fəal yaradıcı fəaliyyətə cəlb edilməsidir. Həmçinin, xeyirxah istək və insan
dəyərlərinin prioriteti, sülh mədəniyyəti və müxtəlif xalqların və dinlərin
nümayəndələrinin sağlam düşüncəyə əsaslanan əməkdaşlığını, qarşılıqlı an-
laşma və mədəniyyətlərin harmonizasiyasını təmin edən beynəlxalq mədəni
siyasətin işlənməsi və həyata keçirilməsi vacibdir.
Еlm və təhsilin inkişaf prioritetlərinə, informasiya texnologiyalarının
geniş istifadəsinə əsaslanan “Biliklər cəmiyyəti”, müasir dünyada mədəni
mübadilə, qarşılıqlı anlaşma və əməkdaşlıq üçün Qərb və Şərq sivilizasiya-
ları arasında geniş imkanlar açır. O, C. Bernalın təsvir etdiyi gələcəyin iki
variantı olan “Arzu” və “Tale” arasında düzgün seçim etməyə imkan verir,
şüuru arzunun seçilməsinə və bu arzunun həyata keçirilməsinə istiqamət-
lənmiş kreativ fəaliyyətə yönəldir.
İdarəetmə mədəniyyəti
43
Kulturologiyanın strateji əhəmiyyəti haqqında
5
İdarəetmə mədəniyyəti və elminin inkişafı üçün insanın həyat fəaliyyəti
qanunları, texnologiyaları və imkanları haqqında elm – kulturologiya - fun-
damental əhəmiyyətə malikdir. O özündə ayrı-ayrı hadisələrin zaman və
məkan daxilində dəyişikliyini ifadə edən tarixi prosesin, mədəni institutla-
rın və hadisələrin mahiyyətini, funksiyaları və strukturunu statik əks etdirən
formal prosesin, və zaman daxilində mədəniyyət formalarının ardıcıl dəyiş-
məsini əks etdirən təkamül prosesinin tədqiqini inteqrasiya edir. İnsanın hə-
yat fəaliyyətinin tarixi və nəzəriyyəsini daxil edən kulturologiya - insanın,
cəmiyyətn və dövlətin inkişaf prosesinin qanunauyğunluqları haqqında da-
im yaradıcı surətdə zənginləşən biliklər sistemidir. O, tədqiqatların anlayışı,
metodologiyası və universal metodlarını işləyib hazırlayır, insanın tarixi in-
kişaf təcrübəsini, dövlət quruculuğu və idarəçiliyi təcrübəsini öyrənir, ümu-
miləşdirmələr edir və nəticələr çıxarır, insanın təkmilləşməsinə yardım
edən yeni strategiya və modellər, ictimai tərəqqini təmin edən davamlı, rə-
qabət qabiliyyətli və təhlükəsiz texnologiyalar yaradır.
Effektiv idarəetmə üçün kulturologiyanın əhəmiyyəti ondan ibarətdir ki,
o, sistemli analizin və tədqiqatçılıq prinsipləri kompleksinin istifadəsi əsa-
sında nəzəriyyələrin, hadisələrin, proses və texnologiyaların daha artıq ob-
yektiv elmi şərhini həyata keçirməyə imkan verir. Bu elm faktlar, hadisələr,
təzahürlər, proseslər, nailiyyətlərin, qəbul edilən siyasi, iqtisadi, sosial, bey-
nəlxalq qərarların və insanın xidmətlərinin obyektiv ekspert qiymətləndiril-
məsini təkmilləşdirməyə, böhran hallarının yaranmasına səbəb olan ictimai
inkişafın obyektiv və subyektiv ziddiyyətlərini vaxtında aşkar və dəf etmə-
yə imkan verir. Tarixin və öyrənilən problemin müasir durumunun tənqidi
təhlili əsasında o, strateji əhəmiyyətli alternativ qərarların axtarışını həyata
keçirir.
Kulturologiyanın inzibati-dövlət idarəçiliyi, qərarların qəbul edilməsi,
danışıqlar prosesinin həyata keçirilməsi, unitar və federal sistemlərdə inno-
vativ fəaliyyətin idarə edilməsi üçün əhəmiyyətini xüsusi qeyd etmək la-
zımdır. Universal biliklərə əsaslanan kulturoloji yanaşma, məqsədlər iyerar-
xiyasının və strategiyanın düzgün müəyyənləşdirilməsinə, dövlət idarəçili-
yinin daha səmərəli formaları, metodları və texnologiyalarının seçilməsinə
yardım edir. O, cəmiyyətin rifahı və təhlükəsizliyi, sosial tərəqqi, həmçinin
dövlətin həyat qabiliyyətinin asılı olduğu strateji məsələlərin həlli üçün
əvəzedilməzdir. Kulturoloji yanaşma ideoloji və etik problemlərlə, sistemin
5
Qərb ölkələrində kulturologiya çox zaman mədəni və ya sosial antropologiya adlanır.