Fuad Məmmədov
40
də edildikdə, onun nailiyyətləri planetin milyonlarla insanının həyatı üçün əlve-
rişli imkanları təmin edir. Yüksək intellekt yalnız elmi-texniki və sosial tərəq-
qinin əsası yox, həm də insanların rifahını və təhlükəsizliyini təmin edən haki-
miyyətə, cəmiyyətin, müxtəlif həyat fəaliyyəti sahələrinin ağılla idarə edilməsi-
nə vəsiqədir.
Humanist mənəviyyatla şərtlənən intellekt, insan inkişafının tükənməz
mənbəyidir. Yüksək intellektə əsaslanan elm və təhsil uğurları - ölkənin rə-
qabət qabiliyyəti məsələsidir. Əmək məhsuldarlığı elmi və texniki nailiy-
yətlərdən, təhsilin səviyyəsindən asılıdır, deməli, dövlətin beynəlxalq rey-
tinqinin göstəricisi olan cəmiyyətin maddi rifahı və həyat keyfiyyəti də on-
dan asılıdır. Əgər istehsalın effektivliyinə intellektual mədəniyyət imkanları
prizmasından baxsaq, görərik ki, elmsiz yeni, rəqabət qabiliyyətli, yüksək key-
fiyyətə və aşağı maya dəyərinə malik texnologiyaların yaradılması mümkün
deyil. İnsanların rifahı və həyat keyfiyyətinin intellektual mədəniyyətdən
asılılıq dərəcəsini, həmçinin idarəetmə mədəniyyətinin milli inkişaf üçün
strateji əhəmiyyətini anlamaq üçün Dünya Bankının tədqiqatlarına müraciət
etmək kifayətdir. Bu tədqiqatlarda müəyyən edilmişdir ki, ölkənin iqtisadi
inkişafının 76%-i fundamental elmin nailiyyətləri və texologiyalarına əsas-
lanan inkişaf səviyyəsi ilə, 19%-i idarəetmə mədəniyyətinin səviyyəsi ilə,
yalnız 5%-i ölkənin xammal bazası ilə təmin olunur.
Dünyanın aparıcı ölkələri – elm, yüksək texnologiyalar və təhsilin qa-
baqlayıcı inkişafını təmin edən intellektual mədəniyyətin prioritet inkişafı
əsasında tərəqqi edən ölkələrdir. Qeyd etmək kifayətdir ki, üçüncü minilli-
yin əvvəli üçün ABŞ-ın ümumdaxili məhsulunun əsas hissəsini intellektual
məhsulun istehsalı və reallaşdırılmasından alınan gəlir təşkil edirdi. İntel-
lektual inkişafın qabaqlayıcı inkişafı nəticəsində 2003-cü ildə Almaniya
ÜDM-un (ümumdaxili məhsulun) göstəricilərinə görə ABŞ və Yaponiya-
dan sonra 3-cü yeri tutmuşdur. Onun mədəniyyətinin həyati fəaliyyətini
qiymətləndirmək üçün qeyd edək ki, 2008-ci ildə Almaniya kimi eyni ener-
ji miqdarı sərf edən Ukrayna, Almaniya ÜDM-nun yalnız 10%-ni istehsal
etmişdir
4
. Bununla belə, Almaniyada iqtisadi inkişafdan gələn gəlirin bö-
lüşdürülməsi mədəniyyətində yüksək göstəricilər əldə edilmişdir ki, bu da,
yüksək həyat standartlarına malik orta sinfin sabitliyini təmin edir. İdarəet-
mə effektivliyi ilə də iş analoji qaydadadır, belə ki, о, - bilik və texnologi-
yalarla, mütəxəssislərin mütəşəkkilliyi, təcrübəsi, etikası və innovativ fəa-
liyyəti ilə şərtlənən keyfiyyəti ilə düz, idarəetmə prosesindəki məsrəflərlə
tərs mütənasibdir. Bu qanunauyğunluqların dərk edilməsi bizə aşağıdakıları
təsdiq etməyə imkan verir: xalqın intellektual potensialı dövlətin mədəni
4
Əlbəttə, bu rəqəmlər daim dəyişir.
İdarəetmə mədəniyyəti
41
strateji varıdır, onu adekvat qiymətləndirmək, hər vasitə ilə qorumaq, sə-
mərəli istifadə etmək, fasiləsiz inkişaf etdirmək zəruridir.
Müasir dünya sivilizasiyasının inkişaf vektoru - yüksək bilik və peşəkar
fəaliyyət mədəniyyyətini, beynəlxalq idarəçiliyin nəticələrinə görə bəşəriy-
yət qarşısında daşıdığı məsuliyyət mədəniyyətini, etik və dini dəyərlərin
harmoniyası və dünya xalqları maraqlarının uyğunlaşdırılmasına əsaslanan
yüksək əxlaqi prinsipləri özündə birləşdirən ruhi mədəniyyətlə müəyyən
olunmalıdır. Bunun üçün dünya mədəniyyəti və sivilizasiyasının həyat fəa-
liyyətini təmin edən elmi biliklərə, humanist etika və yaradıcılığa, qarşılıqlı
anlaşmaya, mədəniyyətlərin və maraqların harmoniyasına, davamlı inkişaf
məqsədilə həmrəyliyə və qarşılıqlı əməkdaşlığa əsaslanan dünya birliyinin
sosial- mədəni mühitini müntəzəm olaraq təkmilləşdirmək lazımdır. Dünya
mədəniyyəti tarixçisi N.İ. Konrad ümumi inkişaf qanunlarının хаs olduğu
ümumdünya tarixi prosesin vəhdətini qeyd edirdi. Humanizmi - intellektual
və etik mədəniyyətin vəhdəti və bəşəriyyətin inkişaf meyarı kimi, insanın
ruhi azadlığı və inkişaf təzaharü kimi yüksək qiymətləndirərək, alim şərə
qarşı mübarizə üsulunu humanizmin bütün dünyada yayılmasında görürdü
ki, onun da ayrılmaz hissəsi kimi intellektual fəaliyyət çıxış edirdi.
Məlum olduğu kimi, xaos nəzəriyyəsinə uyğun olaraq, kompleks sistem-
lərin təkamülü nizam və ya xaosla xarakterizə edilən sabit və qeyri-sabit
dövrlərin təbii növbələşməsini nəzərdə tutur. Bununla bərabər, tendensiya-
lar (arxasınca xaos nöqtəsi gələn) “inkişaf həddinə” malikdir və bir çox
amillərin – fərdi və sosial münasibətlərin, siyasətin, təbii resurslarla təmi-
nat, elmi kəşflər, ziddiyyətlər, müharibələrin və s. dəyişməsindən asılı ola-
raq, öz vektorunu dəyişə bilərlər. Sinergetikası insanın şüurundan, yeni tə-
şəbbüslər və fəaliyyətlərdən asılı olan, bir çox cəhətdən xaotik “cəlb edən”
adlandırılan amillərlə təyin olunan təkamül sistemləri dinamikası sosial-
mədəni sistemlərin nisbətində çətin təyin olunandır. Dünya sivilizasiyasına
müvafiq olaraq bu proseslərin sinergetikası - insanın ağlı və iradəsinə əsas-
lanan təbii, texniki və sosial elmlərin ən yeni nailiyyətlərinə, xüsusən, müa-
sir kulturologiyanın innovasiyaları hesabına, düzgün idarəetmə qərarları va-
sitəsilə məqsədyönlü şəkildə tənzimlənməli və yönəldilməlidir.
Professorlar Ervin Laslo və Mixael Laytman bəşəriyyətin mənəvi mədə-
niyyətinin inkişafı, insan şüurunun pozitiv dəyişdirilməsi, bütün dünyada
eqoizmin azaldılması və altruizmin möhkəmləndirilməsi vasitəsilə müasir
sivilizasiyanın dəyişdirilməsi zəruriliyi haqqında danışırlar. Professor Mi-
xael Laytman bioloji həyatın və insan orqanizminin müqayisəli təhlilini
apararaq qeyd edir ki, eqoizm bəşəriyyət üçün məhvedicidir, altruizm isə
təbii ehtiyatlardan düzgün istifadənin, sivilizasiyanın ümumi harmoniyasınа
nail olmanın, yaşamanın şərtidir. Bu fikri, hər bir təkamül prosesinə fərdiləşmə,